Məhkəmə qərarları › İş №1(102)-2013/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2013/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2013/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Novruzov X11 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 1(103)-47/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum müəyyənləşdirilməmiş tarixdə, naməlum mənbədən satış məqsədi ilə qanunsuz ola raq külli miqdarda təmiz çəkisi 107,703 qram təşkil edən heroin narkotik vasitəsini əldə edib, həmin narkotik vasitənin 91,180 qramını yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə qədər daşıyıb orada gizlətmiş, 15,893 qramdan ibarət qalan hissəsini isə öz üzərində saxlamaqla daşımışdır. 04 fevral 2021-ci il tarixdə, saat 17 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində təqsirləndirilən şəxs Məhkum Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış və orada üzərinə video çəkiliş vasitəsi ilə şəxs i axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxladığı və daşıdığı bir ədəd bükümdə külli miqdar təşkil edən 15,893 qram çəkidə heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra narkotik vasitənin həm də yaşadığı evdə satış məqsədi ilə saxlaması barədə daxil olmuş məlumat əsasında 04 fevral 2021-ci il tarixdə, saat 20 radələrində onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə özünün şəxsi icazəsi və iştirakı ilə baxış keçirilərkən, bir ədəd üzərində heroin narkotik vasitəsinin izləri olan qara rəngli elektron tərəzi və bir ədəd bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdar təşkil edən 91,180 qram h eroin narkotik vasitəsi qonaq otağında olan divanın üzərindəki döşəyin altından aşkar edilərək götürülmüşdür.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)-1254/2021 nömrəli hökmü ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəlinin tutulduğu 04 fevral 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, barəsində narkotik vasitələrdən suiistifadə etməsi ilə əlaqəd ar ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2021-ci il tarixli, 1(103)-1548/2021 nömrəli qərarı ilə (hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X18 və X3 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)-1254/2021 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 oktyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2022-ci il tarixli, 1(102)-581/2022 nömrəli qərarı ilə (hakimlər X9 (sədrlik edən və məruzəçi), X12 və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə) kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 oktyabr 2021-ci il tarixli qərarının kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2023-cü il tarixli, 1(103)-47/2023 nömrəli qərarı ilə (hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 1(101)-1254/2021 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmısi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 07 (yeddi) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin 06 (altı) il, 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına endirilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2023-cü il tarixli, 1(103)-47/2023 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin dəlilləri və etirazlar:

10. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik aktlarına istinadlar edərək qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməm işdir. Belə ki, ona elan edilmiş ittiham üzrə o, özünü təqsirli hesab etmir. Onun təqsirləndirildiyi cinayət işi saxta və qurama olmaqla, əməlin heç bir tutarlı və yetərli və mötəbərliliyi şübhə doğurmayan sübutlarla təsdiqlənmir. Cinayət qanununun norması düzgün tətbiq edilməmiş, məhkəməyə göndərilmiş sübutlar həqiqiliyi və mötəbərliyi baxımından tədqiq olunaraq qiymətləndirilməmiş, sübutların məcmusu ona qarşı irəli sürülmüş ittihamın həlli üçün kiifayət etmədiyi halda məhkəmə ibtidai istintaq orqanının sırf subyektiv mülahizələrini əsas götürməklə onun əməlini düzgün tövsif etmədən işin faktiki hallarına uyğun gəlməyən bir yekun nəticə çıxarmışdır.

11. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin müəllifi məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 28 aprel 2023cü il tarixli, 1(103)-47/2023 nömrəli qərarının dəyişdirilməsini, onun əməlinin AR CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

13. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavəsini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin və kassasiya şikayətinə əlavənin dəlillərinə etiraz edərək, məhkəmə kol legiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yo xlanılır. 18.Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə onun əməlinin hüquqi tövsifini mübahisələndirmiş, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

21. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini və kassasiya şikayətinə əlavəsini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2023-cü il tarixli, 1(103)-47/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Şəxsi n əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

23. Məhkəmə kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

24. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən qismən məhkəmə istintaqı keçirilməklə yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

25. Kollegiya qeyd edir ki, Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavəsində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq məhkəmə tərəfindən məhkumun şikayətində qeyd etdiyi şəxslər əlavə şahid qismində cəlb edilərək dindirilmiş, şikayətində qeyd etdiyi hədə-qorxu təsiri altında əməlini etiraf etməsi ilə bağlı mülahizələri araşdırılmış və ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sms mətnlər tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sms mətnlərlə qeyd edilən mülahizə təkzib edil mişdir.

26. Bundan əlavə, məhkum tərəfindən kassasiya şikayətində və kassasiya şikayətinə əlavəsində ibtidai istintaq dövründə aparılmış istintaq hərəkəti protokollarındakı imzanın ona məxsus olmaması mübahisələndirilsə də, kollegiya bildirir ki, sözügedən dəlil də apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq xətşünaslıq ekspertizası keçirilməklə təkzib edilmiş, tərtib edilmiş protokollardakı imzaların Məhkum tərəfindən icra edilməsi müəyyən edilmişdir. Həmçinin, yalnız ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin dindirilməsi barədə istintaq hərəkətini yerinə yetirərkən qanun pozuntusuna yol verilməsi müəyyən edilmişdir ki, buna dair də apellyasiya məhkəməsi tərəfindən pozuntuya yol vermiş müstəntiq barəsində xüsusi qərar qəbul edilmişdir.

27. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

28. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmi ş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

29. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud və qismən məhkəmə istintaqı keçirilməklə aparılan apellyasiya icraatı zamanı əldə edilmiş sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün yalnız cəza hissəsin də dəyişdirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

31. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şi kayəti və kassasiya şikayətinə əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2023-cü il tarixli, 1(103)-47/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli, 1(103)-47/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar