Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-203/2019 22.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 203/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 22 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, mülki iddiaçının nümayəndəsi X8, Məhkum, müdafiəçi X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məh kəməsinin 07 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı Rövşən Tağızadə tərəfindən verilmiş kassasiya protestinə, mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyul 2017-ci il tarixli hökmü ilə (hakimlər: Məcidov X32 (sədrlik edən), Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) xx xxxx 1976-cı il tarixdə Ucar rayonu, Qaradağlı kəndində anadan olmuş. Azərbaycan Respubli kası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum, Azərbaycan Respublikası CM-nin 179.3.2 və 213.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 179.3.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətə, CM-nin 213.1-ci maddəsi ilə 01 (bır) il müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01( bir) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 02 (iki) il müddətə dövlət və bələdiyyə orqa nlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, zərərçəkmiş-hüquqi şəxs Azərbaycan Respublikası Vergilər Nazirliyi 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş mülki iddia təmin edilmiş, 26.165,88 manat Məhkum tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Mirpaşa Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 27 sentyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən s axlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 sentyabr 2017-ci il tarixli qərarından müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsibov Hafiz Qənbər oğlundan ibarət tərkibdə) 14 fevral 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən yenidən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Qail Fazil oğlu (sədrlik edən və məruz əçi), Səfərov Rizvan Kamal oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 02 oktyabr 2018-ci il tarixli hökmü ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm ləğv edilmiş, Məhkum CM-nin 213.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Məhkum CM-nin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli həmin Məcəllənin 179.2.4-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və bələdiyyə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasının əvvəli 22 dekabr 2015-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Rövşən Tağızadə kassasiya protesti, mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsi isə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum ona etibar edilmiş özgə əmlakım mənimsəməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla talamışdır, bundan başqa xeyli miqdarda vergi ödəməkdən yayınmışdır. Belə ki, o, əvvəlcədən tanıdığı X10 etibarını qazandıqdan sonra aralarında olan şifahi razılaşmaya əsasən sonuncuya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi. Abşeron küçəsində yerləşən tikinti materiallarını n satışı mağazasını şərikinə olaraq işlətmək üçün tikinti materialları ilə birlikdə 3 may 2011-ci il tarixdə təhvil almış və həmin tarixdən 21 sentyabr 2012-ci ıl tarixə kimi qeyd olunan mağazada satıcı kimi işləmiş, həmin müddət ərzində Fazil Sultani tərəfindən ona etibar edilmiş əmlakını, yəni tikinti-inşaat materiallarının nisyə olaraq tanımadığı şəxslərə satılması adı ilə ələ keçirib həmin malların satışından əldə olunmuş 59.025 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəyərək zərərçəkmiş şəxs F.Ə.Sultaniyə külli miqdarda ziyan vuraraq, ona yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamışdır. Bundan başqa o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən mağazada tikinti materialları satışı ilə məşğul olmaq üçün 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata durmaqla (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirərkən 2012-ci ilin yanvar-oktyabr ayları ərzində dövriyyəsi 183212,95 manat, büdcəyə ödəniləcək ƏDV 27150,66 manat olduğu halda, qeydiyyatda olduğu vergi orqanına həmin dövr üzrə təqdim, etdiyi bəyannamələrə təhrif edilmiş məlumatlar daxil etməklə dövriyyəsini azaldaraq. 984.78 manat saldo nəzərə alınmaqla, ümumilikdə xeyli miqdar təşkil edən 26.165.88 manat məbləğində əlavə dəyər vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsi n, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə nəticəyə gəlmək olar ki, Məhkum elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək düzgün olaraq hesab etmişdir ki, Məhkum törətdiyi cinayət əməli CM-nin 179.3.2 və 213.1-ci maddələri ilə tövsif olunmuşdur. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi işi qeyri-obyektiv və birtərəfli apararaq, yaln ız təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələrinə əsaslanaraq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq ağır cinayət törətmiş şəxs barədə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Mülki iddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum özünü məhkəmə istintaq zamanı və eləcə də, ibtidai istintaq zamanı ona elan edilmiş yeni ittiham üzrə təqsirli bilməməsinə baxmayaraq, onun törətmiş olduğu cinayət əməli özünün ilkin ifadələri ilə zərərçəkmiş şəxslərini, şahidlərin ifadələri ilə, keçirilmiş üzləşdirmə, audit yoxlaması ilə və digər təkzib olunmaz istintaq sübutları ilə tam sübuta yetirilmişdir. R.Mənsimovun təqsiri və vergidən yayınması faktı məhkəmə-xətşünaslıq ekspertizası ilə təsdiq olunmuşdur. Lakin, buna baxmayaraq işə apellyasiya instansiyasında yenidən baxılan zaman verilmiş rəy məhkəmə-mühasibatlıq ekspertizası rəyi olmuş və rəydə heç bir əsaslandırma aparılmadan vergilərin hesablanmasına əsas olmuş və R.Mənsimov tərəfindən tərtib edilmiş “qara mühasibatlıq” sənədləri əsasında dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin müəyyən edilmədiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin, kassasi ya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilərək Məhkum əməlində CM-nin 213.1-ci maddəsinin tərkibi olmasının təsdiq edilməməsi və CM-nin 179.3.2-ci maddəsi ilə ittihamın CM-nin 179.2.4-cü maddəsinə tövsif edilməsi qənaə tinə gəlmişdir. İş materiallarından görünür ki, istintaq orqanı və birinci instansiya məhkəməsi məhkumun əməlində CM-nin 179.3.2-ci maddəsinin tərkibinin olmasını zərərçəkmiş şəxs X10 ifadəsinə və rəsmi sənəd olmayan, muhasibatlığa aid olan dəftərdə əks olunmuş pul məbləğinə aid məlumatlar və həmin məbləğlərlə əlaqədar müstəqil auditorun hesabatına istinad etmişdir. Apellyasiya məhkəməsi auditor hesabatının qanunun tələblərinə əsasən sübut kimi qəbul edilməzliyini və zərərçəkmiş şəxsin ifadəsini təsdiq edən hər hansı mötəbər sübutun olmadığını hesab etmişdir. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, rəsmi sənəd olmayan, mühasibatlığa aid olan dəftərdə əks etdirilmiş pul məbləğinə aid məlumatlar və həmin məbləğlərlə əlaqədar müstəqil auditorun hesabatı birinci instansiya məhkəməsi tərəfindən Məhkum təqsirini təsdiq edən sübut kimi qiymətləndirmişdir. Halbuki, həmin dəftərdə əks etdirilmiş məlumatların dolğun və düzgün olması barədə hallar mövcud deyildir. Müstəqil auditorun həmin hesabatının özündə də birmənalı olaraq qeyd edilmişdir ki. "... təqdim edilmiş sənədlərin heç biri Azərbaycan Respublikası qanunvericiliyi tərəfindən nəzərdə tutulmuş ciddi hesabat blankı olmadığından biz onları nəzərə almamalıyıq və ya 3-cü şəxslərin təsdiqini almalıyıq. Lakin Sifarişçi hesablamaları məhz həmin dəftər əsasında aparmasını tələb etdiyindən, onların hamısı nəzərə alınıb və rəydə göstərilib... Hesablamalar aparılarkan rəqəmlərdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, dəftərin 123 saylı vərəqində dükanın mayası çıxarılmışdır. Yekun rəqəm 307025 manat müəyyən edilmişdir. Hesablamaların ap arılması tam mümkün olmadığına sadə riyazi hesablamar göstərir ki, 334685,0+45238,0+89898,0+17000,0-5000,0 bərabərdir 307025,0... Qeyd: Auditor hesablama zamanı ona təqdim edilən sənədlər arasında hesablamalar aparsa da. həmin rəqəmlərin mənşəyi və düzgünlüyü haqqında məlumatları olmadığına rəqəmlərin düzgünlüyünə məsuliyyət daşımır. Rəqəmlərin hamısının və ya bir qisminin təhrif olunma ehtimalı yüksəkdir. Belə ki, həmin rəqəmlərin yanında heç bir qeydlər aparılmamışdır, iltizamda göstərilən rəqəm hesablamalara uyğun gəlmir...”. Göründüyü kimi, məhkəmələr sübut kimi istinad etdikləri sənəd rəy deyil, hesabat adlanır, onu tərtib etmiş auditorun özü həmin dəftərdə olan məlumatların nəzərə alınmalı olmadığını, yalnız sifarişçinin (RPŞ-nin istintaq şöbəsi) tələbi ilə həmin məlumatların hesabla nmada nəzərə alındığını, rəqəmlərin özündə uyğunsuzluğun olduğunu, onların hamısının və ya bir qisminin təhrif olunma ehtimallarının yüksək olduğunu vurğulamış və rəqəmlərin düzgünlüyünə (faktiki olaraq hesabatın özünün və onun nəticələrinin düzgünlüyünə) məsuliyyət daşımadığını qeyd etmişdir. Belə olan halda qeyd olunan sənədin (hesabat) Məhkum təqsirini təsdiq edən sübut kimi qiymətləndirilməsinin mümkünsüz olması mübahisəsizdir. Bundan başqa, qeyd olunan hesabat və səyyar vergi yoxlaması materiallarına baxılması nəticəsi üzrə rəy (28 noyabr 2016-cı il tarixli) faktiki olaraq mütəxəssis fikridir (müstəqil auditorun tərtib etdiyi sənəd hətta hesabat adlanır) və Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə görə sübut kimi qiymətləndirilə bilməz. Həmin sənədlərin özündə mütəxəssisləri n fikirləri faktiki olaraq heç cür əsaslandırılmamış və bu sənədlərdə olan məlumatlar arasında ziddiyyətlər mövcuddur. Birinci instansiya məhkəməsində dindirilən, qeyd olunan sənədləri tərtib etmiş mütəxəssislərin özləri fikirlərini məhkəmədə də əsaslandırmamış, ziddiyyətləri aradan qaldırmamışdır. Hökmdə Məhkum təqsirini təsdiq edən sübut kimi istinad olunan həmin sənədləri apellyasiya məhkəməsi mötəbər hesab etməmişdir. Qeyd olunan ziddiyyətləri aradan qaldırmaq və yuxarıda göstərilən hallara aydınlıq gətirmək üçün Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qərarı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18564 nömrəli, 07 sentyabr 2018-ci il tarixli rəyindən görünür ki, cinayət işi materiallarında və auditor hesabatı zamanı tədqiq olunmuş sənədlərə əsasən 03 may 2011-ci il tarixdən 31 dekabr 2011-ci il tarixədək, 01 yanvar 2012-ci il tarixdən 01 iyun 2012-ci il tarixədək və 01 iyun 2012-ci il tarixdən 21 sentyabr 2012-cı il tarixədək olan dövrlər üzrə Fazil Sultaniyyə məxsus və Məhkumla şərikli işlətdikləri mağazanın ümumi dövriyyəsini, mal qalığını, ümumi xərclərini, gəlirlərini, mağazanın başqa şəxslərə borcunu, malların üzərinə qoyulan gəlir faizini, nisyədə olan malların miqdarının nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamış, təqdim edilmiş qara mühasibat sənədləri mühasibat uçotunun tələblərinə cavab verən ilkin mühasibat uçotu sənədləri kimi öz təsdiqini tapmadığından audit yoxlaması aktında qara mühasibat sənədlərinə əsasən Məhkum öhdəsində yara nmış 59015,0 manat məbləğində çatışmazlığın olması barədə olan nəticə əsaslı hesab edilə bilməz. Səyyar vergi yoxlaması zamanı "qara mühasibatlıq” sənədlərinə əsasən müəyyən edilmiş dövriyyənin doğruluğunu hazırkı ekspertiza zamanı müəyyən etmək mümkün olmamışdır, Belə ki, 2012-ci ilin yanvar-oktyabr ayları ərzində sahibkar Məhkum fəaliyyəti üzrə ümumi dövriyyəsini, mal qalığı, ümumi xərcləri, gəlirlərinin miqdarının nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, təqdim olunmuş cinayət işinin materialları üzrə Məhkum fəaliyyət göstərdiyi dövr ərzində dövlət büdcəsinə ödəməli borcu müəyyən edilməmişdir. Göründüyü kimi, Məhkum CM-nin 213.1-ci maddəsi ilə təqsirli olmasını sübut edən hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmiş, əksinə Azərbaycan Respublikas ı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18564 nömrəli, 07 sentyabr 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə Məhkum fəaliyyət göstərdiyi dövr ərzində dövlət büdcəsinə ödəməli borcunun olmadığı müəyyən edilmişdir. AR CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə müəyyən etmişdir ki, məhkumun ona etibar edilmiş əmlakı, zərərçəkmiş şəxsə 590 15,0 manat məbləğində talayaraq ziyan vurması iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmasa da, onun öz ifadələrində zərərçəkmiş şəxsə 5700 manat borcunun olmasını etiraf etməsi və 8000 borcunu qaytardığını göstərsə də, bu faktın təsdiq edilməməsi və bununla onun Rizvan Mənsimova zərərçəkmiş şəxsə 13.700 manat – xeyli miqdar ziyan vurmaqla onun əmlakını mənimsədiyini təsdiq edir. Kollegiya işin məhkəmə tərəfindən tədqiq edilmiş hallarına əsasən hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinin tərkibinin olmasının sübuta yetirilməməsi, zərərçəkmiş şəxsə vurduğu zərərin həcminə görə isə onun CM-nin 179.3.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 179.2.4-cü maddəsi ilə təqsirli olması nəticəsinə gəlməsi işin faktiki hallarına uyğundur. Göstəri lənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2018-ci il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 oktyabr 2018-ci il tarixli hökmü kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-203/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-203/2019
22.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver