Məhkəmə qərarları › İş №1(102)-2011/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2011/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2011/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Məmmədov Kərim Həsən oğlunun iştirakları ilə, Tovuz Rayon Məhkəməsini n 17 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun özünün və müdafiəçisi K.H.Məmmədovun həmin şikayətə etdikləri əlavələrə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Tovuz Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hünmətov Zaur Adil oğlu) Məhkum, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin cəzanın icrası ilə əlaqədar onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza çəkdiyi müddətdə tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. İşin halları: Birinci i nstansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 26 fevral 2023-ci il tarixdə, saat 18:10 radələrində Tovuz rayonunun Əyyublu kəndində keçmiş qayınanası Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində keçmiş həyat yoldaşı X3 istifadəsində olan mobil telefon nömrəsini müəyyənləşdirmək məqsədilə həmin telefonu sonuncunun əlindən aldıqdan sonra, Zərərçəkmiş şəxs müdaxilə edərək telefonu ondan geri almış, bu zaman aralarında yaranmış mübahisə zamanı qızı X3nın gözü qarşısında, оna əzab verdiyini dərk edərək rəhmsiz və qəddarcasına Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla ardıcıl zərbələr vuraraq sonuncuya burun nahiyəsinin burun sümüyünün minimal yerdəyişmiş sınığı və burun tənəffüsünün davamlı pozulması ilə müşayiət edilən qançır-şişkinliyi, sol qaş-burun nahiyəsinin və sol əng nahiyə sinin əzilmişcırılmış yaraları, sağ hər iki göz qapaqlarının və sağ gözaltı nahiyənin, sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin, sağ bazu nahiyəsinin qançırları, alın nahiyəsinin qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla qəsdən az ağır zərər vurmuşdur. Tovuz Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Vəliyev Firdovsi Fəxrəddin oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 22 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilmiş, hökm apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə cəza təyini hissəsində dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi CMnin 127.2.2-ci maddəsi ilə təyin edilmiş cəza ağırlaşdırılaraq ona həmin maddə əsasında cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti və həmin şikayətə əlavə verərək bu qərarın ləğv edilərək cinayət işinin apellyasiya instansiyası məhkəməsində ye nidən baxılmasının təyin edilməsini və ya barəsində ədalətli qərar qəbul edilməsini, müdafiəçi K.H.Məmmədov isə hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətinə əlavə verərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək sonuncuya təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin 01 (bir) ilədək endirilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona edilmiş əlavələrin dəlilləri: Kassasiya şikayətində məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, ailə vəziyyətinə və həm boşanana qədər, həm də bundan sonra keçmiş arvadı G.Ş.İsrafilova və sonuncunun ailə üzvləri ilə aralarında olan münasibətlərə, özünün isə psixi xəstəlikdən əzab çəkməsinə, digər tərəfdən azyaşlı uşağı ilə bağlılığına istinad edən Məhkum kassasiya şikayətini belə əsaslandırmış dır ki, onun keçmiş arvadı və sonuncunun valideynləri azyaşlı uşağı ilə görüşməyə, uşağının tərbiyəsi ilə məşğul olmağa maneçilik törətdiklərinə görə ona qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda göstərilən hadisə baş vermişdir. Həmçinin ona qarşı bəslənən belə qərəzli münasibətlər onda “Kəskin polimorf, psixotik pozuntu” xəstəliyinin əmələ gəlməsinə səbəb olmuş və o, 2021-ci ildən bu xəstəlikdən müalicə almışdır (bu halı təsdiq edən sənədləri Məhkum kassasiya şikayətinə əlavə etmişdir). Təqsirli bilindiyi əməli də qeyd olunan səbəblərlə yanaşı həm də bu xəstəlikdən əzab çəkdiyinə görə törətmiş, hətta hadisənin bir çox təfərrüatları yadında qalmamış, lakin həmin əməli törədərkən keçmiş qayınanasına qarşı xüsusi amansızlıq nümayiş etdirməmişdir Apellyasiya instansiyası məhkəməs i isə onun cəzasını ağırlaşdırarkən bu hallara diqqət yetirməmiş və ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması, müalicəsinin isə yarımçıq qalması onun vəziyyətini daha da pisləşdirmişdir. Buna görə şərh olunanlarla bağlı toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verilməməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarını əsassız, qanunsuz və ədalətsiz hesab edən Məhkum öz kassasiya şikayətində belə qənaətə gəlir ki, məhkəmənin 22 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməli və iş apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmalıdır. Kassasiya şikayətinə əlavəsində də Məhkum eyni dəlillərə əsaslanaraq və 26 fevral 2023-cü il tarixdə baş vermiş hadisənin təşəbbüskarlarının və səbəbkarlarının keçmiş arvadı G.Ş.İsrafilovanın yaxın qohum larının, o cümlədən onun anası Zərərçəkmiş şəxs olmalarını, sonuncuların onun azyaşlı uşağı ilə görüşməsinə maneələr yaratmalarını, bu haqda olan məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməmələrini, icra məmurlarının isə onlardan qorxaraq qətnamənin icrasının təmin edilməsi üçün heç bir tədbir görməmələrini, habelə X3ün anası Zərərçəkmiş şəxs və qohumlarına yaxın olan polis əməkdaşlarının da ona qarşı qərəzli münasibət bəsləmələrini bildirərək bütün bunları nəzərə almaqla barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Müdafiəçi K.H.Məmmədov hüquqlarını müdafiə etdiyi şəxsin kassasiya şikayətinə verdiyi əlavəsində cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit olunmuş CMnin bir sıra normalarına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra m ətndə CPM-nin) bəzi maddələrinə və “Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarına, habelə başqa cinayət işinin hallarına istinad edərək həmin müraciətini belə əsaslandırmışdır ki, Məhkum “kəskin polimorf, psixotik pozuntu” xəstəliyindən əziyyət çəkir və bu xəstəlikdən 2021-ci ildən hazırki dövrədək, yəni həbs olunanadək müalicə almışdır. Onda bu xəstəliyin yaranmasına səbəb isə keçmiş həyat yoldaşının ailə üzvlərinin onun şəxsi həyatına müdaxilə etmələri, nəticədə azyaşlı uşağından ayrılması və bundan sonra mülki iş üzrə qəbul edilmiş qətnamənin qərəzli olaraq icra edilməməsi olmuşdur. Şahid1 təyin edilmiş cəzanın ağırlaşdırılmalı olma sı barədə nəticəyə gələn apellyasiya instansiyası məhkəməsi isə bu halları kifayət qədər nəzərə almamış və iş üzrə toplanmış sübutlara düzgün qiymət verməyərək əsassız və ədalətsiz qərar qəbul etmişdir. Odur ki, müdafiəçi K.H.Məmmədov da onun kassasiya şikayətinə verdiyi əlavənin təmin olunmasını xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətinə və ona edilmiş əlavələrə etirazlar verərək həmin müraciətlərin təmin edilməməsini və Məhkum barəsindəki Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini, həmçinin kassasiya müraciətlərinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinə və ona edilmiş əlavələrə onun iştirakı olmadan bax ılması barədə müraciəti ilə bağlı proses iştirakçılarının rəylərini dinləyib CPMnin 419.4-cü maddəsinə əsaslanaraq kassasiya şikayətinə və ona edilmiş əlavələrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin və həmin şikayətə özü və müdafiəçisi K.H.Məmmədov tərəfindən edilmiş əlavələrin məzmunlarından göründüyü kimi, onların müəllifləri həmin müraciətlərində işin faktiki hallarını mübahisələndirərək məhkəmələr tərəfindən araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət verilməməməsini, məhkum olunmuş şəxsin törətdiyi əməlin əsassız olaraq xüsusi amansızlıqla törədilmiş əməl kimi qiymətləndirilərək düzgün tövsif edilməməsini, nəticədə isə onun ağır cəzaya məruz qalmasını iddia edərək bunlarla bağlı apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli və dəyişdirilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvaf iq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini və ona edilmiş əlavələri kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə adı çəkilən məhkumun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudların ı CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin d eyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəm əsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apelly asiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya şikayətinin və ona edilmiş əlavələrin dəlilləri ilə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq vurğulayır ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və ona edilmiş əlavələrə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı m addəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin, ümumlikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin isə pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tə ləb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, həmçinin cinayət xarakterli əməl törətmiş şəxslərin qanunda nəzərdə tutulmuş qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilmələrini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİ İ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nətic ələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiym ətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli ol ub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cin ayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qi smində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Kon stitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübut un və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu norma da göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sü butlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəti cələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv y oxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, müdafiəçi K.H.Məmmədovun kassasiya şikayətinə verdiyi əlavəsində də istinad olunan “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin ş ərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işlər i və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan s onra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutların hamısını araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrin də təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyib hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılmasını mümkün bilərək, eyni zamanda araşdırılmış bütün sübutların Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək sonuncunun törətdiyi əməlin sübuta yetirilməsi və həmin əməlin hüquqi tövsifi hissələrində Tovuz Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, lakin apellyasiya müraciətlərinə əsasən məhkum olunmuş şə xsə təyin edilmiş cəzanın həddindən artıq yüngül olması barədə qənaətə gələrək bu hissədə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi və məhkum olunmuş şəxsə təqsirli bilindiyi CM-nin 127.2.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi haqqında yekun qərar qəbul etmişdir. Kassasiya kollegiyası da hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum ona istinad olunan əməli törətməsinin sübuta yetirilməsi və bu əməlin hüquqi tövsifi barədə gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı isə məhkəmələrin fərqli mövqedən çıxış etmələrini nəzərə alaraq məhkəmə kollegiyası kassasiya müraciətlərinə əsasən bu məsələnin aşağıdakı qaydada təhlil edilməsini zəruri bilir. Bundan əvvəl isə, məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi əməli törətməsinə səbəb və əsas olmuş hallarla, habelə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər yetirərkən xüsusi amansızlıq göstərməməsinə dair iddiası ilə bağlı kassasiya şikayətinin və ona özü tərəfindən həmin şikayətə edilmiş əlavənin dəlillərinə cavab olaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, sonuncunun məhz ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni hazırki iş üzrə məhkum olunmuş Məhkum ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi qismən etiraf edici ifadələri ilə yanaşı, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər X3, Şahid2, Şahid3, Şahid4 ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, CD diskə yazılaraq cinayət işinin materiallarına əlavə edilmiş videogörüntülərlə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Kassasiya şikayətində Məhkum 26 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyərək onun sağlamlığına az ağır zərər vurulmasına səbəb olan xəsarətləri yetirərkən xüsusi amansızlıq nümayiş etdirməsini inkar etsə də, yuxarıda göstərilən sübutların təhlili, habelə qanunvericiliyin tələbləri onun bu iddiasının əsassız olmasına dəlalət etməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Bu qənaəti ilə bağlı isə məhkəmə kollegiyası birinci i nstansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, X3 ilə 2018-ci ilin oktyabr ayında ailə həyatı qurmuş, birgə nikahlarından X adlı bir oğlu var. 2023-cü ilin yanvar ayında Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi olaraq onların nikahlarına xitam verilmiş və bundan sonra ona oğlu Xlə həftənin 02 (iki) günü görüşmək hüququ verilmişdir. O, görüş günləri oğlu Xlə görüşmək məqsədilə Tovuz rayonunun Əyyublu kəndində yerləşən, keçmiş qayınanası Zərərçəkmiş şəxs yaşadığı evə gedərək oğlu Xi həmin evdən götürüb özü ilə gəzməyə aparmış, görüş vaxtı bitdikdən sonra on u yenidən Zərərçəkmiş şəxs yaşadığı evə gətirmişdir. 26 fevral 2023-cü il tarixdə saat 14 radələrində o, həmişə olduğu kimi, oğlu Xlə görüşmək məqsədilə keçmiş qayınanası Zərərçəkmiş şəxs yaşadığı evə gedərək oğlunu götürüb özü ilə aparmış və həmin gün saat 18 radələrində özünə məxsus avtomobillə sonuncunu anası X3ə təhvil vermək məqsədilə keçmiş qayınanasının yaşadığı evə getmişdir. O, həmin fərdi yaşayış evinin giriş qapısından həyətə daxil olaraq keçmiş arvadı X3ü uca səslə bir neçə dəfə səsləyərək çağırmış, lakin bu vaxt keçmiş qayınanası həyətin giriş qapısından sol tərəfdə yerləşən ikimərtəbəli evdən çıxaraq ona qızı X3ün evdə olmadığını bildirmişdir. O, isə buna inanmayıb X3ün həyətin giriş qapısından sağ tərəfdə yerləşən yardımçı tikilidə (əl damında) olduğunu görüb həmin tikiliyə yaxınlaşmış və giriş qapısının yaxınlığında dayanaraq X3ü səsləməyə davam etmişdir. Onun otağa yaxınlaşdığını gördükdə Zərərçəkmiş şəxs həyətə düşərək ona yaxınlaşmış və qışqıra-qışqıra qızı ilə artıq boşandığını və hansı haqla yaşadığı evə daxil olub X3ü çağırmasının səbəbini ondan soruşmuşdur. O, isə həmin vaxt Zərəçəkmiş şəxsə qısa müddətdə də olsa X3ü görmək istədiyini, sonuncuya deyiləcək sözünün olduğunu bildirmiş, bu vaxt Zərərçəkmiş şəxs özü qızı X3ün həmin vaxt olduğu otağın qapısını döyərək onu səsləmiş, ondan isə çıxıb getməsini tələb etmişdir. Bundan sonra X3 qapını açmış, Zərərçəkmiş şəxs isə əsəbi halda otağın giriş qapısından bir qədər uzaqlaşıb yenidən otağa daxil olmuşdur. O, həmin vaxt keçmiş arvadı ilə danışaraq oğlu ilə maraqlanmaq məqsədilə sonuncudan istifadəsində ola n mobil nömrəni ona bildirməsini xahiş etmiş, lakin X3 ona artıq rəsmi ayrıldıqlarını və danışılacaq bir sözünün olmadığını bildirmiş, Zərərçəkmiş şəxs isə yenə də təkidlə ondan çıxıb getməsini tələb etmişdir. O, otağa daxil olduqda X3ün əlində mobil telefon olduğunu görüb onunla bir qədər danışdıqdan sonra sonuncunun istifadəsində olan mobil nömrəsini bildirməməsi səbəbindən onun əlində tutduğu telefonu anidən çəkib almışdır. Bu vaxt Zərərçəkmiş şəxs ona yaxınlaşmış və X3ün telefonunu geri qaytarmasını və yaşadığı evdən çıxıb getməsini tələb etmişdir. O, telefonu həmin vaxt əynində olan gödəkçənin cibinə qoyub geriyə, yəni evin həyətinə açılan giriş qapıya doğru getməyə başlamış, lakin Zərərçəkmiş şəxs və X3 onunla həmin vaxt evin həyətində yaxalaşaraq ələ keçirdiyi telefonu ondan geri al mağa çalışmış, o, isə onlardan aralanıb küçəyə çıxmış, küçədə avtomobilinə yaxınlaşdıqda ardınca küçəyə çıxan Zərərçəkmiş şəxs və X3 onun ünvanına nalayiq ifadələr işlədərək ondan əl çəkməmiş və yaxalaşmaqda davam etmişlər. Bundan sonra Zərərçəkmiş şəxs çətinliklə də olsa onun cibindən qızı X3ə məxsus mobil telefonu götürməyə nail olmuş və yenidən onun ünvanına nalayiq ifadələr işlədərək qızı ilə birlikdə həyətə daxil olmuşdur. Bundan əsəbləşərək o, özündən çıxmış və hirsli halda onların arxasınca həyətə daxil olaraq orada ilk əvvəl ayaq zərbəsi ilə (təpiklə) X3ün ayağına vuraraq sonuncunu yerə yıxmış, daha sonra isə Zərərçəkmiş şəxs doğru gedərək bir-birinin ardınca sonuncunun sifət nahiyəsinə əli ilə, həmçinin təpiklə ayağına zərbələr endirmişdir. Daha sonra o, evin həyətindən küçəyə çıx mış və öz avtomaşınında oradan uzaqlaşaraq birbaşa yaşadığı evə getmişdir. O, Zərərçəkmiş şəxs və keçmiş arvadı X3ü həmin vaxt onun ünvanına nalayiq ifadələr işlətdiklərinə görə onlara qarşı təsvir edilən əməllərini törətmiş, lakin həmin vaxt kiməsə əzab və iztirab vermək məqsədi izləməmişdir. Qızı Şahid1 Məhkumla nikaha daxil olması, həmin nikahdan onların bir uşağının anadan olması, 23 yanvar 2023-cü il tarixdə rəsmi olaraq Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə boşanması barədə Məhkum ifadələrinə uyğun ifadələr vermiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin ifadələrindən daha sonra görünür ki, Məhkumun və X3ün rəsmi olaraq boşanmalarına baxmayaraq, keçmiş kürəkəni qızı X3lə barışaraq ailəsini bərpa etmək məqsədilə dəfələrlə onların yaşadıqları Tovuz rayonunun Əyyublu kəndində yerləşə n və ona məxsus olan fərdi yaşayış evinə gəlmiş, lakin həmin vaxtlar ona və ailə üzvlərinə fiziki zorakılıq göstərmək yolu ilə hədə-qorxu gəlmişdir. 26 fevral 2023-cü il tarixdə saat 18 radələrində o, qızı Şahid1 ilə birlikdə yaşadığı evdə olarkən keçmiş kürəkəni Məhkum nəvəsi Xlə birlikdə onun yaşadığı evə gəlmiş, o, isə həmin vaxt evin ikinci mərtəbəsində şagirdlərə hazırlıq məşğələsi keçmişdir. Bu zaman Samir evin həyətinə daxil olaraq uca səslə X3ü səsləməyə başlamış, o, isə evdən həyətə çıxaraq ona X3ün evdə olmadığını bildirmiş, lakin Məhkum ona qulaq asmayaraq qızı X3ü səsləməyə davam etmişdir. O, Məhkumun özbaşına hərəkətini dayandırmayacağını görüb qızı X3ün həmin vaxt olduğu yardımçı tikiliyə yaxınlaşaraq sonuncudan həyətə çıxmasını xahiş etmiş, bu vaxt Məhkum də həmin tikiliyə y axınlaşmış, bundan sonra qızı X3 otağın qapısını açmışdır. Məhkum X3dən sonuncunun istifadəsində olan mobil nömrəni bildirməsini istəmiş, həmçinin qızı X3ə “İnstagram” sosial şəbəkəsində yazdığı mesajlara niyə cavab vermədiyini soruşmuşdur. X3 isə artıq rəsmi şəkildə ayrıldıqlarından ünsiyyət saxlamalarının yersiz olduğunu bildirmiş, o, isə Samirə 15 dəqiqə müddət ərzində çıxıb getməsə polisə məlumat verəcəyi barədə xəbərdarlıq edib yenidən hazırlıq məşğələsi keçdiyi otağa daxil olmuş, bundan təxminən 10 dəqiqə sonra qızı X3ün uca səslə qışqırmasını eşidərək dərhal həyətə düşüb qızının olduğu otağa doğru getmişdir. Həmin otağa yaxınlaşdıqda Məhkum X3ə məxsus mobil telefonu sonuncunun əlindən zorla alıb həyətin giriş qapısına doğru getdiyini görmüş və ona yaxınlaşaraq qızının mobil telefonu nu geri qaytarmasını tələb etmiş, lakin Məhkum telefonu əlində tutaraq bu tələbi yerinə yetirməkdən imtina etmiş və küçəyə çıxaraq öz avtomobilinə doğru getmişdir. Bunun gördükdə o, Məhkumun arxasınca gedib telefonu qaytarmasa onun getməsinə mane olacağımı bildirmiş, Məhkumun telefonu könüllü geri qaytarmayacağını görüb sonuncuya müqavimət göstərərək çətinliklə də olsa qızına məxsus “Samsung” markalı, “A23” modelli telefonu geri almış və qızı X3lə birlikdə əsəbi halda evin həyətinə daxil olmuşdur. Məhkum da onun arxasınca evin həyətinə daxil olaraq əvvəl qızı X3ü təpiklə vurub yerə yıxmış, sonuncunun ayaq və bədənin müxtəlif nahiyələrinə zərbələr endirmiş, bundan sonra isə ona doğru gələrək onu itələmiş və ayaq nahiyəsindən təpiklə, həmçinin bir-birinin ardınca sifət nahiyəsinə yumruq zərb ələri vurub ona sol qaşın, gözünün və burun nahiyələrindən müxtəlif xəsarətlər yetirmiş və yalnız bundan sonra həyətdən çıxıb getmişdir. Məhkum tərəfindən döyülməsi nəticəsində qeyd olunan bədən xəsarətləri aldığına görə o, yəni Zərərçəkmiş şəxs qohumu X9 idarə etdiyi avtomobillə əvvəl Tovuz RPŞ-nə, daha sonra isə Tovuz RMX-na getmiş, X3 isə qardaşı İsrafilə zəng edərək baş vermiş hadisə barədə ona məlumat vermişdir. Şahid qismində X6 da həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadələrinə uyğun ifadələr vermişdir. İbtidai araşdırma zamanı təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 27 fevral 2023-cü il tarixli 117 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - burun nahiyəsini n burun sümüyünün minimal yerdəyişmiş sınığı və burun tənəffüsünün davamlı pozulması ilə müşayiət edilən qançır-şişkinliyi, sol qaşburun nahiyəsinin və sol əng nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ hər iki göz qapaqlarının və sağ gözaltı nahiyənin, sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin, sağ bazu nahiyəsinin qançırları, alın nahiyəsinin qançır-şişkinliyi küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Kassasiya şikayətinə və ona edilmiş əlavələrin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənməklə yanaşı həmçinin həmin materiallara əlavə edilm iş CD diskdəki videogörüntülərə də baxış keçirmiş və həmin videogörüntülərə əsasən əvvəla müəyyən etmişdir ki, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 26 fevral 2023-cü il tarixdə sonuncunun yaşadığı evin həyətində döyərkən və bu vaxt sonuncunun sifət və bədən nahiyələrinə yumruqla zərbələr endirərkən zərərçəkmişin qızı X3 da hadisə yerində olmuş və Məhkum nəinki öz əməllərini onun gözü qarşısında törətmiş, həm də bu əməlləri dayandırması barədə X3nın tələblərinə əhəmiyyət verməmiş, ona ünvanlanmış tələbi isə yerinə yetirməmiş, hadisənin təffərüatları barədə Zərərçəkmiş şəxs və X3ün, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələrində göstərdikləri isə videgörüntülərdəki əksini tapmış hallarla üst-üstə düşür. Məhkəmə kollegiyasının qənaətincə obyektiv olaraq müəyyən edilmiş bu hallar Məhkum ona istinad olunan əməlləri törədərkən, yəni Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə onun sifətinin və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı zərbələr endirərkən onun zərər çəkmiş şəxsə qarşı xüsusi qəddarlıq nümayiş etdirməsindən və eyni zamanda sonuncunun yaxın qohumu olan qızı X3ə da əzab və iztirab verməsini dərk etməsindən xəbər verir. Bütovlükdə isə həmin hallar Məhkum Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vuran xəsarətləri xüsusi amansızlıqla yetirməsinə, yəni məhz CM-nin 127.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsinə dəlalət edir və belə qənaət yuxarıda təsvir edilmiş sübutlarla öz təsdiqini tapır. Həm cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrində, həm də apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikay ətində və ona etdiyi əlavəsində Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun sağlamlığına az ağır vurulmasına səbəb olan xəsarətləri yetirərkən xüsusi amansızlıq nümayiş etdirməsini inkar etsə də, bu halı təsdiq edən mötəbər sübutları istər ibtidai araşdırma orqanına, istərsə də məhkəmələrə təqdim etməmiş və öz iddiası ilə bağlı kassasiya şikayətinin və ona edilmiş əlavənin dəlillərini kifayət qədər əsaslandıra, məhkəmə kollegiyasını isə bu dəlillərin həqiqəti əks etdirən dəlillər olmasına inandıra bilməmişdir. Halbuki, prosessual qanunvericiliyin tələblərinə görə, cinayətin törədilməsi bağlı hər hansı hal, o cümlədən bu və ya digər cinayətin tövsifedici əlamətinin olub-olmaması yalnız müvafiq sübutlarla təsdiq olunduqda əsas kimi qəbul edilə bilər, belə sübutların ibtidai araşdırma orqa nına və ya məhkəməyə təqdim etmək vəzifəsi isə mübahisə edənin üzərinə qoyulur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsif barədə həm ibtidai araşdırma orqanının, həm də birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticə qanuni və əsaslıdır və bu nəticə cinayət qanunvericiliyinin tələbləri ilə yanaşı həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrlə tam uzlaşır. Belə ki, CM-nin 127.2.2-ci maddəsində xüsusi amansızlıqla zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəti cələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. CM-nin 25.2 və 25.3-cü maddələrinin tələblərinə görə isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə, təqsirkar öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etdikdə, onun ictimai təhlükəli nəticələrini qabaqcadan gördükdə, lakin bunları arzu etməyərək belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verdikdə isə cinayət dolayı qəs dlə törədilmiş hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə pros esində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Göründüyü kimi, Ali Məhkəmənin Plenumu da belə hesab etmişdir ki, təqsirkarın zərər çəkmiş şəxsi onun yaxın qohumlarının öldürməsi əməlini xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilməsi üçün onun sonunculara da xüsusi əzab verməsinin dərk etməsi, yəni onun bu hala münasibətdə də birbaşa qəsdini n olması müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 127.2.2-ci maddəsində də xüsusi amansızlıqla müvafiq olaraq sağlamlığa qəsdən az ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulduğundan yuxarıda qeyd olunan izah həmçinin bu cinayətə münasibətdə də nəzərə alınmalı və tətbiq edilməlidir. Beləliklə, məhkəmə kollegiyası təsvir edilənlərdən, işin müəyyən olunmuş faktiki hallaırından və bu halların arxasında duran sübutlardan çıxış edərək, belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması və onun əməlinin CM-nin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilməsi barədə yekun qərar qəbul edərkən toplanmış və birinci instansiyası məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sü butlara qanunda nəzərdə tutulmuş qaydada, yəni onlara mənsubiyyəti, mötəbərliyi, mümkünlüyü və kifayətliliyi üzrə qiymət verərək eyni zamanda törədilmiş əməlin tövsifində də səhvə yol verməmişdir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini müəyyən etməyərək təhlil edilən məsələlərlə bağlı Məhkum kassasiya şikayətinin və ona özü tərəfindən edilmiş əlavənin dəlillərini qəbul edilməz sayır və bu hissələrdə həmin müraciətlərin təmin edilməsini mümkün bilmir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin olunarkən iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən bir sıra halların nəzərə alınmaması, bununla da ədalətsiz qərarın qəbul edilməsi haqqında ba rədə məhkum olunmuş şəxsin və onun müdafiəçisi K.H.Məmmədovun kassasiya müraciətlərinə münasibət bildirən məhkəmə kollegiyası əvvəla vurğulamağı lazım bilir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidilər (CPM-nin 8.05-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differe nsasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv ar aşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, təqsirkara qanuni və ədalətli cəzanın təyin edilməsi üzrə məhkəmələrin üzərlərinə düşən vəzifənin yerinə yetirməli olması cinayət qanunvericiliyin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Qərarlarında əksini tapmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yə ni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ən əsası isə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunveric iliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinin tələbinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Yuxarıda istinad olunan CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırla şdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Hökmün və ya məhkəmənin (o cümlədən apellyasiya instansiyası məhkəməsinin) digər yekun qərarının məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür (CPM-nin 349.5-ci maddəsi). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət müha kimə icraatında sübutların qiymətləndirilməsi prinsiplərinə, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın və bütün bunlara həmçinin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarların da göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə olunmuşdur. H əmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd oluna n Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkə mələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Qanunvericiliyin yuxarıda şərh edilən normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum qərarlarında əksini tapmış tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Məhkum təqsirli bilindiyi CM-nin 127.2.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, buna görə də həmin maddədə nəzərdə tutulmuş cinayət CM-nin əsasən az ağır cinayətlər kateqoriyasına ai ddir. Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bu cinayətin törədilməsi hallarını və nəticələrini nəzərə alan məhkəmə kollegiyası ona məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır, lakin eyni zamanda qeyd edir ki, həmin məhkəmə bu məsələni həll edərkən cinayət qanunvericiliyinin tələblərinin pozulmasına yol vermişdir. Belə ki, kassasiya qaydasında mübahisələrdən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, həmin məhkəmə Məhkum barəsində cəza tədbirini seçərkən yalnız birinci instansiya məhkəməsi tərəfindən bu məsələnin həll edilməsi zamanı nəzərə aldığı və cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları sa dalamaqla kifayətlənmiş, lakin bu halların hansının nəzərə alınıbalınmamasını həmin qərarda göstərməmiş, nəticədə isə CPM-nin 416.1.21-ci maddəsi ilə ehtiva olunan pozuntu baş vermişdir. Halbuki, yuxarıda göstərildiyi ki, məhkəmə təqsirkara cəza təyin edərkən iş üzrə müvafiq sübutlarla təsdiq olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalı və bunu qəbul etdiyi yekun məhkəmə aktında müvafiq sübutlar vasitəsilə əsaslandırmalıdır. Cinayət işinin materiallarından isə görünür ki, Məhkum ilk dəfə az ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, onun himayəsində bir azyaşlı uşağı var (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş və mütləq nəzərə alınmalı olan hal), yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilir, özü isə anlaqlılığı istisna etməyən və t ibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə əsas olmayan psixi xəstəlikdən - “Kəskin polimorf, psixotik pozuntu” xəstəliyindən əzab çəkir və bu xəstəlikdən uzun müddət müalicə almışdır. Məhkum himayəsində bir azyaşlı uşağının olması ilə yanaşı yuxarıda göstərilən digər hallar da iş materiallarına əlavə edilmiş 102 saylı Mənzil-Kommunal İstismarı sahəsindən verilmiş xasiyyətnamə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamə ilə, Məhkum kassasiya müraciətlərinə də əlavə etdiyi çoxsaylı tibbi sənədlərlə, habelə məhkəməyədək icraat zamanı iş üzrə keçirilmiş məhkəmə--psixiatrik ekspertizasının 15 may 2023-cü il tarixli, 276 saylı rəyi ilə təsdiq olunur. Həmin rəyə görə, Məhkum kəskin polimorf pozuntudan sonrakı p sixopatabənzər davranış XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) 23.0 xəstəliyindən əziyyət çəkir. Müayinə olunan şəxs kəskin polimorf pozuntudan sonrakı psixopatabənzər davranış XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) 23.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik mülayim ifadəli olması səbəbindən o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında, yəni anlaqlı vəziyyətdə olmuşdur. Onun əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındad ır. Məhkəmə kollegiyası bütün qeyd olunan halları cəzanı yüngülləşdirən hallar kimi qiymtləndirib həm bu halları, həm də iş üzrə CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Məhkum təqsirli bilindiyi CM-nin 127.2.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyası həddində endirilməli, bununla da apellyasiya instansiyası məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qərarında müvafiq dəyişiklik edilməli, məhkum olunmuş şəxsin və onun müdafiəçisinin kassasiya müraciətləri isə qismən təmin olunmalıdır. Beləliklə, bütün təsvir olunanlara əsaslanıb kassasiya müracəitlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə bir daha təhlil edib kassasiya şikayətinin və ona edi lmiş əlavələrin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi K.H.Məmmədovun, həmin müraciətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, qeyd olunan kassasiya müraciətləri qismən təmin edilməli, Məhkum CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarında isə dəyişiklik edilməklə ona həmin maddə əsasında təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti endirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum kassasiya şikayəti və ona hə m özü, həm də müdafiəçisi K.H.Məmmədov tərəfindən edilmiş əlavələr qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və ona edilmiş əlavələrə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il 06 (altı) ayadək endirilsin. Qərar qeyd olunan kassasiya müraciətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar