Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2010/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Şəki A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 3 may tarixli, 1(107)-8/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) 28 fevral 2023-cü il tarixli, 1(035)-02/2023 nömrəli hökmü ilə, 1964-cü il 2 iyun tarixində Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, evli, Zərdab şəhəri Xətai küçəsi, dalan 1, ev 3-də qeydiyyatda olan və yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, təyin olunmuş cəzaların CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkmə müddətinin əvvəlinin Məhkum Zərdab Rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, mülki iddianın təmin edilməsi və Məhkum 9010,70 (doqquz min on manat, yetmiş qəpik) pulun alınaraq zərərçəkmiş Azərbaycan Respublikası Zərərçəkmiş şəxs publik hüquqi şəxsinin hesabına ödənilməsi, iş üzrə maddi sübut kimi tanınan xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəl lərinin, 15 may 2017-ci il tarixli nömrəsiz müqavilənin, kotirovka sorğusunun nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokolun, xx.xx.2017-ci il tarixli, 09 nömrəli ödəniş tapşırığının, aktivlərin Zərdab rayonu üzrə iş axtaran şəxslərin istifadəsinə və mülkiyyətinə verilməsi ilə bağlı 2017-2018-ci illərdə tərtib edilmiş 13 aktın, xx.xx.2017- ci il tarixli ƏİE seriyalı 622408 nömrəli qaimə fakturanın cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Hökmdən Məhkum apellyasiya şikayəti və Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürovdаn ibarət tərkibdə) 2024-cü il 3 may tarixli, 1(107)-8/2024 nömrəli qərarı ilə Dövlət ittihamçısı tərəfindən veril miş apellyasiya protesti təmin edilməmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(035)-02/2023 nömrəli hökmü dəyişdirilmiş, hökmdən Məhkum CM-in 308.1-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına, habelə CM-in 66.2-ci maddəsinə əsasən - cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilmiş, Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli 1(035)-02/2023 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 04 iyul 2013-cü il tarixli, 85 saylı əmrlə Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təy in edilməklə 24 aprel 2019-cu il tarixədək həmin vəzifədə işləyərkən "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanununun 6, 22, 36.7 və 40-2-ci maddələrinə əsasən, satınalan təşkilatın rəhbəri kimi dövlət büdcəsi vəsaitləri hesabına malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı satınalmanın şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında keçirilməsini, təsdiq edilmiş satınalma planına uyğun olaraq iddiaçıların təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədi ilə keçirilən müsabiqələrin (tender və kotirovka sorğusu) müəyyən olunmuş prosedura uyğun təşkil olmasını təmin etmək, satınalmanın təşkil olunması üçün tender komissiyasını formalaşdırmaq, tenderin əsas şərtlər toplusunun ha zırlanmasını, tenderin əsas şərtlər toplusu və tender elanı təsdiq edildikdən sonra tender elanının dərc olunmasını və malgöndərənlərə (podratçılara) tenderdə iştirak üçün fərdi dəvətlər göndərilməsini təmin etmək, iştirakçılar tərəfindən verilmiş təkliflərin öyrənilməsi, müqayisəli qiymətləndirilməsi ilə ixtisas göstəriciləri uyğun gəlməyən, yəni satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmayan iddiaçıların tenderdə iştirakdan kənar edilməsini təmin etmək, tenderin əsas şərtlər toplusunda göstərilən və kəmiyyətcə qiymətləndirilən və ya dəyər ekvivalenti təyin edilə bilən meyarlar əsasında ən sərfəli və ən aşağı qiymət təklif edən malgöndərənlə müqavilə bağlamaq, müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlamaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi qabaqcadan əlbir olduğu Dövlət Məşğulluq Xidmətinin rəhbər vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə dövlətə məxsus olmaqla onlara etibar edilmiş əmlakı israf etmə yolu ilə talamaq və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifad ə edib həmin şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərdab Məşğulluq mərkəzində iş axtaran şəxs kimi qeydiyyata alınmış 7 nəfər şəxsin biznes planlarının həyata keçirilməsi üçün "Əhalinin özünü məşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016- cı il tarixli 1941 nömrəli sərəncamına əsasən dövlət büdcəsinin xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi əsasında Zərdab rayon Məşğulluq mərkəzinə ayrılmış 31.094,7 manat(otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində pul vəsaiti həmin vaxt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistikası sektorunun müdiri vəzifəsində işləyən Şahid 11 2017-ci ilin may ayında, istintaqla müəyyən edilməyən gündə və şəraitdə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda tamah və sair, yəni üçüncü şəxslər qarşısında nüfuz qazanmaq, özünü rəhbərlik qarşısında işgüzar və bacarıqlı işçi kimi göstərmək niyyəti ilə qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə biləbilə yalan məlumatlar daxil etdiyi rəsmi sənədlər hesab edilən 31.094,7 manat(otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində maddi aktivlərin alınması üzrə guya Zərdab rayon Məşğulluq Mərkəzi tərəfindən keçirilmiş ci il tarixli kotirovka sorğusunun qalibinin ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "Sarvan-2011” MMC olması barədə 2017-ci ilin may ayında istintaqla müəyyən edilməyən gündə və şəraitdə Zərdab rayon Məşğulluq mərkəzinə yuxarıda adları g östərilən hüquqi şəxslə özü arasında bağlanaraq göndərdiyi 15 may 2017-ci il tarixli nömrəsiz müqavilə, kotirovka sorğusunun nəticələri haqqında ci il tarixli yekun protokolu və digər sənədlərin Şahid11 yanında özünü sədaqətli işçi kimi göstərib hörmət qazanmaqla özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə guya özünün 25 noyabr 2016-cı il tarixli 37 nömrəli əmri ilə həmin mərkəz üzrə yaradılmış satınalma komissiyasının cinayətdən xəbərsiz olan üzvləri Şahid10, Şahid8 və Şahid9 tərəfindən ünvan 2 ünvanında yerləşən Zərdab rayon Məşğulluq Mərkəzinin inzibati binasında həmin kotirovka sorğusu üzrə təkliflərin müzakirə olunması və "Sarvan-2011” MMC-nin həmin kotirovka sorğusunun qalibi olması barədə bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin saxta sənədlərin imzalanma sını təşkil etdikdən sonra, xidməti otağında öz imzası və Mərkəzin möhürü ilə təsdiq edərək faktiki olaraq maddi aktivlərin alınması ilə bağlı heç bir kotirovka sorğusu keçirmədən, yuxarıda adı qeyd edilən hüquqi şəxsin faktiki olaraq satınalma müqaviləsində göstərilən maddi aktivləri vermək imkanını, o cümlədən, əmlakının olub- olmamasını, texniki və maliyyə imkanlarını və digər ixtisas dərəcələrini yoxlamadan ci il tarixli 09 nömrəli ödəniş tapşırığı ilə "Sarvan-2011” MMC-nin "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sabunçu filialında olan AZ84İBAZ******************** nömrəli hesabına 31.094,7 manat (otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində pul vəsaitinin köçürülməsini təmin edib, faktiki olaraq satınalma müqavilələrində göstərilən 7 nəfərə verilməsi nəzərdə tutulmuş maddi ak tivlərin tam verilməsini təmin etməyən, qeyd edilən hüquqi şəxsin adından heç bir səlahiyyəti olmadığı halda Şahid14 və Şahid12 2017-ci ilin iyun ayı ərzində Ağcabədi, Beyləqan rayonları ərazisində iri və xırda buynuzlu mal- qaranın satışının aparıldığı bazarlardan, habelə Zərdab rayonunda fərdi satıcılardan aldıqları mal-qaranı, cücə, buğda, yem və yemləmə avadanlığınıZərdab rayon Məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyata alınmış Şahid4 3.600 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.072 manat dəyərində maddi aktivlər verilməsi, Şahid6 2.784 manat dəyərində maddi aktivlər verildiyi halda guya 3.646,7 manat dəyərində maddi aktivlər verilməsi, Şahid2 2.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.118 manat dəyərində maddi aktivlər verilməsi, Şahid3 2.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.118 manat dəyərində maddi aktivlər verilməsi, Şahid5 4.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 5.072 manat dəyərində maddi aktivlər verilməsi, Şahid1 3.000 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.950 manat dəyərində maddi aktivlər verilməsi,Şahid7 2.900 manat dəyərində maddi aktivlər verildiyi halda guya 4.118 manat dəyərində maddi aktivlər verilməsibarədə tamah və şəxsi niyyətlə, yəni törətdiyi cinayəti pərdələmək, cinayətin iştirakçılarını məsuliyyətdən kənarlaşdırmaq məqsədilə məzmununa Zərdab Məşğulluq mərkəzinin inzibati binasında bilə-bilə yalan məlumatlar daxil etdiyi aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi barədə 13 iyun 2018-ci il tarixli aktların mərkəz üzrə yaradılmış satınalma komissiyasın ın üzvü Şahid10 imzası ilə təsdiqlənməsini təşkil edib həmin hərəkətləri ilə maddi aktivlərin verilməsi üçün ayrılmış 31.094,7 manat (otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində vəsaitdən faktiki olaraq 22.084 (iyirmi iki min səksən dörd) manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 9.010,7 manat (doqquz min on manat yetmiş qəpik) məbləğində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə məxsus olmaqla onlara etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olduğu qeyriləri ilə bir qrup şəxs qismində vahid niyyətlə israf etmə yolu ilə talamış, qabaqcadan əlbir olduğu qeyriləri ilə birlikdə bir qrup şəxs halında həmin hərəkətləri ilə məşğulluğ un müəyyən olunmuş standartlar üzrə təmin edilməsi, dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərlə (podratçılarla) bərabər rəqabət mühitinin yaradılması sahəsində dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Zərdab rayon Məşğulluq Mərkəzi həm təlimlərə, həm də aktivlərin paylanılmasına ən son qoşulan və verilmiş qanunsuz əmri ən son yerinə yetirən rayonlardan biridir. Bu tapşırığın birbaşa rəhbər orqandan gəlməsi faktı bununla və digər faktlarla aşkar şəkildə aydın olur. Bundan başqa pul vəsaiti birbaşa hesabdan hesaba keçib, pulu qəbul edən və hazırki cinayət işi üzrə adı keçən "xxxx" MMC ilə əlaqəli heç bir şəxslə onun nə həmin hadisələrdən əvvəl, nə də sonra heç bir əlaqəsi, heç bir tanışlığı olmamışdır. Məhkəmə nəzərə almamışdır ki, aktivlərin alınıb vətəndaşlara təhvil verilməsi tenderin qalibi olmuş "xxxx" MMC tərəfindən həyata keçirilmiş, vətəndaşlar onlara aktivlərin təhvil verilməsinə dair sənədləri imzalamış və heç bir halda ona və ya digər dövlət orqanına öz etiraz və şikayətlərini bildirməmişlər. Müstəntiq iş üzrə nəticəyə gələrkən hesab etmişdir ki, o, aktivləri yuxarı qiymətə rəsmiləşdirmişdir. Hansıki, onun vətəndaşlara aktivlərin hansı qiymətə alınıb təhvil verilməsində heç bir iştirakı və marağı olmamışdır. Göründüyü kimi hökm qərəzli və qeyriqanuni şəkildə, ətraflı araşdırma apar ılmadan çıxarılmışdır. Ümumiyyətlə ittiham aktı ilə tanış olarkən aydın olur ki, müstəntiq qərəzli şəkildə sözügedən iş materialına əlavə edilmiş bütün imza sahiblərini məsuliyyətdən kənarlaşdırır və nədənsə hesab edir ki, öz imzasına görə məsuliyyət daşımalı olan şəxs yalınız odur. Bu isə müstəntiqin iş üzrə qərəzini açıq şəkildə sübut edir. Bütün instansiya məhkəmələrində işə baxarkən bir çox ciddi məqamlar, əhəmiyyətli hallar ətraflı araşdırılmamış, sübuta yetirilməmiş, buna baxmayaraq hökm çıxarfılmışdır. Məhkum kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 may tarixli, 1(107)-8/2024 nömrəli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Məhkum kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şik ayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Rəşad Məmmədli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 179.2.1, 179.2.3 və 179.2.4-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasi ya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum hazırkı cinayət əməlinin törədilməsində təqsirinin olmadığını və ona bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və ə saslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandı ra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırı lmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində işinin düzgün araşdırılmadığını, heç bir cnayət əməli törətmədiyini, təqsirsiz olduğunu mübahisələndirmiş və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirə rək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarında olan "xxxx" MMC (VÖEN **********) tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli ƏİE seriyalı 622408 nömrəli qaimə fakturadan görünür ki, bir başı 2059 manat olmaqla 6 baş yanı balalı inəyin 12354.0 manata, bir başı 1268 manat olmaqla 8 baş ətlik dananın 10144,0 manata, bir başı 198 manata olmaqla 25 baş quzunun 4950,0 manata, bir ədədi 2 manata olmaqla 530 ədəd cücənin 1060,0 manata, bir kiloqramı 1.1 manata olmaqla 2000 kiloqram cücə yeminin 2200,0 manata, bir kiloqramı 0,80 manata olmaqla 300 kiloqram buğdanın 240,0 manata və bir ədədi 146.7 manat olmaqla 1 ədəd yemləmə avadanlığının 146.7 manata olmaqla ümumilikdə 31094,7 manat məbləğində aktivlərin alınaraq Zərdab rayon Məşğulluq mərkəzinə təhvil verilməsi rəsmiləşdirilmişdir. Cinayət işinin materiallarında olan “Aktivlərin iştirakçıların mülkiyyətinə verilməsi haqqında” aktlardan görünür ki, Şahid4 adına 5072.0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, ifadəsinə əsasən sonuncuya 3600.0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1472,0 manat fərq yaranmışdır. Şahid6 adına 3646,7 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda, ifadəsinə əsasən sonuncuya 2784.0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 862.7 manat fərq yaranmışdır. Şahid2 adına 4118.0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 2900.0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1218,0 manat fərq yaranmışdır. Şahid3 adına 4118.0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 2900.0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1218,0 manat fərq yaranmışdır. Şahid5 adına 5072.0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 4000,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1072,0 manat fərq yaranmışdır. Şahid1 adına 4950,0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 3000,0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1950,0 manat fərq yaranmışdır. Şahid7 adına 4118.0 manat dəyərində maddi aktivlər rəsmiləşdirildiyi halda sonuncuya 2900.0 manat dəyərində maddi aktivlər verilmiş, nəticədə 1218,0 manat fərq yaranmışdır. Cinayət işinin materiallarında olan sənədlərin surətlərindən görünür ki, Rəhimov Ədalət İsmayıl oğlu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 04 iyul 2013-cü il tarixli, 85 saylı əmrlə Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsinə təyin edilməklə 24 aprel 2019-cu il tarixədək həmin vəzifədə işləmişdir. Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, 31.094,7 manat (otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində maddi aktivlərin alınması üzrə Zərdab rayon Məşğulluq mərkəzi tərəfindən keçirilmiş xx.xx.2017-ci il tarixli kotirovka sorğusunun qalibi ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş hüquqi şəxs "xxxx" MMC olmuşdur. Cinayət işinin materiallarında olan 15 may 2017-ci il tarixli nömrəsiz müqavilənin surətindən görünür ki, həmin tarixdə Zərdab rayon Məşğulluq Mərkəzi direktor Məhkum şəxsində hüquqi şəxs "xxxx" MMC ilə cəmi 31.094,7 manat (otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində maddi qiymətliləri n alınması barədə razılığa gəlmişlər. Cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli kassa xərclərinin sifarişi cədvəllərindən görünür ki, Zərdab rayon Məşğulluq Mərkəzi dövlət büdcəsi vəsaitlərindən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin hesabından müvafiq olaraq Zərdab rayon Məşğulluq mərkəzinə ayrılmış cəmi 31.094,7 manat (otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində vəsaitin ödənilməsi barədə Zərdab rayon Maliyyə İdarəsinə müraciət etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2017-ci il tarixli 09 nömrəli ödəniş tapşırığı ilə "xxxx" MMC-nin "xxxx" ASC-nin Sabunçu filialında olan AZ84İBAZ******************** nömrəli hesabına 31.094,7 manat (otuz bir min doxsan dörd manat yetmiş qəpik) məbləğində pul vəsaitinin köçürülməsi təmin edilmişdi r. Maddi aktivlərin istifadəyə verilməsi ilə bağlı 2017-ci ildə tərtib edilmiş aktlardan görünür ki, "xxxx" MMC tərəfindən tədarük olunmalı olan mallar Şahid12 və qeyriləri tərəfindən 2017-ci ilin iyun ayı ərzində Ağcabədi və Beyləqan rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, habelə Zərdab rayonunda fərdi satıcılardan alınmış və həmin maddi aktivlər 07 nəfər iş axtaranın istifadəsinə verilmişdir. Həmin aktivlərin şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı 2018-ci ildə tərtib edilmiş aktlara əsasən müəyyən edilir ki, 2017-ci ildə Ağcabədi və Beyləqan rayonu ərazisində iri və xırda buynuzlu mal-qaranın satışının aparıldığı bazarlardan, habelə Zərdab rayonunda fərdi satıcılardan alınmış maddi aktivlər heç bir əsaslandırması və izahı olmadan faktiki dəyərindən daha yuxarı qiymətlərlə rəsmiləşdirilməklə 2017-ci ildə istifadəsinə verilmiş 07 nəfər şəxsin mülkiyyətinə verilmişdir. Cinayət işinin materiallarında olan rəsmi sənədlərdən də görünür ki, bütün rəsmi sənədləşmələrdə tərəf kimi Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru Məhkum iştirak etmiş və bütün sənədləşmələri də Məhkum imzalamışdır. Məhkum məhkəmələrdə verdiyi ifadəsində bunu etiraf etmiş, lakin pulun tərəfindən mənimsənilmədiyini iddia etmişdir. Lakin dövlət əmlakı vəzifəli şəxs kimi məhz Məhkum imza və möhürü vasitəsilə mənimsənilmiş, pul vəsaitləri Maliyyə İdarəsindən məhz Məhkum tərəfindən tələb edilmiş, alınan malın real qiyməti ilə şişirdilmiş qiyməti arasında fərq yaradan sənədlər məhz Məhkum tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bütün bu maliyyə əməli yyatları Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru Məhkum tərəfindən aparıldığı və bütün pul vəsaitlərinin məhz direktor tərəfindən sifariş edilərək alındığı və sərf edildiyi halda, sonda mənimsənilən pul vəsaitindən məlumatlı olmamasını bildirməklə bağlı məhkumun kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iş üzrə toplanmış və həqiqiliyi heç bir şübhə doğurmayan, eyni zamanda, müdafiə tərəfindən də mübahisələndirilməyən mötəbər sübutların məcmuyu CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin Məhkum tərəfindən törədilməsini təsdiq edir. Bu səbəbdən məhkəmə kolelgiyası hesab edir ki, məhkəmələr Məhkum CM-in 179.2.1, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərkən k onkret və mötəbər sübutlara əsaslanmış və həmin sübutları sübhə altına almaq üçün hər hansı bir qanuni səbəb mövcud deyil. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, məhkuma təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğyndur və həmin cəzanın da yüngülləşdirilməsi üçün əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tu tub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3 və 179.2.4-cu maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 may tarixli, 1(107)-8/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2010/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2010/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver