Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2029/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə x xxxxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Goranboy rayonunun Cinliboluslu kəndində yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli hökmü ilə (hakim: M.Ş.Niftəliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azad lıqdan məhrumetmə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2022ci il tarixdən hesablanması, həmçinin, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasının təmin edilməsi, Məhkum 1500 manat alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023cü il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən), R.M.Cəfərov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilmiş, Ağdam Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli hökmü cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmişdir. Azərbaycan Respublikasının CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum təyin olunmuş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası Ağdam Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli hökmü ilə CM-in 178.2.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Məhkum üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum tamah niyyəti ilə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 5 a prel 2022-ci ildə saat 10 radələrində Zərərçəkmiş şəxs onunla birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan nəvəsi X2 məhkəmədə daha yüngül cəza hesab edilən azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyi barədə ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan 051-451-33- 88 nömrəsinə zəng edib inandırmaqla yalandan vəd verib aldadaraq hərbi xidmətdə bir yerdə olduğu Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində qeydiyyatda olan tanışı Şahid2 adına «Leobank»da rəsmiləşdirilmiş son 8 rəqəmi 58542139 olan plastik karta Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən OBA marketdə fəaliyyət göstərən «eManat» ödəniş terminalından 2000 (iki min) manat pulun köçürülməsinə nail olub həmin pul məbləğini Gəncə şəhəri N.Nərimanov Prospekt i Aptek Dokta ünvanında fəaliyyət göstərən ATM 063 nömrəli bankomat terminalından əldə etməklə öz şəxsi ehtiyaclarına sərf edib nəticədə heç bir iş görməyib aldatma yolu ilə özgə əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgə əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 11 aprel 2022-ci ildə saat 09 radələrində yenidən ***-***-**-** nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** nömrəyə zəng edib X2 guya şəxsi münasibəti olan hakimlə danışılıb daha yüngül cəza hesab edilən azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyi barədə söz verib Zərərçəkmiş şəxs inandıraraq yalandan vəd verib özünün adına «Leobank»da rəsmiləşdirilmiş son 8 rəqəmi 60611948 nömrəli plastik karta Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ruzi marketdə fəaliyyət göstərən «eManat» ödəniş terminalından 1000 (bir min) manat pulun köçürülməsinə nail olub həmin məbləği Gəncə şəhəri Ş.Hüseynov küçəsi 2, "xxxx" Kommersiya Bankı ASC-nin Kəpəz filialında fəaliyyət göstərən ATM 062 nömrəli bankomat terminalından nağdlaşdırıb əldə edərək öz şəxsi ehtiyaclarına sərf edib nəticədə heç bir iş görməməklə dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarının dəyişdirilməsi və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. Şikayətdə qeyd edilir ki, o, törətdiyi cinayət əməlinə görə peşmançılıq çəkir, himayəsində yaşlı anası var, ondan başqa evə gəlir gətirən yoxdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Eyni zamanda dəymiş ziyanın 25%-ni dövlət hesabına ödəməyə hazırdır. Odur ki, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və barəsində CM-in 178.2.2-ci maddəsi ilə olan cinayət işinə xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, vurulmuş ziyanın tamamilə ödənilməsinə dair ərizəni əsas tutmaqla qanuna müvafiq qərarın qəbul edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız h əmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Məhkum zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi üçün hazır olduğunu nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsi xahiş edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə 80-1-ci maddəsi əlavə edilmişdir. CM-nin 80-1-ci maddəsi - zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etməni nəzərdə tutur. Bu maddədə qeyd edilir ki, məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Hazırkı işin materiallarından görünür ki, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş və məhkum tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənilmişdir. Kassasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş cəzadan azad olunması üçün dövlət büdcəsinə ödənilməli olan yeddi yüz əlli manat məbləğində ödənişi təsdiq edən, xx.xx.2023-cü il tarixli, GPP ********** nömrəli Mədaxil Qəbzi məhkəmə kollegiyasına təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayətində göstərildiyindən fərqli olaraq, məhkum edilmiş şəxs cinayət işinin ibtidai araşdırılması zamanı və ya məhkəmə hökmünün qanuni qüvvə aldığı vaxta qədər olan müddət ərzində deyil, cəza çəkdiyi dövrdə vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən Məhkum cinayə t məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və Azərbaycan Respublikası CM-nin 80-1-ci maddəsinə müvafiq olaraq Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Ağdam Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarı ilə dəyişdirilərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməli və onun barəsində apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CM-nin 73-1.2 və 80-1-ci maddələrini və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən tə min edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 may 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Ağdam Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından Azərbaycan Respublikası CM-in 80-1 və 73-1.2-ci maddələrinə əsasən zərərçəkmiş şəxslə barışdığına, ona dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə azad edilsin və apelyasiya instansiyası məhkəməsinin qərarından Məhkum Azərbaycan Respublikası CM-in 178.2. 2-ci maddəsi ilə, habelə Azərbaycan Respublikası CM-nin 66.2 və 66.5-ci maddələri ilə cəza təyin olunmasına dair müddəalar xaric edilsin. Məhkum üzərində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 iyul 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-2029/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2029/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver