Məhkəmə qərarları › İş №1(102)-2031/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2031/2025

28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2031/2025 28.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Sarıyev Əjdər Hakim oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Sarıyev Əjdər Hakim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə (hakimlər Sadıqov Anar Böyükkişi oğlu (sədrlik edən və məruzəçi), Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1992-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasınən vətəndaşı, orta təhsilli, subay, himayəsində azyaşlı 1 uşağı ola n, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Tərtər Hərbi Məhkəməsinin 13 avqust 2014-cü il tarixli hökmü ilə CM-in 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, “28 May- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarına əsasən həmin cəzadan azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin zərər çəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin edilərək mülki cavabdeh Məhkum 3 3750 (otuz üç min yeddi yüz əlli) ABŞ dolları məbləğində pulun hökmün mülki iddiaya aid hissəsinin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 262 (iki yüz altmış iki) manat 12 (on iki) qəpik məbləğində pulun tutularaq zərər çəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə mobil telefon aparatlarının və onların aksesuarlarının ölkəyə idxal etməklə satışıni təşkil edib birgə qazanc əldə edəcəkləri barədə yalan vəd verib tanışı Zərərçəkmiş şəxs aldadaraq bu adla Zərərçəkmiş şəxs 2020-ci ilin iyun ayından dekabr ayınadək o lan müddət ərzində ünvan 2 ünvanında hissə-hissə olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 68425 manat təşkil edən 40250 ABŞ dolları pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Ə.H.Sarıyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə) 12 fevral 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilərək Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilədək endirilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.H.Sarıyev kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasına, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) və CM-in bir çox maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsi haqqında” 12 may 2009-cu il və “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli Qərarlarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qüvvədən dühmüş “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı il tarixli Qərarına və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi Ə.H.Sarıyev həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mötəbər sübut kimi hüquqi qiymət verdiyi hallar bir-birinə uyğun gəlməməklə yanaşı işdə olan sübutlarla təkzib olunmuşdur. Belə ki, cinayət işinə birinci instansiya məhkəməsində baxılması zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Məhkum verdiyi pul vəsaitlərini faizə götürdüyünü bildirməmiş, apellyasiya baxışı zamanı göstərilən hallar barədə ona suallar verilərkən məhkəmə prosesinə sədrlik edən hakimin istiqamətverici cavabları ilə fikrini formalaşdırmağa cəhd etmişdir. Cinayət işinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən şahid qismində ifadə vermiş Şahid3 məhkəmə tərkibinin hakimi Ramin Qaraqurbanlının sualını cavablandırarkən bildirmişdir ki, Məhkum pul vəsaiti faizə verilmiş, sonuncunun hər ay ödədiyi vəsaitin yarısı əsas borcdan, yarısı isə aylıq fazilərə çıxılmışdır. Lakin məhkəmələr tərəfindən bu ifadələrə və işə əlavə olunmuş digər sübutlara düzgün hüquqi qiymət verilməmiş və onun təqsiri sübuta yetirilmədiyi halda o, əsassız olaraq dələduzluq cinayətini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Halbuki iş üzrə toplanmış və araşdırılmış sübutlardan göründü yü kimi, tərəflər arasında borc münasibətləri yaranmış və bu münasibətilər üzrə mübahisə də mülki mühakimə icraatı qaydasında həll edilməli idi. Öz müraciətində daha ətraflı dəlillərə əsaslanaraq müdafiəçi Ə.H.Sarıyev onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, k assasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə əsasən işə 28 oktyabr 2025-ci il tarixdə kassasiya instansiyası məhkəməsində baxılan zaman Məhkum məhkəməyə müdafiəçisi Ə.H.Sarıyevlə birgə imzaladığı ərizəni təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Məhkum ərizənin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında iştiak edərək və onun hüquqlarını müdafiə edən müdafiəçisi Ə.H.Sarıyev də kassasiya şikayətinin geri götürülməsi barədə hüquqlarını müdafiə etdiyi Məhkumla birgə imzaladığı ərizənin təmin edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan ərizəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində isə təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum müdafiəçisi Ə.H.Sarıyevlə birgə imzaladığı ərizəsini nəzərdən keçirib qanunvericiliyin təsvir olunan tələblərinə əsaslanaraq və kassasiya şikayətinin geri qaytarılması barədə onun özünün, müdafiəçisi Ə.H.Sarıyevin və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, hesab edir ki, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.H.Sarıyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı, kassasiya şikayəti üzrə icraata isə xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum və onun müdafiəçisi Ə.H.Sarıyevin birgə verdikləri ərizə təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Ə.H.Sarıyev tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar