Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2028/2024 19.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun nümayəndəsi Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8 və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)1340/2024 nömrəli qərarından barəsində xüsusi ittih am qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Xüsusi ittihamçı X1 Valeh Allahyar oğlunun, X2, X10, X11, X20, X24 və X17 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim: X12) 08 aprel 2024-cü il tarixli, 1(007)-291/2024 nömrəli qərarı ilə X8, X2, X10, X11, X20, X24 və X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməsi qərara alınmışdı r.
3. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X34 (sədrlik edən və məruzəçi hakim), X21 və X22 ibarət məhkəmə tərkibində) 30 may 2024-cü il tarixli, 1(103)1340/2024 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin olunması, X4 xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və xüsusi ittiham qaydasında şikayət üzrə materialların Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)1340/2024 nömrəli qərarından barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
6. Kassasiya şikayətinin dəlilləri qismində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə daxil olmuş şikayətlərin araşdırılması üçün Həmkarlar İttifaqı üzvlərinin iştirakı ilə araşdırma komissiyası yaradılmış, araşdırma nəticəsində rəy tərtib edilmiş və komissiyanın üzvləri olan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X15, X3, X18, X19, X31, X35 və X26 araşdırma komissiyasının rəyini imzalamışlar. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8, X2, X10, X11, X20 və X17 əməllərində cinayət əlamətləri yoxdur, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X4 barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş X8, X2, X10, X11, X20, X24 və X17 Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Apellyasiya instansiya məhkəməsi heç bir prosessual əsas olmadan qanunsuz olaraq birinci instansiya məhkəməsinin qərarının ləğvi qənaətinə gəlmişdir.
7. Qeyd etdiklərinə əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 30 may 2024-cü il tarixli, 1(103)-1340/2024 nömrəli qərarının ləğv edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 etiraz ərizəsi ünvanlayaraq, kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını, bu səbəbdən də apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
9. Qərardan xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X15 və müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətlərinin təmin edilməsini xahiş etdilər.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 və onun nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. İİİ. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya p rotestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində v ə hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir.
16. Azərbaycan Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir.
17. CPM-in 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barəd ə məsələyə də baxılır.
18. Belə ki, CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1 şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2 törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq e dildiyi; 293.3.4 şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5 cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6 şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7 şikayəti vermiş şəxsin imzası.
19. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin xüsusi ittihamçının xüsusi ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməkdə haqlı olmaması nəticəsinə gəlmiş və bu qənaətini onunla əsaslandırm ışdır ki, birinci instansiya məhkəməsi hazırlıq iclasında mübahisələndirilən qərarı qəbul etməklə cinayət-mühakimə icraatının vəzifə və prinsiplərini, CPM-in normalarının tələblərini pozmuşdur ki, nəticə etibarı ilə məhkəmə tərəfindən məhkəmənin hazırlıq iclası mərhələsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərarın qəbul edilməsi qanuni və əsaslı hesab edilə bilməz ona görə ki, hazırkı iş üzrə xüsusi ittihamçı məhkəməyə təqdim etdiyi şikayətində CPM-in 293.3.1-ci və 293.3.7-ci maddələrində nəzərdə tutulmuş bütün hallar barədə məlumatı göstərmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs S.Hüseynova birinci instansiya məhkəməsinə verdiyi şikayət ərizəsində X15, X3, X16, X19, X31, X6 Nabat Tapdıq qızı barəsində xüsusi ittiham qaydasında şikayət versə də, apellyasiya şikayətində, həmçinin apellyasiya instansiyasında verdiyi izahatında hazırda yalnız X5 şikayətçi olduğunu, digər şəxslərə qarşı isə heç bir şikayətinin olmadığını bildirmişdir.
20. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin göstərilən mövqeyini əsaslı hesab edərək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətində qeyd olunan məlumatlar məhkəməyə də təqdim edilmiş, eyni zamanda apellyasiya instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz kim tərəfindən törədilməsinə dair şikayətin məzmunun dəqiqləşdirilməsi məqsədi ilə yeni qərar qəbul edilməsi qənaətinə gəlinməsi qanun i və əsaslı olmuşdur.
21. Şərh olunanlara əsasən kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin işin faktiki hallarını düzgün qiymətləndirməməsi, əsassız və qanunsuz olaraq hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməsi barədə gəldiyi nəticə əsaslıdır. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarının ləğv olunması, xüsusi ittiham qaydasında şikayət ərizəsi və toplanmış materialların birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi qənaətinə gəlmişdir.
22. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məzmununa əsasən həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Apellyasiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir.
23. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)1340/2024 nömrəli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır.
24. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Xüsusi ittiham qaydasında material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-1340/2024 nömrəli qərarı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.