Məhkəmə qərarları › İş №1(102)-2023/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2023/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2023/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızıın katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum, onun müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 26 may tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: T.Q.Əfəndizadə (sədrlik edən), B.M.Məmmədov və X.M.Məmmədovdan ibarət tərkibdə) 2025-ci il 14 yanvar tarixli, 1(091)-5/2025 nömrəli hökmü ilə, xx xxxxx 1979-cu il tarixdə Zaqatala rayonunun Mosul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli və himayəsində 1 azyaşlı uşağı olan, işsiz, Zaqatala rayonunun Mosul kəndində qeydiyyatda olmaqla yaşamış, hazır da azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.1-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir ) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Məhkum qeyd edilən maddə ilə cəza təyin edilməmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2025-cü il tarixdən hesablanması hökm edi lmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X6 və X7аn ibаrət tərkibdə) 2025-ci il 26 may tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İttiham tərəfinin və məhkəmələrin mövqeyinə görə Məhkum "xxxx" ASC-nin Zaqatala filialının müdiri ilə arasında bağlanmış 15 fevral 2010-cu il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən "xxxx" ASC-nin Zaqatala filialının aparıcı mütəxəssis xəzinədarı vəzifəsində işləyərkən bank rəhbərliyi tərəfindən təsdiq edilmiş 04 iyun 2015-ci il tarixli vəzifə təlimatına əsasən “Məxfilik və təhlükəsizlik tələblərinə riayət olunmaqla yüksək səviyyəli kassa xidmətlərinin göstərilməsi, nağd pul və digər qiymətlilərin qəbul edilməsi, verilməsi, nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi üzrə əməliyyatları yerinə yetirmək, müəyyən olunmuş qaydada gündəlik əməliyyatların uçotunu və üzləşdirməsini aparmaq, mədaxil (gündüz və axşam), məxaric, mədaxil-məxaric kassalarının işini aparmaq, nağd pulu müştərilərdən qəbul etmək, mədaxil əməliyyatları üzrə “Kassaya daxil olmuş nağd pulun məbləği və sənədlərin sayı haqqında arayış” tərtib etmək, imzalamaq və mədaxil kassa jurnalı ilə üzləşdirmək, qəbul edilmiş nağd pulları, mədaxil sənədlərini, tərtib edilmiş arayışı “Qəbul edilmiş və təhvil alınmış nağd pulun və digər qiymətlilərin uçotu kitabı”-na imza atmaqla baş xəzinədara təhvil vermək, kassa sənədlərinin tərtib edilməsi və saxlanılması üzrə müəyyən edilmiş qaydalara riayət etmək, fəaliyyətini qüvvədə olan qanunvericilik, Mərkəzi Bankın və ABB-nin qaydaları, təlimatları, qərar və sərəncamları çərçivəsində həyata keçirmək, qüvvədə olan qanunvericiliyə və bank daxili qaydalara uyğun gəlməyən sərəncamları icra etməmək, xəzinəyə daxil olan mədaxil və məxaric sənədlərində hər hansı bir uyğunsuzluq aşkar etdikdə bu əməliyyatları dayandırmaq və sənədləri geri qaytarmaq”, işə götürənlə arasında bağlanmış 15 fevral 2010-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən “ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda Banka heç bir səbəb üzündən ziyan vurmamalı, ona etibar edilmiş mad di sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli” kimi, səlahiyyət və öhdəliklərə malik vəzifəli şəxs kimi qeyd edilən əmək funksiyaları və vəzifə öhdəliklərinə əsasən “ABB-nin korporativ maraqlarına və nüfuzuna xələl gətirəcək hərəkət və hərəkətsizliyə yol verməməli” olduğu halda xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi əleyhinə istifadə edərək öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə əlavə gəlir əldə etmək üçün bankda əmanət müqaviləsi üzrə hesab açılması ilə bağlı 2018-ci ilin so nlarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs özünü geniş səlahiyyətlərə malik şəxs kimi təqdim edib, bankın prosedur qaydalarına uyğun olaraq filiala müraciət etmədən, sənədləşdirmənin aparılmasında iştirak etmədən sonuncuya məxsus pul vəsaitini qəbul edib onun adına əmanət müqaviləsi üzrə hesab açılmasını təmin etmək imkanına malik olduğunu bildirib, sonuncu ilə razılaşmaqla sövdələşib həmin niyyətlə Zərərçəkmiş şəxs 04 dekabr 2018-ci il tarixdə sonuncunun yaşadığı ünvan 1 ünvanının qarşısında aldığı 6.000 manat məbləğindəki pul vəsaitini, 07 dekabr 2018-ci il tarixdə həmin ünvanda aldığı 5.000 və 10.000 manat məbləğindəki pul vəsaitini, xx.xx.2019-cu il tarixdə Zaqatala şəhəri ərazisində ayrı-ayrılıqda 2 dəfəyə 20.000 manat olmaqla aldığı cəmi 40.000 manat və 07 may 2019-cu il tarixdə isə Zaqatala şəhəri ərazisində aldığı 20.000 manat olmaqla ümumilikdə 81.000 manat məbləğindəki pul vəsaitini bankda adına açılacaq əmanət hesabına yerləşdirməklə əlavə gəlir əldə edəcəyi bəhanəsi ilə aldadaraq ələ keçirib həmin pul vəsaitlərini bankın xəzinəsinə ödəməyib şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edib Zərərçəkmiş şəxs məxsus 81.000 (səksən bir min) manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirərək dələduzluq etmiş və özünə olan inamı artırmaq, eləcə də guya qeyd edilən pul vəsaitlərinin filialın xəzinəsinə mədaxil edilməsi görüntüsü yaratmaq məqsədilə ünvan 2 ünvanında yerləşən ABB-nin Zaqatala filialının inzibati binasında, bankın əməkdaşlarına ayrılmış xidməti kompüterdə xəzinəyə pul vəsaitinin mədaxil edilməsinə dair əməliyyatı başladıb, müvafiq BPM seriya nömrəli xəzinə mədaxil qəbzlərini çap edib qəbzləri əldə etdikdən sonra, sistemdə əməliyyatı sonlandırıb, xəzinəyə hər hansı qəbz daxil etməyib, törətdiyi cinayət əməlini gizlədərək, bankın xəzinə əməliyyatı aparılmasına dair avtomatlaşdırılmış BPM sistemi vasitəsilə çap edilmiş xəzinə mədaxil qəbzlərinin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə, yəni xx.xx.2019-cu il tarixdə BPM **********47 və BPM **********87 nömrəli xəzinə mədaxil qəbzlərinin məzmununa guya xx.xx.2019-cu il tarixdə 20.000 manat pul vəsaitinin xəzinəyə mədaxil edilməsi barədə məlumatlar daxil etməklə həmin qəbzləri özünə məxsus bankın “2” nömrəli möhürü ilə təsdiq edib, imzasını qəsdən saxtalaşdırmaqla, həmçinin BPM **********53 nömrəl i xəzinə mədaxil qəbzinin məzmununa xx.xx.2018-ci il tarixdə 6.000 manat pul vəsaitinin xəzinəyə mədaxil edilməsinə dair bilə-bilə yalan məlumat daxil etməklə, həmin qəbzi filialın baş xəzinədarı vəzifəsində işləmiş Şahid1 xəbərsiz sonuncuya məxsus filialın “1” nömrəli möhürü ilə təsdiq edib, imzasını saxtalaşdırmaqla, BPM **********95 nömrəli xəzinə mədaxil qəbzinin məzmununa xx.xx.2018-ci il tarixdə 5000 manat pul vəsaitinin, BPM **********21 nömrəli xəzinə mədaxil qəbzinin məzmununa xx.xx.2018-ci il tarixdə 10.000 manat pul vəsaitinin, BPM **********92 nömrəli xəzinə mədaxil qəbzinin məzmununa xx.xx.2019-cu il tarixdə 20.000 manat məbləğində pul vəsaitinin mədaxil edilməsi barədə bilə-bilə yalan məlumatlar daxil etməklə, həmin qəbzləri filialın digər xəzinədarı vəzifəsində işləmiş Şahid 2 xəbərsiz sonuncuya məxsus filialın “3” nömrəli möhürü ilə təsdiq edib imzasını saxtalaşdırmaqla vəzifə saxtakarlığı etmiş, həmin 6 ədəd qəbzləri qeyd edilən tarixlərdə Zərərçəkmiş şəxs təqdim etməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib "xxxx" ASCnin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMUN, MÜDAFİƏÇİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN NÜMAYƏNDƏSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əs aslandıraraq qeyd etmişdir ki, təqsirləndirilən Məhkumla zərərçəkmiş Zərərçəkmiş şəxs bir-birilərini 2016-cı ildən tanıyırlar. Aralarında vaxtilə səmimi münasibət, ailəvi dostluq olub. Birlikdə əmlak alaraq, gələcəkdə baha qiymətə satmaq niyyətləri olub. Buna görə Zaur İsaya ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul verib. Həmçinin, İsa əmlak alqı-satqısı vasitəçisi olaraq Zaurun əmlakının satılma prosesində də iştirak edib. Zaurun əmlakını öz qohumuna satdığı üçün əmlakın pulunu 200 min manat vəsaiti Zaurdan alaraq iş görmək adı ilə özündə saxlayıb. Beləliklə, müxtəlif vasitələrlə Zaurun 500 min manata yaxın pulunu ələ keçirib. Zaur 2022ci ilin sonlarında aldadıldığını bildiyi üçün İsadan pullarını tələb etməyə başlayıb. Buna görə 2023-cü ilin yanvar ayında Daxili İşlər Nazirliyinə ş ikayət edərək İsa tərəfindən aldadıldığını və pulunun ələ keçirildiyini bildirib. İsa da bundan sonra 5 ildir özündə saxladığı qəbzləri ortalığa çıxararaq Zaura 81 min manat banka depozitə qoymaq üçün pul verdiyini iddia etməyə başlayır. Zaur 2022-ci ilin sonlarında İsa tərəfindən aldadlıldığını bildiyi üçün onunla telefon danışıqlarını və qardaşı Tengizlə birlikdə İsa ilə görüş zamanı danışıqları telefonu vasitəsilə qeyd edib. Həmin səs yazılarının olduğu CD disk məhkəməyə təqdim edilsə də təəssüflər olsun ki, məhkəmə ədalətli araşdırma aparmaq marağında olmadığı üçün təqdim etdiyi səs yazılarını dinləməyib. Halbuki, CD-də olan səs yazılarında Zərərçəkmiş şəxs etiraf edir ki, Məhkum 500 min manata yaxın pulunu alıb, qaytaracağına söz verir və Zauru “əlində olan sənədlərlə təhdid edərək, m əhv etdirəcəyini bildirir”. Səs yazılarından aydın olur ki, ancaq Zaur İsadan öz pullarını tələb edir. Bir neçə dəfə olmaqla yazılan səs yazılarının heç birində İsa Zaurdan depozitə qoyduğu pulları tələb etmir. X13rşı olan ittihamı heç bir maddi sübutlarla təsbit olunmur. X17 tərəfindən onun 500 min manata yaxın əmlakının ələ keçirməsi barəsində dediyi, İsanın onu əlindəki sənədlə təhdid etməsi İsanın öz dili ilə etiraf edilir. Eyni zamanda, həmin səs yazılarında İsanın Zauru aldadaraq 50 min manatlıq borc müqaviləsi bağlatdığı və Zaurun tələbi ilə onu ləğv etdirəcəyinə razılıq verdiyi də qeyd edilib. Bununla yanaşı, Zərərçəkmiş şəxs barəsində dəfələrlə hüquq mühafizə orqanlarına şikayətlər olub. Əsas kimi də insanları aldadaraq pul və əmlaklarını qanunsuz yollarla ələ keçirməsi şikayəti e dilib. Həmin şəxslərin bəziləri də sonradan İsa tərəfindən təşkil edilmiş saxta sənədlərlə zərər çəkiblər. İsanın səs yazıları olan CD məhkəmələrə təqdim edilsə də, əsassız olaraq maddi sübut kimi qəbul edilib araşdırılmamışdır. Bundan başqa, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü maddi və prosessual hüquq normalarının pozulması, iş üçün əhəmiyyətli olan halların araşdırılmaması, şahid ifadələrin və digər sübutların təhrif edilməsi və ittihamın sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin əleyhinə istifadə etməklə qəbul edildiyinə görə ləğv edilməsi, Məhkum haqqında bəraət hökmü çıxarılması üçün apellyasiya şikayəti verilmişdir. X9 Məhkəməsi də heç bir araşdırma aparmadan, müdafiə tərəfi olaraq “şikayətin məhkəmə araşdırması aparılmaqla keçirilməsi barədə” və s. vəsatətlər versək də rədd edərək, istintaqın əsassız olaraq sübut kimi qiymətləndirdiyi“ faktlara” istinad edərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi ittihamın əsası kimi və cəza təyin edilməsi üçün istinad etdiyi hallarda (hökm, səhvə 20, 5-ci abzas) göstərir ki, “məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar və şahid ifadələri ilə Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi bank qəbzlərinin üzərindəki möhürlərin banka aid olması, həmin möhürlərin bankın xəzinədarlığında (kassada) saxlanılması, həmin möhürlərdən xəzinədarlardan başqa heç kəsin istifadə edə bilməməsi, xəzinədarlığın qapısının həmişə bağlı olması, xəzinəyə xəzinədarlardan başqa kənar şəxslərin daxil ola bilməməsi, həmin möhürlərdən hər han sı bir kənar şəxsin istifadə etmə imkanının qeyri-mümkün olması, habelə Zərərçəkmiş şəxslə xəzinədarlardan yalnız Məhkum mütəmadi görüşməsi, iş vaxtı onunla birlikdə çölə çıxaraq bankın qarşısında söhbət etmələri, onların yaxşı münasibətlərinin olması, həmçinin bankın digər xəzinədarları ilə Zərərçəkmiş şəxs münasibətinin olmaması və Məhkum Zərərçəkmiş şəxs bank depozit hesabına pul mədaxil edəcəyini deyərək müxtəlif vaxtlarda zərərçəkmiş şəxsdən pul vəsaitlərini götürərək ona bank qəbzlərini verməsi tam sübuta yetirilmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin 1(107)-124/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində bəraət verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 kassasiya şi kayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə kollegiyası bu ağır cinayət əməlinə görə təqsirləndirilən Məhkum 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edərkən, CM-nin 15ci, 41-ci maddəsinin, 58-ci maddəsinin tələblərini pozmuş, əsassız olaraq yüngül cəza təyin etmişdir. Məhkəmənin təyin etdiyi cəza təqsirkar tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə və cəzanın məqsədinə uyğun deyildir. Ona görə də həmin hökmdən təyin edilmiş cəzanın yüngüllüyü səbəbindən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti verərək təqsirləndirilənə təyin edilmiş 5 il 6 ay azadlıqdan məhrum etmə cəzasının az olduğunu, hökmün dəyişdirilərək daha sərt cəza kimi ona 10 il müddətinə azadlıqdan məhrum et mə cəzası təyin edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası etdikləri apellyasiya şikayətinə baxmış, özünün (107)-124/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətini əsassız olaraq təmin etməmişdir. Məhkəmə Kollegiyası belə nəticəyə gələrkən qərarın ləğvi üçün əsas olan və CPMnin 416.21-ci maddəsində nəzərdə tutulan nöqsana yol vermişdir. Cəza təyin edərkən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almamışdır. Təqsirləndirilən şəxs Məhkum zərərçəkənə 81 000 manat məbləğində külli miqdarda ziyan vurmuş, lakin ziyandan heç bir ödəniş etməmiş, zərərçəkənlə barışmamışdır. Belə olan halda məhkəmə kollegiyasının 1-ci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 5 il 6 ay azadlıqdan məhrum etmə cə zasını ədalətli cəza hesab edərək dəyişdirmədən saxlaması düzgün deyildir. Ona görə də hesab edir ki, təqsirləndirilənə təyin edilmiş cəza onun islah olunması üçün yetərli müddət deyildir. Ona daha sərt cəza verilməlidir. Buna görə də təqsirləndirilənə daha sərt cəza verilməsi üçün qərar ləğv olunmalı və iş yenidən apellyasiya məhkəməsində baxışa təyin edilməlidir. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 kassasiya şikayətində göstərilənlərə əsasən təqsirləndirilən şəxs Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-124/2025 saylı xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiayasının iclasında iştirak Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayətnin təmin olunmasını, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 26 may tarixli qərarını n dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının pred meti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiy a şikayətində məhkuma bəraət verilməli olduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində məhkuma yüngül cəza təyin edilidyini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəti cələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsir sizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin və ya rədd edilməsi barədə cinayət prosesi tərəflərinin çıxışları nı dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti isə təmin edilməməlidir. Məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Müdafiəçinin kassasiya şikayətinin əsas dəlillərindən biri də məhkəmə qərarlarının əsaslandırılmaması ilə bağlıdır. Bu dəlillə bağlı məsələni araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmü aşağıdakı kimi əsaslandırmışdır: “M əhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar və şahidlərin ifadələri ilə Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi bank qəbzlərinin üzərindəki möhürlərin banka aid olması, həmin möhürlərin bankın xəzinədarlığında (kassada) saxlanılması, həmin möhürlərdən xəzinədarlardan başqa heç kəsin istifadə edə bilməməsi, xəzinədarlığın qapısının həmişə bağlı olması, xəzinəyə xəzinədarlardan başqa kənar şəxslərin daxil ola bilməməsi, həmin möhürlərdən hər hansı bir kənar şəxsin istifadə etmə imkanının qeyri-mümkün olması, habelə Zərərçəkmiş şəxslə xəzinədarlardan yalnız Məhkum mütəmadi görüşməsi, iş vaxtı onunla birlikdə çölə çıxaraq bankın qarşısında söhbət etmələri, onların yaxşı münasibətlərinin olması, həmçinin bankın digər xəzinədarları ilə Zərərçəkmiş şəxs münasibətinin olmaması və Məhk um Zərərçəkmiş şəxs bank depozit hesabına pul mədaxil edəcəyini deyərək müxtəlif vaxtlarda zərərçəkmiş şəxsdən pul vəsaitlərini götürərək ona bank qəbzlərini verməsi tam sübuta yetirilmişdir. Beləliklə, hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən Məhkum qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir.” Əsaslandırma bundan ibarətdir. Müdafiə tərəfinin dəlillərinə məhkəmə hökmündə heç əsaslandırılmış münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması isə aşağıdakı kimi ifadə edilmişdir: “ Yuxarıda qeyd olunanları əsas götürərək, habelə cinayət işinin materialla rında olan sübutlara, o cümlədən işin faktiki hallarına nəzər yetirən məhkəmə kollegiyası hesab edir ki, Məhkum həqiqətən də xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək, onların həqiqi məzmununu təhrif edən düzəlişlər etməklə vəzifə saxtakarlığı törətmişdir. Odur ki, məhkəmə kolleg iyası araşdırılmış sübutların cəminə obyektiv hüquqi qiymət verərək və Məhkum törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, sonuncunun cinayət əməli məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, habelə cinayət işinin materiallarında olmaqla biri-digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmiş və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 178.3.2, 308.1 və 313-cü maddələri ilə tövsif olunmuşdur.” Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündə sadalanmış sübutları olduğu kimi öz qərarına köçürərək və çoxsaylı maddi və prosessual hüquq normalarına (araşdırılan məsələyə aid olub-olmamasından asılı olmayaraq), Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenu m qərarlarına istinadlara geniş şəkildə qərarında yer vermiş, lakin müdafiə tərəfinin dəlillərinə işin materiallarına və konkret hüquq normalarına istinad etməklə heç bir münasibət bildirməmiş, müdafiə tərəfinin məhkəmə qarşısında qaldırdığı bütün məsələlər cavabsız qalmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsində bərqərar olmuş Presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yəni yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. (“Taxquet Belçikaya qarşı” 13 yanvar 2009, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X8rşı” 9 dekabr 1994-cü il və “Hacıanastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlar.) Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı toplanmış sübutları yoxlayaraq, bir-biri ilə müqayisə edərək qiymətləndirmək məhkəmələrin vəzifəsi olmasına baxmayaraq, məhkəmələr bu vəzifəni CPM-in tələblərinə uyğun olaraq yerinə yetirməmiş və nəticədə əsaslandırılmam ış qərar (hökm və yekun qərar) qəbul etmişlər. CPM-in 33.1 və 33.2-ci maddələrinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144-146-cı maddələrinin müddaəlarının pozulması yolverilməzdir. CPM-in 349-cü maddəsi “Məhkəmənin hökmünə dair irəli sürülən ümumi tələblər” adlanır. Həmin maddəyə əsasən: 349.3. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.4.Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. 349.5. Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəld iyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir. Avropa Məhkəməsi Van de Hurk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Helle Finlandiyaya qarşı, Schuler-Zgraggen İsveçrəyə qarşı, Feldbrugge Hollandiyaya qarşı, Albert və X11rşı iş üzrə qərarlarına əsasən nəticə etibarilə, məhkəmə prosesinin ədalə tliliyi ilə bağlı istənilən nöqsan müəyyən şərtlər daxilində daha sonrakı mərhələdə, ya eyni məhkəmə və yaxud yuxarı məhkəmə tərəfindən aradan qaldırıla bilər. Avropa Konvensiyası və Avropa Məhkəməsinin yuxarıda qeyd olunan presedent hüququndan da göründüyü ki, sübutlar, yəni təqdim olunmuş dəlillər və məlumatlar mütləq yoxlanılmalı və daha sonra qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı isə qəbul olunmayan, yəni rədd edilən sübutun, dəlilin, mövqenin, arqumentin rədd edilməsi səbəbləri dəqiq və anlaşılan formada göstərilməli və əsaslandırılmalıdır. İstər ittiham, istərsə də müdafiə tərəfinin məhkəmə qarşısında qaldırdığı əsaslı dəlillərə, ümumiyyətlə, heç bir münasibət bildirilməməsi qanunsuz, əsassız və ədalətsiz məhkəmə qərarının çıxarılması ilə nəticələnir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. Qərarları). Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci 11 fevral tarixli Qərarları). Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək, həmçininin aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, hazırkı iş üzrə ittiham tərəfinin və məhkəmələrin istinad etdiyi iki sübut növü mövcuddur:

1. Zərərçəkmiş şəxs ifadələri;

2. Üzərində bank möhürü olan qəbzlər. Zərərçəkmiş şəxsin istər ibtidai istintaq zamanı, istərsə də, biri nci instansiya məhkəməsində vermiş olduğu ifadələrdən, verilmiş suallara verdiyi cavablardan görünür ki, cinayət işinin mühüm halları ilə bağlı zərərçəkmiş şəxs müxtəlif məzmunlu ifadələr verir. Belə işin materiallarının təhlilindən görünür ki, zərərçəkmiş şəxs Nümayəndə1 istər pul vəsaitlərinin Məhkum verdiyi yerləri, istərsə də, bank qəbzlərini Məhkum aldığı yerləri hər dəfə fərqli şəkildə göstərmişdir. Birinci instansiya məhkəməsi də qəbul etdiyi hökmün 10-cu vərəqəsində bu məsələyə münasibət bildirərək zərərçəkmiş şəxs Nümayəndə1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr arasında ziddiyyətlər olduğunu göstərmiş, lakin hökmün əsaslandırması zamanı bu vacib məsələyə heç bir münasibət bildirməmiş, hansı ifadəyə və hansı səbəbdən üstünlük verməsini göstərməmişdir. Hətta birinci instansiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Rasim Bədulov da bildirmişdir: Hörmətli sədr, siz verilən suallardan da hiss edirsiniz ki, Zərərçəkmiş şəxs özünün izahatında səmimi deyil. Mən 25 illik bank işçisi olaraq deyirəm ki, zərərçəkmiş şəxs birmənalı olaraq səmimi deyil... (bax: C.İ. cild 4, i.v. 93). Bundan əlavə, Məhkum qarşı irəli sürülmüş ittihamdan görünür ki, zərərçəkmiş şəxs məhkuma pulları 2018-2019-cü illərdə vermişdir və zərərçəkmiş şəxs 2023-cü ildə, pul verdiyi tarixdən 5 il sonra prokurorluğa şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkum da həmin qəbzləri ilk dəfə prokurorluqda gördüyünü bildirmişdir. Cinayət işinin materiallarından da görünür ki, zərərçəkmiş şəxs Nümayəndə1 bizneslə məşğul olan şəxsdir, bankda hesabları var, kredit götürmüşdür. Yəni bank fəaliyyəti, depozit, faiz, divident kimi məfhumlardan və həmin məfhumların ifadə etdiyi mənalardan kifayət qədər məlumatlı şəxsdir. Lakin keçən 5 illik müddət ərzində 81000 manat puldan heç bir divident, faiz, gəlir əldə etməyən şəxsin hansı səbəbdən vaxtında bankın səlahiyyətli nümayəndələrinə müraciət etməməsi, öz haqqını və pulunu tələb etməməsi halı onun ifadəsini və iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv şəkildə qiymətləndirmək üçün zəruri şərt olmasına baxmayaraq, bu hal, məhkəmələrin araşdırma və qiymətləndirmə predmeti olmamış, məhkəmə qərarlarında (hökm və yekun qərar) bu mühüm məsələyə heç bir münasibət bildirilməmişdir. Bundan başqa, işdən görünür ki, ittihama əsasən, zərərçəkmiş şəxs eyni tarixdə, yəni xx.xx.2019-cu ildə məhkuma, ayrı-ayrı vaxtlarda 20000 manat olmaqla, iki dəfəyə 40000 manat pul vermiş və bu pullara görə iki ədəd ayrı-ayrı qəbzlər almışdır. Lakin məhkəmələr tərəfindən işin bu halı da araşdırılmamış, eyni gündə ayrı-ayrı olmaqla iki dəfəyə 20000 manatın hardan əldə edilməsi, bu pulların hansı səbəbdən bir dəfəyə, bir yerdə deyil, iki dəfəyə verilməsi, hansı səbəbdən həmin pullar üçün bir qəbz deyil, ayrı-ayrı iki qəbz alınması hallarına heç bir aydınlıq gətirilməmişdir. Bundan əlavə, ittihamın və məhkəmələrin mövqeyinə görə pul qəbzləri Məhkum tərəfindən saxtalaşdırılaraq zərərçəkmiş şəxsə təqdim edilmişdir. İşin hallarından da görünür ki, 6 ədəd qəbzin üzərində üç, ayrı-ayrı möhürlər (1,2 və 3 nömrəli möhürlər) vurulmuşdur. Bu möhürlərdən yalnız biri Məhkum məxsusdur. İstər istintaq orqanı, istərsə də məhkəmələr bu pul qəbzlərinin məhz Məhkum tərəfindən zərərçəkmiş şəxsə verilməsi qənaətinə gələrkən öz mövqelərini onunla əsaslandırmışlar ki, məhkum və zərərçəkmiş şəxs bir-birini tanıyırlar, onlar bir-biri ilə ünsiyyətdə olmuşlar, dəfələrlə bir-biri ilə görüşmüşlər. İstər istintaq orqanının, istərsə də, məhkəmələrin bununla bağlı başqa heç bir əsaslandırması yoxdur. Bu nəticəyə gələrkən məhkəmələr nəzərə almamışlar ki, yalnız bu faktın mövcudluğu şəraitində şəxsin ağır cinayət əməlində təqsirli bilinərək məhkum edilməsi əsaslı şübhədən kənar sübut standartının tələblərinə cavab verməməklə bərabər, CPM-in 125.1, 138.2, 145.1, 145.2, 145.3 və 146.1-ci maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir. Bundan başqa, cinayət işinin materialları ndan da müəyyən olunur ki, müdafiə tərəfi istər istintaq orqanına, istərsə də, məhkəmələrə məhkumla zərərçəkmiş şəxs arasında olan telefon danışıqlarının yazılmış olduğu disk təqdim etmiş və həmin diskdə olan danışıqların araşdırılmasını, əslində zərərçəkmiş şəxsin məhkuma maddi zərər vurduğunu, bu iki şəxsin arasında daşınmaz əmlakların alqı-satqısı ilə bağlı mübahisələr olması ilə əlaqədar məlumatlar vermişdir. Qeyd edilən disk birinci instansiya məhkəməsində araşdırılarkən zərərçəkmiş şəxs İ.Abdulllayev diskdəki danışan şəxslərdən birinin səsinin ona məxsus olduğunu bildirmişdir. Lakin bu disk və həmin diskdə olan danışıqların məzmunu məhkəmə araşdırması və qiymətləndirməsindən kənarda qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsinə əsasən: 416.1. Kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; Göründüyü kimi, apellyasiya instansiya məhkəməsində araşdırma hərtərəfli, tam və obyektiv olmamış, müdafiə tərəfinin apellyasiya şikayətində irəli sürdüyü dəlillər cavabsız qalmış, müdafiə tərəfinin çoxsaylı dəlillərinə məhkəmə kollegiyası tərəfindən heç bir əsaslandırılmış münasibət bildirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edir və hesab edir ki, bu pozuntular apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən 26.5.2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini şərtləndirir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəz ərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalar ının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması ilə bağlı kassasiya şikayəti ilə əlaqədar qeyd edir ki, müdafiə tərəfinin kassasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edildiyindən və yeni apellyasiya baxışı təyin edildiyindən, hazırkı mərhələdə zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin məhkumun cəzasının ağırıaşdırılması ilə bağlı dəlillərinə münasibət bildirilməsi zərurəti aradan qalxmışdır və bu səbəbdən zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci ma ddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il 14 yanvar tarixli, 1(091)-5/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 26 may tarixli, 1(107)-124/2025 nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar