Məhkəmə qərarları › İş №1(102)-2014/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2014/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2014/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyev, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 20 24-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin (sədrlik edən hakim Fərid Əliyev) 10 yanvar 2024-cü il tarixli 1(062)-5/2024 nömrəli hökmü ilə xx xxxx 1992-ci il tarixdə Tovuz rayonu, Qazqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Qazqulu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsin də çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan 27 avqust 2022-ci il tarixdə, saat 03 radələrində X3 məxsus olmaqla etibarnamə olmadan idarə etdiyi “VAZ-21063” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, həmin tələbə əs asən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələblərə əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək həmin yolda idarəetməni itirməsi nəticəsində avtomobil səkiyə çırpılmış, nəticədə ehtiyatsızlıqdan həmin avtomobildə əyləşmiş sərnişinlərdən Zərərçəkmiş şəxs qasıq və oturaq sümüklərinin sağ bud-çanaq oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşayiət edilən sınığı kimi dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər almaqla sağlamlığına az ağır zərər vurulmasına və Şahid1 oma büzdüm sümüyünün küt travması, başın s ağ gicgah nahiyəsinin sıyrılmış yarası kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər almasına səbəb olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nural Əliyev (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Əlizamin Abdullayev) 13 mart 2024-cü il tarixli 1(104)-177/2024 nömrəli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi kasasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli 1(104)-177/2024 nömrəli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan, ləğv edilməli və təqsirləndirilən şəxsə bəraət verilməlidir. Belə ki, ehtiyatsızlıqdan törədilən cinayətlər maddi tərkibli cinayətlər olduğundan və hadisə nəticəsində baş vermiş nəticəyə uyğun məsuliyyət yarandığından, hazırda zərərçəkmiş şəxsin həqiqətən yol nəqliyyat hadisəsi zamanı az ağır xəsarət alması sübut edilməlidir. Lakin zərərçəkmiş şəxsin hadisə zamanı həqiqətən xəsarət alması sübutlarla öz təsdiqini tapmır. Hadisə günü müayinədən keçməkdən imtina edən və hadisədən təxminən 10 gün sonra müayinədən keçmiş Zərərçəkmiş şəxs aldığı xəsarətlə bağlı ibtidai istintaq zamanı alınmış ekspert rəyinin isə qanunsuz və əsasızdır. Yol nəqliyyat hadisəsindən təxminən 10 gün sonra xəsarət alması barədə xəstəxanaya müraciət edən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, hadisə baş verəndən sonra Məhkum onu xəstəxanaya aparmamışdır. Lakin iş materiallarına əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs etiraf edir ki, Məhkum onu xəstəxanaya aparmış və o, müayinədən keçməkdən könüllü imtina etmişdir. Əgər Məhkum məsuliyyətdən yayınmaq istəsə idi nəyə görə onu və avtomobildə olan digər şəxsləri xəstəxanaya aparırdı. Zərərçəkmiş şəxs həmin gün xəstəxanaya aparılması avtomobildə olmuş digər şəxslərin ifadələri ilə də təsdiq edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş video görüntülərdən də görünür ki, Zərərçəkmiş şəxs hadisədən bir gün sonra rəfiqəsinin ad günündə şıdırğı rəqs edir. Əgər hadisə zamanı doğrudan da Zərərçəkmiş şəxs az ağır xəsarət alsa idi hadisədən cəmi bir gün sonra o cür rəqs edə bilməzdi. Zərərçəkmiş şəxs bildirir ki, ağrı kəsici qəbul edərək rəqs etmişdir. Lakin, iş üzrə şahid qismində dindirilmiş Pərvanə adlı şəxs ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ağrı kəsiciləri vurduran zaman ona bildirmişdir ki, böyrəyi ağrıyır ona görə ağrı kəsici iynə vurdurur. Zərərçəkmiş şəxs doğrudanda həmin xəsarəti yol nəqliyyat hadisəsi zamanı alsa idi nəyə görə hadisəyə heç bir aidiyyəti olmayan Pərvanə adlı şəxsə yalan məlumat verirdi? Bundan başqa ittiham tərəfindən təqdim olunmuş şahidlərdən heç biri ifadələrində bildirməmişlər ki, Zərərçəkmiş şəxs həmin hadisə zamanı xəsarət almasını bilavasitə görmüşlər. Yalnız avtomobildə olan şahidlər bildirir ki, Gülşən də avtomobildə olub, hadisədən sonra xəstəxanada müayinədən imtina etmişdir. Digər şahidlər isə Gülşənin tanışlarıdır, onlar da yenədə bildirlər ki, “eşitdiki Gülşən bir iki gün əvvəl qəza keçirdib, ona görə ağrıyır. Yəni Gülşənin xəsarəti yol nəqliyyat hadisəsi zamanı aldığını bilavasitə görməyiblər. Zərərçəkmiş şəxs aldığı xəsarətin məhz yol nəqliyyat hadisəsi zamanı alması heç bir sübutla öz təsdiqini tapmır. Həmçinin zərərçəkmiş şəxsin məhkəmədən və ekspertizadan yayınmasında onu göstərir ki, o yalan danışmış və yalanının üzə çıxacağından qorxduğu üçün hazırda məhkəmədən yayınır. Bundan başqa iş materiallarında olan raportlardan görünür ki, hadisə günü xəstəxana tərəfindən baş vermiş hadisə barəsində polis şöbəsinə məlumat verilmişdir. Lakin, polis əməkdaşları hadisə yerinə gəlməmiş və zərərçəkmiş şəxslərin dairəsini müəyyən etməmişdir. Əgər doğrudan da hadisə zamanı az ağır xəsarət alan biri olsa idi polis əməkdaşları dərhal hadisə yerinə gələrək zərərçəkənlərin dairəsini müəyyən edərdi. Məhkəmə kollegiyası Məhkum barəsində olan cinayət işini nəzərdən keçirib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, kassatorun fikrincə məhkumun əməlində Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığı, yəni hadisə nəticəsində Zərərçəkmiş şəxs az ağır bədən xəsarəti alması mötəbər sübutlarla təsdiq olunmadığı halda, məhkəmələr işin halları tam və hərtərəfli araşdırılmadan əsassız olaraq ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutl ara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı Məhkum, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə yol-nəqliyyat və məhkəmə-tibbi ekspertizalarının rəyləri, istint aq hərəkətlərinin protokolları və digər iş materialları tədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin bədən xəsarətləri onun törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində deyil, başqa şəraitdə alması barədə ifadəsi işin faktiki hallarına və iş üzrə toplanmış sübutlarla təkzib olundundan həqiqətə uyğun olmayan özünü elan edilmiş ittihamdan müdafiə etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin Məhkum əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassa siya şikayətindən görünür ki, müdafiə tərəfi yol-nəqliyyat hadisəsinin məhkum tərəfindən törədilməsi mübahisələndirmir, zərərçəkmiş şəxsin az ağır bədən xəsarətini həmin yol-nəqliyyat hadisəsində alması barədə məhkəmələrin gəldiyi nəticəni sübut olunmamış və əsassız hesab edir. Müdafiəçi öz mövqeyi onunla əsaslandırmışdır ki, zərərçəkmiş hadisədən dərhal sonra tibbi müayinədən keçməsindən imtina etmiş, ekspert tərəfindən yalnız 10 gün sonra müayinə edilmiş, ekspert öz rəyi əsaslandırmamış, hadisədən bir gün sonra zərərçəkmiş şəxs rəfiqəsinin ad günündə iştirak edərək rəqs etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilləri aşağıda göstərilən səbəblərə görə əsaslı hesab etmir. Belə ki, cinayət işinin materiallarından görünür ki, 06 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs 2 6 avqust 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat zamanı alınmış bədən xəsarətləri ilə əlaqədar Tovuz Rayon Xəstəxanasına müraciət etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadədə Zərərçəkmiş şəxs göstərmişdir ki, həmin xəsarəti Məhkum tərəfindən 2022-ci ilin avqust ayının 26-dan 27-nə keçən gəcə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı almışdır. Məhkum tərəfindən 2022-ci ilin avqust ayının 26-dan 27-nə keçən gəcə yol-nəqliyyat hadisəsinin törədilməsi, həmin vaxt məhkum idarə etdiyi VAZ-2106 markalı avtomobildə Zərərçəkmiş şəxs olması mötəbər sübutlarla müəyyən edilib və mübahisələndirilmir. Azərbaycan Respublikası CPM-in 140.0.1-ci maddəsinin tələblərinə görə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilm əsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs bədən xəsarətinin olması, həmin xəsarətin ağırlıq dərəcəsi və xarakteri müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza təyin edilmiş, həmin ekspertizanın 15 sentyabr 2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində qasid və oturaq sümüklərinin sağ bud-çanaq oynağı nahiyəsində hərəkət məhdudluğu ilə edilən sınığı aşkar edilmişdir. Xəsarətin lokalizasiya və xarakteri, onun 26 avqust 2022-ci il tarixdə məhkumun törətdiyi yol-nəqliyyat hadisəsinin şəraitində əmələ gəlməsi istisna edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-tibbi ekspertizasının hadisədən 10 gün sonra keçirilməsi onun əsaslığına şübhə gətirən hal kimi qəbul edilə bilməz. Rəydən görünür ki, ekspert rəyini zərərçəkmiş şəxsin müa yinəsinə və xəstəxanada zərərçəkmiş şəxsin adına tərtib edilmiş rentgenoloji arayışa əsaslanaraq vermişdir. Məhkəmə tərəfindən ekspert rəyi məhkəmə iclasında tədqiq edilmiş və həmin rəy mötəbər sübut kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs barəsində tərtib edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinin mötəbərliyinə şübhə gətirən heç bir hal cinayət işinin materiallarında müəyyən etməmişdir. Kassasiya şikayətin digər dəlili, yəni zərərçəkmiş şəxsin onda ekspert tərəfindən aşkar edilmiş az ağır bədən xəsarətini 2022-ci ilin avqust ayının 26-dan 27-nə keçən gəcə baş vermiş yol-nəqliyyat hadisəsində deyil, həmin hadisədən sonra alması barədə dəlili işdə olan sübutlarla təkzib olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 məhkəmə icla sında verdiyi ifadələrdə göstərmişlər ki, avqust ayının 27-dən Zərərçəkmiş şəxs sağ ayağında olan ağrılardan şikayət etmiş, çətinliklə yerimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş məhkəmə-tibbi ekspert N.X.Abbasov göstərmişdir ki, xəsarət aldıqdan sonra Zərərçəkmiş şəxs məhdud olsa da belə hərəkət edə bilərdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara nəzər salaraq hesab edir ki, həmin sübutlarla Zərərçəkmiş şəxs qasid və oturaq sümüklərinin sağ bud-çanaq oynağı nahiyəsində sınığı 27 avqust 2022-ci il tarixdə məhkumun törətdiyi yol-nəqliyyat hadisəsi zamanı alması təsdiq olunur. İşin bu halı sübutlarla təsdiq etmədiyi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilməlidir ki, kassasiya şikayətinin əsasını təşkil edən dəlillər ap ellyasiya şikayətində də göstərilmişdir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı-ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin g əldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclas protokollarından görünür ki, məhkəmələr işə baxarkən verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol v erilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.-1.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam v erilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar