Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2025/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-76/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyy əti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs X4 26 iyul 1972-ci il tarixdə Göyçay rayonunda anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan. 2. 01 iyun 2023-cü il tarixli ittiham aktına görə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq külli miqdar hesab edilən 3,945 qram təmiz çəkidə narkotik vasitə olan heroin əldə edib satış məqsədi olmadan həmin narkotik vasitənin 3,010 qram hissəsini bir ədəd şəffaf sellofan bükümdə qablaşdırıb üzərində, 0,241 qram hissəsi ni bir ədəd qızılı-ağ rəngli kağız bükümdə qablaşdırıb özünə məxsus “VAZ 2106” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobildə, 0,694 qram hissəsini isə bir ədəd şəffaf sellofan bükümdə qablaşdırıb yaşadığı Göyçay şəhəri, Həbibi küçəsində yerləşən 121 nömrəli fərdi yaşayış evində saxlamış, 01 fevral 2023-cü il tarixdə, saat 13 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Göyçay şəhəri, Həbibi küçəsində yerləşən evinin yaxınlığında idarə etdiyi “VAZ 2106” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılıb ünvan 2 ünvanında yerləşən Göyçay Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək həmin gün saat 13:30-da polis şöbəsinin Növbətçi Hissəsində üzərində şəxsi axtarış keçirilərkən əynində ola n qara rəngli idman şalvarının ön sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış külli miqdarda, yəni 3,010 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin gün saat 13:45də Göyçay Rayon Polis Şöbəsinin inzibati ərazisində yerləşən Dövlət Yol Polis Bölməsinin cərimə meydançasında “VAZ 2106” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış zamanı avtomobilin salonunda ön oturacaqların arasında yerləşən saxlanc yerindən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,241 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və həmin gün saat 14:15-də yaşadığı Göyçay şəhəri, Həbibi küçəsində yerləşən 121 nömrəli fərdi yaşayış evinə baxış zamanı evin ona məxsu s yataq otağında olan kiçik masanın üzərindəki qələm qabının içərisindən bir ədəd şəffaf sellofan bükümdə qablaşdırılmış, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,694 qram təmiz çəkidə kustar üsulla hazırlanmış, eləcə də üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitə olan heroinlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. 3. 14 iyun 2023-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X4 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi açıq məhkəmə baxışına təyin olunmuşdur.
4. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-185/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikas ı CM-nin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsini, X1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cinayət qanununun müddəalarına uyğun olaraq cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmənin hökmü ilə gəldiyi nəticə işin faktiki halları ilə uyğunsuzluq təşkil etmişdir. Birinci instansiya məhkəməsində şəxs barəsində bəraət verilməsinə əsas onun ifadələri olmuşdur. Yəni üzərinə baxış və yaşayış ev inə baxış istintaq hərəkətləri zamanı video görüntülərlə əlaqədar şəxs dindirilərkən ifadəsində qeyd etdiklərinə əsasən məhkəmə bu nəticəyə gəlmişdir. Lakin işin faktiki hallarında görünür ki, heç də məhkəmənin gəldiyi nəticə iş materiallarında mövcud olan faktiki sənədlərlə və dəlillərlə möhkəmləndirilməmişdir. Şəxsin göstərdiyi xüsusatlar öz əksini tapmamışdır. Şəxs özünü polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını orada narkotik vasitənin onun üzərinə qoyulduğunu və sonradan da yaşayış yerinə baxış keçirilərkən qələm qabına narkotik vasitənin qoyulmasını göstərmiş, ona polis tərəfindən fiziki zor tətbiq edildiyini göstərmişdir. Lakin iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da müəyyən olunur ki, şəxsin göstəridiyi xüsusatlarla öz tə sdiqini tapmamışdır. Bundan başqa cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət edilməmişdir. Ümumiyyətlə, ibtidai istintaq dövründə nə şəxs tərəfindən, nə də onun müdafiəçisi tərəfindən keçirilən istintaq hərəkətləri ilə bağlı və fiziki təsirə məruz qalma faktı ilə bağlı hər hansı vəsatətləri olmamışdır. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almadan şəxs barəsində bəraət hökmü çıxarılması qənaətinə gəlmişdir. Digər tərəfdən keçirilən baxış istintaq hərəkətləri ilə bağlıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qeyd etmişdir ki, o üzərinə baxış keçirilməsi zamanı video çəkilişdə müdafiəçisinə üzərinə narkotik vasitənin qoyulmasını demişdir. Aşkar edilmiş narkotik vasitəni tərəziyə qoyarkən də onu yüklədiklərini bildirmişdir. Lakin bu x üsusatla bağlı kriminalist təhqiqatlar qrupunun əməkdaşını dindirmişlər. Sonuncu həmin istintaq hərəkətinin fasiləsiz həyata keçirildiyini və hər hansı bir müdaxilənin və montajın olmadığını bildirir. Bundan başqa evinə baxış keçirilən zaman orada video görüntüyə əsasən bir polis əməkdaşı düşmüşdür. Digər polis əməkdaşları görüntüdə olmamışlar. Bununla bağlı bildirilir ki, video çəkilişdə kamera eyni vaxtda bütün istintaq hərəkəti zamanı iştirak edən şəxsləri göstərə bilməz. Eyni zamanda çəkiliş vəkilin iştirakı ilə keçirilmişdir. Ən azından kənar şəxs tərəfindən narkotik vasitənin qoyulmasını görsəydi, müdafiəçi bu məsələyə müdaxilə edə bilərdi. Məhkəmənin qərarı ilə də həmin istintaq hərəkətləri qanuni hesab edilmişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-76/ 2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-185/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəlilləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilm əmiş, bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-76/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi m üəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində ibtidai istintaq dövründə toplanmış sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymətləndirilmədiyini, nəticədə X2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə bəraət verilməklə əsassız və qanunsuz qərar qəbul edildiyini iddia edib, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-76/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilmə si tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CP M-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
22. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
23. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, möt əbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
24. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
25. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, m əhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların, o cümlədən kassasiya protestində bəraət verilmiş şəxsin ittiham edildiyi cinayət əməlini törətməkdə təqsirini təsdiqləyən ən vacib sübut olduğunun iddia edildiyi, lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ek spertizası Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-4/1589 nömrəli ekspertiza rəyinə əsasən saxtalaşdırılması təsdiq olunmuş şəxsi axtarış və götürmə barədə protokolun istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMnin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
26. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
27. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır. (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
28. Məhkəmə kollegiyası kassasiya müraciətində təsvir edilən dəlilləri nəzərdən keçirib qeyd edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin araşdırması nəticəsində qəbul edilən apellyasiya instansiyası məhkəməsinin qərarında bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırılma verilmişdir.
29. Baxılan kassasiya protestinin müəllifi isə hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsə lə qaldırmır.
30. Müvafiq olaraq məhkəmə kollegiyası belə qənaətdədir ki, kassasiya protestində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya müraciətində göstərilənlər bu nəticələri təkzib etmədiyindən, bununla yanaşı mübahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, həmin qərarı şübhə altına almaq üçün əsas müəyyən edilmir.
31. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan ap ellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti əsassız olduğundan təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-76/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-76/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.