Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2013/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs - X6, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Quliyev Azər Şahbala oğlunun iştirakları ilə, X8 Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli 1(101)-792/2022 nömrəli (hakimlər: Qəniyev Faiq Əsəd oğlu (sədrliyi ilə), Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 16 aprel 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış X18 Azərbaycan Respublika sı CM-in 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə X6 cəzaçəkmə müddətinin başlanğıcının 25 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən X6 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2022-ci il tarixli 1(103)-1427/2022 nömrəli (h akimlər: Murquzov İlqar Mustafa oğlu (sədrliyi və məruzəsi ilə), Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan məhkum X6 müdafiəçisi Quliyev Azər Şahbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 avqust 2023-cü il tarixli 1(102)-1028/2023 nömrəli (hakimlər: Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 8 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli 1(103)-95/2024 nömrəli (hakimlər: Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbrahimli İbrahim Adil oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə əsasən ləğv edilmiş, X8 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edil məsi və dərhal məhkəmə iclas zalından həbsdən azad olunması, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının X8 izah edilməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Verilimiş ittihama əsasən X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında sonuncudan istintaqa məlum olmayan vaxtda və yerdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,839 qram, 2,292 qram, ümumi təmiz çəkisi 6,131 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda - 1 ədəd bükümdə təmiz çəkisi 19,472 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutu kəsiklərində 10 ədəd açıq-qəhvəyi rəngli «F/M 40» gö stəricili, dərman həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,400 qram olan narkotik vasitə olan metadonu əldə edib, həmin heroinin bir bükümünü, metamfetamini və metadon həblərini sellofan torbada əynində olan bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibində, heroinin digər bükümünü əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki pul qabının içində saxlamaqla daşımış, 25 oktyabr 2021-ci il tarixdə saat 08:20 radələrində Bakı şəhəri, xxx ev 17 ünvanın yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindək i bənövşəyi rəngli idman gödəkçəsinin sol yan cibindən sellofan torbanın içindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 3,839 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 19,472 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində «Methadone 40» göstəriciləri olan dərman konvolyutu kəsiklərində 10 ədəd açıq-qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həblərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,400 qram olan narkotik vasitə olan metadon, əynində olan qara rəngli idman şalvarının sol yan cibindəki pul qabının içindən isə 1 ədəd bükümdə külli miqdarda - təmiz çəkisi 2,292 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmələr yuxarıda qeyd edil ən nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarından və məhkəmə iclasının protokollarından göründüyü kimi, təqsirləndirilən X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən həmin cinayətin törədilməsi özünün ibtidai istintaq dövründə verdiyi ifadələrinin məzmunu ilə yanaşı, istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, baxış, götürmə, müayinə, axtarış, dindirmələr və digər istintaq hərəkətlərinin protokolları ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri ilə toplanmış və birinci instansiya m əhkəməsində tədqiq olunmuş çoxsaylı digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, cinayət işi üzrə toplanmış çoxsaylı mötəbər sübutlarla təqsirləndirilən X6 İran vətəndaşı “x” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma cinayət əməlinin törətmələri, yəni CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayətləri törətmələri ibtidai istintaqın əvvəlində verdiyi etirafedici ifadələri ilə yanaşı, ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə, “şəxsi axtarış və götürmə aparılması haqqında" protokolla, həmin istintaq hərəkətlərinin videoçəkilişlə keçirilməsinə dair videogörüntülərlə, iran vətəndaşı “x” adlı şəxslə arala rında narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlanılması, daşınması və satışı ilə bağlı əlaqə saxlanılması barədə əməliyyat məlumatları ilə, keçirilmiş baxış protokolları ilə, məhkəmə-kimyəvi, məhkəmə-bioloji və başqa ekspertizalarının rəyləri ilə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı digər mötəbər və təkzibedilməz sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyasi ekspert rəyinə tənqidi yanaşmış, Binəqədi Rayon Məhkəməsinin qərarını ekspert rəyində müayinə tarixindən 5-7 gün əvvəl xəsarətin əmələ gəlməsi, xəsarətlərin insan bədəninin hissələri ilə zərbələrin endirilməsi səbəbindən əmələ gələ bilməsi ehtimalı barədə nəticəyə münasibət bildirilməməsi, həmin məsələnin araşdırılmaması, yalnız formal olaraq istintaq zamanı əldə edilmiş sübutların sadalanması və əsaslandırılmaması əsası ilə qəbul etməmiş, təqsirləndirilən şəxsə qarşı işgəncə faktının sübutu kimi qiymətləndirilmişdir. Bununla da məhkəmə sübutlara əhəmiyyət verməyərək təqsirləndirilən şəxsin məqsədyönlü və tutarlı dəlillər gətirmədən özünümüdafiə xarakterli ifadəsinə üstünlük verməklə toplanmış sübutları müqayisəli şəkildə təhlil etmədən apardığı birtərəfli araşdırmanın nəticələrinə əsaslanmaqla X-ə əsassız olaraq bəraət vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı nın müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli hökmünün ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Quliyev Azər Şahbala oğlu kassasiya protestinə etiraz edərək iş üzrə işgəncə faktı ilə əlaqədar üç dəfə məhkəmə nəzarəti qaydasında cinayət işinin başlanılmasının rədd qərarının ləğv edildiyini bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X18 çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası m əhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X8 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respubli kası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uy ğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmə diyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdı rılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X18 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmu ş, həmçinin, X6 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə iş üzrə tədqiq olunmuş sübutların məcmusu ilə əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya protestini cinayət işi materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam araşdırmış, Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tə ləbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun n əticəyə gəlməyə imkan versin. X18 birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərmişdir ki, Polis Bölməsində üzərinə baxış keçirilmiş, lakin polis əməkdaşları üzərindən heç bir qanunsuz əşya tapmamışlar. Daha sonra polis əməkdaşları özlərində olan narkotik vasitəni masanın üzərinə qoymuş və sözü gedən narkotik vasitələri götürüb cibinə qoymağını tələb etmişlər. İlkin olaraq onların tələbi ilə razılaşmamışdır. Bundan sonra adlarını bilmədiyi polis əməkdaşları ona psixoloji və fiziki təzyiq göstərməyə başlamışlar. Belə təsir və təzyiqlərdən sonra məcbur qalıb onların təkliflərini qəbul etmiş və masanın üzərində olan bükülüləri cibinə qoymuşdur. Sonra qabaqcadan danışılmış şəkildə çəkiliş aparılmış, guya məl um maddələrin onun üzərindən aşkar edilməsi barədə sənədləşmələr aparılmış, polis əməkdaşlarının dediyi kimi izahat tərtib olunaraq ona imzaladılmışdır. X məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə yanaşı, şübhəli şəxs qismində dindirilərkən, o cümlədən cinayət təqibi dövründə 25 oktyabr 2021-ci il tarixdə üzərinə şəxsi axtarış və baxış keçirilən zaman və həmin gün verdiyi ilkin izahatında göstərdiklərinə tam əks formada ifadələr verərək onları təkzib etmişdir. Bundan başqa cinayət işi materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan və həmin tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, şübhəli şəxsin tutulması həmin tarixdə, saat 09:10-da, şəxsi axtarış və götürmə istintaq hərəkəti isə saat 09:30-09:41 aralığında baş vermişdir. CPM-in 232.1-ci maddəsində göstərilmişdir ki, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Odur ki, qanunvericiliyin tələbləri pozularaq ilk öncə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, daha sonra isə izahatı alınmışdır. Həmçinin CPM-in 232.4-cü maddəsinə görə şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir. Cinayət işinin materiallarından isə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli şübhəli şəxsin izahatı alın arkən ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtinaya, müdafiəçinin köməyindən istifadə etməyə dair hüquqları izah edilməmişdir. Beləliklə də, kasasiya məhkəmə kollegiyası o qənaətə gəlir ki, kassasiya protestinin dəlillərindən biri olan 25 oktyabr 2021-ci il tarixli X-in ilkin izahatının mənbəyinin mötəbərliyinin apellyasiya məhkəmə kollegiyasında sual işarəsi yaratması və nəticədə onun sübutlar siyahısında xaric edilməli olması barədə gəlinmiş nəticə əsaslı və ədalətli hesab edilməlidir. X6 ibtidai araşdırma zamanı ona psixoloji və fiziki təzyiqlər edilərək, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olduğunu bildirməsi və polis əməkdaşlarının dediyi kimi izahatın tərtib olunaraq ona imz aladılması barədə ifadələrinin dəlilləri, habelə ibtidai araşdırmanın aparılması zamanı kobud qanun pozuntularına yol verilməsi halları apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış və haqlı olaraq düzgün nəticəyə gəlinmişdir. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilmə sinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Bakı şəhəri Binəqədi Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materialdan görünür ki, X6 25 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları tər əfindən döyülməsi və işgəncələrə məruz qalması barədə məlumat üzrə xx.xx.2023-ci il tarixli qərar ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və həmin rədd materialına əlavə edilmiş, Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi x-in xx.xx.2021-ci il tarixli qərarı əsasında verilmiş Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi hüquqi şəxsin 1744 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyində müayinə zamanı göstərilmişdir ki, X6....... bədən səthində aşkar olunmuş üz nahiyəsində olan xəsarətlər bərk küt əşyanın təsirindən 5-7 gün əvvəl əmələ gəlmişdir, sol bud nahiyəsində olan xəsarətin bərk küt əşyanın təsirindən müayinədən 1-2 həftə əvvəl əmələ gəlmiş və qərarda göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilmələri istisna olunur və ü mumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. X-in bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər insan bədəninin hissələri (əl, yumruq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin bir neçə qərarları ilə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarları ləğv edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məhkəmə qərarlarında göstərilən xüsusatların araşdırılması tapşırılmışdır. Qərarda əks olunmuş ekspert rəyində müayinə tarixindən 5-7 gün əvvəl xəsarətin əmələ gəlməsi, xəsarətlərin insan bədəninin hissələri ilə zərbələrin endirilməsi səbəbindən əmələ gələ bilməsi ehtimalına münasibət bildirilməmiş, həmin məsələ araşdırılmamış, yalnız formal olaraq istintaq zamanı əldə edilmiş sübutlar sadalanmış və əsaslandırılmamış qərar qəbul etmişdir. Həmin araşdırma zamanı xəsarətin həbsdən əvvəl əmələ gəldiyi təqdirdə nəyə görə polis idarəsinin müvəqqəti saxlama yerinə qəbul edilərkən həmin xəsarətlərin qeydə almamasına münasibət bildirilməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cinayət işinin materiallarında olan anten məlumatlarına əsasən Şahid4 şübhəli şəxsin tutulması başlayan vaxt, yəni 25 oktyabr 2021-ci il tarixdə, saat 09:10 radələrində ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsində deyil, Bak ı şəhəri, Badamdar qəsəbəsi, X34 ünvanında olmuşdur. X1 istifadə etdiyi ***-*****-** nömrəsi üzrə xx.xx.2021-ci il tarixdə, saat 09:36, 09:37, 09:43 radələrində anten dairəsi ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsində deyil, ünvan 5 ünvanında göstərilmişdir. Beləliklə də, qeyd olunan saatlarda şəxsi axtarış və götürmə aparılarkən müdafiəçinin, şübhəli şəxsin tutulması zamanı isə təhqiqatçının başqa ünvanda olmaları cinayət işi üzrə toplanılmış materiallarla öz təsdiqini tapır. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühak imə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini ar aşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan mə sələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Azərbaycan Respublikası CPМ-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət i şi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X6 verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlər Şahid1, Şahid2 və Şahid3 və Şahid4 ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də mötəbər sübut növü kimi qəbul edilməməli olması, X6 aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin ona aid olmamasına dair verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Apellya siya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiyası və Ali Məhkəməsinin Plenumlarının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-müha kimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 26 aprel 2024-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2013/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2013/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver