Məhkəmə qərarları › İş №1(102)-201/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-201/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-201/2022 01.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 20 aprel 2021-ci il tarixli, 1(001)-28/2021 nömrəli hökmü ilə 08 avqust 1979-cu il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi yeni tikilidə yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20.12.2020-ci il tarixdən hesablanmı şdır. Hökmlə həmçinin X5 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 10 fevral 2020-ci il tarixdə, saat 01 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Yeni Yaşayış Massivində yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yaxınlığına gələrək, orada aralarında qabaqcadan olan razılaşmaya görə gələn olarsa xəbər vermək məqsədi ilə yaxınlıqda dayanaraq ətrafı müşahidə etmiş, Laçın Bəbirov isə həmin evin həyətinə giriş qapısının yanındakı taxta materialdan olan bağlı qapısını sındırmaqla qanunsuz olaraq daxil olub, həyətdən 280 manat dəyərində 170 metr uzunluğunda elektrik kab elini gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi 280 manat maddi ziyan vurmaqla oğurlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Hüseynov və Həsən Əhmədov) 17 iyun 2021-ci il tarixli 1(103)-961/2021 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(001)-28/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2021-ci il tarixli qərarı dəyişdirlsin və əməli CM-in 32.5,177.2.1 və 32.5,177.2.3 -cü maddələrinə tövsif edilsin, həmçinin təyin olunmuş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırır ki, əməlin tövsifi ilə bağlı ittihamın və həm də məhkəmələrin gəldiyi nəticələr əsassız və qanunsuzdur. Belə ki, hadisə zamanı L.B.Bədirov qapalı məkan hesab edilən evə daxil olmuş, o isə, bayırda onu gözləmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi onun zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödəməsini yüngülləşdirici hal kimi nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya şikayətinin əsassız olması barədə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışını dinləyib he sab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili həm ibtidai, həm də məhkəmə istintaqı zamanı əməlinin tövsifində səhvə yol verilməsi, yəni əməllinin Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə istinad etmədən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Kassatorun şikayətdə bildirdiyinə görə o, hadisə vaxtı oğurluq edilən evə daxil olmamışdır. Lakin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub Laçın Bəbirovla cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında 10 fevral 2020-ci il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi Yeni Yaşayış Massivində yaşayan Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin yaxınlığına gələrək, orada aralarında qabaqcadan olan razılaşmaya görə gələn o larsa xəbər vermək məqsədi ilə yaxınlıqda dayanaraq ətrafı müşahidə etmiş, Laçın Bəbirov isə həmin evin həyətinə giriş qapısının yanındakı taxta materialdan olan bağlı qapısını sındırmaqla qanunsuz olaraq daxil olub, həyətdən 280 manat dəyərində 170 metr uzunluğunda elektirik kabelini gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 cəmi 280 manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə baxış iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olmuş və məhkumluğu ödənilməmişdir. X3 1-2 ay olar ki, tanıyır. 10.02.2020-ci il tarixdə Laçın Bəbirovla birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşə n “Əkbər” marketin yaxınlığında yerləşən bir mərtəbəli tikilməkdə olan fərdi yaşayış evinin qarşısından keçən zaman evin həyətində kabel olduğunu gördüklərini və həmin kabeli oğurlamaq qərarına gəlmişlər. Bundan sonra küçənin başına qədər gedib küçədə heç kimin olmadığına əmin olduqdan sonra, o, gələn olsa xəbər etmək üçün Laçını küçənin başında gözləyəcəyini demişdir. Laçının isə həmin bir mərtəbəli tikilməkdə olan evə yaxınlaşmış və evin taxtadan olan giriş qapısını sındırıb, həyətə daxil olmuşdur. Bundan sonra Laçının həmin evin həyətindən təxminən 100 metrdən artıq olan üzü ağ rəngli, içərisi mis olan naqilləri oğurlayaraq evi tərk etdiyini, bundan sonra həmin mis naqilləri gətirib əritməsi üçün Rövşən adlı şəxsə verdiklərini bildirmişdir. O da mis naqilləri əridərək içərisindən çıxan misi onlara verdiyini, o da naqillərin içərisindən çıxmış misi Laçınla birlikdə aparıb əlvan metal qəbul edən məntəqəyə satdıqlarını göstərmişdir. Vurulmuş ziyan Laçın tərəfindən ödənilmişdir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi iş üzrə digər təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs cinayəti Laçın Bəbirovla qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən aralarında rolları bölüşdürərək törətmişlər. Cinayət törədilən zaman Təqsirləndirilən şəxs aralarında olan razılaşmaya əsasən zərərçəkmiş şəxsə məxsus evin həyətinə daxil olmadan gələn olarsa xəbər vermək məqsədi ilə yaxınlıqda dayanaraq ətrafı müşahidə etmə si onun əməlinin cinayətin icraçısı kimi deyil, Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə istinadən köməkçi kimi tövsif edilməsinə əsas vermir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayə t-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 (iki il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən, onun törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi və cinayətin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 177.2-ci maddənin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmələr məhkum Təqsirləndirilən şəxs 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməkdə Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələblərini əsas götürərək məhkumun zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alıb, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə aşağı həddə cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd olunan dəlilini də əsassız hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verməmiş, təyin ediləcək cəzanın müddət ini müəyyən edərkən Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq h əmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2021-cu il tarixli məhkum Təqsirləndirilən şəxs haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 iyun 2021-cü il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs aid olan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar