Məhkəmə qərarları › İş №1(102)-2027/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2027/2023

02.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2027/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9, Məhkum7, Məhkum5 müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X10 Məhkum Təqsirləndirilən şəxs17 müdafiəçisi Bakı şəhəri “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vək ili Müdafiəçi33 iştirakları ilə, Təqsirləndirilən şəxs17, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Məhkum1, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Məhkum2, Təqsirləndirilən şəxs9, Məhkum3, Təqsirləndirilən şəxs10, Məhkum4, Təqsirləndirilən şəxs12, ş Məhkum5, Təqsirləndirilən şəxs14, Məhkum6, Təqsirləndirilən şəxs15, Seyidov X18, Təqsirləndirilən şəxs16, Təqsirləndirilən şəxs18, Təqsirləndirilən şəxs19, Təqsirləndirilən şəxs20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 206. 3.2, 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.2.1, 240.3.1, 240.3.2, 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs11 və Təqsirləndirilən şəxs13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 1(103)-193/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs17 müdafiəçisi Müdafiəçi33 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 1(101)-94/2021 nömrəli hökmü ilə (hakimlər X24 oğlunun sədrliyi ilə, X26 və X2 ibarət tərkibdə) Təqsirləndir ilən şəxs17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 206.4-cü maddəsi ilə 8 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsi ilə 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.3.1 və 240.3.2-ci maddəsi ilə 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcının 08 yanvar 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin, digər məhkumların da təqsirlilik məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

2. Həmin hökmdən məhkum edilmiş şəxslər Məhkum6, Təqsirləndirilən şəxs18, Təqsirləndirilən şəxs19, Məhkum7, Təqsirləndirilən şəxs10, məhkum Təqsirləndirilən şəxs5 özü və onun müdafiəçisi X19 tərəfindən ayrı-ayrılıqda, məhkumlar X11, Təqsirləndirilən şəxs6, Məhkum2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs16, Məhkum1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs14, onun müdafiəçisi Müdafiəçi38, məhkum edilmiş şəxs X6, onun və digər məhkum edilmiş şəxs Məhkum5 müdafiəçisi X29, məhkum Təqsirləndirilən şəxs20 və onun müdafiəçisi Müdafiəçi38 tərəfindən birgə imzalanmaqla, Təqsirləndirilən şəxs20 digər müdafiəçisi Müdafiəçi18 tərəfindən ayrılıqda, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs15 müdafiəçisi Müdafiəçi39, məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs17 müdafiəçisi Müdafiəçi33 tərəfindən ayrı-ayrılıqda, Məhkum3 müdafiəçisi Müdafiəçi34 və Məhkum4 müdafiəçisi Müdafiəçi5 tərəfindən apellyasiya şikayətləri, eləcə də məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi36, məhkum Təqsirləndirilən şəxs10 müdafiəçisi Müdafiəçi40, məhkum Təqsirləndirilən şəxs19 müdafiəçisi Müdafiəçi41 tərəfindən özlərinin apellyasiya şikayətlərinə əlavələr verilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-193/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs20 və onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, iş üzrə verilmiş digər apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-94/2021 nömrəli hökmünün Təqsirləndirilən şəxs18, Təqsirləndirilən şəxs19, Təqsirləndirilən şəxs17 və X12 aid hissədə dəyişdirilməsi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-193/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 Ağakərim oğlu tərəfindən kassasiya protesti və məhkum Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs19 müdafiəçisi Müdafiəçi33, məhkumlar Məhkum6, Təqsirləndirilən şəxs20 və E.Ə.Tağıyevin müdafiəçisi Müdafiəçi38, məhkumlar Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs15 və Məhkum3, M əhkum5 müdafiəçisi Müdafiəçi46 və məhkumlar Təqsirləndirilən şəxs7 və Təqsirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi47 tərəfindən kassasiya şikayətləri və Məhkum3 müdafiəçisi Müdafiəçi34 Cəmaləddin oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X20 (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə) 28 fevral 2023-cü il tarixli, 1(102)-137/2023 nömrəli qərarı ilə məhkumlar Məhkum3, Məhkum5, Təqsirləndirilən şəxs15, Təqsirləndirilən şəxs7 Safalı oğlunun və Təqsirləndirilən şəxs6 ərizələrinin təmin edilməsi, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs15, Məhkum5 müdafiəçisi Müdafiəçi46, məhkumlar Təqsirləndirilən şəxs7 və Təq sirləndirilən şəxs6 müdafiəçisi Müdafiəçi47 və Məhkum3 tərəfindən verilmiş kassasiya şikayətləri və Müdafiəçi34 tərəfindən Məhkum3 kassasiya şikayətinə verilmiş əlavəsinin geri qaytarılması və həmin kassasiya müraciətləri üzrə icraata xitam verilməsi, Dövlət ittihamçısı2 kassasiya protestinin təmin edilməsi, məhkum Təqsirləndirilən şəxs5, müdafiəçilər Müdafiəçi33 və Müdafiəçi38 kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının məhkumlar Təqsirləndirilən şəxs17, Təqsirləndirilən şəxs18, Təqsirləndirilən şəxs20 və Təqsirləndirilən şəxs19 aid hissələrdə ləğv edilməsi və cinayət işinin həmin hissələrdə yeni apellyasiya baxışına təyin olunması, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-c i il tarixli qərarının Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs5, Məhkum6 və Təqsirləndirilən şəxs14, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.2, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə məhkum olunmalarına dair hissələrdə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Cinayət işi materiallarından müəyyən edilir ki, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edildiyi ərəfədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli, 1(103)-193/2022 nömrəli qərarından məhkumlar Məhkum7, Məhkum1, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs3, X21, X22, Məhkum3 və müdafiəçisi, Məhkum5 müdafiəçisi, Məhkum4 müdafiəçisi, Təqsirləndirilən şəxs17 müdaf iəçisi və Məhkum2 müdafiəçisi tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İİ. Hüquqi məsələlər

7. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 412.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir.

8. Həmin Məcəllənin 412.5-ci maddəsinə əsasən hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz.

9. Bakı Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə daxil olmuş 13 iyul 2023-cü il tarixli məktubdan və cinayət işi materiallarından görünür ki, cinayət işinin Ali Məhkəməyə göndərilməsi üçün əsas məhkumlar tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətləri ilə bağlı olmuşdur.

10. Lakin məhkum Təqsirləndirilən şəxs17 müdafiəçisi Müdafiəçi33 tərəfindən verilmiş kassasiya şikayətinə diqqət yetirdikdə müəyyən edilir ki, həmin kassasiya şikayəti məhkum Təqsirləndirilən şəxs17 münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı ilə ləğv edilmiş, qanuni qüvvədə olmayan Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarından olmuşdur.

11. Cinayət işi materiallarından müəyyən edildiyi kimi hazırda məhkum Təqsirləndirilən şəxs17 müdafiəçisi Müdafiəçi33 mübahisələndirdiyi qərar məhkum Təqsirləndirilən şəxs17 münasibətdə kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməklə öz hüquqi qüvvəsini itirmişdir.

12. Belə ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması bu Məcəllənin 381-407-ci maddələrinə müvafiq olaraq aparılır.

13. İş materiallarından da göründüyü kimi dövlət ittihamçısının kassasiya protesti əsasında hazırda məhkum Təqsirləndirilən şəxs17 müdafiəçisi Müdafiəçi33 mübahisələndirdiyi Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs17 münasibətdə ləğv edilmiş və cinayət işi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimlərindən, yəni hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X23 və X8 ibarət tərkibdə yeni apellyasiya baxışına təyin edilmişdir.

14. Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair tələblərini özündə ehtivan edən 413.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protestində hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması öz əksini tapmalıdır.

15. Göründüyü kimi məhkum Təqsirləndirilən şəxs17 müdafiəçisi Müdafiəçi33 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində qanunsuz və əsassız olduğu idda edilən apellyasiya instansiya məhkəməsinin qərarının hüquqi qüvvəsi mövcud deyildir.

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya mə hkəməsi tərəfindən kassasiya şikayəti və ya protestinin mümkünlüyü məsələsi araşdırılarkən şikayət vermiş şəxslərin CPM-nin 412-ci maddəsində göstərilən “Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydası”-na riayət edib-etməmələri mütləq araşdırılmalıdır.

17. Lakin hazırda müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarından verilməsinə diqqət etməmiş, bununla da, Azərbaycan Respublikası CPM-nin 412 və 415-ci maddələrində təsbit olunmuş prosessual qanunvericilyinin tələblərini pozaraq kassasiya şikayətinin mümkünlüyünə qiymət vermədən kassasiya şikayətini iş materialları ilə birlikdə Ali Məhkəməyə göndərmişdir.

18. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 418.3-ci maddəsinə əsasən kassasi ya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır.

19. Odur ki, göstərilənləri yekunlaşdıraraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs17 müdafiəçisi Müdafiəçi33 tərəfindən verilmiş kassasiya şikayəti, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 412 və 415-ci maddələrinin tələblərinin yoxlanılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.

20. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs17 müdafiəçisi Müdafiəçi33 tərəfindən verilmiş kassasiya şikayəti şikayətin mümkünlüyü məsələsinin yoxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar