Məhkəmə qərarları › İş №1(102)-2020/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2020/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2020/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Mədətov İsrafil Müşfiq oğlunun iştirakları ilə x xxxx 1986-cı il tarixdə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli 1(101)-443/2024 nömrəli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), T.Q.Hüseynov və F.A.Namazov) Məhkum - Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum et mə cəzası məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli 1(103)-1094/2024 nömrəli qərarı ilə (hakimlər: M.A.Məmmədov (sədrlik edən), Q.X.Babayev və S.X.Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Məhkum so sial şəbəkə səhifələrində əvvəlcədən düşünülmüş şəkildə istifadəçilərdən ibarət kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına böyük izləyici kütləsi yığan və bu yolla media reytinqini artıran dostu Şahid7 əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırması və bu fəaliyyəti ilə əlaqədar şəxsi maraqları naminə həmin qadınlara qarşı qanunsuz tələblər irəli sürməsi barədə məlumatlı olduqdan sonra Şahid7lə tamah niyyəti ilə özgənin əmlakım hədə-qorxu ilə əldə etmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşməklə 2022-ci ilin mart ayında istifadəsində olan +**********11 saylı mobil telefon nömrəsindən tanışı Zərərçəkmiş şəxs istifadəsində olan +**********28 saylı mobil telefon nömrəs inə “WhatsApp” ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsi ilə zəng edib Şahid7 yanında olduğunu zərərçəkmiş şəxsin nəzərinə çatdırmaqla Zərərçəkmiş şəxs ilə rəfiqələrinin mehmanxana və digər qapalı məkanlarda olan açıqsaçıq səhnəli, əxlaqsız tərzdə çəkilmiş foto və video görüntülərdən ibarət rüsvayedici məlumatların Şahid7 olmasını iddia edərək dediklərinin həqiqiliyinə inandırmaq, hədəqorxusunun təsirini daha da artırmaq və nəticə etibarı ilə cinayətkar məqsədinə çatmasını asanlaşdırmaq məqsədi ilə “WhatsApp” sistemi üzərindən yazdığı mesajlarda Zərərçəkmiş şəxs tələsdirib təcili şəkildə 3000 (üç min) manat məbləğində pul verməyəcəyi təqdirdə həmin məlumatların cinayətkar qrupun digər üzvü Şahid7 tərəfindən sosial şəbəkə səhifələrində yayılacağı hədəsi ilə həmin pul vəsaitin i verməsini tələb edib zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə tələb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində ola cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs hədə qorxu ilə pul tələb etmək niyyəti olmamış, zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatların yayılmamasında sonuncuya kömək etmək məqsədi ilə Şahid7 3000 manat pul istədiyini ona çatdırmışdır. Müdafiəçinin fikrincə, belə olan halda Məhkum hər əkətlərində CM-in 182-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi İ.Mədətovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununu n və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvaf iq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Odur ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi mübahisə edilir. Hesab edilir ki, məhkumun təqsiri heç bir mötəbər sübutla təsdiqlənmədi yindən ona bəraət verilməlidir. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 182.2-ci maddəsində: “Eyni əməllər: 182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; -beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011 -ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumların, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin alınması, üzləşdirmə protokolları, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilən məhkumun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi bağlı dəlillərlə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubi yyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsi ilə ittiham olunduğu cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin dəlillərin təkrar müzakirəsini və sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, məhkum özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, Zərərçəkmiş şəx s ifadələri, şahidlər Şahid7, Şahid3, Şahid1, Şahid2, Şahid4, Şahid5 və Şahid6 ifadələri, iş materiallarına əlavə edilmiş Məhkum və Zərərçəkmiş şəxs arasında keçirilmiş 2 iyun 2023-cü il tarixli üzləşdirmə haqqında protokol, sosial internet şəbəkəsində olan hesaba baxış keçirilməsi haqqında 2 iyun 2023-cü il tarixli protokol, Şahid7 məxsus daimi istifadəsində olmuş 01 (bir) ədəd “Apple” markalı “İphone 13 Pro” modelli mobil telefona baxış keçirilməsi barədə 15 iyul 2022-ci il tarixli protokol, Zərərçəkmiş şəxs təqdim etdiyi sosial şəbəkədə Məhkum ilə arasında aparılmış yazışmaların çıxarış sənədlərinə baxış keçirilməsi barədə 16 iyun 2022-ci il tarixli protokol, Məhkum məxsus daimi istifadəsində olmuş 01 (bir) ədəd “İphone 14 Pro” markalı mobil telefona baxış keçirilməsi barədə 23 aprel 20 23-cü il tarixli protokol, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarını təhlil edən məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, Məhkum hədə-qorxu ilə tələb etmə cinayətini törətməsində özünü təqsirli bilməsə də, onun təqsiri toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq olunur. Həmin sübutları araşdırarkən məhkumun qeyd edilən maddələr ilə cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmadığı aydın görünür. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 1998-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədəqorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Hədənin zərərçəkmiş şəxsə çatdırılmasından sonra sonuncunun cinayətkar tələbi yerinə yetirməkdən, məsələn əmlakı verməkdən imtina etməsi də əməlin başa çatmayan cinayət kimi qiymətləndirilməsi üçün əsas vermir. Həmin qərarda həmçinin qeyd edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan di gər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum heç bir təqsirinin olmaması və ona bəraət verilməli olması barədə dəlilini iş materialları ilə təsdiqini tapmaması səbəbindən əsassız hesab edir və bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Həmçinin, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma o rqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kasassiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmi ş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Sədrlik edən Tahir Kazımov Hakimlər:

1. Nazim Mövsümov

2. Teyyub Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar