Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-203/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum və onun müdafiəçisi Məmmədov Səyyad Məhəmməd oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinay ətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraət verilməsinə və onun CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.M.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Musayev Aqil Əlisa oğlu (sədrlik edən və məruzəçi), Quliyev Nizami Fər zi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxx 1971-ci il tarixdə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 1997-ci il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94.2.3, 15, 94.4 və 207.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 38-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 noyabr 2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Füzuli Su Meliorasiya İdarəsində nəzarətçi işləmiş, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, CM-nin 221.3-cü maddəsi ilə CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmiş və o, CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Şahid6, X12 və sonuncunun əri, tanışı X5 ona X2 2019-cu ilin iyul ayında X12ya əlilliyə görə pensiya təyin ediləcəyi müqabilində Şahid6 4000 manat məbləğində pul (bundan sonra - həmin pul) aldığı, lakin vədinə əməl etmədiyi və pulu qaytarmadığını deyib ondan X13ə həmin pulu qaytarmasına nail olmaq üçün təsir göstərməsini xahiş etsələr də, onun bu hala aidiyyəti olmadığ ı halda, gördüyü təsir tədbirləri nəticəsində X13in həmin pulun 3000 manat hissəsini qaytarmasına nail olsa da, 1000 manat hissəsini qaytarmamasına görə 02 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində telefon danışığı zamanı sonuncudan həmin pulun qalan 1000 manat hissəsini qaytarmasını tələb etmiş, X13 cavabında Naftalan şəhərində sanatoriyada olduğunu dediyinə görə sonuncuya təsir etmək məqsədilə saat 17 radələrində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “VAZ-2101” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildə X13in göstərilən pul mübahisəsinə aidiyyəti olmayan, üzərinə bununla bağlı hər hansı öhdəlik götürməmiş qardaşı Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətinin qarşı tərəfinə gələrək həyətə giriş darvazasını döyüb sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ünvanına ucadan təhqiredici sözlər deməklə, sonuncu darvazanı açıb küçəyə çıxdıqdan sonra əlindəki bıçağı Zərərçəkmiş şəxs tərəf nümayiş etdirməklə, səbəb göstərmədən sonuncudan “Harami” adlanan yerə apacağını deyib avtomobilə oturmasını tələb etməklə, bu yolla özünü “söhbət həll edən” şəxs kimi göstərməklə, eləcə də göstərilən səbəblərdən onun təşəbbüsü ilə onunla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə və dalaşmanın gedişində sonuncunun özünü onun göstərilən qanunsuz hərəkətlərindən və əlindəki bıçaqla üzərinə gəlməsindən qorumaq məqsədilə ona və onu idarə etdiyi avtomobildə hadisə yerinə gətirib özünə tərəf yaxınlaşdığına görə özünə qarşı onunla eyni niyyətdə olduqlarını zənn etməsi səbəbindən Şahid1 taxta ilə zərbələr vurub ayrı-ayrılıqda sağlamlıqlarına zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra ictimai yer hesab olunan qəsəbəarası yolda əlindəki, soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vurması nəticəsində qarın boşluğunun soldan dəlib daxilə keçən, daxili qanaxma, S-vari bağırsağın, sol böyrəyin zədələnməsi (sol böyrək cərrahi əməliyyat yolu ilə çıxarılmışdır) ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət, həyat üçün təhlükəli olmaqla, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını pozma, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərmə və özünü ətrafda qonşuluqda yaşayan şəxslərə qarşı qoymada ifadə olunan xuliqanlıq niyyəti ilə sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Hökmdən məhkumun müdafiəçisi S.M.Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 01 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi S.M.Məmmədov kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilməsini və hüquqlarını müdafiə etdiyi şəxs in əməlinin CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının bəzi Qərarlarına, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi S.M.Məmmədov həmin şikayətini onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməmiş, əməli düzgün tövsif olunmamış və o, əsassız olaraq həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkum edilmişdir. Belə ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Məhkum ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemini pozmamış, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davraniş qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər e tməmişdir. Müdafiəçinin mövqeyinə görə, Məhkum ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində və zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurması kimi hərəkətlər xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, Məhkum xuliqanlıq niyyəti ilə cinayət əməli törətməsini təsdiq edən hər hansı sübut yoxdur, ictimaiyyət nümayəndələri bu barədə dindirilməmiş və şikayət etməmiş, hadisənin baş verdiyi ərazidə yaşayan şəxslərin hər hansı vaxt daxilində istirahətlərinin pozulması iş materiallarında öz əksini tapmamışdır. Həmçinin Məhkum və Zərərçəkmiş şəxs əvvəlcədən biri-b irini tanımışlar, belə olan halda isə onlardan hə hansı birinin digərinə qarşı etdiyi zorakı hərəkətlər xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Şikayət müəllifi həmçinin bildirmişdir ki, Məhkum Zərərçəkmiş şəxs və onun oğlanları tərəfindən döyülməsi faktına hüquqi qiymət verilməmiş, belə əməllər isə müstəqil cinayətin tərkibini yaradır. Bundan sonra Məhkum məhz səbəbsiz surətdə təhqir olunduğuna görə Zərərçəkmiş şəxslə dalaşmış, halbuki o, mübahisəni dinc yolla həll etmək istəmiş, məhz həmin məqsədlə Zərərçəkmiş şəxs qardaşı tərəfindən pulunun qaytarılmamasının səbəbini araşdırmaq istəmişdir. Münaqişə onun təşəbbüsü ilə deyil, qarşı tərəfin təşəbbüsü ilə başlamışdır. Birinci instansiya məhkəməsi işin həmin obyektiv hallarına hər hansı hüquqi qiymət vermədən Mə hkum guya xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsə ağır dərəcəli bədən xəsarəti yetirilməsi barədə səhv nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvlərini təkrar etmişdir. Müdafiəçi həmçinin qeyd etmişdir ki, Məhkum hal hazırda zərər çəkmiş şəxslə barışıq əldə etmiş, sonuncu bu barədə notarial qaydada təsdiq olunmuş ərizə vermiş, məhkum olunmuş şəxs məcburi köçkündür, onun himayəsində iki azyaşlı uşaqları vardır və o, ailədə yeganə qazanc gətirən şəxsdir, birinci Qarabağ Müharibəsinin iştirakçısıdır və əməlində cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanlara əsaslanaraq müdafiəçi S.M.Məmmədov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçi S.M.Məmmədov apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində məhkəmələr tərəfindən toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verilməməsini və Məhkum əməlinin CM-nin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməməsini iddia edərək sonuncunun barəsindəki 01 dekabr 2022-ci il tarixli qərarın dəyişdirilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdi kdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi S.M.Məmmədovun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə, Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instans iyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, ya xud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Kassasiya müraciətlərinə məhkəmə baxışı nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etmək və ya xud dəyişdirmək səlahiyyətinə malikdir. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansi ya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Kon stitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda hər bir şəxsin və ümumiyyətlə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən müdafiə olunmasını, bunun üçün cinayət törətmiş şəxslərin vaxtında ifşa edilərək cinayət məsüliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanunvericilikdə müəyyən edilmiş qaydada sübuta yetirildikdə isə barələrində cinayət-hüquqi xarakterli tətbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul et mək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər süb utu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bi r cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə hüquqi mövqe həmçinin kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial ha disəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-nin 1.1-ci maddəsi). Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2 və 10.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərin p ozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində müəyyən edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhd udlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyy ət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli v ə ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mə nbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərindən görünür ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəy yən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktlar ın müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddəl ərinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin C inayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən təqdim olunan bütün sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun 02 sentyabr 2021-ci il tarixdə xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamılığına ağır zərər vurulmasına səbəb olmuş xəsarət yetirməsi ilə bağlı hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” his sələrində təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə apelyasiya şikayətinə baxarkən həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək həmin sübutların Məhkum CM-nin 126.2.4-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün bu sübutların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya kollegiyası da hesab edir ki, Məhkum göstərilən maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə düzgündür, qanunidir, işin hallarına və toplanmış və araşdırılmış sübutlara uyğundur, bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətl ərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi, yəni işin faktiki halları heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlara əsasən müəyyən edilmiş və bu nəticənin arxasında Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 oğlunun, Şahid3, Şahid4, Şahid5, X2 və başqalarının həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə ekspertizalarının rəyləri, hadisə yerinin müayinə edilməsi və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlər və qanuni yolla, yəni CPM-nin 125.2-ci maddəsində göst ərilən pozuntulara yol verilmədən əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş başqa sübutlar dayanır. Araşdırılmış sübutlar birinci instansiyası məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hazırki qərarda təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda kassasiya müraciətində irəli sürülən dəlillərlə bağlı həmin sübutlar əsasında müəyyən edlmiş işin faktiki hallarına bir istinad etməyi zəruri bilir. Belə ki, bu hallar ondan ibarətdir ki, Məhkum Şahid6, X12 və sonuncunun əri, tanışı X5 ona X2 2019-cu ilin iyul ayında X12ya əlilliyə görə pensiya təyin ediləcəyi müqabilində Şahid6 4000 manat məbləğində pul (bundan sonra - həmin pul) aldığı, lakin vədinə əməl etmədiyi və pulu qaytarmadığını deyib on dan X13ə həmin pulu qaytarmasına nail olmaq üçün təsir göstərməsini xahiş etsələr də, onun bu hala aidiyyəti olmadığı halda, gördüyü təsir tədbirləri nəticəsində X13in həmin pulun 3000 manat hissəsini qaytarmasına nail olsa da, 1000 manat hissəsini qaytarmamasına görə 02 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində telefon danışığı zamanı sonuncudan həmin pulun qalan 1000 manat hissəsini qaytarmasını tələb etmiş, X13 cavabında Naftalan şəhərində sanatoriyada olduğunu dediyinə görə sonuncuya təsir etmək məqsədilə saat 17 radələrində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “VAZ-2101” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildə X13in göstərilən pul mübahisəsinə aidiyyəti olmayan, üzərinə bununla bağlı hər hansı öhdəlik götürməmiş qardaşı Zərərçəkmiş ş əxs ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətinin qarşı tərəfinə gələrək həyətə giriş darvazasını döyüb sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ünvanına ucadan təhqiredici sözlər deməklə, sonuncu darvazanı açıb küçəyə çıxdıqdan sonra əlindəki bıçağı Zərərçəkmiş şəxs tərəf nümayiş etdirməklə, səbəb göstərmədən sonuncudan “Harami” adlanan yerə aparacağını deyib avtomobilə oturmasını tələb etməklə, bu yolla özünü “söhbət həll edən” şəxs kimi göstərməklə, eləcə də göstərilən səbəblərdən onun təşəbbüsü ilə onunla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə və dalaşmanın gedişində sonuncunun özünü onun göstərilən qanunsuz hərəkətlərindən və əlindəki bıçaqla üzərinə gəlməsindən qorumaq məqsədilə ona və onu idarə etdiyi avtomobildə hadisə yerinə gətirib özünə tərəf yaxınlaşdığına görə özünə qarş ı onunla eyni niyyətdə olduqlarını zənn etməsi səbəbindən Şahid1 taxta ilə zərbələr vurub ayrı-ayrılıqda sağlamlıqlarına zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra ictimai yer hesab olunan qəsəbəarası yolda əlindəki, soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vurması nəticəsində qarın boşluğunun soldan dəlib daxilə keçən, daxili qanaxma, S-vari bağırsağın, sol böyrəyin zədələnməsi (sol böyrək cərrahi əməliyyat yolu ilə çıxarılmışdır) ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət, həyat üçün təhlükəli olmaqla, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını pozma, ictimai qaydalara və h amı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərmə və özünü ətrafda qonşuluqda yaşayan şəxslərə qarşı qoymada ifadə olunan xuliqanlıq niyyəti ilə sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr bu halları müəyyən edərkən araşdırılmış sübutlarla yanaşı cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərindən, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, Ali Məhkəmənin Plenumunun qərarlarında əksini tapmış izah və tövsiyələrdən çıxış edib Məhkum cinayət əməlinin CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməli olması barədə qanuni və əsaslı nəticəyə gəlmişlər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Məhkum hökmlə təqsirli bilindiyi (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlin i, yəni xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi, kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-nin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Bu sübutlara əsasən, 02 sentyabr 2021-ci il tarixdə baş vermiş hadisənin kökündə Zərərçəkmiş şəxs Məhkum qarşı hər hansı hərəkət etməsi, məhz onların münaqişəli vəziyyətdə olmaları deyil, zərər çəkmiş şəxsin qardaşı X2 ilə Məhkum arasında sonuncuya verilməli olan pulun X2 tərəfindən qaytarılmaması dayanmış, bu mübahisəyə Zərərçəkmiş şəxs isə heç bir aidiyyatı olmamışdır. Buna baxmayaraq, Məhkum onunla X13 arasında olan mübahisəni, kassasiya şika yətində də göstərildiyi kimi, dinc yolla həll etmək, bunun üçün həmin gün Naftalan şəhərində olan X2in oradan qayıtmasını gözləyib onunla görüşmək əvəzinə, sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs yaşadığı evə gedərək orada ona hücum edib heç bir səbəb olmadan üzərindəki bıçaqla sonunun qarın nahiyyəsindən bir zərbə vuraraq ona sağlamlığa ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə isə, bu hallar Məhkum məhz xuliqanlıq niyyəti ilə davranaraq ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsinə dəlalət edir. Bu baxımdan, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin qiymətləndirilməsi və onun həmin əməlinin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəni qanuni və əsaslı hesab edir v ə vurğulamağı lazım bilir ki, belə nəticə cinayət qanunvericiliyinin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəməsinin Plenumunun izah və tövsiyələrinə də uyğundur. Belə ki, CM-nin 126.2.4-cü maddəsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur ki, şəxsin də bu maddə ilə məsuliyyətə cəlb edilməsi üçün onun sağlamlığa ağır zərər vurma əməlini məhz xuliqanlıq niyyətilə törətməsi mütləq müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadl ıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respu blikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həm qəsdən adam öldürmə, həm də zərər çəkmiş şəxslərin sağlamlıqlarına az ağır və ya ağır zərər vurulması cinayətlərinə dair işlərə baxılarkən vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edən həmin Qərardakı Ali Məhkəmənin Plenumunun mövqeyi də hazırki iş üzrə məhkəmə kollegiyasının mövqeyi ilə üst-üstə düşür. Belə ki, Qərarın 6-cı bəndində Plenum məhkəmələrə izah etmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sa ir qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CMnin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işl əri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq CM-nin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kob ud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə də tövsüf olunmalıdır. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti bu motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində i fadə olunur. Qəsdən sağlamlığa ağır zərər yetirmədə motivin xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir ki, hazırki cinayət işi üzrə həm məhkum edilmiş şəxsin, həm də zərər çəkmiş şəxsin və şahidlərin ifadələrindən görünür ki, Məhkum ona ittiham olunmuş əməli məhz xuliqanlıq motivi ilə törətmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda qeyd olunanlar Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas vermiş və apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun həmin əməlininin CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşmışdır. Həmin məhkəmənin bu nəticəyə uyğun iş üzrə çıxardığı qərarın arxasında isə birinci instansiya məhkəməsi nin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar durduğundan məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən işə baxılarkən hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində ətraflı şərh edilmiş Konstitusiyanın, CPMnin və CM-nin tələblərinə əməl olunmuş, habelə Konstitusiya Məhkəməsi Plenumun hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri nəzərə alınmışdır. Təsvir olunanlar, ümumiyyətlə baxılan cinayət işinin materiallarında kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın açıq-aşkar ağır olması iddia edilməyərək həmin cəzanın yüngülləşdirilməsi barədə heç bir tələb irəli sürülməsə də, məhkəmə kollegiy ası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən bu məsələyə dair maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini də yoxlamış və bu yoxlamanın nəticəsi olaraq belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyasının da razılaşdığı və dəyişdirmədən qüvvədə saxladığı birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhkəmə CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl etməkdə düzgün olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, o cümlədən CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmas ını cəzasını yüngülləşdirən hal kimi, CM-nin 61.1-ci maddəsinin tələblərinə uyğun olaraq isə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və adı çəkilən məhkuma təqsirli bilindiyi CM-nin 126.2.4-cü maddəsi ilə qanuni və ədalətli cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi S.M.Məmmədovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı A.M.Hüseynlinin çıxışlarını dinləyib bütün yuxarıda göstərilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi S.M.Məmmədovun kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il t arixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-203/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-203/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver