Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2016/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X6 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-137/2023 saylı, 4 moyabr 2023-cü il tarixli (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə) hökmü ilə 11 iyun 1989-cu ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, X1 barəsində seçilmiş həbs qətimkan tədbiri l əğv edilməsi və hazırda saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən dərhal azad olunması, bəraət alması ilə əlaqədar X2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunması, iş üzrə məhkəmə məsrəfi olan 55 AZN (əlli beş manat) ekspertiza xərci dövlət büdcəsinin hesabına ödənilməsi, iş üzrə maddi sübut olan – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 7,843 qram narkotik vasitə heroin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sərəncamında saxlanılması müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X8 ( sədrlik edən və məruzəçi), X11 və X3 ibarət tərkibdə) 1(107)-71/2024 saylı, 6 mart 2024-cü il tarixli hökmü Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 1(091)-137/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən X2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 7,943 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini is tintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Musayev həmin gün saat 17:25də Yevlax şəhəri, H.Əliyev prospekti 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3x Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ümumilikdə 7,943 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin əynindəki göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 3,631 q ram və 4,312 qram olmaqla aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-71/2024 saylı, 6 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə görə hesab edirəm ki, İş materiallarına nəzər saldıqda aydın şəkildə görünür ki, hazırki iş üzrə əməliyyat- axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş, CPM-nin tələblərinə uyğun təqdim edilərək yoxlanılmış, R.Musayevin satış məqsədi o lmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etməsi, saxlaması, daşıması barədə daxil olmuş məlumat və bununla əlaqədar R.Musayevin üzərindən narkotik vasitə aşkar edilməsi faktı əsasında toplanmış materialın, iş üzrə mövcud olan sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmamış, məhkəmənin hökmdə müəyyən etdiyinin əksinə R.Musayevin konstitusion hüquq və azadlıqları, CPM-lə təminat verilən müdafiə hüququ təmin edilmiş, onlardan məhrum etmə və hüquqlarının məhdudlaşdırılması halı müəyyən edilməmiş, bir sözlə hazırki iş üzrə istintaq orqanının əldə etdiyi sübutlar mötəbər olmuşdur. Belə deməyə əsas verən isə cinayət işinin ibtidai istintaqı zamanı toplanmış, həm təqsirləndirilən, həm də onun müdafiəçisi tərəfindən etiraz və qeyd daxi l edilmədən imzalanmış müvafiq sənədlərdir ki, həmin sənədlərin məzmunu ilə tanış olduqda aydın olur ki, istintaq orqanı tərəfindən R.Musayevin barəsində məlumatın daxil olmasından başlayaraq ibtidai istintaqın gedişatında prosessual qanunvericiliyin tələblərinə tam əməl olunmuş, R.Musayevin azadlığı faktiki məhdudlaşdırıldığı andan CPM-nin 90, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra isə həmin Məcəllənin 91-ci maddəsində nəzərdə tutulan hüquqları təmin edilmişdir, (cild 1, iş vər. 10-13, 17-25, 53, 59, 64-65, 69-73, 83-86, 100, 190- 196) Hazırki işin konkret hallarına gəldikdə qeyd olunmalıdır ki, R.Musayevin şəxsi axtarışının keçirilməsinə dair istintaq hərəkəti, həmin istintaq hərəkəti zamanı bildirdikləri, habelə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qi smində vermiş olduğu ifadələrində göstərdikləri onun tərəfindən CM-nin 234.1-1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini birbaşa təsdiq etmiş, məhkəmə istintaqında R.Musayevin İşin faktiki hallarına uyğun olan həmin ifadələrində göstərdiklərini təkzib edən yeni sübut müəyyən edilməmiş və tədqiq edilməmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, R.Musayev üzərindən aşkar edilmiş 02 ədəd sellfona bükümdə olan narkotik vasitəni Yevlax şəhərində yaşadığı ünvana yaxın ərazidə yerdən tapdığını bildirmişdir. (cild 1, iş vərəqi 26-28) Məhkəmə istintaqı zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş R.Musayev özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022ci il t arixdə Yevlax şəhərində mağazasının qarşısında dayanan zaman tanımadığı iki avtomobil gələrək avtomobildən düşən şəxslər onu zorla polis şöbəsinə aparmış, orada ona işgəncə verərək evinə narkotik maddə qoyacaqlarını, başına oyun açacaqlarını, ailə üzvlərini də rayon polis şöbəsinə gətirəcəklərini bildirdikdən sonra məcbur qalaraq polis əməkdaşlarının ona verdikləri narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir, (məhkəmə iclas protokolu) Maraqlıdır ki, R.Musayev nəinki öz müdafiəçisinə, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimata Bakı şəhəri, Nərimanov rayon məhkəməsində baxılarkən məhkəməyə guya ona polis əməkdaşları tərəfindən təzyiq edilməsi, işgəncə verilməsi, törətmədiyi cinayəti etiraf etməyə məcbur qalması barədə məlumat verməmiş, üzərindən narkotik vasitə hero inin aşkar edilməsinə dair hər hansı etirazı olmamış, yalnız istintaq orqanının bütün çağırışlarına vaxtlı vaxtında gələcəyini bildirib barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini xahiş etmişdir, (cild 1, iş vər. 101-105) R.Musayevə qarşı onun iddia etdiyi halların həqiqətən baş verməsini şərti olaraq qəbul etsək belə, onun hansı səbəbdən müdafiəçisinə, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxan, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə, habelə yuxarı prokurora və digər dövlət orqanlarına müraciət etməməsi, “əsassız” cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı öz taleyinə biganə yanaşması cavablandırılması mümkün olmayan suallar kimi meydana çıxır. Əslində, belə sualların meydana çıxma səbəbi təqsirləndirilən R.Musayevin ona qarşı hər hansı qan unsuz və hüquqa zidd əməlin törədilmədiyi halda guya belə halların mövcud olması ilə bağlı Şəki Ağır Cinayətlər məhkəməsinə vermiş olduğu məlumatlardır. Halbuki, qeyd olunduğu kimi şəxsi axtarış da daxil olmaqla onunla bağlı həyata keçirilən digər istintaq hərəkətləri zamanı (şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə) R.Musayev bu barədə istintaq orqanına heç bir məlumat verməmiş, nə özü, nə də ki müdafiəçisi vəsatət verməmiş, hər ikisi ibtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış olduqdan sonra R.Musayev narkotik vasitənin ümumiyyətlə özünə məxsus olmadığını bildirməmiş, bununla bağlı müdafiəçi tərəfindən də məsələ qaldırılmamış, həm R.Musayevin, həm də müdafiəçisinin etirazları və vəsatətləri olmamışdır, (cild 1, iş vər. 204-207) Bir sözlə, məhkəmə istintaqı zamanı R.Musayev ibtidai istintaq zamanı etirafedici ifadələrini psixi zorakılığın, işgəncənin təsiri altında alınması ilə əlaqələndirsə də yuxarıda da qeyd olunduğu kimi bununla bağlı nə özü, nə də müdafiəçisi şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, onun tərəfindən məhkəmə baxışında irəli sürülən həmin xüsusatlar heç bir dəlillə möhkəmləndirilməmişdir. Kassasiya protestində X2 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Mə hkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxs lərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən X2 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zər uri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzr ə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onu n məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X2 bəraət verilməsi barədə əsaslı nəticəyə gə lmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən ş əxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Rəşad Musayev məhkəməyədək icraat zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni yerdən tapdığını bildirsə də məhkəmə araşdırması zamanı həmin ifadəni polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığı üçün verdiyini bildirmişdir. Bir halı qeyd etmək lazımdır ki, video çəkilişlə Rəşad Musayevin üzərinə keçirilən şəxsi axtarış zamanı təhqiqatçının onun boğaz nahiyəsində aşkar olunan qançırlarla bağlı suallarına bir neçə gün əvvəl həyətdə işləyərkən ağacın budağına dəyməsi ilə izah etmiş, sonradan onun barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə onda döş qəfəsinin ön və arxa səthlərinin qançırları aşkar olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən 26 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərkən barəsində bəhs olunan məhkəmə-tibb ekspertizasının rəyinə istinad edilsə də Rəşad Musayevin həmin xəsarətləri hansı şəraitdə alması məsələsinə aydınlıq gətirilməmişdir. Halbuki, həmin rəydə qeyd olunan xəsarətlərin müayinədən (xx.xx.2022) bir-iki gün əvvəl olmaqla müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi istintaq yolu ilə aydınlaşa bilməsi və şəxsin özü tərəfindən yetirilməsinin inandırıcı olmaması qeyd edilmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Rəşad Musayevin xx.xx.2022-ci il tarixdə İstintaq Təcr idxanasına daxil olan zamanı bədən səthi üzərində həmin xəsarətlərdən başqa sol çiynində, hər iki sarğı nahiyəsində, sol qulaq seyvanında qançırlar, sağ bilək nahiyəsində yara, xaya nahiyəsində yumşaq toxumaların əziyi kimi xəsarətlər aşkar olunmuşdur ki, həmin xəsarətlər xx.xx.2022-ci il tarixli 490/MEŞ saylı məhkəmə-tibb ekspertizasının rəyində göstərilmədiyindən və rəydəki müayinə xx.xx.2022-ci il tarixdə aparıldığından, həmin tarixdən sonra yaranması məhkəmədə şübhə yaratmır. Verilən ittihamdan göründüyü kimi X1 narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması və hadisə günü onu polislərə təqdim etməsi məhz onun özünün ibtidai istintaqda verdiyi, lakin məhkəmədə imtina etdiyi ifadəsi ilə əsaslandırılmışdır. X1 məhkəmə baxışında həmin ifadələrdən imtina etməsini polislər tərəfindən tutulduqdan sonra fiziki və psixoloji təzyiqlərə məruz qalması, döyülməsi və bunların təsiri altında həqiqətə uyğun olmayan izahat və ifadələr verməsi ilə izah etmişdir. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair q ərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təhlil olunan işdən bəlli olur ki, təqsirləndirilən şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdüyü dəlillərinə məhkəməyədək icraatı aparan orqan tərəfindən qiymət verilsə də, məhkəmə araşdırması zamanı təyin edilmiş 13 oktyabr 2023-cü il tarixli 511 saylı məhkəmə tibb-ekspertiza rəyində X1 boyunun sağ nahiyəsində, sol çiyinin ön səthində, hər iki sarğı nahiyələrində, sol qulaq seyvanında qançırlar, sağ bilək nahiyəsində üzəri qartmaqla örtülü yara, xaya nahiyəsində yumşaq to xumaların əziyi aşkar olunmuşdur Müqayisə zamanı məlum olur ki, xx.xx.2022-ci il tarixdə məhkəmə-tibb ekspertiza rəyi tərtib olunarkən onun bədənində döş qəfəsinin ön və arxa səthlərində qançırlar olmuş, digər xəsarətlər aşkar olunmamışdır. xx.xx.2022-ci il tarixdə təcridxanaya təhvil verilərkən: sol çiynində, hər iki sarğı nahiyəsində, sol qulaq seyvanında qançırlar, sağ bilək nahiyəsində yara, xaya nahiyəsində yumşaq toxumaların əziyin olması qeyd olunmuşdur. Xəsarətlər küt alətlərlə yetirilmişdir. Xəsarətlərin xarakteri hər tərəfli qeyd olumadığı üçün müddətlərini dəqiq müəyyən etmək mümkün deyildir, lakin xx.xx.2022-ci il tarixdən sonra yetirilməsi barədə fikir yürütmək mümkündür və sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Məhkəmə kollegiyası hazırki cinayət işind ə təqsirləndirilən Rəşad Musayevdə fiziki zorakılığın olub-olmamasının şübhə doğurması ilə bağlı bir faktı da, qeyd edir ki, hazırki, cinayət işinin materiallarından aydın şəkildə görünür ki, Rəşad Musayevin üzərinə videoçəklişlə keçirilən şəxsi axtarış zamanı müdafiəçisinin ona təsirə və təzyiqə məruz qalıb-qalmaması, narkotik vasitələrin ona məxsus olubolmamasına dair suallarına qeyrimüəyyən cavab verməsi təqsirləndirilən şəxsə fiziki və ya psixi təsirin olması barədə olan şübhələri bir daha təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, yaranmış bu şübhələri hər hansı bir sübutlarla aradan qaldırmaq mümkün olmadığından Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbi baxımından bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəllə sinin 145.3-cü maddəsidə qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübu tların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhə ləri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən X2 bəraət vermişdir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onla rdan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittiham ın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X1 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstər ilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə A vropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmə dikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törəd ilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətm əkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və o byektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 mart 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nətic ə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 6 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-71/2024 saylı, 6 mart 2024-cü il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsı
Məhkəmə qərarları › İş №1(102)-2016/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2016/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver