Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2017/2023 13.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum X1 müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili İsgəndərov Coşqun İbad oğlunun iştirakları ilə xx xxxx 1971-ci il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Şabran rayonu Pirəbədil Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Zeyvə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 179.2.3, 309.1 və 313-cü maddələri ilə ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri Nümayəndə1 və onun nümayəndəsi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 tərəfindən və məhkumun müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ş.Əliyev (sədrlik edən), H.S.Əliyev (məruzəçi) və F.H.Hümb ətov) X3 – Azərbaycan Respublikası CM-in 179.2.3, 309.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona CM-in 179.2.3-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, 1 il 6 ay (bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 309.2-ci maddəsi ilə 1 il 6 ay ( bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay (üç il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən, ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının iki günü təyin edilmiş azadlıqda n məhrumetmə cəzasına bir gün hesablanmaqla, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə o, qəti olaraq 2 il 6 ay (iki il altı ay) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 313-cü maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməmiş, təyin edilən əlavə cəza dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmə cəzasının müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmuşdur. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən apellaysiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-ci il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), E.M.Əhmədov və M.Ə.Rzayev) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum əməli Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsindən həmin Məcəllənin 309.1-ci maddəsinə tövsif edilmiş. Məhkum Azərbaycan Respublikası CM-in 309.1-ci maddəsi ilə 1 il 6 ay ( bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, hazırki qərarla təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli hökmü ilə CM-in 179.2.3-ci maddəsi ilə 1 il 6 ay ( bir il altı ay) müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, CM-in 68.1.1-1-ci maddəsinə əsasən, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir gün hesablanmaqla, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutul maqla, CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən, təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum ona görə təqsirləndirilmişdir ki, o, xx.xx.2010-cu il tarixli 3694 saylı qeydiyyat şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınmış Şabran rayonu Pirəbədil bələdiyyəsinin xx.xx.2010-cu il tarixdən sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üzvlərinin xx.xx.2010-cu il tarixli 09 nömrəli iclas qərarı ilə təsdiq edilmiş «Şabran rayonunun Pirəbədil bələdiyyəsinin Nizam naməsi»nin 3-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi, aktların icrasının təmin edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramlarını həyata keçirmək, digər işçilərin vəzifəyə təyin etmək, bələdiyyə icra aparatının fəaliyyətinə rəhbərlik etmək və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 13-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdi yyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına, Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyənin Nümunəvi Nizamnam əsi»nin 4-cü bölməsinin 2-ci maddəsinin 6-cı yarımbəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam verilməsi ilə bağlı məsələlərin kollegial orqan olan bələdiyyənin ümumi yığıncağının səlahiyyətində olmasına baxmayaraq, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 23-cü maddəsinin tələblərinə uyğun olaraq, satılan torpağın hər 0,01 hektarının qiymətinin şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarın a görə ödənilən qiymətdən az olmayan məbləğdə satılmasının müəyyən olunmasına və keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayışlarda bələdiyyə ərazisində yerləşən torpaq sahələrinin satış qiymətlərinin dəqiq müəyyən edilməsinə baxmayaraq, torpaq sahəsinin hər 0,01 hektarını qeyd edilən qiymətdən aşağı qiymətə satılmasını təmin etmək məqsədilə 2014-2018-ci illər ərzində bələdiyyə üzvlərinin məlumatı olmadan, bələdiyyə üzvlərinin ümumi yığıncağını çağırmadan, torpaq sahələrinin satılmasına dair iclas protokolları və qəbul edilmiş qərarların cinayətdən xəbərsiz olan, 2010-cu il tarixdən həmin bələdiyyənin üzvü seçilmiş Şahid10 katibliyi ilə kompüterdə məzmununa guya həmin qərarların bələdiyyə iclasınd a bələdiyyə üzvlərinin iştirakı ilə kollegial qaydada keçirilən iclas nəticəsində qəbul edilməsinə dair Şabran rayonu, Pirəbədil kəndində yerləşən Şabran rayon Pirəbədil bələdiyyəsinin inzibati binasında özünü geniş səlahiyyətlərə malik nüfuzlu rəhbər kimi təqdim etmədə ifadə olunan şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil edib torpaq sahələrinin ayrı-ayrı şəxslərə satışını həyata keçirməklə, o cümlədən, Şahid15 0,10 ha torpaq sahəsi 4.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2016-cı il tarixli 08 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 390 manata satmaqla 4.110 manat, eyni niyyətlə, Şahid9 0,12 ha torpaq sahəsi 4.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2016-cı il tarixli 08 saylı iclas p rotokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 600 manata satmaqla 3.400 manat, eyni niyyətlə, X11 0,10 ha torpaq sahəsi 4.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2016-cı il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 390 manata satmaqla 3.610 manat, eyni niyyətlə, X19 0,05 ha torpaq sahəsi 1.600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 01 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 263 manata satmaqla 1.337 manat, eyni niyyətlə, X27 0,12 ha torpaq sahəsi 3600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 01 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 630 manata satmaqla 2.970 manat, eyni niyyətlə, X13 0,05 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 250 manata satmaqla 1.750 manat, eyni niyyətlə, Şahid8 0,05 ha torpaq sahəsi 1.900 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 250 manata satmaqla 1.650 manat, eyni niyyətlə, X7 0,06 ha torpaq sahəsi 2.100 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 02 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 300 manata satmaqla 1.800 manat, eyni niyyətlə, X12 0,10 ha torpaq sahəsi 3.200 manatdan aşağı olmayan məbləğə satılmal ı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 05 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 500 manata satmaqla 2.700 manat, eyni niyyətlə, X14 0,06 ha torpaq sahəsi 8.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 425 manata satmaqla 7.575 manat, eyni niyyətlə, X28 0,12 ha torpaq sahəsi 4.600 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 06 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.750 manat, eyni niyyətlə, X15 0,12 ha torpaq sahəsi 3.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 07 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 2.150 manat, eyni niyyətlə, X8 0,06 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 8 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 425 manata satmaqla 1.575 manat, eyni niyyətlə, Şahid21 0,05 ha torpaq sahəsi 1.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 9 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 355 manata satmaqla 1.145 manat, eyni niyyətlə, X22 0,12 ha torpaq sahəsi 15.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 14.650 manat, eyni niyyətlə, Şa hid14 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.450 manat, eyni niyyətlə, X23 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 1.000 manata satmaqla 3.300 manat, eyni niyyətlə, X2 0,07 ha torpaq sahəsi 2.000 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 497 manata satmaqla 1.503 manat, eyni niyyətlə, X16 0,12 ha torpaq sahəsi 4.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu hal da qəbul etdiyi xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.450 manat, eyni niyyətlə, Şahid18 0,12 ha torpaq sahəsi 4.200 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 3.350 manat, eyni niyyətlə, Şahid22 0,12 ha torpaq sahəsi 3.400 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 11 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 2.550 manat, eyni niyyətlə, X24 0,09 ha torpaq sahəsi 2.500 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həm in torpaq sahəsini sonuncuya 639 manata satmaqla 1.861 manat, eyni niyyətlə, X4 0,12 ha torpaq sahəsi 3.400 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 850 manata satmaqla 2.550 manat, eyni niyyətlə, X5 0,08 ha torpaq sahəsi 2.300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 568 manata satmaqla 1.732 manat, eyni niyyətlə, Şahid17 0,05 ha torpaq sahəsi 1.145 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 12 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 355 manata satmaqla 1.145 manat, eyni niyyətlə, X21 0,0 6 ha torpaq sahəsi 1700 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 540 manata satmaqla 1.160 manat, eyni niyyətlə, Şahid23 0,11 ha torpaq sahəsi 3.800 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 917 manata satmaqla 2.883 manat, eyni niyyətlə, X9 0,11 ha torpaq sahəsi 3.100 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda qəbul etdiyi xx.xx.2017-ci il tarixli 16 saylı iclas protokolu, qərarla həmin torpaq sahəsini sonuncuya 990 manata satmaqla 2.110 manat ümumilikdə Şabran rayonu Pirəbədil bələdiyyəsinə məxsus torpaq sahələrinin reyestr qiymətlərinə əsasən cə mi 102.300 manat dəyərində 2,57 hektar torpaq sahəsini 17.084 manata 28 şəxsə satıb bələdiyyəyə vahid niyyətlə 85.216 manat məbləğində, yəni Şabran rayonu Pirəbədil bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vuraraq vahid niyyətlə vəzifə səlahiyyətlərini aşmış, rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, maddi məsul vəzifəli şəxs qismində qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə talamaq məqsədilə təkrarən tamah niyyətilə rəsmi sənəd hesab edilən xx.xx.2017-ci il tarixli 37, 38, 39 №-li əmrlərin məzmununa bilə-bilə yalan məlumatlar, yəni Şabran rayon Pi rəbədil Bələdiyyəsinin xəzinəsindən nəqliyyat, dəftərxana ehtiyaclarının ödənilməsi və fiziki şəxslərin mülkiyyətində olan fərdi yaşayış evlərinin sahələrinin ölçülməsi üçün ştatdan kənar müqavilə ilə götürülmüş işçilərə əmək haqqı ödənilməsini özündə əks etdirən xx.xx.2017-ci il tarixli müvafiq əmrləri həmin tarixdə Şabran rayonu Pirəbədil kəndində bələdiyyənin inzibati binasında olan xidməti iş otağında tərtib edib, öz imzası və “Şabran rayonu Pirəbədil bələdiyyəsi” yazıları olan bələdiyyənin dairəvi möhürü ilə təsdiq edib, xəzinədən 27 noyabr 2017-ci il tarixli 00070 nömrəli kassa məxaric orderi əsasında 506 manat, həmin tarixli 00072 nömrəli kassa məxaric orderi əsasında 1.500 manat və həmin tarixli 00073 nömrəli kassa məxaric orderi əsasında 754,66 manat olmaqla, ümumilikdə 2.760,66 m anat məbləğində pul vəsaitini cinayətdən xəbərsiz həmin bələdiyyənin baş mühasib-xəzinədarı Şahid6 Şıxəli oğlundan ödəniş edilməsindən ötrü şəxsən təhvil alaraq həmin pul vəsaitindən cəmi 6 manatına dəftərxana ləvazimatları alıb təhvil verməsinə baxmayaraq, qalan 2.754,66 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edərək Şabran rayon Pirəbədil bələdiyyəsinə məxsus olmaqla ona etibar edilmiş 2.754,66 manat (iki min yeddi yüz əlli dörd manat altmış altı qəpik) məbləğində pul vəsaitini vahid niyyətlə mənimsəyərək talamış, vəzifəli şəxs qismində vahid tamah niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Kassasiya şikayətlətinin dəlilləri: Zərərçəkmiş şəxs Şabran rayon P irəbədil Bələdiyyəsinin sədri və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs Məhkum barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan ən yüksək həddə cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 309.2-ci maddəsindən həmin Məcəllənin 309.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə ona yüngül cəza təyin etmişdir. Məhkumun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarının ləğv edilməs i və təqsirləndirilən şəxs Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum oğlu ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətini, zərərçəkmiş şəxs Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri və onun nümayəndəsi ərizə ilə müraciət edərək birgə verdikləri kassasiya şikayətini geri götürdüklərini bildirmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizələrlə bağlı dövlət ittihamçısı R.Məmmədlinin və müdafiəçi C.İsgəndərovun çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayəti məhkum tərəfindən və zərərçəkmiş şəxs Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayəti zərərçəkmiş şəxsin özü və nümayəndəsi tərəfindən geri götürüldüyündən, həmin şikayətlər baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiy a şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum, müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini, habelə zərərçəkmiş şəxs Şabran rayon Pirəbədil Bələdiyyəsinin sədri və onun nümayəndəsinin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayətləri baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alı r: Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayəti və zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2017/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2017/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver