Məhkəmə qərarları › İş №1(102)-2023/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2023/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2023/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Pərviz Müseyib oğlu Hüseynovun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi), Səbinə Məmmədzadə və İrfan Məmmədov) 1(101)-1029/2023 nömrəli, 12 aprel 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1990-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu ödənilməmiş, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 29,120.2.4, 29,120.2.9 və 128-ci maddələri ilə təqsirli bilinərək, CM-in 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə 14 (o n dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Məhkum qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də digər şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 23 noyabr 202 2-ci il tarixdə saat 19:30 radələrində ünvan 2 ünvanda yaşayan qayınatası Şahid1 evinə gələrək, şəxsi münasibətlərin pozulması səbəbindən üç ay əvvəl atası evinə qayıdaraq orada yaşayan rəsmi nikahda olan arvadı Qanuni nümayəndə onunla birlikdə getməsini tələb etmiş, sonuncu onun bu təklifindən imtina edərək bir daha onunla birlikdə yaşamayacağını və boşanacağını, eləcə də azyaşlı övladı ilə görüşməyə imkan verməyəcəyini bildirdikdə, o, artıq ailə olaraq bir yerdə yaşamayacaqları və azyaşlı övladından məhrum olacağı qənaətinə gəlib, Qanuni nümayəndə bu hərəkətlərinə görə qisas almaq məqsədilə, sonuncuya mənəvi iztirab yaşatmaq üçün azyaşlı oğlu xx.xx.2020-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 öldürmək qərarına gələrək, həmin niyyətini həyata keçirtmək məqsədilə sonuncu dəfə oğlu ilə görüşmək üçün şərait yaradılmasını xahiş edib, buna nail olduqdan sonra Zərərçəkmiş şəxs1 yataq otağına aparıb onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olmasını və yaxın adamları, yəni, anası Qanuni nümayəndə, babası Şahid1 və nənəsi Zərərçəkmiş şəxs2 olduğu evdə həmin hadisəni törətməklə sonunculara xüsusi əzab verdiyini dərk edərək qəsdən öldürmək məqsədilə üzərində olan məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs1 çoxsaylı zərbələr vuraraq insan həyatı üçün təhlükəli olan, xəsarət yetirildiyi andan ölümünə səbəb ola biləcək həyati əhəmiyyət kəsb edən orqanların yerləşdiyi istiqamət üzrə döş qəfəsinin ön səthində döş sümüyü proyeksiyası səviyyəsində dörd ədəd, çənəaltı nahiyədə bir ədəd, sağ əlin İİİ barmağının orta və distal falanqalarında olmaqla bir ədəd kəsilmiş yarası kimi dərəcəsinə görə h ər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid, sol əlin orta sinirinin və İ, İİ, İİİ barmaqların bükücü vətərlərinin kəsilməsi ilə müşayiət olunan sol mil-bilək oynağının ön və arxa səthlərinin üç ədəd kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmiş, həmin zərbələri vurmağa davam edərkən, yaranmış səsə yataq otağına daxil olaraq hadisənin qarşısını almağa çalışan Zərərçəkmiş şəxs1 nənəsi Zərərçəkmiş şəxs2 da əlində olan həmin bıçaqla sol əlin İ (baş) barmağının bir ədəd və sol əlin İİİ (orta) barmağının bir ədəd (ümumilikdə 2 ədəd) kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdə n sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin aldığı xəsarətə baxmayaraq Zərərçəkmiş şəxs2 hadisənin qarşını almağa yönəlmiş aktiv müqaviməti səbəbindən, habelə Zərərçəkmiş şəxs1 vaxtında 19 saylı təcili tibbi yardım stansiyasına çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eləcə də Zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və Ziya Şirinov) 1(103)-1248/2 023 nömrəli 14 iyun 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(101)-1029/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum özü və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işi üzrə ədalətli, qərəzsiz qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin müvafiq hökm və qərarı əsassız və qanunsuzdur. Belə ki, ibtidai istintaq orqanı və aşağı instansiya məhkəm ələri tərəfindən cinayət işi tam hərtərəfli və obyektiv araşdırılmayıb, tərəfindən törədilmiş cinayət əməlində zərərçəkmiş şəxslərin, hüquqi nümayəndənin təqsiririn səbəb olmasına hüquqi qiymət verilməmiş, hadisə qədərki, zərərçəkmiş şəxslərlə onun qarşılıqlı münasibətinə aydınlıq gətirilməmişdir. Beləliklə, həmin hökm və qərar Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının etik davranışı haqqında kodeksin, Konstitusiya Məcəlləsinin, CinayətProsessual Məcəlləsinin, Cinayət Məcəlləsinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, İnsan hüquq və əsas Azadlıqlarının hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbu l edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə sübutları düzgün qiymətləndirməmiş, bunun nəticəsində məhkumun əməlini CM-in 29,120.2.4, 29,120.2.9 və 128-ci maddələri ilə tövsif edərkən hüquqi səhvə yol vermişlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti ya radır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda g östərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti CM-in 120.1-ci maddəsi ilə müəyyən olunur. Həmin cinayət əməlinin xüsusi amansızlıqla və ya təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adama qarşı törədilməsi məsuliyyəti ağırlaşdırıcı tövsifedici hal kimi nəzərdə tutulur və əməlin CM-in 120.2.4 və 120.2.9-cü maddələri ilə tövsif edilməsinə səbəb olur. Yuxarıda qeyd edilən qanun normalarına əsasən Məhkum zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə cəhd etməsi və digər şəxsin sağlamlığına yüngül xəsarət vurması ilə əlaqədar əməlinin Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.9 və 128-ci maddələri ilə tövsif etmək üçün onun həmin əməlləri xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı, o cümlədən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma mötəbər və mümkün sübutlar əsasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən et diyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara – zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, istintaq hərəkətlərinin protokollarına və işin digər materiallarına əsasən nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla öldürməyə yönəlmiş əməlləri qəsdən törətməsi yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etməsi, eləcə də digər şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması təsdiq olunmuşdur. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutların məcmusu Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.9 və 128-ci maddələri ilə təqsirli bilinməsinə dair mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs1 yaşı 1 il 11 ay olmuş, məhkum tərəfindən cinayət törədən zaman evdə azyaşlı zərərçəkmiş şəxsin anası, nənəsi və babası olmuşlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq zərərçəkmiş şəxsin azyaşlı olması onun köməksiz vəziyyəti kimi, zərərçəkmiş şəxsə bıçaq zərbələri yaxın qohumların yanında yetirilməsi isə xüsusi amansızlıq kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsassız olması barədə kassasiya şikayətinin dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası aş ağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təsvir edilmiş əməlləri törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu - zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.9 və 128-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Birinci və apellyasiya instansiya məhkəmələrin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 349.3-cü maddəsinin normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etmək istəyir ki, kassasiya şikayətinin əsasını təşkil edən dəlillər müdafiə tərəfinin apellyasiya şikayətinə baxışının predmeti olmuşdur. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə qiymət verilmiş, məhkumun elan edilmi ş ittiham üzrə təqsirinin müəyyən edilməsi və onun əməllərinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilməsi barədə nəticəyə gəlmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə işə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Apellyasiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkumun elan edilmiş ittiham üzrə təqsirinin müəyyən edilməsi və onun əməllərinin hüquqi tövsifi barədə gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Göründüyü kimi Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.9 və 128-ci maddələri ilə təqsirli bilinməsi əsaslı və cinayət qanununun normalarına tam uyğun olmuş, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsi və ya əməlinin dah a yüngül cinayət məsuliyyəti nəzərdə tutulmuş əməl kimi tövsif edilməsi üçün qanuni əsaslar yoxdur. Bundan başqa, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Məhkum himayəsində bir azyaşlı uşağının olmasını və müsbət səciyyələndirilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən işin halları və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının həddi ndə ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.6-cı maddəsinə əsasən məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda; 416.1.15-ci maddəsi nə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayət təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2023-cü il tarixli qərarının dəyişdir ilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyun 2023-cü il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar