Məhkəmə qərarları › İş №1(102)-2019/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2019/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2019/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Abbasov Mehman Mais oğlunun iştirakları ilə x xxxxx 1974-cü il tarixdə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə və CM-in 228.1-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(107)-65/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 1(019)-88/2023 nömrəli hökmü ilə (sədrlik edən: H.Q.Səlimov), Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli ni törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 6 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmiş, Məhkum qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə CM-in 228.1-ci maddəsilə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli 1(107)-65/2024 nömrəli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), X.H.Səmədov və A.M.Eyvazov) apellyasiya protesti və apelyasiya şikayə ti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkum 2 aprel 2023-cü il tarixdə günorta saatlarında Balakən rayonu Xalatala kəndi ərazisindən keçən “Mazım” adlı çayda balıq tutduğu zaman çayın kənarından 1 ədəd sellofan torbada taparaq qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd sellofan bükümdə təmiz çəkisi 18,98 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq əynindəki şalvarın sağ yan cibində saxlamışdır. 6 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş ə məliyyat tədbirləri nəticəsində Məhkum Balakən RPŞ-nin Qabaqçöl PB-nə dəvət edilib şübhəli şəxs qismində tutularaq saat 13:10 dəqiqədən saat 13:40 dəqiqəyədək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zaman onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib öz şəxsi istifadəsi məqsədi ilə üzərində daşıyaraq saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 ədəd sellofan bükümdə təmiz çəkisi 18,98 qram olan, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən Məhkum həmçinin CM-in 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir ki, o, 2 aprel 2023-cü il tarixdə günorta saatlarında Balakən rayonu Xa latala kəndi ərazisindən keçən “Mazım” adlı çayda balıq tutduğu zaman çayın kənarından 1 ədəd sellofan torbada bir ədəd ağ rəngli köynəyə bükülmüş vəziyyətdə taparaq qəsdən, qanunsuz olaraq əldə etdiyi 1 ədəd Rusiyada zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AKM” markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən, istifadəyə yararlı olan nömrəsi silinmiş silahı, həmçinin çayın kənarından tapdığı sellofan torbanın içərisindəki digər sellofan torbada olan 2 ədəd “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların, həmçinin tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 7,62x39 mm kalibrli patron tutu muna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqçaları, həmin sandıqçaların birində 25 ədəd digərində isə 28 ədəd olmaqla ümumilikdə cəmi 53 ədəd 7,62 mm kalibrli olmaqla, tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahda və həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsülu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronları idarə etdiyi VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağının alt hissəsində saxlayıb daşıyaraq gəzdirmişdir. 6 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 13:50 dəqiqədən 14:40 dəqiqəyədək olan m üddət ərzində Məhkum idarə etdiyi VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun öz könüllü razılığı və iştirakı ilə baxış keçirilərkən onun qəsdən, qanunsuz olaraq, əldə edib idarə etdiyi avtomobildə daşıyaraq saxladığı 01 ədəd Rusiyada zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AKM” markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən, istifadəyə yararlı olan nömrəsi silinmiş silah, 2 ədəd “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların, həmçinin tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sa ndıqçalar, həmin sandıqçaların birində 25 ədəd, digərində isə 28 ədəd olmaqla ümumilikdə cəmi 53 ədəd 7,62 mm kalibrli olmaqla, tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahda və həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsülu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronlar məhkumin idarə etdiyi VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni ap ellyasiya baxışına təyin olunması xahiş olunur. Protest müəllifi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq məhkumə CM-in 228.1-ci maddəsi ilə əsassız olaraq verilmiş bəraət hökmü qüvvədə saxlanmışdır. Belə ki, məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmağa çalışmışdır ki, Məhkum barəsində əməliyyat-qeydiyyat işi açılmamış, bu iş əməliyyat-axtarış subyekti tərəfindən qeydiyyata alınmamış, həmçinin onun qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması və mütəmadi olaraq üzərində narkotik vasitələr gəzdirməsi, qanunsuz olaraq odlu silah əldə edib evində saxlaması və idarə etdiyi avtomaşında gəzdirməsi barədə ehtimal olunan məlumat əməliyyat-qeydiyyat i şinə daxil edilməmiş və onun barəsində əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməmiş və sistemləşdirilməmişdir. Məhkəmə işin faktiki hallarını, cinayət prosessual qanunvericilin tələblərini kənarda qoymaqla formal istinadlarla və mülahizə xarakterli fikirlərlə gəldiyi nəticəni əsaslandırmağa çalışmışdır. Belə ki, iş materiallarında olan 6 aprel 2023-cü il tarixli “təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Məhkum qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlaması, mütəmadi olaraq üzərində narkotik vasitə gəzdirməsi, həmçinin qanunsuz olaraq odlu silah əldə edib avtomaşınında gəzdirməsi barədə Balakən RPŞ-yə məlumat daxil olmuşdur. Xüsusilə vurğulanmalıdır ki, Balakən Rayon Məhkəməsinin 7 aprel 2023 -cü il tarixli qərarı ilə Məhkum üzərində və avtomaşınına baxış keçirilməsinə dair 6 aprel 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. Bundan başqa, məhkəmənin mövqeyinə görə Məhkum avtomobilinə baxışı əks etdirən diskin iş materiallarında olmaması protokolda qeyd edilənlərin həqiqiliyini şübhə altına alır və hökmün ümumi məzmunundan aydın olur ki, məhkəmə diskin iş materiallarında olmamasının məsuliyyətini ibtidai istintaq orqanının üzərinə qoymuşdur. Halbuki, iş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs və müdafiəçisi ibtidai istintaqın sonunda cinayət işinin materialları ilə tanış olmuş, hər hansı sənəd və məlumatın iş materiallarına əlavə edilməməsi barədə etirazları və vəsatətləri olmamışdır. Protestdə qeyd olunur ki, birinci instansiya məhkəməsində dövlət ittihamçıs ı cinayət işinin materialları ilə məhkəmə hazırlıq iclasından əvvəl tanış olarkən “baxış keçirilməsi və götürmə” barədə protokola əlavə edilmiş videogörüntülərlə də tanış olmuş və həmin görüntülərin olduğu disk iş materiallarında olmuşdur. Bundan başqa, həmin görüntüləri əks etdirən diskin bir surəti də cinayət işinin rayon prokurorluğunda olan nəzarət icraatında da olmuşdur. Dövlət ittihamçısı hesab edir ki, həmin görüntülərin cinayət işi məhkəmənin icraatında olarkən yoxa çıxması barədə əsaslandırılmış nəticəyə gəlmək mümkündür. Bundan başqa, məhkəmə tərəfindən rayon prokurorluğuna avtomobilə baxış və götürmənin aparılmasını əks etdirən görüntünün olmaması barədə müraciət olunmamışdır. Belə ki, həmin görüntülər mövcuddur və əgər rayon prokurorluğuna müraciət olunsaydı həmin görüntülər mə hkəməyə təqdim edilərdi. Bundan başqa, qeyd olunan görüntüləri əks etdirən disk Balakən RPŞ-i tərəfindən məhkəməyə təqdim edilmişdir. Protest müəllifi hesab edir ki, hər iki məhkəmə instansiyası tərəfindən iş üzrə toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliyi müəyyənləşdirilməmiş və sübutların məcmusuna hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və müdafiəçi M.Abbasovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya m əhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiy aları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Məhkum CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair müddəalar mübahisələndirmədiyindən, məhkəmə kollegiyası həmin hissədə şərh verməyə zəruri hesab etmir. Bununla belə protest müəllifi qeyd edir ki, N.Mağlıyevin CM-in 228.1-ci maddəsi ilə olan əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası K onstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu m addəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikas ı Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətl əndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkuma CM-in 228.1-ci maddəsi ilə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişlər. İbtidai istintaq orqan tərəfindən Məhkum ittiham verilmişdir ondan ötrü ki, o, 2 aprel 2023-cü il tarixdə günorta saatlarında Balakən rayonu Xalatala kəndi ərazisindən keçən “Mazım” adlı çayda balıq tutduğu zaman çayın kənarından 1 ədəd sellofan torbada bir ədəd ağ rəngli köynəyə bükülmüş vəziyyətdə taparaq qəsdən, qanunsuz olaraq əldə etdiyi 1 ədəd Rusiyada zavod üsulu ilə hazırlanmış, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı, “AKM” markalı yivli odlu avtomatik döyüş silahı hesab edilən, istifadəyə yararlı olan nömrəsi silinmiş silahı, həmçinin çayın kənarından tapdığı sellofan torbanın içərisindəki digər sellofan torbada olan 2 ədəd “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların, həmçinin tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı sandıqçaları, həmin sandıqçaların birində 25 ədəd digərində isə 28 ədəd olmaqla ümumilikdə cəmi 53 ədəd 7,62 mm kalibrli o lmaqla, tədqiqata təqdim edilmiş “Kalaşnikov” konstruksiyalı nömrəsi silinmiş silahda və həmin kalibrə malik “AKM”, “AKMS”, “AK-47” avtomatlarda, “SKS” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsülu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən istifadəyə (atəşə) yararlı patronları idarə etdiyi VAZ 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağının alt hissəsində saxlayıb daşıyaraq gəzdirmiş və həmin sursatlar 6 aprel 2023-cü il tarixdə Balakən RPŞ-nin Qabaqçöl PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 13:50 dəqiqədən 14:40 dəqiqəyədək olan müddət ərzində məhkumin idarə etdiyi VAZ 21074 markalı **-LT*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası kassasiya protestinin mübahisə edilən görüntülərin cinayət işinin materiallarında olması, həmin görüntülərin cinayət işi məhkəmənin icraatında olarkən yoxa çıxması, bundan başqa, məhkəmə tərəfindən rayon prokurorluğuna avtomobilə baxış və götürmənin aparılmasını əks etdirən görüntünün olmaması barədə müraciət olunmaması, rayon prokurorluğuna müraciət olunsaydı, həmin görüntülər məhkəməyə təqdim edilərdi, həmçinin qeyd olunan görüntüləri əks etdirən disk Balakən RPŞ-i tərəfindən məhkəmə təqdim edilməsi ilə bağlı dəlillərini əssasız hesab edir. Belə ki, cinayət işinin 25-27-ci vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 6 aprel 2023-cü il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, həm in tarixdə saat 13:10 dəqiqədən saat 13:40 dəqiqəyədək olan müddət ərzində Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda, həmçinin idarə etdiyi “VAZ 21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində odlu silah saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş və vəkillər siyahısından seçmiş olduğu vəkil Daanov Ceyhun Rauf oğlu və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Məhkum Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Məhkum əynindəki qara rəngli idman şalvarının sağ yan c ibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Məhkum 1 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini 4 gün əvvəl Mazım çayının kənarına balıq tutmaq üçün getdiyi zaman 1 ədəd sellofan torbanın içərisində tapdığını, həmçinin həmin sellofan torbanın içərisində 1 ədəd Kalaşnikov avtomatı və 2 ədəd sandıqçanın olduğunu, 1 ədəd sellofan bükümdəki narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini və tapdığı 1 ədəd Kalaşnikov avtomatı, həmçinin 2 ədəd sandıqçanı polis şöbəsinə təhvil vermək üçün avtomobilində və üzərində saxladığını, avtomobili nasaz olduğundan silahı, sandıqçaları və sellofan bükümdəki narkotik vasitə marixuanaya oxşar bitki kütləsini polis orqanın a verə bilmədiyini bildirmişdir. Məhkum üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 21,10 qram təşkil etmişdir. Aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə Məhkum üzərindən əlavə qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Məhkum üzərindən aşkar edilmiş 40 manat kağız pul və özünə məxsus olan avtomobilinin açarı özünə geri qaytarılmışdır. Şəxsi axtarış panasonik markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüy ü 01 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, protokolda qeyd edilənlərin düzgün qeyd edildiyi müəyyən edilmişdir. İşin 28-30-cu vərəqələrində olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 6 aprel 2023-cü il tarixli baxış keçirmə və götürülmə barədə protokolda göstərilmişdir ki, həmin tarixdə saat 13:50 dəqiqədən saat 14:40 dəqiqəyədək olan müddət ərzində Balakən rayonu Yeni Şərif kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaq və daşımaqda, həmçinin idarə etdiyi “VAZ 21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində odlu silah saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-nin Qabaqçöl PB-nə gətirilmiş, şübhəli şəxs qismində tutulmuş və vəkillər siyahısından seçmiş olduğu vəkil Daanov Ceyhun Rauf oğlu v ə polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilən zaman Məhkum əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsi əldə edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Məhkum həmçinin özünə məxsus olan “VAZ 21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildə 1 ədəd Kalaşnikov avtomatı və 2 ədəd sandıqçanı saxladığını bildirmişdir. Həmin tədbirlərin davamı olaraq Məhkum məxsus olan Vaz 21074 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə Məhkum vəkillər siyahısından seçdiyi vəkil Ceyhun Daanov və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Məhkum özünə məxsus “VAZ 21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının alt hissə sindən 1 ədəd ağ rəngli köynəyə bükülmüş vəziyyətdə olan 1 ədəd Kalaşnikov markalı avtomatı, 1 ədəd boz rəngli sellofan torbanın içərisində olan 2 ədəd içərisində patronlar olan sandıqçaları təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd Kalaşnikov avtomata baxılmış, üzərində hər hansısa bir nömrənin olmaması, təqdim edilmiş 1 ədəd sandıqçanın içərisində 25 ədəd avtomat patronu, həmçinin 2-ci sandıqçanın içərisində 28 ədəd avtomat patronun olması müəyyən edilmişdir. Ümumilikdə sayı 53 ədəd patronlar 2 ədəd sandıqçadan çıxarılmış, daha sonra Məhkum məxsus “VAZ-21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 1 ədəd Kalaşnikov avtomat, 2 ədəd sandıqça və 53 ədəd avtomat patronu bir ədəd ağ rəngli sintetik kisəyə qablaşdırılmış, üzəri möhürlənmiş, iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Bundan əlavə, Məhkum avtomobilinə əlavə baxış keçirilmiş, əlavə hər hansı bir qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Baxış və götürmə prosesi panasonik markalı videokamera vasitəsi ilə qeydə alınmış, videogörüntünün olduğu disk protokola əlavə edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Baxış zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü qeyd edilmiş 1 ədəd DVD diskinə məhkəmə iclas zalında baxış keçirilmiş, baxış zamanı DVD diskdə heç bir görüntünün qeydə alınmadığı müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 11 oktyabr 2023cü il tarixli 3-13-66/2-22871/2013 nömrəli məktubda göstərilmişdir k i, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələri ilə təqsirləndlirilən şəxs Məhkum idarə etdiyi “VAZ-21074” markalı **-LT*** dövlət qeydiyyat nişanlı avtomobilinə 6 aprel 2023-cü il tarixdə saat 13:50dəqiqədən saat 14:40 dəqiqəyədək olan müddət ərzində Balakən RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı Qasım Hüseynov tərəfindən videokamera vasitəsi ilə fasiləsiz olaraq vidieoçəkiliş aparılmaqla baxış və götürülmə keçirilmişdir. Lakin baxış və götürülmə keçirilən zaman istifadə edilən videokamerada yaranmış bəzi texniki səbəblərdən həmin videogörüntünün diskə köçürülərək cinayət işinə əlavə edilməsi mümkün olmamışdır. Həmin videogörüntü videokameranın yaddaş qurğusunda qalmadığından təqdim etmək mümkün olmamışdır. Məhkəmə kollegi yası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində iş üzrə maddi sübut olan təqsirləndirilən şəxs X1 idarə etdiyi avtomaşına baxış keçirilməsi zamanı videogörüntünün əks olunduğu qeyd edilmiş DVD diskinə baxış keçirilmiş, baxış zamanı diskdə baxışın qeydə alınmadığı müəyyən edilmişdir. Bundan sonra sədrlik edən baxış keçirilən disklə bağlı cinayət prosesi tərəflərinin vəsatətlərinin olub-olmamasını aydınlaşdırılmış, lakin cinayət prosesi tərəflərinin bununla bağlı hər hansı bir vəsatətləri olmamamışdır. Həmçinin, məlum görüntülərin təqdim edilməsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən Balakən rayon polis şöbəsinə müraciət edilmiş, həmin müraciətə cavabdan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci və 228.1-ci maddələri ilə təqs irləndirilən Məhkum idarə etdiyi “VAZ 21074” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 6 aprel 2023-cü il tarixdə saat 13:50 dəqiqədən saat 14:40 dəqiqəyədək olan müddət ərzində Balakən RPŞ-nin TB-in təhqiqatçısı polis kapitanı Qasım Hüseynov tərəfindən video kamera vasitəsi ilə fasiləsiz olaraq videoçəkiliş aparılmaqla baxış və götürülmə keçirilmişdir. Lakin baxış və götürülmə keçirilən zaman istifadə edilən videokamerada yaranmış bəzi texniki səbəblərdən həmin videogörüntünün diskə köçürülərək cinayət işinə əlavə edilməsi mümkün olmamışdır. Həmin videogörüntü videokameranın yaddaş qurğusunda qalmadığından məhkəməyə təqdim etmək mümkün olmamışdır. Həmçinin iş materiallarından görünür ki, ittiham tərəfi cinayət işi üzrə məhkəmə baxışı baş çatdıqdan sonra (hökm xx.xx.202 3-cü ildə çıxıb, ittiham tərəfi isə məlum görüntüləri xx.xx.2023-cü ildə birinci instansiya məhkəməsinə təqdim edib) Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsi apellyasiya instansiya məhkəməsinə yeni sübutlatın təqdim edilərək, tədqiq edilməsini yalnız iki halla, yəni: a) həmin sübutları təqdim edən şəxs onların birinci instansiya məhkəməsinə təqdim edilməməsinin ondan asılı olmayan səbəblərlə bağlı olduğunu əsaslandırdıqda; b) birinci instansiya məhkəməsi yeni sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdiməsi halı ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ittiham tərəfi həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməməsinin ondan asılı olmayan səbəblərlə bağlı olduğunu əsaslandıra bilm əmişdir. İttiham tərəfinin də etiraf etdiyi kimi birinci instansiya məhkəməsi baxışı zamanı sözügedən sübut artıq onlarda mövcud olmuş, lakin məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, baxış və götürülmə keçirilən zaman istifadə edilən videokamerada yaranmış bəzi texniki səbəblərdən həmin videogörüntünün diskə köçürülərək cinayət işinə əlavə edilməsi mümkün olmamışdır. Ona görə də kassasiya protestinin apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutların tədqiqindən imtina edilməsinə dair dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 397.3-cü maddəsində apellyasiya instansiya məhkəməsinə yeni sübutların təqdim edilərək tədqiq edilməsinə dair qanunverici tərəfindən müəyyən edilmiş şərtlər həm məhkəmənin, həm də prosesin tərəflərinin səlahiyyətlərinin hədlərini təsbit edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət- prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinatına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 16-cı bəndində qeyd edilir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Az ərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxla nıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin v ə ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənəd lərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əs asən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəb ərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr N.Mağlıyevin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq N.Mağlıyevin əməlində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habor do İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ni dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhk əməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq məhkumin qanunsuz olaraq odlu silah əldə edib evində saxlaması və idarə etdiyi avtomaşında gəzdirməsi cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edi r ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar