Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-203/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 iyun tarixli, 1(107)-44/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki rayon Məhkəməsinin (sədrlik edən hakim Pərviz Hacıyev) 2023-cü il 31 avqust tarixli, 1(075)-13/2023 nömrəli hökmü ilə, xx xxxxxxxx 1969-cu ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 405-də pasport qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, hazırda azadlığın məhdudlaşdırılması cəzanı çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli b ilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edimişdir. Hökmdən Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürovdan ibarət məhkəmə tərkibi) 2024-cü il 13 iyun tarixli, 1(107)-44/2024 nömrəli qərarı ilə Məhkum müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Zərərçəkmiş şəxs1 apellyasiya şikayətindən imtinası qəbul edilmiş və həmin apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Məhkum Zərərçəkmiş şəxs7 münasibətdə törətdiyi cinayət üzrə təqsirli bilinmiş və ona həmin hissədə cəza təyin edilməmiş, Məhkum CM-in 178.2.2 v ə 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə olduğu 9 (doqquz) ay 13 (on üç) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 1 (bir) il 6 (altı) ay 26 (iyirmi altı) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin ittiham hökmünə əsasən Məhkum təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əvəzsiz və qanunsuz ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Məhkum tərəfindən cinayət əməl lərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılan birinci instansiya məhkəməsinin hökmündə, eyni zamanda məhkəməyədək icraat zamanı verilmiş ifadələr kənarda qoyulmuş, onlara ümumiyyələ əhəmiyyət verilməmişdir. Bunun əksinə olaraq məhkəmə öz qərarında qeyd edir ki, «təqsirləndirilən şəxs Məhkum məhkəmə kollegiyasının iclasında özünü təqsirli bilməməklə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla yanaşı, zə rərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər sənədlərlə tamamilə təkzib olunur», Əslində məhkəmənin qərarında sadaladığı zərərçəkmişlərin demək olar ki, hamısı Məhkum onlardan aldıqları heyvanları sonuncu işdən çıxdıqdan sonra fermada olduqlarını, lakin fermanın sahibi Şahid1 tərəfindən həmin heyvanların oradan çıxarılmasına imkan verilmədiyini, hətta polis şöbəsinə zəng vuraraq polis əməkdaşlarını çağırdığını, gələn polis əməkdaşları avtomobilin yük yerindən heyvanları boşaldıb Şahid1 fermasına apardıqlarını göstərmişlər. Zərərçəkmişlərin hamısı həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı onun Şahid1 fermasında işlədiyini, heyvanların həmin fermaya aparıldığını, orada saxlanıldığını, o işdən çıxandan sonra heyvanların fermada olduğunu bildirmişlər. Belə olan halda, artıq y erində olan heyvanların onun tərəfindən ələ keçirildiyindən söhbət gedə bilməz. Həmin heyvanların aparılmasına Şahid1 imkan verməmiş, istintaq dövründə də həmin heyvanlar Şahid1 tərəfindən satılmışdır. İstintaq orqanı həmin dövrdə fermaya zərərçəkmişlərin iştirakı ilə baxış keçirib heyvanların saxlanılmasını təmin edə bilərdi. Çünki ilkin dindirmədə zərərçəkmişlər heyvanların fermada olduğunu deyirdilər. Lakin bu istintaq orqanı tərəfindən yerinə yetirilmədi. Fermada olan heyvanların sahiblərinə qaytarılması təmin edilmədi. Onun tərəfindən toxunulmamış, o, işdən çıxandan sonra fermada qalmış heyvanların onun tərəfindən ələ keçirildiyi bildirilərək ona ittiham verilmişdir. Yəni başqasının fermasında, istifadəsində mövcud olan, sağ salamat olan heyvanların dələduzluq yolu ilə ələ keçirməkdə o təqsirləndirilmişdir. Məhkum bildirmişdir ki, aldığı bütün heyvanları o Şahid1 fermasına gətirib təhvil vermişdir. Bu hal dindirilmiş bütün şəxslər tərəfindən həm ibtidai, həm də məhkəmə istintaqı zamanı təsdiq olunur. Həmin heyvanları o istəsəydi fermadan çıxara bilməzdi və sonra da sata bilməzdi. Lakin bu xüsusat cinayət prosesini həyata keçirən orqanlar, o cümlədən apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. O, həmin heyvanları Şahid1 göstərişi ilə almış, onun fermasına gətirmişdir. Onun fermasına gətirilən heyvanların pulunu da fermanın sahibi ödəməyə söz vermişdir. Lakin Şahid1 həmin heyvanların dəyərini ödəmədi və sonda da onların sahibləri tərəfindən aparılmasına imkan vermədi. O, heyvanları alanda onları ələ keçirmək niyyəti olsaydı, niyə işdən çıxana qədər h əmin heyvanlar yerində, yəni fermada idi. Onları o, öz mülkiyyətinə keçirməmişdir. Belə bir imkan işçisi olduğu fermanın sahibi tərəfindən də ona verilməmişdir. Həmin heyvanların Şahid1 tərəfindən satılması da istintaq materialları ilə tam sübuta yetirilmişdir. Hətta Şahid1 ifadəsində heyvanların onun göstərişi əsasında alındığını, o işdən çıxandan da sonra onun aldığı həmin heyvanların yerində olduğunu, zərərçəkmişlərin heyvanlarının aparılmasına imkan vermədiyini, polis əməkdaşlarını çağırıdığını etiraf etmişdir. Nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı polis əməkdaşlarının hansı əsasla fermaya gəlmələri, sahibləri tərəfindən heyvanların aparılmasına imkan vermədikləri araşdırılmamışdır. Şahid1 rayon polis şöbəsinə müraciətinin qeydə alınıb alınmadığı aydınlaşdırılmamışdır. Bü tün istintaq materialları onun əməlində dələduzluq cinayətinin tərkibinin olmadığını təsdiq edir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 iyun tarixli, 1(107)-44/2024 nömrəli qərarının ləğv edilməsi və onun əməlində cinayət tərkibi olmadığına görə barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 iyun tarixli, 1(107)-44/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədə n də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya in stansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət p rosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qəna ətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Eyni zamanda, məhkəmə koll egiyası hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı mülki iddiaya aid hissədə dəyişdirilməlidir. Belə ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilmiş, Məhkum vurulmuş maddi zərər olaraq 8600 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarında istinad edilən, iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Məhkum tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Məhkum qarşı heç bir ş ikayəti və tələbi yoxdur və gələcəkdə iddiası olmayacaqdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi ifadədən də görünür ki, ona dəymiş ziyan ödənilib, ona 8600 manat ödənilib. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş mülki iddia məbləği apellyasiya instansiyası məhkəməsində artıq mülki iddiaçıya ödənildiyindən, zərərçəkmiş şəxs (mülki iddiaçı) bununla bağlı tələblərindən imtina etdiyindən və bu imtina məhkəmə tərəfindən qəbul edildiyindən, mülki iddia tələbi üzrə icraata xitam verilməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələyə heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə sinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Lakin hazırkı iş üzrə mülki iddiaçı təmin edilmiş pul məbləğinin ona artıq ödənilməsi ilə bağlı mülki iddiadan imtina etməsinə dair iradəsini bildirməsinə və bu iradə ifadəsinin məhkəmə tərəfindən qəbul edilməsinə baxmayaraq, təmin edilmiş və ödənilmiş iddia tələbi yenə də qüvvədə saxlanmışdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub mə hkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 iyun tarixli, 1(107)-44/2024 nömrəli qərarı dəyişdirilsin və cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 Məhkum tərəfindən maddi zərərin əvəzi olaraq 8600 manat pul ödənildiyi üçün, həmin məbləğin tutulmasına dair iddia tələbi üzrə icraata xitam verilsin. Məhkəmənin qərarı qalan hissədə, məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirlmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-203/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-203/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver