Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2018/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə b əraət verilməsinə, onun həmin Məcəllənin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin (Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə) 15 fevral 2024cü il tarixli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və cəzası çəkilib qurtarmamış, Şəki rayonu, Birinci Biləcik kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət əməlinin sübuta yetiril məməsi əsası ilə bəraət verilməsinə, Məhkum Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə ittiham olunması ilə bağlı əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməsi, onun həmin maddə ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Məhkum Qax rayon Məhkəməsinin 1(024)13/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Məhkum qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 fevral 2024-cü il tarixindən hesablanması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Şükürov İmanverdi Həşimxan oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 17 aprel 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edi lməmiş, Şəki Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə bəraət verilməsinə və həmin Məcəllənin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair xx.xx.2024-cü il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, qəsdən 07 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Şəki rayonu, Birinci Biləcik kəndində yerləşən ictimai yer hesab edilən kafedə Şəki rayonunun Baş Göynük kənd sakini Zərərçəkmiş şəxs gəlib onun yaşadığı Şəki rayonu, Birinci Biləcik kəndində maşın təmiri sexini işlətmək istəməsini cüzi səbəb kimi bəhanə edər ək sonuncunun ünvanına təhqiramiz ifadələr işlətməklə, heç bir əsaslı səbəb olmadan, kafedə işləyən və istirahət edən şəxslərin çox olduğu yerdə, yüksək səslə nalayiq söyüşlər söyərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən davranış qaydalarını pozub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli şəkildə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər edərək, həmin vaxt ətrafda olan şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, insanların qorxu və narahatçılıq hissi keçirmələrinə səbəb olmaqla, özünü ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, ətrafda olan insanlara məhəl qoymayıb təxminən 10 dəqiqə ərzində ucadan Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək, qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə əli və ayağı ilə baş və çiyin nahiyəsinə çoxsaylı zərbələr vuraraq sonuncuya sol əng sümüyünün haymor cibinin ön və yan divarlarının sınıqları, haymor boşluğuna travmatik qansızma, burun sümüyünün yerdəyişən sınığı, burun tənəfüzünün pozulması, sol gözün alt və üst göz qapaqlarının yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, hematoması, gözün ağlı qişasına qansızma, göz yarığının daralması, burun qanaxması, sol yanağın yumşaq toxumalarının əzilməsi, sol çənə gicgah oynağında travmatik şişkinlik və ağrı hesabına hə rəkət məhdudluğu, travmatik şişkinliyi, hematoması, üst dodağın və alt dodağın yumşaq toxumaların əzilməsi, travmatik şişkinliyi, hematoması, çənəaltı və sinə nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ gözaltı və sağ yanaq nahiyələrinə qansızma, üst dodağın selikli qişasının əzilmiş yarası, hematoması, sol çiynin sıyrığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində göstərilən nəticələrə səbəb olmayan, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına az ağır zərər vurmuşdur. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, baş vermiş hadisədə xuliqanlıq cinayəti nin bütün tövsifedici əlamətlərinin olması iş üzrə dindirilmiş şəxslərin və məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də işin faktiki hallan ilə sübuta yetirilməsinə baxmayaraq, məhkəmələr Məhkum CM-in 221.1-ci maddəsi ilə bəraət vermiş, onun cinayət əməlini CMin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edib təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirməkdə haqlı olmamışdır. Belə ki, aşağı instansiya məhkəmələri Məhkum əməlini CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edərkən gəldikləri nəticəni belə əsaslandırmağa çalışmışlar ki, onun hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, xuliqanlıq niyyəti kimi q iymətləndirilə bilməz. Çünki, Məhkum hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və sonuncunun etdiyi hərəkətlərinə, hadisə zamanı ona dediyi nalayiq ifadəsinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Halbuki, iş materialları ilə təsdiq olunur ki, Məhkum Zərərçəkmiş şəxs sexdə işləməsinə qarşı olmuş və buna görə əvvəlcədən zərər çəkmiş şəxsə qarşı qanuna zidd tələb qoymuş, özünün maraqlarına toxunmayan məsələni bəhanə edib Zərərçəkmiş şəxs sağlamlığına az ağır xəsarət yetirmişdir. Qeyd olunanlardan da göründüyü kimi, məhkəmə Məhkum CM-in 221.1-ci maddəsi ilə bəraət verərkən və onun əməlini CM-in 127. 2.3-cü maddəsindən həmin Məcəllənin 127.1 -ci maddəsinə tövsif edərkən əsaslandığı sübutların və CM-in 127.2.3 221.1-ci maddələri ilə ittiham hökmünün çıxarılması üçün kifayət edən digər sübutların motivləri məhkəmə hökmündə göstərilməmişdir. Məhkəmə zərər çəkmiş şəxsin ifadəsinə müdafiə tərəfinin ifadələrinə münasibətdə əhəmiyyət verməmiş, müdafiə tərəfinin xeyrinə sübutlara qərəzli yanaşmışdır. Məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamış, yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmişdir. Bundan başqa məhkəmə, Məhkum CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilib məhkum etsə də ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstəril məklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməmişdir. Protestdə həmçinin qeyd olunur ki, məhkəmə, Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eyni zamanda onun şəxsiyyətinə uyğun olmayan cəza - 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə ədalətsizliyə yol vermişdir. Məhkum törətdiyi qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlinin obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Az ağır cinayətlər kateqoriyasına aid olmaqla subyektiv cəhətdən birbaşa qəsdlə xuliqanlıq niyyəti ilə törədilmiş və başa çatdırılmışdır. Məhkum islah olunmaq niyyətində deyil və hazırki hökmlə təyin edilmiş cəza, yəni onun cəmiyyətdən təcrid edilmədən cəza çəkməsi nə onun özünün is lah olunması, nə də başqa şəxslər tərəfindən həmin qəbildən olan cinayətlərin törədilməsinin qarşısını almağa kifayət deyil və təyin edilmiş cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz olmuşdur. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının və zərər çəkmiş şəxsin çıxışlarını din ləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səl ahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma za manı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsasla naraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Av ropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “Azərbayca n Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, h əmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Şərh edilən beynəlxalq və milli qanunvericili yin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsini 221.1-ci maddəsi ilə bəraət verməsi, həmçinin Məhkum əməlinin CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə cəzalandırılması ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab verdiyi müəyyən olunur. Belə ki, kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surət də tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsə əsassız bəraət verilməsi və əməlinin düzgün tövsif edilməməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Apellyasiya məhkəmə kollegiyası həm ittihamın əsasını təşkil edən sübutlara, həm də müdafiə tərəfinin təqdim etdiyi sübutları mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəmə si cinayət təqibi orqanı tərəfindən Məhkum ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşan kassasiya məhkəmə kollegiyası qeyd edir ki, həmin məhkəmə Məhkum təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-nin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxil i inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı araşdırılmış sübutlardan görünür ki: Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Məlum hadisə günü, yəni kafedə aralarında mübahisə olan zaman görmüşdür. Zərərçəkmiş şəxslə əvvəllər onun arasında heç bir mübahisə, narazılıq və ya ədavət olmamışdır. 7 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələrində o, fındıq bağından çıxıb X10 kişinin işlətdiyi kafenin yanına gəlmişdir, yaxınlıqda qarpız satan X11ə yaxınlaşıb qarpız almaq istəyəndə kafenin həyətində qoyulmuş stolların birində oturub çay içən dayısı X12 onu çay içməyə dəvət etmişdir. Həmin vaxt onun oturduğu stolda Zərərçəkmiş şəxs və taksi sürücüsü Şahid4 oturmuşdur. O, qarpızı alıb orada qoyub dayısı X12gilin stoluna yaxınlaşıb onlarla görüşüb birlikdə oturub çay içmişdir. Onlar çay içən zaman Zərərçəkmiş şəxs ona demişdir ki, Qaxlı X13a 50 manat borcu var, artıq X13ın işlədiyi sexdə o, işləyəcəyindən həmin pul onun özünə çatmalıdır. O, da Zərərçəkmiş şəxsə demişdir ki, X13a onun borcu yoxdur. Lakin Zərərçəkmiş şəxs əl çəkməyib israrla bildirmişdir ki, X13a 50 manat borcu var və həmin pul ona çatmalıdır. Həmin vaxt o, özünün mobil telefonu ilə X13a zəng edib telefonu selektora qoyub, ona borcu olub-olmadığını soruşmuş, X13da ona borcu olmadığını demişdir. Sonra o, telefonu Zərərçəkmiş şəxsə vermək istəmişdir ki, sonuncu özü X13la danışsın. Lakin Zərərçəkmiş şəxs telefonu götürməyib X13ın və onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Zərərçəkmiş şəxsə sakitləşməyini bildirməsinə baxmayaraq Zərərçəkmiş şəxs içkili oldluğu üçün onun sol qolundan tutub saxlayaraq ünvanına «peysər» deyəndə o, çevrilib Zərərçəkmiş şəxsin sifət nahiyəsinə yumruq zərbəsi varmuş və Zərərçəkmiş şəxs yıxılmışdır. Bundan sonra dayısı X12 ona irad bildirdiyindən oradan uzaqlaşıb getmişdir. Hadisə təxminən 2-3 dəqiqə davam etmiş, orada olan hər hansı bir şəxsə qarşı ümumiyyətlə özü söyüş söyməmişdir. Hadisədən sonra zərər çəkmiş şəxsdən üzür istəyərək onunla barışıq əldə etmək üçün cəhdlər etsə də, təklif etdiyi 2000 (iki min) manat pulun az olduğunu 4000 (dörd min) manat pul verəcəyi halda onunla barışacağını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurduğuna görə əməlindən çox peşmandır. Qeyd etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində icraat zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, avtomobil təmiri sexində dəmirçi işləyir. Özünün Baş Göynük yolunda sexi vardır, lakin şəraiti olmadığına görə həmin sexdən istifadə edə bilmirdi. Aşağı Göynük kəndində yerləşən sexləri isə baha icarəyə verdikləri üçün icarəyə götürməmişdir. Qax rayonu, İbaxlı kəndindən olan X13 adlı şəxs Şəki-Qax yolunun Birinci Biləcik kəndindən keçən hissəsində yolun kənarında avtomobil təmiri sexini aylığı 160 manata icarəyə götürüb işlədirdi. O, həmin sexdə yük və minik maşınlarının təmiri ilə məşğul olurdu. X13a zəng edib danışan zaman ona demişdir ki, istəyirsə gəlib onunla birlikdə həmin sexdə işləsin, icarə puluna şərik olar. O, da razılaşmışdır. 07 iyul 2023-cü il tarixdə avtomobil təmiri üçün lazım olan alət və əşyalarını götürüb həmin sexin yanına gəlmişdir. Həmin vaxt sex bağlı idi, X13 da gəlməmişdir. Alət və əşyalarımı sexin qarşısına qoymuşdur. Bu vaxt məhkum gəlib çıxmış, ona alətlərini yığışdırıb çıxıb getməsini, bu sexdə işləyə bilməyəcəyini bildirdikdə, məhkuma «qayda qanun olduğunu onun kimdir ki, onu bu sexdə işləməyə qoymasın demişdir. məhkum da buranın qoçusu olduğunu bildirərək onu işlməyə qoymayacağını bildirmişdir. məhkuma alətlərini sexə yağması üçün imkan verməsini və bu barədə sabah söhbət edəcəklərini bildirdikdə məhkum razılaşıb ondan aralanmışdır. Bu vaxt məhkumın dayısı X12 gəlmiş, onu çay içməyə dəvət etmişdir. Birlikdə keçib yaxınlıqdakı kafenin həyətində qoyulmuş stolların birində oturmuşlar. Hələ çay gəlməmişdir, X12 məhkumı çay içməyə dəvət etmişdir. məhkum da X12a, qarpız alıb evə gedəcəyini demişdir. X12 da ona, çay içib sonra gedərik demişdir. məhkum etiraz etməyib onların stolunun yanına gəlmişdir. Yaxınlaşan kimi arxasından gəlib onun boğazından tutub sıxanda o, məhkumın əlini tutub kənara itələmişdir. Bundan sonra məhkum onun boynundan yumruq zərbəsi vurmuşdur. Sonra onun sağ qulağının dib hissəsinə yurmuq zərbəsi vurmuş, o, zərbədən stoldan yerə yıxılmı şdır. Yerə yıxılandan sonra məhkum onun sifətinə təpik zərbəsi vurmuşdur. Bu vaxt ağzından və burnundan qan gəlməyə başlamışdır. X12 məhkumı ayırmış və məhkum çıxıb getmişdir. O, da qalxıb kafedən kənara çıxmışdır. Təxminən 2 saata kimi kənarda qalmış, daha sonra X12 ona yaxınlaşıb, kömək edim üzünü yu demiş, lakin o, X12ın köməyindən imtina etmişdir. Sonra o, özü istifadə etdiyi mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib adını bilmədiyi şəxs tərəfindən döyülməyi barədə məlumat vermişdir. Həmin vaxt o, məhkumı tanımırdı, sonradan tanımışdır. Bir müddətdən sonra polis əməkdaşları gəlib onu vəziyyətini görüb xəstəxanaya aparmışlar. Orada ona tibbi yardım göstərildikdən sonra xəstəxanadan çıxıb Polis Şöbəsinə gəlib məhkum barədə şikayət ərizəsi yazmışdır. Hadisə vaxtı onu kənar şəxslə r vurmamışdır. Həmçinin o, özü məhkumı vurmamış və vurmağa cəhd etməmişdir. Həmin vaxt kafdə məhkumın dayısı X12 və onlarla bir stolda adını bilmədiyi bir oğlan oturmuşdur. Kənardakı stollarda isə bir çox adamlar oturmuşdur. məhkum onu vuran zaman kafedə olanlar narahat olub ayağa qalxmışlar. X12 məhkumı ayırıb yola saldığı üçün həmin şəxslər onlara yaxınlaşmamışlar. Belə olub kafedə olanlar narahat olmuşdur. Bundan əlavə dəfələrlə müayinə və müalicə olunmuş, ümumilikdə 4000 (dörd min) manatdan çox maddi ziyan çəkmişdir. Hazırda məhkumla barışmamış, sonuncu ona dəymiş zərəri ödəməmişdir. Ona görə də ona cəza verilməsini xahiş edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, Qa x rayonu, aşqaçay kəndinə gedən yol ayrıcında yerləşən kafeni icarəyə götürüb işlədir. O, hər gün səhər saat 08 radələrində kafeyə gəlib açıb axşama kimi işlədib, gecə saat 22-23 radələrində kafeni bağlayıb evinə gedir. Həmin kafeni o, özü tək işlədir. Gələn qonaqlara özü hazırlayıb çay və yemək verir. 07 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələrində Göynük kənd sakini Zərərçəkmiş şəxs kafenin qarşısına gəlib onu çağırıb demişdir ki, niyə gəlib mənimlə görüşmürsən? O da Zərərçəkmiş şəxsə demişdir ki, içəri gəlsin görüşək. Zərərçəkmiş şəxs kafenin həyətinə gəlmiş, o, kafenin həyətinə çıxıb Zərərçəkmiş şəxslə görüşmüşdür. Həmin vaxt danışığından və hərəkətindən Zərərçəkmiş şəxsin içkili olması tam sezilirdi. Zərərçəkmiş şəxs kafenin həyətində qoyulmuş stolların birində əyləşmiş, lakin heç nə sifariş verməmişdir. Bir neçə dəqiqədən sonra kafeyə həmkəndlisi X12 gəlib Zərərçəkmiş şəxsin oturduğu stolda oturmuş və bir neçə dəqiqədən sonra X12 bacısı oğlu məhkumı çay içməyə dəvət etmişdir. Həmin vaxt məhkum yolun kənarından qarpız alıb getmək istəyirdi. X12 dəvət edəndə, məhkum ona, tələsdiyini demişdir. X12 da ona, «gəl çay içək sonra gedərsən» dediyi üçün məhkum onların oturduğu stola yaxınlaşmışdır. Onlar öz aralarında nə danışdıqlarını bilməmişdir. Bir neçə dəqiqədən sonra baxanda Zərərçəkmiş şəxsin yıxıldığını görmuşdur. Zərərçəkmiş şəxsin yıxıldığını görüb onlara yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxsin burnu qanamışdır. Orada olan xatırlamadığı şəxslərdən hansınasa su gətirməsini demiş, orada olanlardan biri stəkanı götürüb su gətirmiş və Zərərçəkmiş şəxsin si fətinə su vurmuşlar. X16 bir qədər kənara ağacların kölgəliyinə aparmışdır. Bir müddətdən sonra polis əməkdaşları gəlib Zərərçəkmiş şəxsi aparıb getmişlər. Həmin vaxt məhkum çıxıb getdiyi üçün orada olmamışdır. X11 vurduğunu eşitmişdir. Ancaq o, məhkumla Zərərçəkmiş şəxs arasında mübahisənin hansı səbəbdən yaranmasını eşitməmişdir. X12 vurmasını görməmişdir. Ancaq Zərərçəkmiş şəxsin yaxıldığını görmüşdür. məhkumla Zərərçəkmiş şəxs arasında söhbət təxminən 5-10 dəqiqə davam etmiş, məhkum Zərərçəkmiş şəxsiin arasında nəsə borc söhbəti olduğunu təxmini eşitmişdir. Münaqişə zamanı kafedə heç bir əmlak sınmamış və zədələnməmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, Məhkum o nun bacısı oğludur. Zərərçəkmiş Zərərçəkmiş şəxs avtomobil ustası kimi tanımışdır. 07 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələri olardı o, yolunkənarında yerləşən X10 kişinin işlətdiyi kafenin yanına gəlmiş, çatıb, həmkəndlisi X14 və avtomobil təmiri ustası kimi tanıdığı Göynük kəndindən olan Zərərçəkmiş şəxs kafenin həyətində qoyulmuş stolların birində oturublar. X14 və Zərərçəkmiş şəxslə görüşüb, münasibəti olduğu üçün onlarla bir stolda oturmuşdur. O, onları çay içməyə dəvət etmişdir. Onlarda etiraz etməmişlər. Bu vaxt bacısı oğlu məhkum yolun kənarında qapız aldığını görüb məhkumı çay içməyə dəvət etmişdir. məhkumda gəlib onlarla görüşəndə, Zərərçəkmiş şəxs məhkumdan soruşmuşdur ki, «məhkum sənsən»? məhkumda təsdiqləyib «mənəm» demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs məhkuma, həmi n sexi icarəyə götürdüyünü, onun sexə 50 manat borcu olduğunu, sexin sahibi demişdir ki, 50 manatı onun özünə verməlidir. məhkum Zərərçəkmiş şəxsə, onun sexə borcu olmadığını demişdir. Həmin vaxt məhkum sexin sahibi X13a zəng edib sonuncudan borcu olub-olmadığını soruşanda, X13 məhkuma, onun heç bir borcu olmadığını bildirmişdir. məhkum da Zərərçəkmiş şəxsə bu barədə deyəndə, Zərərçəkmiş şəxs əl çəkməyib demişdir ki, «mən bilmirəm 50 manatı doğmalısan». məhkum bu sözdən əsəbləşib Zərərçəkmiş şəxsin sifətinə bir dəfə yumruq vurmuş, Zərərçəkmiş şəxs də yerə yıxılmışdır. Həmin vaxt Zərərçəkmiş şəxsin burnu qanamışdır, su gətirib Zərərçəkmiş şəxsin üzünü yudurmuşdur. Sonra o, məhkuma acıqlanmış, sonuncu çıxıb getmişdir. Bundan sonra o, oradan evinə getmişdir. Həmin vaxt danışığından və hərəkət indən Zərərçəkmiş şəxsin içkili olması açıq hiss olunurdu. Bundan sonra Zərərçəkmiş şəxsə səhvin onda olduğunu bildirərək məhkumı bağışlamasını xahiş etdikdə Zərərçəkmiş şəxs məsələnin qurtardığını bildirməsinə baxmayaraq polisə şikayət etmişdir. Növbəti gün Zərərçəkmiş şəxsin məhkumın borclu olduğunu iddia etdiyi X13ı da götürüb polis bölməsinə getmişdir. Zərərçəkmiş şəxs şöbədə olarkən barışıq üçün onlardan ilk növbədə 2000 manat pul istəmişdir. Daha sonra isə 10000 manat istədiyini məhkumdan eşitmişdir. məhkumla Zərərçəkmiş şəxsin arasındakı mübahisə və məhkumın Zərərçəkmiş şəxsi vurması təxminən 3-4 dəqiqə davam etmişdir, həmin vaxt orada səsküy yaranmamışdır, kafedə kənar şəxslər olmamışdır. Həmin vaxt məhkum Zərərçəkmiş şəxsin ünvanına nalayiq ifadə işlətməmiş və söyüş söyməmişlər. B irinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməklə ifadəsində göstərmişdir ki, 07 iyul 2023-cü il tarixdə saat təxminən 14 radələrində ŞəkiQax yolunun Birinci Biləcik kəndindən keçən hissəsində, yolun kənarında yerləşən X10 kişinin işlətdiyi kafedən təxminən 30-35 metr aralıda idarə etdiyi motosikletin kuzasında qapız satırdı. Bu vaxt həmkəndlisi məhkum gəlib ondan bir ədəd qapız alıb kafeyə getdi. Onun başı qapız satmağa qarışmışdır, təxminən 5-6 dəqiqə keçərdi bir də gördü ki, kafedə narahatçılıq yaranıb. Adını həmin vaxt bildiyi Zərərçəkmiş şəxs yerə yıxılıb, bir neçə adam da onun başı na yığılıb, sifətinə su vurur. Bu vaxt məhkum çıxıb getmişdir. Orada olan X12 Zərərçəkmiş şəxsi ayağa qaldırıb kənara aparmışdır. Bununla da narahatçılığa son qoyulmuşdur. Sonradan eşitmişdir ki, məhkumla Zərərçəkmiş şəxsin arasında mübahisə olmuş, məhkum Zərərçəkmiş şəxsin yumruqla sifətinə vurduğu üçün Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Hadisə vaxtı Zərərçəkmiş şəxs içikili olub və məhkumla mübahisə edib. məhkumda əsəbləşib Zərərçəkmiş şəxsi vurmuşdur. Ancaq o, məhkumla Zərərçəkmiş şəxs arasında olan mübahisəni görməmiş və eşitməmişdir. Hadisədən sonrakı gün zərər çəkmiş şəxsin əşyalarının aparılmasına kömək etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Məmmmədov onun işlədiyi sexdə işləmə k istədiyindən onunla birlikdə işləməyə razılaşmışlar. Zərərçəkmiş şəxs razılaşdıqları dövrdən bir müddət keçdikdən sonra zəng edərək sexin qabağında olduğunu onunla birlikdə işləməyə gəldiyini dedikdə, ona hazırda kənarda olduğunu işə gələ bilməyəcəyini bildirmişdir. Telefon danışığı zamanı Zərərçəkmiş şəxsin içkili olduğunu hiss etmişdir. Həmin zəngin üzərindən 30 dəqiqə sonra məhkumın ona zəng vuraraq “mənim sənə borcum varmı” soruşduqda nə məslə olduğunu soruşmuşdur. O, isə Zərərçəkmiş şəxs ona 50 manat borcunun olduğunu, həmin borcun Zərərçəkmiş şəxsə verməli olduğunu söylədiyini demişdir. Həmin vaxt telefon vasitəsi ilə məhkumın ona borcu olmadığını, olduğu halda belə bu məsələnin Zərərçəkmiş şəxs aidiyyatının olmadığını bildirdi. Növbəti gün məhkumla Zərərçəkmiş şəxsin mübahisə etdi yini öyrənmişdir. Bu hadisədən sonra polis şöbəsinə getmişdir. Şöbədə olanda onun izahatı alınmamışdır. İfadənin yerində yoxlanması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəki-Qax yolunun Şəki rayonu, Birinci Biləcik kəndi ərazisindən keçən hissəsindən Qax rayonu, Qaşqaçay kəndinə ayrılan yol ayrıcısına çatdıqda avtomaşını saxlamağı bildirmiş, avtomaşından düşdükdən sonra yolun kənarında yerləşən Şahid2 işlətdiyi kafenin qarşısına gəlib əvvəlcə kafenin qarşı tərəfini, Qaşqaçay kəndinə gedən yolun sağ kənarını göstərib həmin yerdə qarpız satan həmkəndlisi Şahid3 bir ədəd qarpız aldığını, dayısı Şahid1 onu çay içməyə dəvət etdikdə o, yolun əks tərəfində yerləşən Şahid2 işlətdiyi kafeyə getdiyini, kafeyə giriş hissəsindən qabağı göstərib kafenin qarşı tərəfində, kafeyə giri ş qapısının sağ tərəfində qoyulmuş stola yaxınlaşdığını, həmin vaxt stolda Zərərçəkmiş şəxs oturduğu stolu göstərib sonuncu həmin stolda oturduğunu, digər stullarda isə dayısı Şahid1 və Şahid4 oturduğunu, daha sonra o, kafenin həyətinə qoyulmuş stolları göstərib həmin stollarda bir çox çay içən şəxslər oturduğunu, adları qeyd olunan şəxslərlə çay içən zaman Zərərçəkmiş şəxs ona Qaxlı X13a 50 manat borcu olduğunu və həmin pul ona çatacağını deyib aralarında mübahisə yaranandan sonra o, sonuncuya X13a heç bir borcu olmadığını bildirmiş, bu vaxt Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədən zaman o, da Zərərçəkmiş şəxsə qarşı nalayiq ifadə işlədərək sifətinə yumruq zərbəsi vurduğunu, bir qədər qabağı göstərib, o, Zərərçəkmiş şəxs vurandan sonra sonuncu həmin yerə yıxıldığını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2023-cü il tarixli 317 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs sol əng sümüyünün haymor cibinin ön və yan divarlarının sınıqları, haymor boşluğuna travmatik qansızma, burun sümüyünün yerdəyişən sınığı, burun tənəfüzünün pozulması, sol gözün alt və üst göz qapaqlarının yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, hematoması, gözün ağlı qişasına qansızma, göz yarığının daralması, burun qanaxması, sol yanağın yumşaq toxumalarının əzilməsi, sol çənə gicgah oynağında travmatik şişkinlik və ağrı hesabına hərəkət məhdudluğu, travmatik şişkinliyi, hematoması, üst dodağın və alt dodağın yumşaq toxumaların əzilməsi, travmatik şişkinliyi, hematoması, çənəaltı və sinə nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ gözaltı və sağ yanaq nahiyələrinə qansızma, üst dodağın selikli qişasının əzilmiş yarası, hematoması, sol çiynin sıyrığı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğundar və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki iş ürzə təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham bir-biri ilə uzlaşmayan, biri digərini tamamlamayan sübutlarla əsaslandırılmışdır. Həmçinin, sübutetmə yükünün paylanmasına əsasən təqsirləndirilən şəxs öz təqsirsizliyini sübuta yetirməyə borc lu olmadığından onun təqsirliliyinin sübuta yetirilməsi zamanı ittiham tərəfinin yol verdiyi boşluqlar özü tərəfindən qanunla yol verilən şərtlər çərçivəsində tamamlanmadığı təqdirdə həmin natamamlıqlar barədə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillərin təsdiq edilməsi müdafiə tərəfinin üzərinə düşməməklə ittiham tərəfinin mövqeyinə əsasən təkzib edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plunumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, “baxılan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirlənd irilən şəxslərin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışları hərtərəfli araşdırılmalıdır.” "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsiz liyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Məhkəmə kollegiyası qeyd edir ki, “Xuliq anlıq” cinayətinin anlayışı CM-nin 221.1-ci maddəsində verilmiş və maddədə nəzərdə tutulan hərəkətlərin edilməsi həmin cinayətin tərkibini yaradır. Xuliqanlıq motivi isə şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə psixi münasibətinin göstəricisidir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına saslanaraq hesab edir ki, Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Abdurəhman oğluna qəsdən sağlamlığına az ağır zərər vurması cinayətinin motivinin xuliqanlıq olması və onun əməlində Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olması iş materialları ilə təsdiq olunmur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1N -li qərarının 2-ci bəndində göstərilən tövsiyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Məhkum ilə Zərərçəkmiş şəxs Abdurəhman oğlu hadisəyə qədər bir birlərini tanımamışlar. 7 iyul 2023-cü il tarixdə saat 14 radələrində Şəki Rayonu Birinci Biləcik kəndində olan kafenin həyətində qoyulmuş stolların birində oturub çay içən Məhkum dayısı X12 onu çay içməyə dəvət etmişdir. Həmin vaxt onun oturduğu stolda Zərərçəkmiş şəxs və Şahid4 oturmuşdur. O, dayısı X12gilin stoluna yaxınlaşıb onlarla görüşüb birlikdə oturub çay içmişdir. Onlar çay içən zaman Zərərçəkmiş şəxs ona demişdir ki, Qaxlı X13a 50 manat borcu var, artıq X13ın işlədiyi sexdə o, işləyəcəyindən həmin pul onun özünə çatmalıdır. O, da Zərərçəkmiş şəxsə X13a onun borcu olmadığını bildirsə də, Zərərçəkmiş şəxs əl çəkməyib israrla X13a 50 manat borcu olmasını və həmin pulun ona çatacağını bildirmişdir. Həmin vaxt o, özünün mobil telefonu ilə X13a zəng edib telefonu selektora qoyub, ona borcu olub-olmadığını soruşmuş, X13 da ona, borcu olmadığını demişdir. Sonra o, telefonu Zərərçəkmiş şəxsə vermək istəmişdir ki, sonuncu özü X13la danışsın. Lakin Zərərçəkmiş şəxs telefonu götürməyib X13ın və onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Zərərçəkmiş şəxsə sakitləşməyini bildirməsinə baxmayaraq Zərərçəkmiş şəxs içkili oldluğu üçün onun sol qolundan tutub saxlayaraq ünvanına nalayiq ifadələr işlətdiyindən çevrilib Zərərçəkm iş şəxsin sifət nahiyəsinə yumruq zərbəsi varmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Bundan sonra Məhkum dayısı X12 ona irad bildirdiyindən oradan uzaqlaşıb getmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxs Məhkum tərəfindən xuliqanlıq cinayətinin Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edən heç bir sübut, o cümlədən şahid ifadələri, ekspertiza rəyləri və s. yoxdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, 7 iyul 2023-cü il tarix də baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş vermiş, təqsirləndirilən şəxs Məhkum ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyən olunmamış, iş üzrə Məhkum verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə hadisəni birbaşa görən şəxs kimi təqsirləndirilən şəxs Məhkum, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Şahid1 və X14 olmuşlar. Onlar da verdikləri ifadələrində bildirmişdilər ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla birlikdə çay içdikləri zaman Məhkum çay içməyə dəvət etdiklərini, sonuncu onlara yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs məhkum X13 50 manat borcunun olduğunu və həmin pulu ona verməli olduğunu bildirdiyni, bundan sonra Məhkum Zərərçəkmiş ş əxs borclu olduğunu iddia etdiyi X13 zəng vurduğunu, X4 borcu olmadığını bildirməsinə baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yenidən həmin pulu tələb etməklə Məhkum ünvanına nalayiq ifadələr işlədiyindən Məhkum Zərərçəkmiş şəxs bir dəfə yumruqla vurduğunu qeyd etmişlər. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış c inayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mö vcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əmə lin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şü bhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139 -cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutlar ın məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittihamlar üzrə Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona CM-in 221.1-ci maddəsi ilə bəraət vermişdir. Belə ki, Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyu lmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmamasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Həmçinin məhkəmə kollegiyası protestin Məhkum əsassız olaraq əməlinin CM-in 127.2.3-cü maddəsində həmin Məcəllənin 127.1-ci ma ddəssinə tövsif edilməsinə dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, məhkəmələr haqlı olaraq Məhkum əməlini CM-in 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif etmiş və gəldikləri nəticəni belə əsaslandırmışlar ki, Zərərçəkmiş şəxs İ.M.Abdullayevə olan borcunu bəhanə edərək Məhkum tələb etdikdən sonra tərəflərin aralarında mübahisənin yaranmasını, bunun Məhkum X13a borcu olmadığını, hətta X13 Abdullayevə telefon zəngi edərək bunu Zərərçəkmiş şəxs onun X13 Abdullayevə borcu olmadığını sübuta yetirməsinə baxmayraq Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədərək borcu tələb etməyə davam etməsini, bundan sonra Məhkum Zərərçəkmiş şəxs yumruqla vurmasını nəzərə alır, bununla da qeyd edilənlərin hadisənin baş verməsinə əsaslı səbəb kimi qiymətləndirir. Belə ki, Məhkum hərəkə tləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığa az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Məhkum hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və sonuncunun etdiyi hərəkətlərinə, hadisə zamanı ona dediyi nalayiq ifadəsinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq no rmasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret social hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin dü zgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzаkirə еd ib, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaql a ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət- hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcud ur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cina yətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir ha lda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, həmçinin zərər çəkmişlə barışmağa cəhd etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, cinayətin zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, cəzanı ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsas lara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2024-cü il tarixl qərarı dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-2018/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2018/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver