Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2025/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, maraqlarına toxunan şəxs X5 nümayəndəsi Nümayəndə iştirakları ilə, Təqsirləndirilən şəxs barəsində olan c inayət işi üzrə maraqlarına toxunan şəxs X5 nümayəndəsi Nümayəndə ərizəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2018-ci il tarixli qərarından verilmiş təqdimata əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə) 19 oktyabr 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli, 1657 nömrəli əfv sərəncamına əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda da y aşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təyin edilmiş cəzanın çəkilməsinin 24 may 2016-cı il tarixdən hesab edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı X13 vurulmuş manat məzənnəsi ilə 395.631,8 manat təşkil edən ümumilikdə, 462.500 ABŞ dolları məbləğində maddi ziyanın 250.000 ABŞ dolları hissəsinin ödənilməsinin nəzərə alınması, zərərçəkmiş şəxs və mülki iddiaçı X12 mülki iddiasının, yəni ittiham həcmində təmin olunması, bununla da, zərərçəkmiş şəx s və mülki şəxs X13 vurulmuş maddi ziyanın ödənilməmiş qalan 212.500 dolları məbləğində hissəsinin Təqsirləndirilən şəxs alınıb ona ödənilməsi, həmçinin zərərçəkmiş şəxs və mülki iddiaçı X12 əldən çıxmış fayda kimi 255.000 ABŞ dollarının Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi ilə bağlı tələbi baxılmamış saxlanılması və həmin tələblə mülki mühakimə icraatı qaydasında məhkəməyə iddia vermək hüquqlarının olması izah edilməsi, Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanında yerləşən mənzil müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki iddiaçı X13 dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Faiq Adil oğlu Qasımovun sədrliyi və m əruzəsilə, X4 və X11 ibarət tərkibdə) 16 yanvar 2018-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 09 (doqquz) il müddətindən 06 (altı) il müddətinə endirilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsi ilə, X14 və X6 ibarət tərkibdə) 8 dekabr 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli qərarından müstəqil tələb irəli sürən X5 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatət təmin edilməmiş, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa olunmamışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədiylə İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlak Komitəsinin “Ticarət-xidmət, istehsalat müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi mərkəzinin nəzdində olan ünvan 3 ünvanında yerləşən 39 saylı avtodayanacağın müdiri vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə həmin avto dayanacağın yerləşdiyi 80 sot torpaq sahəsini içərisində olan daşınmaz əmlakla birlikdə özəlləşdirərək, X13 500.000 ABŞ dolları məbləğində pula satacağına dair sonuncuya yalandan aldadaraq, özəlləşdirmənin aparılması üçün X9 2007-ci ilin may ayında ünvan 3 ünvanında yerləşən 39 saylı avtodayanacağın həyətində həmin dövrün məzənnəsi ilə 86.520 manat təşkil edən 100.000 ABŞ dolları, 2007-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən “Əfsanə” kafesində həmin dövrün məzənnəsi ilə 256.170 manat təşkil edən 300.000 ABŞ dolları, 2007-ci ilin avqust ayının axırlarında isə həmin dövrün məzənnəsi ilə 52.941,8 manat təşkil edən 62.500 ABŞ dolları məbləğində pulunu alıb həmin torpaq sahəsinin yalnız 0,55596 ha hissəsini özəlləşdirdikdən sonra vədinə əməl etməyərək, özəlləşdirdiyi torpaq sahəsini müxtəlif şəxslərə sataraq, zərərçəkmiş şəxs X12 həmin dövrün məzənnəsi ilə 395.631,8 manat təşkil edən ümumilikdə, 462.500 ABŞ dolları məbləğində pulunu ələ keçirməklə sonuncuya külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqdimatın dəlilləri: Ali Məhkəmənin sədri tərəfindən verilmiş təqdimatda göstərilir ki, baxılan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs arvadı X5 nümayəndəsi Nümayəndə 08 fevral 2023-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək Rəhimə Hüseynovanın cinayət prosesinə cəlb olunmadığı halda Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 19 oktyabr 2017-ci il tarixli hökmlə sonuncunun maraqlarına toxunan qərarın qəbul edildiyini və bu qərarın 16 yanvar 2018-ci ildə Bakı Apellyasiya Məh kəməsinin Cinayət kollegiyası tərəfindən R.Hüseynovanın maraqlarına toxunan hissədə dəyişdirilmədən saxlanıldığını qeyd etmiş və apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ünvan 4 ünvanında yerləşən mənzilin müsadirə edilərək mülki iddianın ödənilməsinə sərf edilməsi hissəsində ləğv edilməsinə dair kassasiya qaydasında təqdimatın verilməsini xahiş etmişdir. Yekun qərarın X5 maraqlarına toxunması haqqında dəlilini Nümayəndə onunla əsaslandırmışdır ki, R.Hüseynova baxılan cinayət işi üzrə icraatda nə ittiham, nə də ki müdafiə tərəfində təmsil olunmadığı (ümumiyyətlə cinayət prosesinə cəlb olunmadığı) və beləliklə, məhkəmə qərarlarını mübahisələndirmək hüququna malik olmadığı halda, birinci instansiya məhkəməsi R.N.Hüseynovanın və Təqsirləndirilən şəxs birgə nikah dövründə əldə etd iyi və onların birgə mülkiyyəti hesab olunan ünvan 5 ünvanda yerləşən mənzilin müsadirə edilməsi qərara almışdır. Cinayət-prosessual qanun cinayət-mühakimə icraatında üzərinə mülkiyyət hüququnu məhdudlaşdıran vəzifələrin qoyula bildiyi şəxslərin dairəsini müstəsna olaraq cinayət törətmiş şəxs və yaxud onun törətdiyi cinayətə görə üzərinə mülki məsuliyyət qoyula bilən cinayət prosesində mülki cavabdeh qismində tanınmış şəxslə hüdudlandırmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin heç bir müddəası həmin şəxslərdən başqa digərlərinin, o cümlədən cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxslərin cinayət nəticəsində vurulmuş zərərlə əlaqədar cinayətmühakimə icraatı qaydasında mülki məsuliyyətə cəlb edilmələrinə, mülkiyyətlərindən məhrum edilmələrinə yol vermir. Hazı rki işdə isə zərərçəkmiş şəxs X12 212.500 ABŞ dolları məbləğində maddi ziyanın ödənilməsinə dair mülki tələbi mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş və dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsi üçün müsadirə edilmiş əmlak R.N.Hüseynovanın Təqsirləndirilən şəxsla birgə nikah dövründə əldə etdiyi və onların birgə mülkiyyəti hesab olunan ünvan 5 ünvanda yerləşən mənzil olmuşdur. Həmin əmlakın birgə mülkiyyətçisi olan X10 isə hazırki iş üzrə cinayət prosesinə heç bir şəkildə (hər hansı bir prosessual statusla) cəlb olunmadığı, hətta nəinki icraatı aparan orqan tərəfindən mülki cavabdeh qismində tanınmadığı, iddia ərizəsinə görə belə mülki cavabdeh olmadığı halda birinci instansiya məhkəməsinin hökmü ilə həmin əmlakından məhrum edilmiş, bu hissədə hökm apellyasiya inst ansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş mülkiyyət hüququna təminat verən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin, CinayətProsessual Məcəlləsinin 11, 18, 32-ci maddələrində nəzərdə tutulmuş cinayət-mühakimə icraatının prinsiplərinin və digər normalarının pozuntusunda, eləcə də cinayət prosesinə cəlb edilməyən şəxsin mülki məsuliyyət məsələsini cinayət işi üzrə icraatda həll etməklə məhkəmə baxışının hədlərini aşmasında ifadə olunmuş nöqsanı aradan qaldırmamış və bununla özü də həmin pozuntuları təkrarlamışdır. Belə vəziyyətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.16-cı maddələr i CPM-in 9.2-ci maddəsi ilə birlikdə götürülməklə X5 nümayəndəsi Nümayəndə müraciəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb etdiyindən, həmin qərar şərh edilən məsələyə aid hissəsində ləğv edilməldir. Cinayət prosesində iştirak etməyən və heç bir şəkildə təmsil olunmayan X10 bu icraatda mülkiyyət hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirmək imkanına, o cümlədən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmə qərarını yuxarı məhkəmə instansiyalarında mübahisələndirmək hüququna malik olmadığından, CPM-in 408.3-cü maddəsinin mənası baxımından bu normanın ehtiva etdiyi “cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxs” kimi qəbul edilməlidir. Təqdimatd a Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2018-ci il tarixli, 1(103)-82/18 nömrəli qərarı birinci instansiya məhkəməsinin hökmündə olan “Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanında yerləşən mənzilin müsadirə edilməsi və onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki iddiaçı X13 dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi” müddəalarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, həmin hissədə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasi ya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası təqdimata mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edi lməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, təqdimatın dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, məhkəmə qərarlarına əsasən Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanında yerləşən mənzil müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki iddiaçı X13 dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi hökm edilmişdir. İş materiallarından həmçinin görünür ki, X10 ilə Təqsirləndirilən şəxs nikaha daxil olmuşlar və onların nikahı xx.xx.1989-cu il tarixli V-JQ seriyalı 342634 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Mübahisə predmetini təşkil edən ünvan 5 ünvanda yerləşən mənzil, Rəhimə Hüseynova və Təqsirləndir ilən şəxs birgə nikahları dövründə əldə edilmiş və mənzil üzərində mülkiyyət hüququ Bilgəh bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 14 saylı qərarına əsasən, 725A inventar, 24629A reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə qeydiyyata alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, heç kim özbaşına olaraq mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur. Bundan əlavə, mülkiyyətdən özbaşına məhrum etmənin qadağan edilməsi, həmçinin göstərilən fundamental hüququn mümkün məhdudlaşdırılmasının ictimai, publik maraqlarla tarazlaşdırılmasını tələb edir. Əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri C inayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydad a və əvəzsiz olaraq dövlət nəfinə alınır. Mülkiyyət hüququnun təmin edilməsi prinsipini əks etdirən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 18.1-ci maddəsində təsbit olunmuşdur ki, “cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz”. Cinayət-prosessual qanunun 183.2-ci maddəsinə əsasən “cinayət-mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir”. Azərbaycan Respublikası CPM-in 93.1-ci maddəsinə görə isə “cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır”. Göründüyü kimi, cinayət-prosessual qanun cinayət-mühakimə icraatında üzərinə mülkiyyət hüququnu məhdudlaşdıran vəzifələrin qoyula bildiyi şəxslərin dairəsini müstəsna olaraq cinayət törətmiş şəxs və yaxud onun törətdiyi cinayətə görə üzərinə mülki məsuliyyət qoyula bilən cinayət prosesində mülki cavabdeh qismində tanınmış şəxslə məhdudlaşmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin heç bir müddəası həmin şəxslərdən başqa digərlərinin, o cümlədən cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxslərin cinayət nəticəsində vurulmuş zərərlə əlaqədar cinayətmühakimə icraatı qaydasında mülki məsuliyyətə cəlb edilmələrinə, mülkiyyətlərindən məhrum edilmələrinə yol vermir. Hazırki işdə isə zərərçəkmiş şəxs X12 212.500 ABŞ dolları məbləğində maddi ziyanın ödənilməsinə dair mülki tələbi mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş və dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsi üçün müsadirə edilmiş əmlak R.N.Hüseynovanın Təqsirləndirilən şəxsla birgə nikah dövründə əldə etdiyi və onların birgə mülkiyyəti hesab olunan ünvan 5 ünvanda yerləşən mənzil olmuşdur. Həmin əmlakın birgə mülkiyyətçisi olan X10 isə hazırki iş üzrə cinayət prosesinə heç bir şəkildə (hər hansı bir prosessual statusla) cəlb olunmadığı, hətta nəinki icraatı aparan orqan tərəfindən mülki cavabdeh qismində tanınmadığı, iddia ərizəsinə görə belə mülki cavabdeh olmadığı halda birinci instansiya məhkəməsinin hökmü ilə həmin əmlakından məhrum edilmiş, bu hissədə hökm apellyasiya instansiyası məh kəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Cinayət prosesi iştirakçısı olmayan şəxsin cinayət mühakimə icraatında mülkiyyətindən məhrum edilməsinin mümkünlüyünü əsaslandıran hər hansı bir hüquq normasının olmaması şəraitində məhkəmənin bu cür qərar qəbul etməsi, Azərbaycan Respublikasının Konstitusiyası, İnsan Hüquqları və X8 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi və onun təfsiri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi ilə də uzlaşmır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi “Frizen Rusiya Federasiyasına qarşı” iş üzrə 24 mart 2005-ci il tarixli qərarında xanım Frizenin onun əri barəsində olan cinayət işi üzrə icraatda cinayət prosesi tərəfi kimi iştirak etmədiyi halda məhkəmə hökmü ilə əmlakın müsadirəsi qaydasında mülkiyyətindən – avtomobilindən məhrum edilməsini Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu hesab etmişdi. Bu zaman Avropa Məhkəməsi ona əsaslanmışdı ki, 1 saylı Protokolun 1-ci maddəsi ilk növbədə şəxsin mülkiyyət hüququna dövlət tərəfindən müdaxilənin “qanunilik” tələbinə cavab verməsini, yəni milli qanunvericiliyin normaları ilə nəzərdə tutulmasını ehtiva edir. Rusiya Federasiyasının hökuməti isə cinayət prosesi tərəfi olmayan şəxsin (şahidin) xanım Frizenin mülkiyyət hüququna cinayət mühakimə icraatı qaydasında müdaxilə edilməsinin mümkünlüyünü əsaslandıra biləcək milli hüquq normalarını Avropa Məhkəməsinə təqdim edə bilməmişdi (qərarın 33-37-ci bəndləri). Həmçinin, işdə iştirak etməyə cəlb olunmayan və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun sə ciyyəvi əlamətlərinə onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi, iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması, öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması aiddir (Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərarı). Hazırki işdə də, artıq yuxarıda qeyd olunduğu kimi, cinayət-prosessual qanunda təqsirləndirilən şəxsdən və mülki cavabdehdən başqa digər, o cümlədən cinayət prosesinə cəlb olunmayan şəxsin cinayət nəticəsində vurulmuş zərərlə əlaqədar məcburi qaydada mülkiyyətindən məhrum edilmələrini nəzərdə tutan normalar olmadığı halda, X10 birgə mülkiyyətində olmuş ünvan 5 ünvanda yerləşən mənzilindən məhkəmə qərarı ilə məhrum edilmişdir. Bu isə o deməkdir ki, X5 Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, eləcə də Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququ pozulmuşdur. Belə bir hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərhedilməsinə dair» 24 fevral 2022-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Göstərilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi vacib bilmişdir ki, cinayət törətməyən və ya cinayət törədən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət daşımayan şəxsin əmlakına əsaslandırılmamış həbsin qoyulması mülkiyyət hüququna qeyri-mütənasib və əsassız müdaxilə kimi qəbul oluna bilər. Bu isə ədalətlilik, hüquq və azadlıqların məhdudlaşdırılmasının mütənasibliyinə və qanuniliyinə dair konstitusiya prinsiplərinə, mülkiyyətin qanunla qorunmasına, məhkəmə müdafiəsi təminatına cavab vermir və Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinin və 60-cı maddəsinin İ hissəsinin tələblərinə ziddir…. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sai r vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.... Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsində göstərilir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərək ətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Cinayət mühakimə icraatında cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxsin üzərinə əmlak xarakterli öhdəliklərin qoyulmasının (onun mülki məsuliyyətə cəlb edilməsinin) yolverilməzliyi cinayət-mühakimə icraatının cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32), habelə hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi (CPM, maddə 11) prinsiplərindən də irəli gəlir. Belə ki, müasir cinayət mühakimə icraatının təməl şərtlərindən biri olan cinayət prosesində tərəflərin çəkişməsi prinsipi Azərbaycan Respublikasında cinayət mühakimə icraatının ittiham və müdafiə tərəflərinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutur. Cinayət işləri üzrə ədalət mühakiməsini həyata keçirən məhkəmənin qarşısında duran bütün məsələlər, o cümlədən əmlak xarakterli məsələlər üzrə də qərarlar cinayət prosesində tərəflərin çəkişməsi, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinin təmin olunduğu şəraitdə qəbul edilməlidirlər. Əks halda, Azərbaycan Respublikası CPM-in 9.2-ci maddəsinin tələbinə görə cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə aparılan və bu səbəbdən etibarsız olan prosesin gedişində qəbul edilmiş aktlar kimi onla r ləğv edilməlidirlər. Cinayət-prosessual qanunun 32.2-ci maddəsində isə təsbit olunur ki, “bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə: 32.2.1. hər bir tərəf məhkəmədə təmsil olunur; 32.2.2. hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir...”. Cinayət prosesində iştirak etməyə cəlb olunmayan şəxs isə nə CPM-in 7.0.21-ci maddəsinin nəzərdə tutduğu ittiham tərəfində, nə də ki, 7.0.28-ci maddəsinin göstərdiyi müdafiə tərəfində təmsil olunmadığından, çəkişməli xarakterli cinayət prosesində müdafiə və ittiham tərəfinin malik olduqları prosessual hüquqlardan istifadə edə bilmir və beləliklə, özünə qarşı yönəlmiş əmlak xarakterli tələblərdən müdafiə olunmaq imkanından tamamilə məhrum edilm iş vəziyyətdə olur. Təsvir olunanlardan görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş mülkiyyət hüququna təminat verən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin, Cinayət-Prosessual Məcəlləsinin 11, 18, 32-ci maddələrində nəzərdə tutulmuş cinayət-mühakimə icraatının prinsiplərinin və digər normalarının pozuntusunda, eləcə də cinayət prosesinə cəlb edilməyən şəxsin mülki məsuliyyət məsələsini cinayət işi üzrə icraatda həll etməklə məhkəmə baxışının hədlərini aşmasında ifadə olunmuş nöqsanı aradan qaldırmamış və bununla özü də həmin pozuntuları təkrarlamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cəzaların İcrası Məcəll əsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərhedilməsinə dair» 24 fevral 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsu b olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Belə vəziyyətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.16-cı maddələri CPM-in 9.2-ci maddəsi ilə birlikdə götürülməklə X5 nümayəndəsi Nümayəndə müraciəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb etdiyindən, həmin qərar şərh edilən məsələyə aid hissəsində ləğv edilməldir. Azərbaycan Respublikası CPM-in 408.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4-408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Cinayət prosesində iştirak etməyən və heç bir şəkildə təmsil olunmayan X10 bu icraatda mülkiyyət hüquqlarının müdafiəsini səmərəli şəkildə həyata keçirmək imkanına, o cümlədən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına dair məhkəmə qərarını yuxarı məhkəmə instansiyalarında mübahisələndirmək hüququna malik olmadığından, CPM-in 408.3-cü maddəsinin mənası baxımından bu normanın ehtiva etdiyi “ci nayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxs” kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən, təqdimatın dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, təqdimat təmin edilməli, Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2018-ci il tarixli, 1(103)-82/18 nömrəli qərarı Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanında yerləşən mənzil müsadirə edilməsi və onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki iddiaçı X13 dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi hissəsində ləğv edilməli və bu hissədə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən verilmiş təqdimat təmin edilsin. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2018-ci il tarixli qərarı Təqsirləndirilən şəxs məxsus ünvan 2 ünvanında yerləşən mənzil müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki iddiaçı X13 dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsi hissəsində ləğv edilsin. Cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2025/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2025/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver