Məhkəmə qərarları › İş №1(102)-2015/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2015/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2015/2025 12.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-ci il 11 aprel tarixli, 1(103)-852/2023 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər N.A.Kərimov (sədrlik edən), R.Ə.Sadıxov və A.İ.Paşayevdən ibarət məhkəmə tərkibində) 2023-cü il 20 fevral tarixli hökmü ilə, xx xxxxxx 1992-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şamaxı şəhəri, X8 küçəsi, ev 19-da qeydiyyatda olub, ünvan 1-də kirayə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMnin 66.3-cü maddəsində göstərilən əsaslarla ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 5 (beş) il 3 ( üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum 2021-ci il 5 oktyabr tarixdən 2021-ci il 6 oktyabr tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun tərəfindən çəkilməli cəzanın qalmış müddəti 5 (beş) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün kimi müəyyən olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 23 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə) 2023-ci il 11 aprel tarixli, 1(103)-852/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 2024-cü il 24 oktyabr tarixdə Məhkum müdafiəçisi Müdafiəçi3 Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 11 aprel tarixli, 1(103)-852/2023 nömrəli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər F.Əyyubov (sədrlik edən), E.Mehdiyev və M.Qarayevadan ibarət məhkəmə tərkibində) 2024-cü il 17 dekabr tarixli, 1(103)-852/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin verilməsi üçün müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Apellyasiy a instansiyası məhkəməsinin qeyd olunan qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 iyun tarixli, 1(102)-814/2025 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-852/2023 nömrəli, 17 dekabr 2024-cü il tarixli qərarı ləğv edilmiş, buraxılmış prosessual müddət bərpa edilmiş və cinayət işi kassasiya baxışına təyin edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhərində başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət ə laqəsinə girərək, başqa mənbədən külli miqdarda, yəni təmiz çəkisi 4,762 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,67 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 0,771 qram narkotik vasitə heroin, tərkibində metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,08 qram olan, üzərində “F/M40” yazısı həkk olunmuş 27 ədəd narkotik vasitə metadon həbləri və tərkibində preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 4,05 qram təşkil edən, “Alyse 150” markalanma göstəricili 27 ədəd güclü təsir edən preqabalin həbləri satış məqsədilə qanunsuz olaraq əldə edib kirayə yaşadığı ünvan 1 ünvanına daşıyaraq bir hissəsini üzərində, digər hissəsini isə yaşadığı mənzildə saxlamış, 04 oktyabr 2021-ci il tarixdə satış məqsədilə əldə etdiyi narkotik vasitə heroinin bir bükümdə 0,569 qram hissə sini tanışı Şahid1, psixotrop maddə metamfetaminin isə bir bükümdə 0,619 qram hissəsini tanışı Şahid2 pul müqabilində satmış və o, 05 oktyabr 2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri Nəsimi rayonu Xəqani küçəsində, yaşadığı binanın yaxınlığında özünü şübhəli apardığından DİN-in X1 üzrə X9 əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən onun əlindəki pul qabının içərisindən satış məqsədilə əldə etdiyi narkotik vasitə heroinin 1 bükümdə 0,062 qram hissəsi, 1 bükümdə psixotrop maddə metamfetaminin 0,041 qram hissəsi, 1 ədəd konvalyutda preqabalinin ümumi təsiredici maddəsinin miqdarı 1,95 qram olan 13 ədəd preqabalin həbləri, 1 ədəd konvalyutda metadonun ümumi təsiredici maddəsinin miqdarı 0,4 qram o lan 10 ədəd metadon həbləri aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq onun kirayə yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman evin qonaq otağındakı stolun üzərindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,060 qram, 0,056 qram, 0,055 qram, 0,181 qram, 0,208 qram, 0,382 qram, 0,360 qram, 0,293 qram, 0,566 qram, 1,003 qram, 0,453 qram olmaqla ümumi təmiz çəkisi 4,102 qram təşkil edən 12 bükümdə psixotrop maddə metamfetamin, ayrı-ayrı konvalyutlarda 10 ədəd, 6 ədəd və 1 ədəd olmaqla, ümumilikdə 17 ədəd, metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,68 qram təşkil edən, üzərində F/M40 yazısı həkk olunmuş “Metadone 40” markalanma göstəricili narkotik vasitə metadon həbləri, 14 ədəd preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 2,10 qram təşkil edən, üzərində “Alyse 150” ma rkalanma göstəricisi olan güclü təsir edən preqabalin həbləri, narkotik vasitə heroinin ümumi çəkisi 0,140 qram olmaqla hər birinin içərisində 0,2 ml və 0,5 ml həcmində tünd qəhvəyi rəngli maye halında heroin məhlulu olan 02 ədəd şprislər, ayrı-ayrılıqda çəkiləri 0,32 qram, 0,26 qram və 0,09 qram olmaqla ümumi təmiz çəkisi 0,67 qram təşkil edən 3 bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum haqqında məhkəmə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq haqqında Azərbaycan Respublikası CM-in 79-cü maddəsini tətbiq edərək himayəsində olan uşaql ar 14 yaşına çatanadək cəzanın çəkilməsini təxirə salmalı olduğu halda bunu etməmiş, bununlada CMin 9.2-ci maddəsində nəzərdə tutulmuş humanizim prinsiplərini pozmuşdur. Həmin maddədə göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 79.1-ci maddəsində göstərilir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dördyaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dördyaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məh kum barəsində məhkəmə tərəfindən hər hansı ağırlaşdırıcı hal müəyyən olunmamış, yalnız yüngülləşdirici hallar müəyyən edilmişdir. Onun əməlini etiraf edərək peşman olması və əvvəlki məhkumluğunun ödənilməsi, iki azyaşlı uşağının xəstə anasının himayəsində yaşaması, uşaqlara atası tərəfindən hər hansı maddi yardımın edilməməsi imkan verir ki, onun haqqında Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsi tətbiq edilməklə uşaqları 14 yaşa çatanadək cəzasının çəkilməmiş hissəsi təxirə salınsın. Bundan başqa, Məhkum 23 iyun 2022-ci il tarixdən həbsdə olmaqla azadlıqdan məhrum etmə cəzası çəkir, cəza çəkdiyi müddətdə heç bir rejim pozğunluğuna yol verməmiş, müsbət xarakterizə edilən məhkumdur. Haqqında təyin edilmiş norkamaniyadan məcburi müalicə kursunu keçməklə müalicəyə ehtiyacı olmayan şəxsdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-852/2023 nömrəli qərarının dəyişdirilməsini, Məhkum haqqında Azərbaycan Respublikası CM-nin 79-cu maddəsini tətbiq etməklə haqqında təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin uşaqlarının 14 yaşa çatana qədər təxirə salınması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Məhkum və müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-ci il 11 aprel tarixli qərarının dəyişd irilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum müdafiəçisi kassasiya şika yətində məhkuma təyin edilmiş cəzanı mübahisələndirərək və məhkum barəsində CM-in 79.1-ci maddəsinin tətbiqinin mümkünlüyünü qeyd edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respub likası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin və məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinlə yib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Müdafiə tərəfi kassasiya şikayətində məhkumun təqsirliliyi məsələsini qaldırmasa da, məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamlarda təqsirli olması cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir. Məhkəmə kollegiyası Məhkum ona qarşı irəli sürülmüş ittihamlarda əks olunmuş cinayət əməllərini törətməsi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini z əruri hesab edir. Belə ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli 7(008)468/2025 nömrəli qərarından görünür ki, Məhkum narkomaniyadan məcburi müalicə tətbiq edilən zaman verilmiş təyinatları intizamlı olaraq qəbul etmişdir. Aparılan müalicə tədbirlərindən sonra onda normal həyat tərzinə münasibət formalaşmışdır. Öz xəstəliyinə qarşı tənqidi münasibəti var və hal-hazırda məcburi müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxmışdır. Bu səbəbdən məhkəmənin qərarı ilə cəzaçəkmə müəssisəsinin təqdimatı təmin edilmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. ƏN Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən xx.xx.2025-ci il tarixdə təsdiq edilm iş xasiyyətnamədən görünür ki, Məhkum xaraktercə ünsiyyətcil, məhkum yoldaşları ilə münasibətdə qayğıkeş biridir. Əmək və təhsilə münasibəti müsbətdir. Təsərrüfat briqadasında işləmiş, hökm üzrə 292 manat ekspertiza xərcini ödəmişdir. Vaxtın səmərəli keçirilməsi üçün təşkil edilmiş peşə yönümlü müxtəlif kurslarda fəal iştirak etmişdir. Törətdiyi cinayət əməlinə münasibətdə səmimi peşmançılığı ifadə edilir. Ailə üzvləri ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır. Cəza çəkdiyi müddət ərzinə barəsində tənbeh tədbiri tətbiq edilməmiş, mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə barəsində aşağıda qeyd edilən həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur: 1. xx.xx.2023-cü il tarixdə “Təşəkkür”. 2. xx.xx.2023-cü il tarixdə “Əlavə qısa müddətli görüş”. 3. xx.xx.2024-cü il t arixdə “Saxlanılma şəraitinin yaxşılaşdırılması”. “Doğum haqqında şəhadətnamə”lərdən görünür ki, Məhkum iki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşaqları vardır. Humanitar fənlər təmayüllü məktəb-liseyin direktoru tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 233 və 234 nömrəli arayışlardan görünür ki, Əli Müstafazadə 2025/2026-cı tədris ili üzrə həmin məktəbdə Vİ sinifdə, Davud Mustafazadə isə İ sinifdə təhsil alırlar. "xxxx" MMC-nin direktor müavini tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 126 nömrəli arayışdan görünür ki, X5 (Məhkum anası) "xxxx" MTK-nın Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Babək prospekti 94 ünvanında özünə məxsus olan 7 saylı binanın 1 saylı mənzilində nəvələri X6 və X3 ilə birlikdə qeydiyyatsız yaşayır. Məhkəmə kollegiyası Məhkum təyin olunan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şə raitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığ ı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəli lik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayə t tərkibindən kənarda qalan müxtəlif hallardır. Cinayət Məcəlləsinin 79-cu maddəsi hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı münasibətləri tənzim edir. Həmin Məcəllənin 79.1-ci maddəsinin tələbinə görə, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanın çəkilməsinin təxirə sal ınması cinayət hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Cəzanın çəkilməsinin təxirə salındığı dövr üçün qanunvericiliyin əsas tələbi məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsi, uşağın təlim-tərbiyəsi ilə məşğul olması, habelə yeni hüquq pozuntusu törətməkdən çəkinməsi ilə bağlıdır. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 02 mart 2010-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, İ və İİ qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heç də qalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum himayəsində 19 yanvar 2019-cu il təvəllüdlü X3 adlı uşağı vardır. Qanunvericilik cəzanın çəkilmədən təxirə salınmasını vəzifə olara q deyil, hüquq kimi müəyyən etsə də, məhkəmə kollegiyası Məhkum şəxsiyyətini, himayəsində 14 yaşına çatmamış uşağının olmasını, törətdiyi cinayət əməlinin şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət olmadığını, artıq islah yoluna qədəm qoyduğunu, cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunmasını, barəsində həvəsləndirmə tədbirlərinin tətbiq edilməsini, narkomaniya xəstəliyindən tam müalicə olunmasını və bu səbəbdən məhkəmə tərəfindən məcburi müalicənin ləğv edilməsinə dair qərar qəbul edilməsi kimi halları nəzərə alaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasını mümkün sayır və himayəsində olan azyaşlı uşağın mənafeyi baxımından barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, əda lət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı sayaraq yuxarıda qeyd edilən səbəblərdən Məhkum münasibətdə Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gəlir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən uşağı – 19 yanvar 2019-c u il təvəllüdlü Davud Mustafazadə 14 yaşına çatana qədər təxirə salınmalıdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi uşağı - 19 yanvar 2019-cu il təvəllüdlü X3 14 yaşına çatana qədər təxirə salınsın. Məhkum cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Qərarın icrası üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər İcra və Probasiya İdarəsinə həvalə edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar