Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2012/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin 1(020)-5/2022 saylı, 13 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 305-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 1(020)-5/2022 saylı, 2 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Babalı X1 Rayon Məhkəməsinin 1(020)-5/2022 saylı, 13 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 305-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum et mə cəzasına məhkum edilmişdir. Məhkum edilmiş şəxs Babalı X1 Rayon Məhkəməsinin 1(020)-5/2022 saylı, 13 yanvar 2022-ci il tarixli hökmündən 11 sentyabr 2023-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Beyləqan Rayon Məhkəməsinin 1(020)-5/2022 saylı, 02 oktyabr 2023-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum vəsatəti təmin edilməmişdir. Məhkum edilmiş şəxs Babalı X1 Rayon Məhkəməsinin 1(020)-5/2022 saylı, 02 oktyabr 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müdətin bərpa olunmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-232/2024 saylı, 22 fevral 2024-cü il tarixli ilkin baxış qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 1(020)-5/2022 saylı, 02 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-232/2024 saylı, 22 fevral 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. O, kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməklə onun prosessual hüquqları pozulmuşdur. Belə ki, Məhkum şikayətini onunla əsaslandırmışdır ki, o şikayətini vaxtında yazıb təqdim etsədə s alahiyyətli şəxslər onun şikayətini məhkəməyə göndərməmiş və nəticədə o, qərarından vaxtında apellyasiya şikayəti verməmişdir. Məhkum qeyd olunanların nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının ləğv edilərək apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apel lyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəmə si qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təs diq edən sənədlər əlavə edilə bilər. İş materiallarından göründüyü kimi Məhkum apellyasiya şikayəti 24 iyun 2023-cü il tarixdə Beyləqan Rayon Məhkəməsinə deyil, yanlışlıqla Binəqədi Rayon Məhkəməsinə göndərilmiş, Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin Məhkum apellyasiya şikayəti verməyə mane olmasını göstərən xüsusatlar isə öz əksini tapmamışdır. Beləliklə, məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatəti və apellyasiya şikayəti hökmün çıxarılmasından 01 (bir) il 08 (altı) aydan artıq müddət keçdikdən sonra vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum olunmuş şəxsin, müdafiəçinin birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikd ə nəzərdə tutulmuş müddətdə istifadə edə bilərdi. Bu hüququndan istifadə etməmiş məhkum olunmuş şəxs heç bir əsas göstərmədən müddətin bərpasını tələb etməsinin heç bir hüquqi və real əsası olmamaqla yanaşı, müddətin bərpa edilməməsi onun, hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə məhkum və müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, məhkum apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Məhkum, yəni hökmün elan olunduğu andan 20 gün müddətində Məhkum apellyasiya şikayəti verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzr lü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin p rosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Beyləqan Rayon Məhkəməsinin 1(020)-5/2022 saylı, 13 yanvar 2022-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətinin rədd edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-232/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2012/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2012/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver