Məhkəmə qərarları › İş №1(102)-202/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-202/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-202/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakları ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 aprel 2019-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İsmayılov İsa Musa oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə və zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Vəliyev Elnur Siyahət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 aprel 2019-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İbrahimli İbrahimli oğlu) xx xxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan2 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 263.2-ci maddəsi ilə 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına və CM-nin 264-cü maddəsi ilə 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən həm əsas, həm də əlavə cəzaları qismən toplamaq yolu ilə, ona qəti olaraq, 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 aprel 2019-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 09 fevral 2019-cu il tarixdə saat 2200 radələrində idarə etdiyi «Mercedes- Benz GLS 500» markalı AZ**-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü Məhkum hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə texniki imkanı olduğu halda bu qaydaya əməl etməyərək idarə etdiyi avtomobilin qabaq sol tin hissəsi ilə yolu soldan sağa keçən piyada X4 vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun travmatik və hemorragik şokla nəticələnən, sol aşağı ətrafın yumşaq toxumaların, damar və s inir dəstələrinin geniş əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sol baldır sümüklərinin və sol aşıq-baldır oynağının açıq-qəlpəli çoxsaylı sınıqları, solda qaşıq nahiyəsində yumşaq toxumaların və damar və sinir dəstələrinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan solda qalça, qaşıq və oturaq sümüklərinin və sol bud sümüyünün boyun hissəsinin açıq qəlpəli sınıqları, döş qəfəsinin sol yan səthində İV-V-Vİ-V11 qabırğaların sağda isə İV-V-V1 qabırğaların sınıqları, ağciyərə qansızma, sağ mil-bilək oynağı nahiyəsinin açıq sınığı və yumşaq toxumasının əzilmiş-cırılmış yarası, sağ mil-bilək oynağı nahiyəsinin və hər iki əl barmaqlarının arxa səthinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər yetirərək sonuncunun ölümünə səbə b olmuş və cinayət əməlini törədib yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi və məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, hakimlər Babayev Qədim Xalid oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 01 oktyabr 2019cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi İsmayılov İsa Musa oğlu kassasiya şikayəti və kassasiya şikayətinə əlavə, zər ərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Vəliyev Elnur Siyahət oğlu kassasiya şikayəti verərək, Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə bəraət verilməsini və Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Müdafiəçi İsmayılov İsa Musa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təyin edilmiş cəza hüquqlarını müdafiə etdiyi şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun deyildir. Belə ki, məhkəmə cəza təyin edərkən Məhkum zərərçəkmiş şəxsin həyatının xilas edilməsi üçün hadisə yerinə təcili tibbi yardım çağırmasını, zərərçəkmişin ailəsinin problemlərinin həllində köməklik göstərməsini, yas mərasiminin təş kilinin və keçirilməsini təşkil etməsini, ilk məhkumluğunu, zərərçəkmişin hüquqi varisi ilə barışdığını, zərərçəkmişin hüquqi varisinin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmadığını, könüllü olaraq polis idarəsinə gəldiyini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olduğunu, ailəsini yeganə dolandıran şəxs olduğunu nəzərə almamışdır. Eləcə də, Məhkum zərərçəkmişin ailəsinə hazırda da maddi yardım etməkdə davam edir və maddi imkanı yol verdiyi müddətdə daim onlara maddi və mənəvi dəstək olacağına vəd vermişdir. Bu baxımdan da məhkəmənin təqsirləndirilən şəxs barəsində 263.2-ci maddə ilə azadlıqdan məhrumetmə ilə bağlı olan cəza seçməsi həm cəzanın məqsədlərinə uyğun gəlmir, həm də hadisədən yeganə zərərçəkən şəxsin maraqlarına zidd olmaqla gələcəkdə azadlı qda olmayan təqsirləndirilən şəxsdən maddi yardım ala bilmək imkanından məhrum edə bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş bəraətverici və yüngülləşdirici halların məcmusunu tam nəzərə almamış və Azərbaycan Respublikası CMnin Xüsusi hissəsinin müvafiq bəndində müəyyən edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi və ya barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzanın təyin edilməsi barədə qərar çıxarmamışdır. Müdafiəçi İsmayılov İsa Musa oğlu kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, Məhkum 09 fevral 2019-cu il tarixdə, saat 22 radələrində idarə etdiyi “Mercedes Benz GLS 500” markalı, AZ**-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə tək olaraq “xxxxx” şadlıq sarayından çıxıb Zığ şosesi ilə Zığ istiqamətində hərəkət etmiş, həmin vaxt avtomobili saz və yüksüz vəziyyətdə olmuş, idarə etdiyi avtomobillə 70-80 km/saat sürətlə yolun sağ kənarında sola doğru ikinci hərəkət zolağı ilə hərəkətdə olarkən təxminən 50-60 metr məsafədə qeydiyyat nişanının xatırlamadığı “Hyundai” markalı avtomobil dayandığı yerdən qəfildən sola doğru istiqamətlənərək yoluna çıxmış və qəfildən yolun orta xəttində bir piyadanın dayandığını görmüşdür. Həmin vaxt onun yoluna çıxan avtomobillə toqquşmamaq üçün avtomobilini sola doğru istiqamətləndirmiş, bu zaman piyada qəflətən qaçaraq hərəkətə başlamış və məsafə yaxın olduğundan o, avtomobili saxlaya bilməmiş və piyadanı avtomobilin sol yan güzgüsü ilə vurmuş, piyadanı vurduqdan sonra bir qədər irəlidə saxlamış, özünün yaxınlarına zəng edərək bu barədə bildirmiş, onlar vasitəsi ilə hadisə yerinə zərərçəkmişə yardım göstərilməs i üçün təcili tibbi yardım avtomobilinin çağırılmasını, zərər çəkmişin qohumlarına şəxsiyyəti və hadisəni törətməsi barədə məlumat verilməsini təmin etmişdir. Səhəri gün könüllü olaraq Xətai RPİə gələrək orada da hadisənin onun tərəfindən törədilməsi barədə məlumat vermişdir. Hadisəni törədərkən spirtli içkinin təsiri altında olmamış, yaxınları vasitəsilə zərərçəkmişin ailəsinin problemləri ilə yaxından maraqlanmış, yas mərasiminin təşkilinin və keçirilməsini təşkil etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində qanunvericiliyin nəzərdə tutduğu hüquq pozuntusuna nisbətdə cinayətin subyektiv cəhəti olan cinayəti törətmək niyyəti təqsirləndirilən şəxsdə formalaşmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarının dəyişdirilərək hüquqlarını müdafiə etdiyi Məhkum Azərbaycan Respublikası CM-nin 264cü maddəsi ilə bəraət verilməsini və Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Vəliyev Elnur Siyahət oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cəza təyin edərkən Məhkum zərərçəkmiş şəxsin həyatının xilas edilməsi üçün hadisə yerinə təcili tibbi yardım çağırmasını, zərərçəkmişin ailəsinin problemlərinin həllində köməklik göstərməsini, yas mərasiminin təşkilini və keçirilməsini təşkil etməsini, ilk məhkumluğunu, zərərçəkmişin hüquqi varisi ilə barışdığını, zərərçəkmişin hüquqi varisinin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmadığını, könüllü olaraq polis idarəsinə gəldiyini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olduğunu, ailəsini yeganə dolandıran şəxs olduğunu nəzərə almamışdır. Eləcə də, Məhkum zərərçəkmişin ailəsinə hazırda da maddi yardım etməkdə davam edir və maddi imkanı yol verdiyi müddətdə daim onlara maddi və mənəvi dəstək olacağına vəd vermişdir. Bu baxımdan da məhkəmənin təqsirləndirilən şəxs barəsində 263.2-ci maddə ilə azadlıqdan məhrumetmə ilə bağlı olan cəza seçməsi həm cəzanın məqsədlərinə uyğun gəlmir, həm də hadisədən yeganə zərərçəkən şəxsin maraqlarına zidd olmaqla gələcəkdə azadlıqda olmayan təqsirləndirilən şəxsdən maddi yardım ala bilmək imkanından məhrum edə bilər. Məhkəmə iş üzrə müəyyən edilmiş bəraətverici və yüngülləşdirici halların məcmusunu tam nəzərə almamış və Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq bəndində müəyyən edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi və ya barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzanın təyin edilməsi barədə qərar çıxarmamışdır. Odur ki, Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə bəraət verilməsini və Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin də lillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum oğlunun təqsirli bilindiyi cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin əmə l Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətlərində (ona əlavədə) Məhkum barəsində cinayət işinə CM-nin 264-cü maddəsi ilə bəraət verilməsi və ona CM-nin 263.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsi xahiş olunur və bununla bağlı bir sıra dəlillərə istinad edilir. CM-nin 264-cü maddəsi ilə bəraət verlməli olduğuna dair dəlillər apellyasiya şikayətlərində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillərlə əlaqədar göstərilmişdir ki, “...məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən Məhkum ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan əsaslı və qanuni nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan cinayət əməlinin təqsirləndirilən şəxs tərə findən törədilməsini məhkumun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokolları, işin digər obyektiv halları ilə təsdiq olunduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum barəsində iş materialları ilə, eləcə də məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bəraət verilə bilməz, ona bəraət verilməsi barədə müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün müəyyən edilmişdir, həmin hallar cinayət işinin materialları ilə məhkəmə kollegiyasının iclasında da öz təsdiqini tapmışdır...” Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətlərinin Məhkum CM-nin 264-cü maddəsi ilə bəraət verilməli olduğu ilə əlaqədar dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmış, ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri yuxarıda göstərilən nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərini də nəzərə alır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəs inə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. İş materiallarında olan, məhkəmədə qanunla nəzərdə tutulmuş qaydada tədqiq edilmiş sübutların təhlili birmənalı olaraq göstərir ki, iş üzrə yuxarıda göstərilən normada sadalanmış hallar mövcud deyildir. Şikayətdə də belə bir hala istinad edilməmişdir ki, həmin normada göstərilən hər hansı bir halın (bəraət verilməsi üçün əsas ola bilən) mövcud olması barədə fikir söyləməyə əsas versin. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd edir ki, məhkəmələrin gəldiklə ri, CM-nin 264-cü maddəsi ilə ittihamı təsdiq olunmasına dair nəticə şikayətdə istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının müddəaları ilə ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası cəza təyini məsələsinə gəldikdə qeyd edir ki, Məhkum CM-nin 263.2-ci maddəsi ilə cəza təyin edilərkən bu məsələyə təsir göstərən bütün amillər, o cümlədən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirın hallar nəzərə alınmış və həmin əmələ (CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmiş) Məhkum şəxsiyyətinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyası eyni zamanda işin hallarını bir daha ətraflı təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum CM-nin 264-cü maddəsi ilə təyin edilmiş cəza dəyişdirilməlidir. Kassasiya şikayətində Məhkum zərərçəkmiş şəxsin həyat ının xilas edilməsi üçün hadisə yerinə təcili tibbi yardım çağırmasını, zərərçəkmişin ailəsinin problemlərinin həllində köməklik göstərməsini, yas mərasiminin təşkilinin və keçirilməsini təşkil etməsini, ilk məhkumluğunu, zərərçəkmişin hüquqi varisi ilə barışdığını, zərərçəkmişin hüquqi varisinin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmadığını, özünü könüllü olaraq polis idarəsinə gəldiyini, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olduğunu, ailəsini yeganə dolandıran şəxs olduğunu nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edilir. Bu məsələ ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən halların əksəriyyətini (təqsirləndirilən şəxs Məhkum əməlindən peşman old uğunu, onun könüllü olaraq istintaq orqanına gəlməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, qohumları tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə maddi cəhətdən köməklik etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayətinin, tələbinin, mülki iddiasının olmadığını, ilk dəfə məhkum olunduğunu, ailəli olduğunu, ailəsinin yeganə dolandıran olduğunu, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olduğunu, yaşadığı yerdən müsbət xasiyətlndirildiyini) cəzanı yüngülləşdirən hallar kimi hökmdə göstərməklə (ittiham tərəfi hökmdən apellyasiya və kassasiya protesti verməyərək məhkəmələrin belə mövqeyi ilə faktiki olaraq razılaşmışdır) CM-nin 263.2-ci maddəsi ilə düzgün cəza təyin etsə də, CM-nin 264-cü maddəsi ilə cəza təyini məsələsini həll edərkən yuxarıda g östərilənləri nəzərə almamış və onun bu əməlinə, şəxsiyyətinə uyğun olmayan sərt cəza təyin etmişdir. Məhkəmə kollegiyası isə cinayətin (CM-nin 264-cü maddəsi ilə tövsif olunmuş) ictimai təhlükəlilik dərəcəsini və Məhkum şəxsiyyətini, hökmdə göstərilən cəzanı yüngülləşdirən halları, o cümlədən Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.10, 59.1.12, 59.1.14-cü maddələrində nəzərdə tutulmuş halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CM-nin 8.1, 58.3, 41.2-ci maddələrinin tələblərinə və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 2-ci bəndindəki izahını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alın ır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, əza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Plenum qərarının həmin bəndində izah olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmələr isə bu məsələdə mövqelərini əsaslandırmamışlar. Məhkum cəza təyin edilməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə qəti cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci madd əsinin tələbləri nəzərə alınmalıdır. Belə ki, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkum barəsində cəzaçəkmə müəssisəsinin növünün müəyyənləşdirilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi daha ədalətli olmaqla, cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün təyin edilmiş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Odur ki, apellyasiya məhkəmə sinin qərarı dəyişdirilməli (Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə uyğun olaraq), kassasiya şikayətləri qismən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə təyin olunmuş (əsas cəza) 01 il müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək ona həmin maddə ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təyin edil miş əsas və əlavə cəzalar Azərbaycan Respublikası CM-nin 66.2, 66.4-cü maddələrinə əsasən və Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınaraq qismən toplanılmaqla Məhkum üzərində qəti olaraq, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəksin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar