Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-203/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Abbasov Mehman Mais oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkə məsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.V.Salmanov, hakimlər M.A.Bayramov və A.K.Orucovdan ibarət tərkibdə) xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2də yaşamış Məhkum Azərbaycan Respublika sı CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən zərərçəkmiş şəxs1, Məhkum və müdafiəçi Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim H.H.Əhmədov, hakimlər M.S.Hüseynov və İ.M.Murquzovdan ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, iş üzrə Zərərçəkmiş şəxs8 450 manat məbləğində maddi ziyan vurulması epizodu üzrə cinayət tərkibi yaranmadığından, həmin epizod Məhkum ittihamından və hökmdən xaric edilmiş, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 24099 manat, Zərə rçəkmiş şəxs5 13524,36 manat, Zərərçəkmiş şəxs9 20397 manat, Zərərçəkmiş şəxs6 15692 manat, Zərərçəkmiş şəxs4 15534.39 manat, Zərərçəkmiş şəxs2 12576 manat, 26172,50 manat və 12595,20 manat maddi ziyanlar vurulması epizodları üzrə “külli miqdarda” sözləri “xeyli miqdarda” sözləri ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 vasitəsi ilə tanış olduğu X2 etibarında sui-istifadə edib, X2yə Ərəb Əmirliyinin Dubay şəhərindən 2010-cu il buraxılı şlı «Toyota Prado» markalı, yeni avtomobil alacağına vəd verib, inandırıb aldadaraq, 2010-cu ilin mart ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Tofiq Bayram” adına parkda X2yə məxsus manata məzənnə ilə 24099 manat olan 30000 ABŞ dollar pulu Zərərçəkmiş şəxs3 alaraq, vədinə əməl etməyib, X2ni aldatmış, sonradan X2 X3ün vasitəsi ilə Məhkum verilmiş ona məxsus qeyd olunan məbləğdə pulu Zərərçəkmiş şəxs3 öz şəxsi vəsaiti hesabına qaytarmayaraq nəticədə Zərərçəkmiş şəxs3 manata məzənnə ilə 24099 manat olan 30000 ABŞ dollar pulunu ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 etibarında sui-istifadə edib, onun uçun Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən «Toyota Harrier» markalı avtomobil və satışından birlikdə qazanc əldə etmək məqsədilə müxtəlif markalı avtomobilləri Bakı şəhərinə gətirəcəyinə vəd verib, inandırıb aldadaraq, 2012-ci ilin aprel ayının əvvəlindən 2012-ci ilin may ayının sonunadək olan müddət ərzində hissə-hissə olmaqla Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi ev 96, mənzil 63-də Zərərçəkmiş şəxs5 ümumilikdə manata məzənnə ilə 47807,04 manat olan 60800 ABŞ dollar pul alaraq, əvəzində Zərərçəkmiş şəxs5 manata məzənnə ilə 14625,18 manat olan 18600 ABŞ dollar qiymətində «Toyota Harrier» markalı və manata məzənnə ilə 5504,10 manat olan 7000 ABŞ dolları qiymətində «BMW 7» markalı avtomobili eyni zamanda manata məzənnə ilə 14153,40 manat olan 18000 ABŞ dollar pulu vermiş, lakin q alan manata məzənə ilə 13524,36 manat olan 17200 ABŞ dollar pulu qaytarmayaraq vahid niyyətlə Zərərçəkmiş şəxs5 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib, ona məxsus «Toyota Prado» markalı, az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili manata məzənnə ilə 34518 manat olan 44000 ABŞ dollara satıb, pulunu qaytaracağına vəd verib inandırıb, aldadaraq, bu məqsədilə xx xxxxx 2013-cü il tarixdə Xətai rayonu, Gəncə prospekti 61 saylı binanın qarşısında Zərərçəkmiş şəxs9 həmin avtomobili təhvil alaraq, satdıqdan sonra manata məzənnə ilə 7845 manat olan 10000 ABŞ dollar pulu dəyərində qiymətləndirdiyi «Mercedes C» markalı avtomobili və manata məzənə ilə 6276 manat olan 8000 ABŞ dollar pulu Zərərçəkmiş şəxs9 vermiş, qalan manata məzənnə ilə 20397 manat olan 26000 ABŞ dollar pulu qaytarmayaraq, Zərərçəkmiş şəxs9 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib, ona məxsus «Mercedes Benz 240» markalı, az **-DR*** dövlət qeydiyyat nişanlı avtomobili manata məzənnə ilə 20399,60 manat olan 26000 ABŞ dollara satıb pulunu qaytaracağına vəd verib inandırıb aldadaraq bu məqsədilə 2013cü ilin may ayının sonunda ünvan 3 ünvanda yerləşən Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs6 həmin avtomobili təhvil alaraq, satdıqdan sonra manata məzənnə ilə 4707,60 manat olan 6000 ABŞ dollar pul u Zərərçəkmiş şəxs6 vermiş, qalan manata məzənnə ilə 15692 manat olan 20000 ABŞ dollar pulu ələ keçirib qaytarmayaraq, Zərərçəkmiş şəxs6 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, ona Almaniya Federativ Respublikasından “Mercedes Benz VİANO” markalı avtomobilə arxa oturacağı gətirəcəyinə vəd verib, aldadıb inandıraraq, 2013-cü ilin iyul ayında ünvan 5 ünvanda yerləşən avtomobillərin təmiri sexində manat məzənnə ilə 817,36 manat olan 800 Avro pul alıb, vədinə əməl etməyib, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, onun üçün Almaniya Fe derativ Respublikasından 2 ədəd «Mercedes E» markalı avtomobil gətirəcəyinə vəd verib, aldadıb inandıraraq, 2013cü ilin sentyabr ayının əvvələrində ünvan 5 ünvanda yerləşən avtomobillərin təmiri sexində Zərərçəkmiş şəxs1 manata məzənnə ilə 1554 manat olan 1500 Avro pul və 2013-cü ilin sentyabr ayının ortalarında ünvan 5 ünvanda yerləşən avtomobillərin təmiri sexində Rəfael Həsənovdan manata məzənnə ilə 5387,20 manat olan 5200 Avro pul, 2014-cü ilin yanvar ayında ünvan 5 ünvanda yerləşən avtomobillərin təmiri sexində Zərərçəkmiş şəxs1 1000 manat pul alaraq, vədinə əməl etməyib vahid niyyətlə Zərərçəkmiş şəxs1 ümumilikdə 7941,20 manat pulunu ələ keçirib, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək onun üçün Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən 2005-2006-cı il buraxılışlı «Toyota Land Cruiser» markalı avtomobil alacağına vəd verib aldadıb inandıraraq, xx xxx 2013-cü il tarixdə ünvan 6 ünvanda yerləşən «xxxx» avtotəmir sexində Zərərçəkmiş şəxs4 manata məzənnə ilə 13730,50 manat olan 17500 ABŞ dollar pul və xx xxxxxx 2014-cü il tarixdə Xətai rayonunda yerləşən avtotəmir sexində Zərərçəkmiş şəxs4 manata məzənnə ilə 1803.89 manat olan 2300 ABŞ dollar pul alaraq, vədinə əməl etməyib vahid niyyətlə Zərərçəkmiş şəxs4 ümumilikdə manat məzənə ilə 15534,39 manat olan 19800 ABŞ dollar dəyərində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifad ə edib, ona Almaniya Federativ Respublikasından «Mercedes C» markalı avtomobil gətirəcəyinə vəd verib, aldadıb inandıraraq xx xxxx 2014-cü il tarixdə ünvan 7 ünvanda yerləşən «xxxx» tərcümə mərkəzinin qarşısında Zərərçəkmiş şəxs8 450 manat pul alıb, vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib, 21 ton fındıq ləpəsini Azərbaycan Respublikasından İsrail Respublikasına göndərməyinə vəd verib inandıraraq, 148000 ABŞ dollar pulun müqabilində razılaşmış və 65000 ABŞ dollarını ilkin olaraq göndərəcəyi halda fındıq ləpəsini İsrail Respublikasına göndərəcəyini inandırırıb Zərərçəkmiş şəxs7 İsrail Respublikasından bank vasitəsilə göndərdiyi xx xxxxx xxx 2015-ci il tarixdə manata məzənnə ilə 20861,17 manat təşkil edən 19900 ABŞ dollar, xx xxxxxxxx 2015-ci il tarixdə manata məzənnə ilə 15717 manat təşkil edən 15000 ABŞ dollar, xx xxxxxxxx 2015-ci il tarixdə manat məzənnə ilə 16536,89 manat təşkil edən 15784 ABŞ dollar, xx xxxxxxxx 2015-ci il tarixdə manata məzənnə ilə 7333,20 manat təşkil edən 7000 ABŞ dollar olmaqla, ümumilikdə isə manata məzənnə ilə 60448,26 manat təşkil edən 57684 ABŞ dollar pulunu Nizami rayonu, Zərərçəkmiş şəxs5 küçəsi 44 sayı binanın qarşısında yerləşən “xxxx” ASC-dən götürərək, ələ keçirib verdiyi vədinə əməl etməyərək vahid niyyətlə Zərərçəkmiş şəxs7 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona məxsus «Nissan Pathfmder» markalı, Az **-KK*** dövlət qeydiyyat nişanlı avtomobili manat məzənnə ilə 12576 manat olan 12000 ABŞdolları satıb pulunu Zərərçəkmiş şəxs2 verəcəyini vədd verib inandırıb aldadaraq, xx xxxxxxxx 2015-ci il tarixdə Xətai rayonu, ünvan 8 ünvanda yerləşən 6 saylı Notariat Kontorunda həmin avtomobilə görə Zərərçəkmiş şəxs2 baş etibarnamə almaqla, həmin avtomobili təhvil alıb, avtomobili sataraq, əldə edilmiş pulu Zərərçəkmiş şəxs2 qaytarmayaraq, Zərərçəkmiş şəxs2 manata məzənnə ilə 12576 manat olan 12000 ABŞ dollar məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək Zaqatala rayonundan fındıq ləpəsi alıb, İsrail Respublikasına göndər ib əldə ediləcək gəlirdən Zərərçəkmiş şəxs2 da pay ayıracağına vəd verib, aldadıb inandıraraq, 2014-cü ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 14, məhəllə 1193-də yerləşən Ali Məhkəmənin yanında Zərərçəkmiş şəxs2 manata məzənnə ilə 26172,50 manat olan 25000 ABŞ dollar pulu alaraq, vədinə əməl etməyib, aldadaraq Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ona məxsus «Hyundai Hİ» markalı, Az **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili manata məzənə ilə 12595,20 manat olan 12000 ABŞ dollara satıb, pulunu Zərərçəkmiş şəxs2 verəcəyini vəd verib inandırıb aldadaraq, xx xxxxxxx 2015-ci il tarixdə Xətai rayonu, ü nvan 9 ünvanda yerləşən 6 savlı Notariat Kontorunda həmin avtomobilə görə Zərərçəkmiş şəxs2 baş etibarnamə almaqla avtomobili təhvil alıb, həmin avtomobili sataraq, əldə edilmiş pulu Zərərçəkmiş şəxs2 qaytarmayaraq, Zərərçəkmiş şəxs2 manata məzənnə ilə 12595,20 manat olan 12000 ABŞ dollar məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə Zərərçəkmiş şəxs8 450 manat məbləğində zərər vurulması epizodu üzrə cinayət tərkibi yaratmadığı üçün həmin epizod Məhkum verilmiş ittihamdan və hökmdən xaric edilmiş, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 24099 manat, Zərərçəkmiş şəxs5 13524,36 manat, Zərərçəkmiş şəxs9 20397 man at, Zərərçəkmiş şəxs6 15692 manat, Zərərçəkmiş şəxs4 15534,39 manat, Zərərçəkmiş şəxs2 12576 manat, 26172.50 manat və 12595,20 manat maddi ziyan vurulması epizodları üzrə həmin məbləğlər külli miqdar yaratmadığından və xeyli miqdar hesab olduğundan, həmin epizodlar üzrə “külli miqdarda” sözləri “xeyli miqdarda” sözləri ilə əvəz edilmiş və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İstər birinci instansiya məhkəməsi, istərsə də, apellyasiya məhkəməsi isə baxarkan obyektiv olmamış və mülki xarakterli işi dələduzluq cinayəti kimi icraata qəbul edilərək Məhkum barəsində əsassız hökm və qərar qəbul etmişlər. Hətta Məhkum tərəfindən cinayət əməlinin törədilməsi təsdiq olunsa belə, məhkəmələr tərəfindən ona təyin olunmuş cəza həddindən artıq ağırdır və şəxsiyyətinə uyğun deyildir. Sonr adan iş üzrə zərərçəkmiş kimi tanınmış şəxslər - Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 notarial qaydada ərizə təqdim edərək, Məhkum qarşı heç bir şikayət və tələblərinin, maliyyə borcunun olmamasını bildirmişlər. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarını qismən ləğv etməklə cinayət işinin yenidən apellyasiya baxışına qaytarılması və ya Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan cinayət işinin icraatı qeyri-obyektiv aparılmışdır. Belə ki, ilkin olaraq barəsində olan cinayət işi materiallarına baxılarkən Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən tərə flər arasındakı mübahisənin mülki xarakterli mübahisə olması səbəbindən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Lakin bundan sonra işə baxan Xətai RPİ tərəfindən əksinə qərar qəbul edilmiş, barəsində cinayət işinin icraatı aparılmışdır. İstər ibtidai istintaq istərsə də, məhkəmə araşdırması zamanı iş üzrə faktların heç biri araşdırılmamış, hüquqları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası CM-nə 2017-ci il 20 oktyabr tarixli dəyişikliyə əsasən zərərçəkmiş şəxsə dəymiş “xeyli miqdar” ziyan dedikdə beş min manatdan yuxarı lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ nəzərdə tutulur. Həmin qanunun müddəalarına uyğun olaraq, ona qarşı irəli sürülmüş maddə ilə əməlin tövsifinin dəyişdirilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsi qanunidir. Lakin, məhkəmələr tərəfindən həmin müddəalar nəzərə alınmamış, hüquqları kobud şəkildə pozularaq əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməmişdir. Həmçinin, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın 80%-nin ödənilməsinə baxmayaraq, bu hal yüngülləşdirici hal kimi nəzərə alınmamışdır. Aillidir, 8 yaşında uşağı var. Ailənin tək övladıdır. Himayəsində azyaşlı uşağı və 68 yaşında anası var. Həyat yoldaşı ankoloji xəstədir. Özü isə ağciyər xəstəliyindən əziyyət çəkir. Ehtiyatda olan zabitdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası CM-də edilmiş dəyişikliyi nəzərə almaqla, əməlinin CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsini, barəsində olan mübahisə mülki xarakterli olduğundan cinayət işinin ləğv edilərək apelyasiya məhkəmə baxışına təyin edilməsini və ya na təyin edilmiş cəzanın daha yüngül cəza ilə əvəz edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yuxarıda qeyd olunan halları bir daha qeyd edərək kassasiya şikayətinin təmin olunmasını, əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsi və cəzasının daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında Məhkum müdafiəçisi Abbasov Mehman Mais oğlu kass asiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, bu iş üzrə səkkiz nəfər zərərçəkmiş şəxs olduğu, onlardan yalnız birinin X4ə qarşı dələduzluq cinayətinin külli miqdarda törədildiyini, digərlərinə münasibətdə xeyli miqdar təşkil etdiyini, dörd nəfər zərərçəkmiş şəxsə dəymiş ziyanın tam şəkildə ödənildiyini qeyd edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlilərinin əsassız olduğunu, məhkuma təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında törətdiyi əmələ və şəxsiyyətinə uyğun cəza təy in edildiyini, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416 -cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində əsassız olaraq cinayət işinin icraatının aparıldığı, barəsində qanunsuz hökm və qərarın qəbul edildiyi iddia edilmiş, həmçinin cəza təyini zamanı onun barəsində olan yüngülləşdirici halların məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd edilməklə, mübahisələndirilən qərarın ləğv edilməsini və dəyişdirilməsini şərtlə ndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində iş üzrə səkkiz nəfər zərərçəkmiş şəxsdən yalnız birinin X6 qarşı dələduzluq cinayətinin külli miqdarda törədildiyi, digərlərinə münasibətdə xeyli miqdar təşkil etdiyi, dörd nəfər zərərçəkmiş şəxsə dəymiş ziyanın tam şəkildə ödənildiyi, istər birinci instansiya məhkəməsi, istərsə də, apellyasiya məhkəməsi tərəfindən işə obyektiv baxılmadığı və mülki xarakterli iş dələduzluq cinayəti kimi icraata qəbul edilərək Məhkum barəsində əsassız hökm və qərar qəbul edildiyi, hətta Məhkum tərəfindən cinayət əməlinin törədilməsi təsdiq olunsa belə, məhkəmələr tərəfindən ona təyin olunmuş cəzanın həddindən artıq ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Təqdiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş dələduzluq, yəni, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi il ə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərində əməlin tövsifi mübahisələndirilərək mülki xarakterli mübahisənin əsassız olaraq dələduzluq cinayəti kimi tövsif edildiyi, Məhkum dələduzluq cinayətini törətməsi təsdiq olunsa belə, əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməli olduğu iddia edilir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutl arın məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum və onun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.61.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə dəyişiklik edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-182. 185-187 və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə “beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə “əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ” müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini iş materialları ilə birgə tədqiq edərək belə nəticəyə gəlmişdir ki, apellyasiya məh kəməsi tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin hökmünü qanunvericilikdə baş vermiş dəyişikliyə uyğun olaraq dəyişdirmiş, müəyyən epizodlar üzrə - iş üzrə Zərərçəkmiş şəxs8 450 manat məbləğində maddi ziyan vurulması epizodu üzrə cinayət tərkibi yaranmadığından, həmin epizod Məhkum ittihamından və hökmdən xaric etmiş, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 24099 manat, Zərərçəkmiş şəxs5 13524,36 manat, X4 20397 manat, Zərərçəkmiş şəxs6 15692 manat, Zərərçəkmiş şəxs4 15534,39 manat, Zərərçəkmiş şəxs2 12576 manat, 26172,50 manat və 12595,20 manat maddi ziyanlar vurulması epizodları üzrə həmin məbləğlər külli miqdar yaratmadığından və xeyli miqdar olduğundan, həmin epizodlar üzrə “külli miqdarda” sözləri “xeyli miqdarda” sözləri ilə əvəz edilmişdir. İş üzrə zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs7 dəymiş ziyan 60448,26 manat təşkil edən 57684 ABŞ dolları pul külli miqdar hesab olunduğundan bu epizod hökm dəyişdirilmədən saxlanılmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin əməlin düzgün tövsif edilməməsi, əməlin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsi ilə bağlı dəlillərini əsassız hesab edərək təmin edilməməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin q ərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cəza məsələsini müzakirə edərkən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi müəyyən epizodlar üzrə dəymiş ziyanın “xeyli miqdar” müəyyən edilməsi barədə düzgün qənaətə gəlsə də, məhkuma cəza təyin edilməsi hissəsində qanunvericilikdəki dəyişikliyi, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən halları nəzərə almamaqla səhvə yol vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərə dilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəz ərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya mali k maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin reali zə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxu d digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya müraciətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkum və müdafiəçinin cəzanın məsuliyyəti yüngülləşdirən halların kifayət qədər nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq ağır olması haqqında iddiasının əsaslı olduğu müəyyən edilir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, birinici instansiya məhkəməsi cəza təyini zamanı zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 məhkuma qarşı heç bir şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəz asını yüngülləşdirən hal kimi nəzərə almış, onun cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Apellyasiya şikayətləri əsasında işə baxılan zaman zərərçəkmişlərdən daha üç nəfər - Zərərçəkmiş şəxs6 (dəymiş ziyan 15 692 manat), Zərərçəkmiş şəxs3 (dəymiş ziyan 24 099 manat) və Zərərçəkmiş şəxs7 (dəymiş ziyan 60 448 manat) notarial təsdiq olunmuş ərizə ilə (cild.7, səh.56-61) apellyasiya məhkəməsinə müraciət edərək Məhkum qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını qeyd etmişlər. Həmçinin apellyasiya icraatında Məhkum dair Bakı İstintaq Təcridxanasının xx xxx 2018-ci il tarixli müsbət xasiyyətnaməsi də iş materiallarına əlavə edilmişdir. Lakin işə baxan məhkəmə kollegiyası həmin sübutları (CPM-in 139.0.5-ci maddəsinə əsasən cinayət işləri üzrə sübutetmə predmetinin elementi kimi çıxı ş edir) qəbul edib iş materiallarına əlavə etsə də, nə məhkəmə iclas protokolunda, nə məhkəmə qərarında qeyd edilənlərə heç bir hüquqi qiymət verməmiş, hər hansı bir əsaslandırma aparmamışdır. Halbuki prosessual qanunvericilik iş üzrə sübutların tədqiqi və qiymətləndirilməsini məhkəmə üçün bir vəzifə kimi müəyyən etməsi ilə yanaşı (cinayət-prosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslanmaq) CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, CM-nin 59.1.14-cü maddəsində cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsi isə məhkəmlər tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Bundan əlavə kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsi tərəfindən hökm qəbul edilərkən qüvvədə olmuş cinayət qanunvericiliyində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında həmin cinayət əməlinin törədilməsinə görə yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 201 7-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən isə həmin maddənin cəza hissəsində dəyişiklik edilərək “yeddi ildən on iki” sözləri “beş ildən on” sözləri ilə əvəz edilmişdir. Göründüyü cinayət qanunvericiliyi törədilmiş cinayət əməlinə görə təyin olunmalı cəzanın həm aşağı, həm də yuxarı həddini yüngülləşdirdiyi halda (törədilmiş cinayət əməlinə görə şəxə daha yüngül cəza təyin edilməsi müəyyən edildiyi təqdirdə) işə baxan apellyasiya məhkəməsinin cinayət kollegiyası qeyd edilən normanın tələblərini əsassız olaraq nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı cəza təyin etmə ilə bağlı hissədə dəyişdirilməli, cinayət qanunvericiliyindəki dəyişikliyi, məhkumun barəsindəki yüngülləşdirici hal kimi zərərçəkmiş şəxslərin bir qisminə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq, Məhkum maddənin sanksiyası çərçivəsində altı il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzası altı il müddətə endirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-203/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-203/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver