Məhkəmə qərarları › İş №1(102)-2029/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2029/2024

04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2029/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və X1 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və maraqlara toxunan şəxsin nümayəndəsi və vəkili Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə mülki iddianın həlli ilə bağlı məsələyə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 aprel tarixli, 1(103)-104/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: N.Kərimov (sədrlik edən və məruzəçi), R.Allahverdiyeva və T.Nəsrullayevadan ibarət tərkibdə) 2017-ci il 19 oktyabr tarixli, 1(103)455/2017 saylı hökmü ilə, xx xxxxxx 1950-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli, 1657 nömrəli əfv sərəncamına əsasən, cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda da yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxs və mülki iddiaçı X4 mülki iddiasının, yəni ittiham həcmində təmin olunması, bununla da, zərərçəkmiş şəxs və mülki şəxs X5 vurulmuş maddi ziyanın ödənilməmiş qalan 212.500 dolları məbləğində hissəsinin Məhkum alınıb ona ödənilməsi, Məhkum məxsus ünvan 2 ünvanında yerləşən mənzilin müsadirə edilərək, onun realizə edilməsi nəticəsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki iddiaçı X5 dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsinə sərf edilməsi hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 1(103)-455/2017 saylı hökmündən Məhkum apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Faiq Qasımov (sədrlik edən və məruzəçi), Sahibxan Mirzəyev və Elşad Şamayevdən ibarət tərkibdə) 2018-ci il 16 yanvar tarixli, 1(103)-82/2018 nömrəli qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) il müddətindən 06 (altı) il müddətinə endirilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Məhkum barəsində olan cinayət işi üzrə m araqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi Müdafiəçi1 ərizəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2018-ci il 16 yanvar tarixli qərarından təqdimat verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Əziz Seyidov (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Ələsgər Novruzovdan ibarət tərkibdə) 2023-cü il 6 sentyabr tarixli, 1(102)-2025/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən verilmiş təqdimat təmin edilərək Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 yanvar 2018-ci il tarixli qərarı Məhkum məxsus ünvan 2 ünvanında yerləşən mənzil müsadirə edilərək, onun realizə edilməsi nətic əsində əldə ediləcək pul vəsaitinin zərərçəkmiş şəxs və mülki iddiaçı X5 dəymiş maddi ziyanın qalan hissəsinin ödənilməsi hissəsində ləğv edilmiş, cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum başqa şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədiylə İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlak Komitəsinin "Ticarət-xidmət, istehsalat müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi mərkəzinin nəzdində olan ünvan 3 ünvanında yerləşən 39 saylı avtodayanacağın müdiri vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə həmin avtodayanacağın yerləşdiyi 80 sot torpaq sahəsini içərisində olan daş ınmaz əmlakla birlikdə özəlləşdirərək, X5 500.000 ABŞ dolları məbləğində pula satacağına dair sonuncuya yalandan aldadaraq, özəlləşdirmənin aparılması üçün X3 2007- ci ilin may ayında ünvan 3 ünvanında yerləşən 39 saylı avtodayanacağın həyətində həmin dövrün məzənnəsi ilə 86.520 manat təşkil edən 100.000 ABŞ dolları, 2007-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən "Əfsanə” kafesində həmin dövrün məzənnəsi ilə 256.170 manat təşkil edən 300.000 ABŞ dolları, 2007-ci ilin avqust ayının axırlarında isə həmin dövrün məzənnəsi ilə 52.941,8 manat təşkil edən 62.500 ABŞ dolları məbləğində pulunu alıb həmin torpaq sahəsinin yalnız 0,55596 ha hissəsini özəlləşdirdikdən sonra vədinə əməl etməyərək, özəlləşdirdiyi torpaq sahəsini müxtəlif şəxslərə sataraq, zərərçəkmiş şəxs X4 həmin dövrün məzənnəsi ilə 395.631,8 manat təşkil edən ümumilikdə, 462.500 ABŞ dolları məbləğində pulunu ələ keçirməklə sonuncuya külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MƏHKUMUN VƏ MARAĞİNA TOXUNAN ŞƏXSİN VƏKİLİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi faktiki öz mövqeyindən deyil, Ali Məhkəmənin mövqeyindən çıxış etmişdir. Belə ki, Ali Məhkəmənin qərarında açıq-aşkar Məhkum məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 pay hissəsinə müsadirənin tətbiq edilməsinə dair qərarın qəbul edilməsi göstərilmişdir. Buna səbəb, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi olm uşdur. Həmin qətnamə ilə Maraqlı şəxs iddia tələbi təmin edilərək yuxarıda qeyd olunan ünvanda yerləşən 16,8 kvadrat metr ölçüdə olan bir otaqdan ibarət yaşayış evi üzərində iddiaçıya 2/3 hissədə, cavabdeh Məhkum isə 1/3 hissədə pay hüququ müəyyən edilmişdir. Birinci növbədə göstərmək istəyir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qətnaməsini qəbul etməyə haqlı olmamışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19.10,2017-ci il tarixli hökmü 16 yanvar 2018-ci il tarixdə qüvvəyə minmiş və həmin ev artıq müsadirə edilərək hüquqi baxımından Məhkum məxsus olmamış, belə olan halda isə onun tərəflər arasında bölünməsi əsassız və qanunsuzdur. Bununla yanaşı, qətnamədən görünür ki, məhkəmə iclasında iddiaçı Maraqlı şəxs bildirmişdir ki, əri Məhkum ayrı yaşayır. Bu həq iqətə uyğun olmayan məlumatdır. Belə ki, həmin dövrdə Məhkumov cəza çəkmiş və təbii ki, ər və arvad ayrı yaşamışlar. Hazırda isə onlar birgə və məhz mübahisəli ünvanda yaşayırlar. Sonuncu dəfə isə işə apellyasiya instansiyası məhkəməsində baxılarkən, arvadı iştirak etməsə də, Məhkum hər iclasda iştirak edərək arvadı Maraqlı şəxs nümayəndəsi ilə eyni mövqedən çıxış etmişdir. Bundan başqa, mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılarkən iddiaçı Maraqlı şəxs bildirmişdir ki, Məhkum mübahisəii evin 2/3 payının ona verilməsinə etiraz etmir. Bununla əlaqədar iddia ərizəsinin bir surəti məhkəmə tərəfindən həmin vaxtı cəza çəkən Məhkum göndərilməklə münasibət bildirməsi təklif olunmuş və sonuncu, evin 1/3 payının ona, 2/3 payının arvadına verilməsini məhkəmədən xahiş etmişdir. Hamıya b əllidir ki, yuxanda qeyd olunan 16 kvadrat metr ölçüdə ev nə Məhkum, nə onun arvadı Maraqlı şəxs, nə də zərərçəkmiş şəxs Afər Əfəndiyevi maraqlandırmır. Bu mübahisənin predmeti evin yerləşdiyi Bilgəh qəsəbəsində olan 0,14 hektar torpaq sahəsidir. Həmin ərazidə yerləşən torpağın 0,1 hektarı 10.000-20.000 manat dəyərindədir. Məhkum istifadəsində olan torpaq ona tam qanuni əsaslarla veriimiş və onun özəlləşdirilməsi üçün hər hansı bir maneə yoxdur. Dövlətin qoyduğu mövcud qaydalara əsasən torpağın özəlləşdirilməsi üçün cüzi (torpağın real qiyməti qarşısında) bir rüsum ödənilməlidir. Lakin, Məhkum torpağı hazırkı vaxtadək özəlləşdirməmişdir. Ən maraqlısı ondan ibarətdir ki, bu torpaq sahəsində Məhkum tərəfindən 2 mərtəbəli ev tikilmiş, həmin evdə sonuncu hazırda arvadı ilə birgə yaşayır, 16 kv adrat metr ölçüdə ev isə yəgin ki, yardımçı sahə kimi istifadə olunur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 aprel tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul ediməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Rəşad Məmmədli çıxış edərək kassasiya protestinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum və maraqlara toxunan şəxsin nümayəndəsi və vəkili Müdafiəçi1 məhkəmə iclasında çıxış edərək kassasiya protestinin təmin olu nmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kas sasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanu nların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı apelyasiya instansiyası məhkəməsinin qərarının mülki iddia hissəsində qanunsuz və əsassızlığıni mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəm ə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumun və vəkilin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Dövlət ittihamçısı kassasiya protestində Azərbaycan Respublikası adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnamasini mübahisələndirərək həmin qətnamənin qanunsuz və əsassızlığını sübut etməyə çalışmışdılr. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Konstitusiyanın 129-cu maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburudir. Azərbaycan Rsepublikasının Mülki-Prossesual Məcəlləsinin 15-ci maddəsi “Məhkəmə aktlarının məcburuliyi” adlanır. Həmin maddəyə əsasən: 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Azərbaycan Rsepublikasının Cinayət-Prossesual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Qeyd edilən Qanun normalarından da görünür ki, qanuni qüvvəyə m inmiş məhkəmə qərarlarının yenidən məhkəmələrdə mübahisələndirilməsi imkanı konkret sübeklərə münasibətdə yol verilən və çox məhduddur. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini mübahisələndirməsi, həmin mülki iş üzrə işin faktiki hallarını təhlil edərək qiymətləndirməsi yuxarıda qeyd edilən Qanunvericliyin imperativ tələblərinə ziddir. Eyni zamanda, kassasiya protestinin digər dəlilləri də əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısnın kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstər ilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 19 oktyabr tarixli, 1(103)-455/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə mülki iddianın həlli ilə bağlı məsələyə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 aprel tarixli, 1(103)-104/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar