Məhkəmə qərarları › İş №1(102)-2029/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2029/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2029/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli 1(008)701/2024 nömrəli (hakim: Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi) hökmü ilə xx.xx.1978-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, onun CM-in 69.3-cü maddəsinə əsasən 5 may 2024-cü il tarixdən 7 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 3 avqust 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Amin Şəkərəliyev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrliyi ilə), İbrahimli İbrahim Adil oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət məhkəmə tərkibində) 11 fevral 2025-ci il tarixli 1(103)202/2025 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib, saxlayıb, daşım ışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,231 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, saxlayıb daşımış, narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlanılmasında şübhələnildiyi üçün Bakı şəhəri, Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən 5 may 2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X küçəsində fərdi evin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd şəffaf sellofanan bükülmüş halda xeyli miqdarda təmiz çəkisi 0,231 qram olan kustar üsulla hazırl anmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarı əsassız və işin faktiki hallarına uyğun olmadığından ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilmelidir. Məhkəmə Məhkum satış məqsədi ilə psixotrop maddə eldə etməsi ilə bağlı sübutların tədqiqinə və giymətləndirilməsinə dair yanlış mövqedən çıxış etməklə ittihamın əsasını təşkil edən sübutlara düzgün qiymət verməmiş, qeyri-obyektiv təhlil aparmaqla obyektiv həqiqəti müəyyən etməmişdir. Belə ki, Məhkum onun istifadəsində olan mobil nömrəyə ötürülən narkotik vasitənin qanunsuz satışı məzmununda sms mətni ilə bağlı həmin mobil nömrənin sahibini tanımadığını və sonuncunun ondan nə istədiyini bilmədiyini desə de, CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin gün saat 13:17-də eyni nömrədən zəng olunaraq 37 saniyə danışması, Məhkum mobil nömrəsindən isə həmin nömrəyə zəng olunaraq saat 14:12-da 9 saniyə danışması barədə sual verilərkən təqsirləndirilən şəxs suala formal olaraq "tanımıram" cavabını vermisdir. Bundan əlavə, Məhkum istifadəsində olmuş ********** saylı mobil nömrəyə gələn və çıxan zəngləri, sms mətnləri özündə əks etdirən diskə baxış zamanı müəyyən edilir ki, xx.xx.2023-cü ildə saat 01:26-da ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə "Qaqa 20 daq mehledeyem" məzmunlu sms mətni ötürülmüs, xx.xx.2023-cü il tar ixdə saat 17.31-da ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə, əksinə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə saat 18:13-də zəng olunmus, ümumilikdə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif vaxtlarda qarşılıqlı zənglər olunaraq həmin nömrələr arasında telefon danışığı aparılmısdır. Bundan əlavə, Məhkum istifadəsində olan həmin nömrədən xx.xx.2023-cü il tarixdə saat 21:10-da ***-***-**-** saylı mobil nömrəyə bank kartına aid "**********151961 rəqəmlər atılmışdır. Lakin məhkəmə isə Məhkum onunla mütəmadi telefon danışığı aparmıs, hətta narkotik vasitə almaq üçün müraciət etmiş ********** saylı mobil nömrənin sahibini yalnız "tanimiram" deməsi baredə formal ifadəsinə əsaslanaraq Məhkum narkotik vasitələr, psixotrop maddalərin sat ışı ilə məşğul olmaması barədə haqsız olaraq yekun nəticəyə gəlmişdir. Məhkum ifadəsində narkotik vasitəni istifadə etməsi üçün bəzi şəxslərə verməsi hallarının olduğunu etiraf etmişdir. Məhkum yuxarıda qeyd olunanları etiraf etməsi və onun mobil telefonuna narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli SMS-lərin daxil olması, SMS-ləri göndərən şəxslə çoxsaylı danışıqlarının olması faktının müəyyən edilməsi, ancaq həmin SMS-lərin kimlər tərəfindən göndərilməsi ilə bağlı onun suallara cavab verə bilməməsi, eyni zamanda istifadə etdiyi mobil nömrədən digər nömrəyə bank kartının nömrəsinin göndərilməsi faktı özü-özlüyündə narkotik vasitələrin qanunsuz dövriyyəsində ciddi şübhələr yaradır. Beləliklə, məhkəmə Məhkum əməli ilə bağlı gəldiyi nəticə işin faktiki hallarına uyğun olma mışdır. Məhkum cinayət əməlini ifşa edən faktlarla müqayisədə məhkəmə qəbul etdiyi hökmündə yuxarıda qeyd olunanlarla bağlı heç bir sübuta istinad etməmiş, Məhkum cəzasının yüngülləşdirilməsi əsası kimi yalnız onun və ailə üzvlərinin verdikləri əsassız və həqiqətə uyğun olmayan ifadələrini qəbul etmiş və nəticə etibarilə ağır cinayət əməli törətmiş şəxsə ədalətli cəza təyin edilməsi məqsədinə nail olunmamışdır. Odur ki, qeyd edilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumun əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməli olduğu hal da, əsassız olaraq həmin Məcəllənin 234.1ci maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 f evral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin c inayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmi yyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstit usiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçı sının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamış, onun cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmədiyi, iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd oluna n psixotrop maddəni satış məqsədilə əldə etmədiyi qənaətinə gəlinərək onun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu barədə qənaətə gəlinmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya protestində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkum ona hökm ilə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya protestində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin əməlin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kolle giyası protestin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, məhkəmələrin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məs uliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarına əsasən həqiqətən məhkumun üzərindən aşkar olunmuş psixotrop maddəni satış niyyəti ilə əldə edib saxlamasını və daşımasını, psixotrop maddələrin satışı üçün istehlakçı ilə razılaşmalarının olmasını, xü susi avadanlığın olmasını təsdiq edən və ya həmin xüsusatlar barədə məlumatları əks etdirən hər hansı bir mötəbər sübut müəyyən olunmamışdır. Cinayət işinin materiallarından müəyyən olunduğu kimi, Məhkum məhz psixotrop maddələrin aludəçisi olduğundan, ondan istifadə etdiyindən psixotrop maddəni özündə saxlamışdır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı əldə etdiyi psixotrop maddəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Odur ki, aşkar edilmiş psixotrop maddənin Məhkum məxsus olması cinayət işi üzrə toplanılmış sübutlarla öz təsdiqini tapsa da, həmin psixotrop maddəni satış məqsədilə əldə etməsinə dəlalət edən hər hansı bir sübut aşkar edilməmişdir. Məhkum psixotrop maddə olan metamfetamini satış məqs ədi ilə əldə etməsi barədə “telefon yazışmalarının mövcud olmasına dair” verilmiş ittihamın mötəbər sübutu kimi istinad olunması barədə kassasiya protestinin dəlillərinə gəldikdə isə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum istifadəsində olan mobil telefona daxil olan və çıxan zənglərə baxış zamanı, Məhkum əldə etdiyi psixotrop maddəni hər hansı şəxsə satması, pay və sair maraq müqabilində verməsi, hər hansı şəxslə əlbir olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin cinayət işinin materiallarında olan “Azərfon MMC”-dən daxil olmuş “CD” diskin içərisində mobil nömrələrə daxil olan və çıxan zənglər, göndərilən və daxil olan SMS-lər və danışıqlar barədə məlumatlar tam əks etdirilsə d ə, qeyd olunan mobil nömrələri istifadə edən şəxslər ibtidai istintaq orqanı tərəfindən müəyyən edilib dindirilməmişdir. Əgər Məhkum narkotik vasitələri satması barədə əməliyyat məlumatı mövcud olmuş olsa belə, onun məhz bu istiqamətdə ifşa edilməsi məqsədilə şərti alıcı cəlb olunmaqla və digər zəruri hərəkətlər yerinə yetirilməklə, vacib əməliyyat tədbirləri keçirilməli olmasına baxmayaraq, ümumiyyətlə, belə əməliyyat tədbiri keçirilməmişdir ki, cinayət işinin materiallarından görünür ki, Məhkum polis əməkdaşları tərəfindən psixotrop maddə metamfetaminin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, bu barədə polis əməkdaşlarına hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Sadəcə olaraq təqsirləndirilən şəxs Məhkum özünü şübhəli apardığı üçün şübhəli şəxs q ismində tutularaq bölməyə gətirilmiş, üzərindən 1 büküm 0,231 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, Məhkum əvvəllər psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması və həmin psixotrop maddəni kimdən alması, psixotrop maddələri “satmış olduğu” şəxslərin dairəsi, satış məqsədi ilə saxladığı psixotrop maddə üzrə digər şəxslərlə cinayətkar əlbirliyi və yaxın qohumları ilə əlbir olubolmaması əməliyyat yolu ilə müəyyən edilməmiş, o cümlədən Məhkum istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olmuş SMS mətni ilə bağlı həmin telefon nömrəsinin faktiki istifadəçisinin müəyyən edilib dindirilməsi, sms-dəki məlumatın məhz narkotik vasitə və ya psixotrop maddələrlə bağlı olub-olmamasının aydınlaşdırılması, bunun nəticəsindən asılı olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də vaxtında ifşa olunması məqsədilə heç bir əməliyyat-istintaq tədbirləri keçirilməmişdir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının qərarı ilə kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, hər hansı əsaslanma aparılmadan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Kassasiya məhkəmə kollegiyası həmçinin onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, istintaq orqanı aşkar olunmuş psixotrop maddəyə münasibətdə Məhkum niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-in 1 24.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün heç bir əməliyyat–axtarış və ya istintaq hərəkəti aparılmamış, odur ki, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə Məhkum üzərindən aşkar olunmuş psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Yuxarıda sadalanan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin qeyd edilən müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət i ttihamçısının məhkumun əməlinin düzgün tövsif olunmaması barədə iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları vermiş olduqları eyni məzmunlu ifadələrində göstərmişlər ki, Məhkum əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində şəffaf rəngli kristal formalı maddəni çıxarıb təqdim etmiş, verilmiş suallara cavab olaraq bildirmişdir ki, aşkar olunmuş həmin maddə “şüşə”dir, onu Sabunçu qəsəbəsindən üzdən tanıdığı başqa anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata alıb, şəxsi istifadəsi üçün üzərində saxlayır. İş üzrə dindirilmiş şahidlərdən də heç biri Məhkum psixotrop maddəni satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı məlumat verməmişdir. Onlar müstəsna olaraq Məhkum üzərindən yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, işə baxan aşağı instansiya məhkəmələri məhkəmə baxışı zamanı yuxarıda göstərilən sübutların məcmusuna əsasən Məhkum qeyd olunan psixotrop maddəni satış məqsədilə əldə etmədiyi qənaətinə gələrək məhkumun əməlini CM-in 234.1-ci maddəsi ilə tövsif edərkən düzgün olaraq müəyyən etmişlər ki, məhkumun satış məqsədilə istehlakçılarla razılığa gəlməsi, həmçinin narkotik vasitənin və ya psixotrop maddənin hazırlanması üçün avadanlığın olması barədə hər hansı bir sübut aşkar edilməmiş, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin ümumilikdə bir ədəd sellofan torbada saxlanılmış, bükümlərə bölünməmiş, məhk umun istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəl lənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkuma təyin edilmiş cəzaya münasibətdə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiy a məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2 oktyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 fevral 2025-ci dəyişdirilmədən saxlanılsın. il tarixli qərarı kassasiya protestinə əsasən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar