Məhkəmə qərarları › İş №1(102)-2017/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2017/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2017/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayət lər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 1(124)-130/2024 nömrəli hökmündən məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin olunmaması barədə həmin Məhkəmənin 11 mart 2025-ci il tarixli, 1(124)-130/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2025-ci il tarixli, 1(105)-345/2025 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X2 və X3 ibarət məhkəmə tərkibində) 13 sentyabr 2024-cü il tari xli, 1(124)-130/2024 nömrəli hökmü ilə Məhkum CMin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 05 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunması və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsəllələri də həll edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şika yətinin verilməsi müddətinin bərpa olunmasına dair yazılı vəsatət 26 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim: X6) 11 mart 2025-ci il tarixli, 1(124)-130/2024 nömrəli qərarı ilə, Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 1(124)-130/2024 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin əsassız olduğuna görə təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 1(124)-130/2024 nömrəli sözügedən qərarından məhkum apellyasiya şikayəti verərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Rzayev Məhəmmədəli Əsəd oğlunun səd rliyi və məruzəsi ilə, X5 və X4 ibarət məhkəmə tərkibində) 6 may 2025-ci il tarixli, 1(105)-345/2025 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2024cü il tarixli, 1(124)-130/2024 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 11 mart 2025-ci il tarixli, 1(124)-130/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2025-ci il tarixli, 1(105)-345/2025 nömrəli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində səhhətində baş vermiş ağırlaşmalar səbəbindən apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verə bilməməsi qeyd edilərək, məhkəmədən müraciətinin təmin edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxs ə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik e dən və ya hakim tərəfindən həll edilir. CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 1(124)130/2024 nömrəli hökmündən görünür ki, Məhkum azadlıqdan məhrumetmə ilə bağlı cəzaya məhkum edilmişdir. Belə olan halda ona münasibətdə apellyasiya şikayətinin verilməsi müddətinin axımı CPM-in 384.2-ci maddəsinə uyğun olaraq, yəni hökmün surətinin ona verildiyi andan başlayır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 1(124)-130/2024 nömrəli hökmü məhkum və müdafiəçisinin iştirakı ilə elan edilmiş, hökm elan edilərkən proses iştirakçıla rına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmış və hökmün surəti 7 oktyabr 2024-cü il tarixində qəbzə imza edilməklə məhkum tərəfindən qəbul edilmişdir. Məhkum tərəfindən apellyasiya şikayəti isə 26 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 4 aydan çox müddət keçmiş, təqsirləndirilən şəxsi və ya müdafiəçisini bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum tərəfindən apellyasiya şik ayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 4 aydan çox vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Məhkum kassasiya şikayətinin dəlilləri qismində müddəti ötürməsi ilə əlaqədar əlavə hər hansı hala istinad etməmişdir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 1(124)-130/2024 nömrəli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökmün elan edildiyi andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci instansiya məhkəməsi tərəfindən Mə hkum tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Məhkum buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından göründ üyü kimi, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də, məhkuma təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Ona görə də, məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2025-ci il tarixli, 1(105)-345/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 may 2025-ci il tarixli, 1(105)-345/2025 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar