Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2017/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 024-cü il 25 aprel tarixli, 1(107)-193/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağsu Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(016)-16/2024 nömrəli (sədrlik edən hakim Babək Qasımov) hökmü ilə, xx.xx.1994-cü il tarixdə Ağsu rayonu, Növcü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, əvvəllər məhkum edilməmiş, Ağsu rayonu, Növcü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, hazırda azadlqıdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürovdan ibаrət tərkibdə) 2024-cü il 25 aprel tarixli, 1(107)-193/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 186.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(016)-16/2024 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq ona 3 (üç) il müddət ə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə təqsirləndirilmişdir ki, o, özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə 6 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində qonşusu Zərərçəkmiş şəxs Ağsu rayonu Növcü kəndində yaşadığı evin həyətində yerləşən tövlənin yaxınlığına gələrək həmin evin kol-kosdan ibarət çəpərinin üzərinə yaşadığı evin həyətindən götürdüyü bir bağ küləşi qoyaraq üzərində olan alışqanla həmin küləşi qəsdən yandırıb yanğının Zərərçəkmiş şəxs məxsus tövlələrə keçməsinə nail olması nəticəsində bir-birinə bitişik olan 6461 (altı min dörd yüz altmış bir) manat dəyərində iki ədəd tövləni, həmin tövlələrin damında olan, hər biri 95 sm x 55 sm ölçüdə, bir bağının qiyməti 5 manat olmaqla ümumilikdə 1650 (min altı y üz əlli) manat dəyərində 330 bağ yoncanı, hər biri 95 sm x 55 sm ölçüdə, bir bağının qiyməti 1 manat, 80 qəpik olmaqla, ümumilikdə 396 (üç yüz doxsan altı) manat dəyərində 220 bağ küləşi yandırmaqla Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, 8507 (səkkiz min beş yüz yeddi) manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qəsdən məhv etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum öz əməlində peşimandır, Məhkum əvvəllər məhkum olunmamış, dəymiş zərər ödənilmiş, zərər çəkmiş şəxslə barışıq əldə edilmiş və sonuncunun məhkum edılmiş şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məlum olduğu kimi, Məhkum Zərərçəkmiş şəxsla həmkəndlidir, qonşudu rlar. Məhkum cəza növü təyin edilərkən, bu hallar xüsusilə nəzərə alınmalıdır. Çünki məhkum edilmiş şəxs Məhkum özü və ailəsi tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın ödənilməsi və zərərçəkmiş şəxslə barışma hallarının baş tutmasma baxmayaraq, Məhkum yenə də real cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi kənd tipli yaşayış məntəqəsində sıx münasibətlər baxımından iki ailənin, qonşuların arasında münasibətlərin pisləşməsinə və lüzümsüz olaraq illər boyu gərginləşməsinə səbəb olacaqdır. Yəni Məhkum barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzan təyin edilməsi təkcə özünə və ailəsinə yox, kənd əhalisinin digər bir qisminə də mənfi təsir göstərəcəkdir. Əksinə Məhkum barəsində azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan cəzanın təyin edilməsi və ya cəzanın şərti olaraq təyin edilməsi həm məhkum edilmiş şəxsin, həm də zərərçəkmiş şəxsin aralarında olan münasibətlərinin yaxşılaşmasına və gələcəkdə möhkəmlənməsinə, aralarında anlaşmanın yaranmasına və kinin istisna olunmasına zəmin yaradacaqdır. Bu cür nəticənin baş verməsi cəza siyasətinə və sosial ədalətin bərpa olunması məqsədlərinə nail olmaq üçün daha əhəmiyyətli xidmət edib təkan verəcəkdir, Bu səbəblərdən də Məhkum barəsində cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq olunmaqla azadlıqdan məhrum etmə ilə əlaqəli olmayan cəzanın təyin edilməsi, və yaxud Cinayət Məcəlləsinin 70-ci maddəsinin müddəaları tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsi və barəsində sınaq müddətinin təyin olunması daha məqsədəmüvafiq olardı. Məhkumun müdafiəçisi k assasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2024-cü il tarixli, 1(107)-193/2024 nömrəli qərarının dəyişdirilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində iştirak edən məhkumun müdafiəçisi kassasiya şikayətini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Zərərçəkmiş şəxs kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli əvvəlki iclasda iştirak edən dövlət ittihamçının mövqeyindən çıxış edərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayə tinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən e dilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkuma ağır cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şi kayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında gö stərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində əməlin tövsifini mübahisələndirməmiş, yalnız c əzanın ağırlığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanaraq, mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü baxımından qiymətləndirilmiş sübutların məcmuyuna əsasən belə qənaətə gəlir ki, Məhkum cinayət əməli CM-in 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 186.2.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də məhkumun cəzasını yüngülləşdirən halların məcmusuna əsaslanaraq məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma cəza təyin edilərkən və təyin edilməsi nəzərdə tutulan cəzanın növü və həddi müzakirə edilərkən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, eyni zamanda cəzanı yüngülləşdirən hallar nəzərə alınmışdır. Məlumdur ki, CM-in 186.2.2-ci maddəsinin sanksiyasında əməlin ictimai təhlükəliliyi və xarakteri nəzərə alınaraq azadlıqdan məhrumetmə cəzasından başqa alternativ cəza nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri əsasında və cinayət işinin materiallarına istinadən belə nəticəyə gəlir ki, məhkumun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün, eləcə də onun təqsirli bilindiyi CM-in 186.2.2-ci maddəsinə CM-in 62-ci maddəsinin tətbiqi üçün hər hansı faktiki və hüquqi əsaslar yoxdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya ş ikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 1(016)-16/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 aprel tarixli, 1(107)-193/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinə mü
Məhkəmə qərarları › İş №1(102)-2017/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2017/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver