Məhkəmə qərarları › İş №1(102)-2020/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2020/2023

24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2020/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Hüquqi varisnun və onun nümayəndəsi – XXX15nun vəkili Nümayəndə, Məhkum və onun müdafiəçisi – XXX17nun vəkili X11 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fev ral 2023-cü il tarixli qərarından Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis tərəfindən verilmiş kassasiya şikayətlərinə və Məhkum kassasiya şikayətinə əlavələrinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Musayev, hakimlər N.F.Quliyev və C.Ş.Səfərlidən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1992-ci il tarixdə ünvan1ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan2ndə qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 120.2.6 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.6-cı maddəsi il ə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 29 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş mülki iddia həm maddi, həm də mənəvi ziyanın ödənilməsi hissəsində qismən təmin edilmiş, Məhkum iş üzrə zərərçəkmiş şəxsin dəfninə çəkilmiş xərclər şəklində vurduğu maddi ziyana görə 8500,00 manat, vurduğu mənəvi ziyana görə 10000,00 manat olmaqla, cəmi 18500 (on səkkiz min beş yüz) manat məbləğində pulun tutulub Hüquqi varisna ödənilməsi, mülki iddianın maddi ziyanın ödənilməsi ilə bağlı olan qalan hissəsinin isə baxılmamış saxlanılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Əhmədov, hakimlər M.Ə.Bağırov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum və zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2023-cü il tarixli qərarından Məhkum və zərərçəkmiş şəxsin hüquq i varisi (mülki iddiaçı) Hüquqi varis tərəfindən kassasiya şikayətləri, habelə Məhkum tərəfindən kassasiya şikayətinə əlavələr verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum ünvan2ndə qonşuluğunda yaşayan və həmin kəndin tam orta məktəbinin direktoru vəzifəsində işləyən Hüquqi varisnun maddi vəziyyətinin yaxşı olması, arvadı X7 və oğlu Şahid1la birlikdə yaşaması, səhər saatlarında arvadı ilə birlikdə işlədikləri məktəbə, Şahid1 isə işlədiyi ünvan3na gedəcəkləri səbəbindən evdə kiminsə olmayacağını bilib, Hüquqi varisa məxsus yaşayış sahəsinə və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oradan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə xx xx xx 2020-ci il tarixdə dəmirçi işlədiyi, ünvan4ndə yerləşən, Şahid2 məxsus avtomobil təmiri sexindən gələcəkdə hadisə yerində görünərsə, müvafiq olaraq tanınmaması və iz qoymaması üçün özünə məxsus, parça materialdan olan papaqlı, qara rəngli gödəkcə və qara-qırmızı rəngli bir cüt əlcək, saxlanc yerlərinin açılmasında istifadə etməsi üçün 107 sm. uzunluğunda, bir ucu hamar, digər ucu yastı formalı olan bir ədəd dəmir lingi (“lom”) götürüb axşam saatlarında piyada ünvan2nə gələrkən özü ilə gətirmiş, həmin lingi Hüquqi varisun hasar qonşuluğunda yerləşən, X1 məxsus, faktiki olaraq yaşayış olmamış evin həyətyanı sahəsindəki şifer örtüyünün altında gizlədib atasının yaşadığı evə getmiş, ona qarşı şübhələr olarsa, istifadəsində olmuş ***-***-**-** mobil nömrənin hadisə yerində anten dairəsinə düşməməsinə nail olmaqla özünün müdafiəsinə dəlil yaratmaq məqsədilə həmin gün gecə saatlarında mobil telefonunu söndürmüş, xx xx xx 2020-ci il t arixdə saat 10 radələrində X15a məxsus evin həyətinə keçib gizlənmiş, orada gizlətdiyi gödəkcə və əlcəklərini geyinib, dəmir lingi isə hasarın üzərinə qoyaraq küçəyə çıxmış, Hüquqi varisun yaşadığı evin həyətinə giriş qapısının açıq olmasından istifadə edib, ev sakinlərinin evdə olmadığını yəqinləşdirdikdən sonra Hüquqi varisa məxsus evin həyətinə kilidlənməmiş qapıdan qanunsuz, yəni ev sahibi və ya sakinlərinin iradəsinə zidd daxil olmuş, bu zaman Şahid1 avtomobillə evin həyətinə daxil olduğunu görüb həyətdəki təndirxananın yerləşdiyi yarımçıq tikilidə təxminən 30 dəqiqə gizlənmiş, sonuncu evi tərk etdikdən sonra evdə hər hansı şəxsin olmadığını zənn etdiyinə görə saat 10:30 radələrində hasarın üzərinə qoyduğu dəmir lingi götürərək evə kilidlənməmiş, taxta materialdan olan giriş qapısında n qanunsuz daxil olmuş, dəmir lingi qapının sol tərəfində divara dayamış, giriş qapısından sağ tərəfdəki şkafda, giriş qapısından sol tərəfdəki yataq otağında axtarış aparsa da, nəsə tapmadığı üçün digər otaqlarda da axtarış etmək üçün olduğu otaqdan çıxarkən qapının qarşısında, zalda Zərərçəkmiş şəxsa ilə üzbəüz qarşılaşmış, sonuncunun onu tanıyıb qışqırmasına görə oğurluq cinayətini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamağa və ya oğurlamağa cəhd etmiş, həmin cinayətin ev sahibi tərəfindən aşkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyini dərk edib, həmin əməli barədə məlumatın yayılmaması, yəni törətdiyi cinayəti gizlətmək məqsədi ilə həmin anda Zərərçəkmiş şəxsanı qəsdən öldürmək q ərarına gəlmiş, bu məqsədlə sonuncunun sifət nahiyəsinə sağ əli ilə yumruq vurub səs-küy salmasının qarşısını almış, arxa tərəfinə keçib qolları və boynundan tutmuş, Zərərçəkmiş şəxsanı özünə tərəf sıxıb itələməklə üzüstə yerə yıxmış, sonuncunun ayağa qalxmaq istədiyini görüb baş nahiyəsinə təpiklə vurmuş, evə giriş qapısının yanından götürdüyü dəmir linglə yerdə uzanıqlı vəziyyətdə olmuş Zərərçəkmiş şəxsanın baş nahiyəsinin arxa hissəsinə azı dörd dəfə qəsdən zərbələr vurmuş, bu hərəkətləri ilə sonuncuya ümumilikdə burun, üst dodaq, boyun, sağ və sol bazu, sağ və sol bud, sol əlin arxa hissəsində qançırdan ibarət, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol göz nahiyəsinin şişkinləşməsi və qançırından ibarət, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid, açıq kəll ə beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, baş beynin əzilməsi, baş beyin toxuması və qişalarına qan sızma, başın sağ gicgah və təpə nahiyəsinin əzilmiş yaralarından (cəmi dörd ədəd) ibarət, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma ilə nəticələnib ölümünə səbəb olan, yetirilmə anında həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxsanı qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra həmin otağın X15un evi istiqamətdə olan pəncərəsini açıb pəncərəyə bərkidilmiş toru əli ilə itələməklə yerə saldıqdan sonra pəncərədən həyətə düşmüş, hasardan sonuncunun evinin həyətinə keçib dəmir lingi həyətdəki tualetə atmış, əynində olmuş gödəkcə və əlcəkləri isə çıxarıb tuale tin tavanını təşkil etmiş lambirin materialın altında gizlətdikdən sonra küçə ilə piyada hərəkət edib hadisə yerini və kəndi tərk etmişdir. Kassasiya şikayətlərinin və məhkumun kassasiya şikayətinə əlavələrin dəlilləri: Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavələrini onunla əsaslandırmışdır ki, onun barəsində ibtidai istintaq qərəzli şəkildə aparılmış, birinci instansiya məhkəməsi tərəfindən də sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, apelyasiya instansiyası məhkəməsi isə cinayət işinə baxarkən bu pozuntuları müəyyən etməmiş, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən qüvvəsində saxlamışdır. Belə ki, ibtidai istintaqda polis əməkdaşı Şahid7 rəhbərliyi ilə ona qarşı işgəncələr tətbiq edilmiş, onu evinə narkotik vasitə qoyub atası nı və ailə üzvlərini həbs edəcəkləri ilə hədələmişlər və bu yolla onu törətmədiyi cinayətləri – Zərərçəkmiş şəxsanı öldürməsini və onun evindən oğurluq etməyə cəhd etməsini etiraf etməyə məcbur etmişlər. Bundan başqa şahidlər ziddiyyətli ifadələr vermiş, məhkəmə ekspertizalarının rəyləri ilə Zərərçəkmiş şəxsanın evindən və başqa əşyalardan onun əl-barmaq və digər izlərinin aşkar edilmədiyi müəyyən edilmişdir. Bununla belə, yəni onun cinayət törətməsini təsdiq edən sübutlar olmadığı halda, o, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və bu zaman həm də İİ dərəcə əlil olması, bir böyrəyinin olmaması, şəkər xəstəliyindən əzab çəkməsi, əmisinin Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşl ərdə şəhid olması nəzərə alınmadan 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum kassasiya şikayətində və kassasiya şikayətində əlavələrdə göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, ona bəraət verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən əsassız olaraq onun cəzasını yüngülləşdirən hallar müəyyən edilmiş, daha ağır cəzanın təyin edilməsinə əsas verən hallar isə, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın əldə olunmaması nəzərə alınmamış, nəticədə Məhkum yüngüllüyünə görə onun şəxsiyyətinə, törətdiyi cinayət lərin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəza təyin edilmiş, Cinayət Məcəlləsinin cəzanın təyini məsələlərini tənzimləyən normalarının tələbləri, ədalət prinsipi pozulmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) kassasiya şikayətinin digər dəlili isə odur ki, onun Məhkum qarşı irəli sürdüyü maddi ziyana görə 35500 manat, mənəvi ziyana görə 30000 manat pulun ödənilməsinə dair mülki iddia əsassız və qanunsuz olaraq qismən (ancaq 18500 manat hissəsində) təmin edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum ömürlük azadlıqdan məhrum etmə cəzasın ın təyin edilməsi və mülki iddianın tam təmin edilməsi barədə qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya koll egiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrdə məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 18 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin q ərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis Məhkum təyin olunmuş cəzanı həddindən artıq yüngül cəza hesab edərək o da, faktiki olaraq apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, eləcə də mülki iddiasının tam təmin edilməsi barədə kassasiya tələblərini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əsaslandırmışdır. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya ş ikayəti və kassasiya şikayətinə əlavələri, habelə zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) kassasiya şikayəti ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum kassasiya şikayətindən və ona əlavələrdən görünür ki, o, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsanın öldürmədiyini və onun yaşadığı evdən oğurluq etməyə cəhd etmədiyini, ümumiyyətlə hadisə günü cinayətin baş verdiyi evdə olmadığını iddia etməklə, Cinayət Məcəlləsinin 120.2.6 və 29,177.2.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, ona bəraət verilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin hal ların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 120.2.6 və 29,177.2.3-cü maddələri ilə ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayark ən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun kassasiya şikayətində və əlavələrdə irəli sürdüyü iddianı özü-özlüyündə mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində göstərilənlərlə eyni olan dəlillər Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, ibtida i istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6 və 29,177.2.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 120.2.6 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhk əməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. O, cümlədən, məhkəmələr Məhkum brinci instansiya məhkəməsində verdiyi ifadəni deyil, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri işin həqiqi hallarını əks etdirən sübutlar kimi qiymətləndirərkən həmin ifadələrin elan edilməsinə yol verən CPM-in 327.1.3-cü maddəsi ilə yanaşı onu nəzərə almışlar ki, Məhkum ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələri müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilən istintaq hərəkətlərinin gedişində vermiş, verdiyi məlumatları əyani şəkildə özünün tərtib etdiyi sxemlərdə təsvir etmiş, hadisə yerində və həmin yerin hasar qonşuluğunda yerləşən X2 məxsus evin həyətində ifadəl əri yoxlanılarkən əvvəl verdiyi etirafedici məlumatları təkrar bildirmiş və ibtidai istintaqın gedişində ona polislər tərəfindən işgəncənin tətbiq edilməsi, zor, hədə-qorxu tətbiq edilməklə ifadə verməyə məcbur edilməsi barədə şikayətlər etməmiş, istintaq təcridxanasına yerləşdirilərkən və 29 yanvar 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizası keçirilərkən də onda həmin dövrə aid edilə biləcək hər hansı xəsarətlər aşkar edilməmiş, işgəncəyə məruz qalması barədə iddiasının XXX25nda araşdırılması nəticəsində isə cinayətin hadisəsinin müəyyən edilməməsi səbəbindən CPM-in 39.1.1-ci maddəsində göstərilən əsasla cinayət işinin başlanılmasının rədd edilməsi barədə 15 iyul 2022-ci il tarixli qərar qəbul edilmişdir. Eyni zamanda, məhkəmələr təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilməsini təsbit edən CPM-in 126.6-cı maddəsinin tələbinə əməl etməklə nəzərə almışlar ki, Məhkum etirafedici ifadələrində verdiyi, o cümlədən bir çox şəxsə olan borclarını qaytara bilmədiyi üçün həmkəndlisi X3 ailəsi ilə yaşadığı evdən oğurluq etmək qərarına gəlməsi; bu məqsədlə Masallı şəhərində dəmirçi işlədiyi Şahid2 məxsus avtomobil təmiri sexindən dəmir lingi və tanınmaması üçün qara rəngli papaqlı gödəkçəni və bir cüt işçi əlcəyini götürüb xx xx xx 2020-ci ildə piyada ünvan1nə gedib atasının evində gecələməsi; xx xx xx 2020-ci ildə saat 10 radələrində Zərərçəkmiş şəxsanın yaşadığı evdə heç kimin olmadığını güman edərək əvvəlcədən (xx xx xx 2020-ci ildə) həmin evin hasar qonşuluğunda yerləşən, lakin heç kimin yaşamadığı X2 məxsus evin həyətində gizlətdiyi dəmir lingi də özü ilə götürüb, gödəkçəni və əlcəkləri geyinib hasardan aşaraq Zərərçəkmiş şəxsanın evinin həyətinə daxil olması; lakin həmin vaxt gözlənilmədən X6 X45n avtomobili ilə küçədən həyətə daxil olduğu üçün həyətdəki təndirxananın yerləşdiyi yarımtikilidə gizlənməsi; Şahid1 həyətdəki tualetdə və yaxud hamamda və evində bir qədər olub avtomobilində həyətdən çıxıb getdikdən sonra artıq heç kimin evdə olmadığını zənn edərək kilidlənməmiş qapıdan evə daxil olması və orada pul və digər qiymətli əşyalar axtarması, lakin tapa bilməməsi; qəfildən Zərərçəkmiş şəxsa ilə üz-üzə gəldiyi üçün onu əli vurması, boynunu sıxaraq və daha sonra itələyərək yerə yıxması və X25 sağ qalarsa onun barəsində məlumat verə biləcəyindən ehtiyatlanaraq özü ilə gətirdiyi dəmir linglə X25nın başından bir neçə zərbə vurması; bundan sonra pəncərədən evi tərk edib gəldiyi yerdən hasardan aşmaqla X30un həyətinə keçməsi və bu zaman ayağı sürüşdüyü üçün alnından, burun və sifət nahiyəsindən xəsarətlər alması; dəmir lingi X30un həyətindəki tualet anbarının deşiyinə atması, qara rəngli papaqlı gödəkçəni və əlcəkləri isə tualetin tavanın (“lambirin”) altında gizlətməsi; həyətdən çıxıb küçə ilə gedərkən hadisə baş vermiş evdən təxminən 10-15 metr məsafədə Şahid1la qarşılaşması barədə məlumatların həqiqiliyi məhkəmədə baxılmış bir çox sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, videoçəkilişlə müşayiət olunan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xx xx 2022-ci il tarixli protokol a əsasən məhz Məhkum etirafedici ifadələrində göstərdiyi yerdən (X30un həyətindəki tualetin anbarından) dəmir ling, tualetin yanından isə köhnəlmiş halda qara papaqlı gödəkcə və bir cüt işçi əlcəyi aşkar edilərək götürülmüş, eyni tarixli “əşyanın tanımaya təqdim edilməsi haqqında” protokola görə isə təqsirkarın Masallı şəhərində dəmirçi işlədiyi avtomobil təmiri sexinin sahibi Şahid2 həmin lingi onun sexindən götürülmüş ling olaraq tanımışdır. Qara rəngli papaqlı gödəkçənin və bir cüt əlcəyin Məhkum ifadəsində göstərdiyi yerdən – T.Şahid6 həyətindəki tualetin tavanın (“lambirin”) altından deyil, tualetin yanından aşkar edilməsini isə Şahid6 Telman oğlu və XXX35nin əməliyyat müvəkkili Şahid7 biridigəri ilə uzlaşan ifadələrində onunla izah etmişlər ki, 2020-ci ilin sentyabr ayında Zərərçəkmi ş şəxsanın öldürülməsindən bir neçə gün sonra polis əməkdaşları X30un (həm də onun atası Şahid6) həyətinə baxarkən məhz Məhkum göstərdiyi yerdə - tualetin tavanının (“lambirin”) altından qara rəngli papaqlı gödəkçəni və bir cüt işçi əlcəyini aşkar etmişlər, lakin bu əşyaların işə aidiyyəti olmadığını, həyətdə nə vaxtsa işləmiş şəxslər tərəfindən qoyulduğunu zənn edərək onları tualetin yanına atmışlar. Həmçinin, məhkəmələr Məhkum etirafedici ifadələrində göstərdiyi halların iş üzrə keçirilmiş zərərçəkmiş X3 meyitinin məhkəmə-tibbi ekspertizasının rəyi, habelə Şahid1 ifadəsi ilə təsdiq olunduğunu, yəni məzmunca qeyd edilən sübutların Məhkum etirafedici ifadələri ilə uyğunluq təşkil etməsini də nəzərə almışlar. Belə ki, məhkəmə-tibbi ekspertizasının xx xx xx 2020-ci il tarixli, 27 nömrəli r əyində X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı sağlamlığa yüngül zərər vuran və sağlamlığa zərər vurmayan xəsarətlərlə yanaşı dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid edilən və zərərçəkmiş şəxsin ölümünə səbəb olan açıq kəllə-beyin travması, kəllə qapağı və kəllə əsası sümüklərin sınığı, baş beynin əzilməsi, baş beyin toxumasına qansızma, başın sağ gicgah və təpə nahiyəsinin əzilmiş yaraları kimi (cəmi dörd ədəd) xəsarətlərin aşkar edilməsi, həmin xəsarətlərin qabırğası olan dəmir əşyanın (əşyaların) təsirindən yaranması qeyd edilmişdir. Şahid1 isə təqsirkarın etirafedici ifadələrinə uyğun olaraq ifadə verərək növbətçi olduğu ünvan3ndan xx xx xx 2020-ci ildə saat 9.30-da çıxıb avtomobilində Hüseynhacılı kəndində anası Zərərçəkmiş şəxsa və atası Hüquqi varisla birlikdə yaşadığı evə gəldiyini, təxminən saat 10 radələrində maşını həyətə salıb, həyətdəki hamamda çimdiyini və yemək yeyib avtomobili kənd məktəbində direktor işləyən atasına vermək üçün atasının yanına getdiyini və avtomobili təhvil verdikdən sonra təxminən 15-20 dəqiqəyə piyada evə qayıtdığını, evindən təxminən 10-15 metr məsafadə küçədə Məhkumla rastlaşdığını, evin içərisinə gidikdə isə anasını döşəmədə uzanmış vəziyyətdə, ağzından, başından qan axdığını, kəllə sümüyünün sındığını görüb “103”, “113” xidmətlərinə, yaxınlarına zəng etdiyi göstərmişdir. Qeyd olunanlardan başqa məhkəmələr nəzərə almışlar ki, Məhkum ifadəsində göstərdiyi xüsusat – Zərərçəkmiş şəxsanı öldürdükdən sonra onun yaşadığı evin həyətindən qonşuluqdakı X30un evinin həyətinə hasardan aşarkən üz və alın nahiyəsindən xəsarət alması m əhkəmə-tibbi ekspertizasının xx xx xx2022-ci il tarixli rəyi (rəyə görə Məhkum alın nahiyəsində xx xx xx 2020-ci ildə yetirilməsi inkar edilməyən əzilmiş yaranın izi – çapıq aşkar edilmişdir), habelə 2020-ci ilin sentyabr ayının əvvəllərində Məhkum Masallı şəhərindəki avtomobil təmiri sexində gecələdiyini və həmin vaxt onun üzündə, gözünün üstündə xəsarətlər görməsini bildirən Şahid2 ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmələr həm də onu nəzərə almışlar ki, Məhkum məhkəmədə dindirilərkən özünün müdafiəsi üçün gətirdiyi dəlil - qeyd edilən xəsarəti 2020-ci ilin avqust ayının sonlarında əmisi oğlu Şahid8 idarə etdiyi üç təkərli motosikletin arxa oturacağından yıxılaraq alması barədə məlumat Şahid8 məhkəmə baxışında verdiyi ifadəsi ilə təkzib olunmuşdur. Belə ki, Şahid8 ifadəsində göstərmişdi r ki, o, Məhkum ifadəsində qeyd etdiyi üç təkərli motosikleti hadisədən bir neçə il əvvəl satmış və Məhkum onun motosikletinə nə minmiş, nə də ki, yıxılmışdır. Məhkəmələrin qənaətinə görə Məhkum sözügedən dəlili kimi, hadisə yerində onun əl-barmaq izlərinin, qan ləkələrinin, zərərçəkmiş şəxsin paltarlarında onun paltarlarının, onun paltarlarında isə zərərçəkmiş şəxsin paltarlarının liflərinin aşkar edilməməsinin onun təqsirsizliyinə dəlalət etməsi barədə dəlilləri də yuxarıda göstərilən və digər sübutların məcmusu ilə kifayət qədər təkzib edilmişdir. Yuxarıda göstərilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kas sasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində və ona əlavələrdə məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən tam şəkildə təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını istər hazırki qərarın işin halları bölməsində təsvir edilmiş faktiki halların müəyyən edilməsi, istərsə də həmin faktiki hallara cinayət hüquqi normaların tətbiqi (əməllərin CM-in 120.2.6 və 29,177.2.3-cü maddələri ilə tövsifi) və Məhkum həmin maddələrlə təqsirli bilinməsi hissəsində şübhə altına almaq üçün əsas görmür. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətindən, o cümlədən onun himayəsində iki azyaşlı uşağının olması, İİ qrup əlil olması kimi cəzanı yüngülləşdirən hallardan və cəzanı ağırlaşdıran halların müəyyən olunmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyata şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.6-cı maddəsi ilə 17 il, 29,177.2.3-cü maddələri ilə 2 il 6 ay və CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 18 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə və cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2, 66-cı maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Eynilə, birinci instansiya məhkəməsi və onunla razılaşan apelyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varisnun maddi ziyana görə 35518 manat və mənəvi ziyana görə 30000 manat məbləğində pulun təqsirkardan tutulmasına dair mülki iddiasının qismən təmin edilməsi – maddi ziyana görə 8500 manat, mənəvi ziyana görə 10000 manat (cəmi 18500 manat) pulun Məhkum tutulub mülki iddiaçıya ödənilməsi, maddi ziyanla bağlı mülki iddianın qalan hissəsinin baxılmamış saxlanılması haqqında nəticəyə gələrkən də məhkəmədə baxılmış sübutlardan irəli gələn işin həqiqi hallarına əsaslanmış və cinayət prosesində mülki iddia üzrə məsələləri tənzimləyən CPMin XİX fəslinin normalarına və 354-cü maddəsinə əməl etmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apelyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən istər məhkum edilmiş şəxsin kassasiya şikayəti və ona əlavələrlə, istərsə də zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) kassasiya şikayəti ilə ehti va olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.11 və 416.1.21-ci maddələrində təsbit olunmuş və CPM-in 416.1-ci maddəsində göstərilən digər pozuntulara yol verilmədiyini, həmin kassasiya müraciətlərinin təmin edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətinin (əlavələrlə birlikdə) təmin edilməsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) isə kassasiya şikayətinin təmin edilməməsinə dair məhkumun və onun müdafiəçisinin, özünün kassasiya şikayətinin təmin edilməsinə, məhkumun isə kassasiya şikayətinin (əlavələrlə birlikdə) təmin edilməməsinə dair zərərçəkmiş şəxsin hüquqi varisinin (mülki iddiaçının) və onun nümayəndəsinin, habelə bütün kassasiya müraciətlərinin təmin edilməməsinə dai r dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti (əlavələrlə birlikdə), habelə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Hüquqi varisnun kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti (əlavələrlə birlikdə), habelə zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Hüquqi varisnun kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 fevral 2023-cü il tarixli qərarı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar