Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2030/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçiləri Məmmədov Ülvi Ziyadxan oğlunun və Nəcəfov Faiq Əjdər oğlunun, mülki iddiaçıların nümayəndələri X4 və Əhmədov Xəyal Mahmud oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 434/2024 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Məmmədov Ülvi Ziyadxan oğlu və Nəcəfov Faiq Əjdər oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşamışdır. 2. 26 aprel 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, fiziki şəxs kimi özünün, rəhbərlik etdiyi fiziki şəxslər X8, Məmmədyarova Pərvanə Hicran qızı, X7, X6, X 1 fəaliyyəti üzrə və hüquqi şəxslər “X1”, “X2”, “X3”, “X4”, “X5”, “X6” və "xxxx" MMC-nin fəaliyyətlərinə rəhbərlik etməklə vahid niyyətlə ümumilikdə 693.204,86 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. 3. 04 may 2021-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-10/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsindən eyni Məcəllənin 213.2.2-ci maddəsinə tövsif edilməsi, onun həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətin ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 01 (bir) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edil məklə şərti olaraq tətbiq edilməsi hökm edilmiş, mülki iddialar, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirli bilinərək, cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə əsas və əlavə cəzaya məhkum edilməsi barədə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.
6. Hökmdən təqsirləndirilən şəxs Məhkum da apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, barəsində daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-434/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasi ya şikayəti və apellyasiya protesti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-10/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilərək, Məhkum ittiham olunduğu və qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edildiyi epizodlar üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibi üzrə icraata xitam verilməsi, hökmdən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə aid müddəaların çıxarılması, həmin hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 03 (üç) il 03 (üç) aya endirilməsi, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 09 (doqquz) ay 16 (on altı) gün müddətin on a təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 02 (iki) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından Məhkum müdafiəçiləri Məmmədov Ülvi Ziyadxan oğlu və Nəcəfov Faiq Əjdər oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, Məhkum özünü təqsirl i bilsə də, onun təqsirliliyi nə ibtidai istintaqla, nə də məhkəmə istintaqı ilə sübut edilməmişdir. İşin real halı ondan ibarətdir ki, Məhkum başqa şəxslərin təqsirli əməllərini öz üzərinə götürmüşdür. İbtidai istintaq və məhkəmə istintaqının təqsirləndirilən şəxsin özünü günahkar bilməsi ilə kifayətlənməsi işin faktiki hallarının araşdırılmaması ilə nəticələnmişdir. Məhkum fəaliyyəti ondan ibarət olmuşdur ki, müəyyən şəxslərlə razılaşaraq onların adına hüquqi şəxs təsis edərək və ya fiziki şəxs kimi onları vergidən qeydiyyatdan keçirərək VÖEN əldə edir və həmin hüquqi və fiziki şəxslərə məxsus VÖEN-ləri faktiki rəhbərlərə, yəni şirkətə işlətmək istəyən şəxslərə və ya onların nümayəndələrinə 1000-2000 manat satır, pulun bir hissəsini özünə götürməklə, bir hissəsini adına VÖEN açmış şəxslə rə verir. O, təxminən gömrük brokeri funksiyasını həyata keçirmişdir. Məhkum barəsində çıxarılmış ittiham hökmü yalnız onun digər sübutlarla təsdiqini tapmayan etirafedici ifadəsi ilə əsaslandırılmış, cinayəti törətmiş şəxsin (şəxslərin) kimliyini müəyyən edəcək sübutlar ümumiyyətlə əldə olunmamış, bununla da faktiki olaraq təqsirsiz şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)434/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, kassasiya şikayətində qeyd edilən xüsusatlarla bağlı cinayət işinin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Mülki iddiaçılar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi ayrı-ayrılıqda kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-434/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçilər baxılan cinayət işində əməlləri həqiqətən törətmiş şəxslərin dairəsinin müəyyən edilmədiyi halda Məhkum Əbdül oğlunun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyini iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-434/2023 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. İlk növbədə Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya müraciətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin C inayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsind ə Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçilərinin dəlillərini əsassız hesab edir.
22. Belə ki, məhkumun birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin və dövlət ittihamçısının verdiyi apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halda bir daha təhlil edib hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, məhkəmə-mühasibatlıq, məhkəmə-xətşünaslıq, təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri, istintaq hərəkəti protokolları, eləcə də cinayət işinin materiallarında olan başqa təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
23. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə nəticəsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.
25. Kassasiya şikayətinin digər dəlili olan - cinayət təqibinin subyektləri o lmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilmədiklərinə, həmin şəxslərin dairəsinin müəyyən edilməsi üçün işin yenidən araşdırılması üçün yeni apellyasiya baxışına təyin edilməsinə dair müddəalarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmalarının predmetini cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş və onun Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham təşkil etmişdir.
26. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə v erilən ittiham daxilində baxılır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyi ilə də təsdiqlənir ki, Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz. Cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).
28. Məhkəmə kollegiyası məhkumun müdafiəçilərinin cinayət təqibinin s ubyektləri olmayan şəxslərin cinayət məsuliyyətinə cəlb edilmədiklərinə, həmin şəxslərin dairəsinin müəyyən edilməsi üçün işin yenidən araşdırılması üçün yeni apellyasiya baxışına təyin edilməsinə dair irəli sürdüyü dəlillərini ona görə əsassız hesab edir ki, cinayət təqibi orqanı tərəfindən yalnız Məhkum qarşı Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürüldüyündən, məhkəmələr nəinki kənar şəxslər, hətta, məhkumun özünə qarşı irəli sürülməyən ittihama baxa bilməzdirlər.
29. Beləliklə, məhkəmələrin yuxarıda təfsiri verilən məsələlər üzrə gəldiyi nəticələr Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun qaydada aparılmış sübutların tədqiqinə və işin hallarının obyektiv araşdırılmasına əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək heç bir qanuni və əsaslı dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası məhkəmələrin qənaətini şübhə altına almaq üçün əsas görmür.
30. Belə qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cin ayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
31. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-434/2024 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçiləri Məmmədov Ülvi Ziyadxan oğlu və Nəcəfov Faiq Əjdər oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-434/2024 nömrəli, 06 sentyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə d