Məhkəmə qərarları › İş №1(102)-2030/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2030/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2030/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2, Məhkumlar – Məhkum və Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsir li bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2024-cü il tarixli qərarından məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-376/2024 nömrəli, 05 aprel 2024-cü il tarixli (hakimlər X1 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Biləsuvar rayonu, Nəsimi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında nömrəsiz fərdi evdə yaşamış, hazırda 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqs irləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək o, 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 11 fevral 2023-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, xx xxxxxx 1999-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Biləsuvar rayonu, Nəsimi kəndind ə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək o, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 fevral 2023-cü il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X10 Qəzənfər oğlunun sədrliy i və məruzəsi ilə, X6 və X3 ibarət tərkibdə) 1(103)-1257/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-376/2024 saylı, 05 aprel 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumlar Təqsirləndirilən şəxs və Məhkum tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxslin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə saat 18 radələrində tanışı Məhkum ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində birlikdə olarkən, yanlarından keçən Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxsn əynində olan şalvarın arxa cibindən aşkar görünən pul kisəsini açıq talayaraq ələ keçirtmələri barədə Məhkum etdiyi təklifi sonuncu qəbul edib razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, cinayətkar niyyətlərini həyata keçirtmək üçün aralarında vəzifə bölgüsü müəyyən etmə klə, özünün zərərçəkmiş şəxsə hücum edib, pul kisəsini ələ keçirəcəyi, sonuncunun isə müdaxilə edərək ona köməklik edəcəyi barədə sövdələşdikdən sonra, Məhkumla birlikdə Zərərçəkmiş şəxs bir qədər təqib etdikdən sonra, o, həmin gün saat 18:30 radələrində, ünvan 3 ünvanın qarşısında Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxsn əynində olan şalvarın arxa cibindən içərisində həmin dövrə manata nisbətdə məzənnə ilə 3400 manat təşkil etmiş 2000 ABŞ dolları və 30 manat pul olan həmin dövrə manata nisbətdə məzənnə ilə 51 manat təşkil etmiş 30 ABŞ dolları dəyərində pul kisəsini götürərək açıq talayıb ələ keçirdikdən sonra zərərçəkmiş şəxs Umar Farooq ona müqavimət göstərdikdə üzərində gəzdirdiyi məişət təyinatlı bıçaqdan silah qismində istifadə edib hücum edərək gözləri önündə nümayiş etdirib fırlatmaqla, ələ keçirdikləri özgə əmlakını özlərində saxlamaq məqsədi ilə, həyat və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edib, habelə sonucuya zor tətbiq etməklə sol baldırın 1/3-nin ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirib, həmin vaxt onunla həmrəylik nümayiş etdirən Məhkum götürdüyü pul kisəsini ötürmüş, sonuncu ələ keçirtdikləri Zərərçəkmiş şəxs Farooqa məxsus həmin dövrə manata nisbətdə məzənnə ilə 3400 manat təşkil etmiş 2000 ABŞ dolları və 30 manat pul olan həmin dövrə manata nisbətdə məzənnə ilə 51 manat təşkil etmiş 30 ABŞ dolları dəyərində pul kisəsini, ümumilikdə 3481 manat məbləğində özgə əmlakını götürüb hadisə yerindən qaçaraq uzaqlaşmış, bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxslin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Məhkum 11 fevral 2023-cü il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində birlikdə olarkən, yanlarından keçən Pakis tan Respublikası vətəndaşı Zərərçəkmiş şəxsn əynində olan şalvarın arxa cibindən aşkar görünən pul kisəsini açıq talayaraq ələ keçirtmələri barədə Təqsirləndirilən şəxs ona etdiyi təklifi qəbul edib razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib, cinayətkar niyyətlərini həyata keçirtmək üçün aralarında vəzifə bölgüsü müəyyən etməklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə hücum edib, pul kisəsini ələ keçirəcəyi, onun isə müdaxilə edərək ona köməklik edəcəyi barədə sövdələşdikdən sonra, Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs bir qədər təqib etdikdən sonra, Təqsirləndirilən şəxs həmin gün saat 18:30 radələrində, ünvan 3 ünvanın qarşısında Pakistan Respublikası vətəndaşı Zərərçəkmiş şəxsn əynində olan şalvarın arxa cibindən içərisində həmin dövrə manata nisbətdə məzənnə ilə 3400 manat təşkil etmiş 2000 ABŞ dolları və 30 manat pul olan həmin dövrə manata nisbətdə məzənnə ilə 51 manat təşkil etmiş 30 ABŞ dolları dəyərində pul kisəsini götürərək açıq talayıb ələ keçirdikdən sonra zərərçəkmiş şəxs Umar Farooq ona müqavimət göstərdikdə Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi məişət təyinatlı bıçaqdan silah qismində istifadə edib hücum edərək gözləri önündə nümayiş etdirib fırlatmaqla, ələ keçirdikləri özgə əmlaklarını özlərində saxlamaq məqsədi ilə, həyat və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tədbiq edəcəyi hədəsi ilə müşayiət edilən basqın edib, habelə sonucuya zor tətbiq etməklə sol baldırın 1/3-nin ön səthinin sıyrığı ilə müşayiət olunan sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirib, həmin vaxt o, əvvəlcədən razılaşdıqları kimi həmrəylik nümayiş etdirərək yaranmış qarışıqlıqdan istifadə edib Təqsirləndirilən şəxs götürdüyü həmin pul kisəsini ələ keçirməyə nail olub Zərərçəkmiş şəxs Farooqa məxsus götürdüyü həmin dövrə manata nisbətdə məzənnə ilə 3400 manat təşkil etmiş 2000 ABŞ dolları və 30 manat pul olan həmin dövrə manata nisbətdə məzənnə ilə 51 manat təşkil etmiş 30 ABŞ dolları dəyərində pul kisəsini, ümumilikdə 3481 manat məbləğində özgə əmlakla birlikdə hadisə yerindən qaçaraq uzaqlaşmış, bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmi şdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi hökm çıxararkən cinayət prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, məhkum barəsində həddindən artıq ağır cəza təyin etmişdir. Apellyasiya məhkəməsi də öz növbəsində bu pozuntulara hüquqi qiymət verməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkum Asəf oğlu kassasiya şikayətində qeyd etmişdir ki, cinayət işi üzrə materiallar ibtidai istintaq və məhkəmə instansiyaları tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Belə ki, ibtidai istintaq zamanı, o, CM-nin 180.2.1-ci maddəsi ilə cinayət törətməkdə təqsirli bilinsə də, məhkəmə istintaqı zamanı əməli başqa maddələrə tövsif edilmiş və nəticə bu maddələr ilə razı olmadığını qeyd etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkum cinayət işi materiallarının tam obyektiv araşdırılaraq cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublik ası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassatorlar işə baxan məhkəmələr tərəfindən cəza təyin edilərkən onların törətdiyi əməlin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməməsini vurğu layaraq, cəzalarının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumların təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumlar Məhkum və Təqsirləndirilən şəxs təqsirlilikləri sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin məhkumlara təyin etdiyi cəzaların növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin m üddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasi tədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kat eqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların dü zgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onl arın şəxsiyyətinə uyğundur və belə olan halda azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yar anan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum və Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumların şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumların islah edilməsinə və onun ailələrinin həyat şəraitinə təsirini nəz ərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün məhkumlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının yüngülləşdirilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2024-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası məhkumların ayrı-ayrılıqda verdiyi kassasiya şikayətlərinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2024-cü il tarixli qərarından məhkumlar tərə findən verilmiş kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin kassasiya şikayətləri təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1257/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərarı məhkumlar tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar