Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2032/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci m addəsi ilə bəraət almasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-138/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı5 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx.xx.1980-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhk um satış məqsədi ilə naməlum şəraitdə və vaxtda qabaqcadan əlbir olan bir qrup şəxs halında, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı başqa şəxslərin Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə başqa şəxslərin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə həmin narkotik vasitələri və psixotrop maddələri keçirdikdən sonra o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisi ndən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni 25.387,2 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda, yəni 5.156,4 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib və “Rəsul” adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən Bakı şəhəri ərazisinə daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşıb qohumu X5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə daşımış, həmin narkotik vasitə heroinin 100,4 qramını üzərində saxlamaqla daşıyarkən, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum saat 18:00-da Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 57 ünvanının yaxınlığında saxlanılmaqla qeyd olunan Baş İdarəyə gətirilmiş və orada saat 19:30-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçənin sol iç yan cibindən bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 100,4 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
3. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 22:00-dan etibarən Məhkum qohumu X5 məxsus evə özünün razılığı və iştirakı ilə baxış keçirilərkən evə girişdə sağ tərəfdə yerləşən otağın qapısının arxasında gizlətdiyi iki ədəd torbanın içərisindən 27 (iyirmi yeddi) ədəd bükümlərdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətl ərinə görə Məhkum üzərindən aşkar edilmiş heroinlə eynilik təşkil edən ayrı-ayrılıqda 1.009,7 qram, 989,3 qram, 815,2 qram, 837,2 qram, 1.014,8 qram, 1.007,1 qram, 680,1 qram, 894,3 qram, 1.000,4 qram, 792,9 qram, 898,1 qram, 843,4 qram, 599,4 qram, 1.002,9 qram, 1.000,1 qram, 991,4 qram, 979,8 qram, 993,3 qram, 988,2 qram, 1.004,4 qram, 1.016,4 qram, 1.031,9 qram, 896,8 qram, 1.001,5 qram, 1.007,5 qram, 981 qram və 1.009,7 qram olmaqla ümumilikdə külli miqdarda 25.286,8 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 05 (beş) ədəd bükümlərdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda 1.018,4 qram, 1.072,6 qram, 1.007,9 qram, 1.011,5 qram və 1.046 qram olmaqla ümumilikdə külli miqdarda 5.156,4 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 1(101)-194/2022 nömrəli hökmü ilə (hakim Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X2 və X6 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin nin 32.5, 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaqla ona 14 (on dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinin tələblərinə əsasən Məhkum Nizami Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş 3 (üç) ay 9 (doqquz) gün hissəsinin hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Məhkum təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcının 13 yanvar 2021-ci il tarixdən hesablanması, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum narkomaniyadan məcburi müalicə təyin olunması və onun narkomaniya ilə əl aqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
5. Hökmdən məhkum olunmuş şəxs və müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)138/2023 nömrəli hökmü ilə (hakimlər X9 oğlunun sədrliyi ilə, X4 və X1 ibarət tərkibdə) məhkum olunmuş şəxs Məhkum və müdafiəçilər tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün ləvğ edilməsi və iş üzrə yeni hökm çıxarılması, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiy indən bəraət verilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinin tələblərinə əsasən Məhkum Nizami Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş 3 (üç) ay 9 (doqquz) gün hissəsinin hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanmaqla ona qəti olaraq 11 (on) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Məhkum təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcının xx.xx.2021-ci il tarixdən hesablanması, onuncəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum narkomaniyadan mə cburi müalicə təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)138/2023 nömrəli hökmündən apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı5 Ağakərim oğlu tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
8. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilməsi hissəsində düzgün araşdırma aparıl maması qeyd edilərək, protestinin əsas dəlili qismində məhkumun ibtidai istintaq zamanı vermiş ifadəsinə istinad edərək, protestdə göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.1, 416.1.2 və 416.1.3-cü maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-138/2023 nömrəli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.
10. Hökmdən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dö vlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişd irilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilməsinin qanunvericiliyin tələblərinə zidd olduğunu iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Az ərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-138/2023 nömrəli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirlən dirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
20. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
21. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
22. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
23. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
24. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
25. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərli yi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
26. Cinayət Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.
27. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsi ndə məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
28. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum onun məhkəməyə verildiyi Azərbaycan Respublikasının CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin araşdırdığı sübutları yenidən qiymətləndirib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, Məhkum CM-in 32.5,206.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə ittihamın sübut olunmasında onun təqsirinin sübuta yetirilməməsi nəzərə alınmamış, onun barəsində əsassız olaraq həmin ittiham üzrə təqsirli bilinmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Məhkum CM-in 32.5,206.3.2-ci m addəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamda onun təqsiri sübuta yetirilməmişdir. İttiham tərəfi isə Məhkum qaçaqmalçılıq cinayətinə köməkçi qismində təqsirini təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, yalnız məhkumun məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə təkzib etdiyi ilkin ifadəsinə istinad edilmiş, bununla da ittihamın əsasını sadəcə ittiham tərəfinin ehtimalları təşkil etmişdir. Belə sübutlar cinayət işinin materiallarında da olmadığından, məhkəmə haqlı olaraq mövcud şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də Məhku m Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamda onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə, təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyinin sübuta yetirilmədiyini, yəni Məhkum Cinayət Prosessual Məcəllənin 42.1.4-cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya protestinin dəlilləri qismində Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi etirafedici ifad əsinə istinad edilsə də, cinayət işi materiallarından müəyyən edilir ki, apellyasiya icraatı zamanı həmin ifadə təhlil edərək belə nəticəyə gəlinmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixdə “Rəsul” adlı İran İslam Respublikası vətəndaşı və qeyrilərinin müəyyən etmək mümkün olmadığından həmin şəxs barəsində cinayət işi ayrılmışdır. Həmin şəxsin hazırkı tarixədək tapılması və ya məsuliyyətə cəlb edilməsi isə müəyyən edilməmişdir. Göründüyü kimi “Rəsul” adlı şəxsin İran İslam Respublikasının vətəndaşı olub-olmaması da indiyədək müəyyən edilməmişdir. Eyni zamanda, elan edilmiş ittiham aktından da göründüyü kimi Məhkum tərəfindən bilavasitə Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi qeyd edilməmişdir. İttihama əsasən isə məhz Məhkum tərəfindən qabaqcadan verilmiş razılıq əsasında Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə göndərilmiş narkotik vasitələri əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri satış məqsədilə qanunsuz olaraq götürüb əldə etmələri qeyd edilsə də, aşkar olunmuş narkotik vasitənin Azərbaycan Respublikasına ölkə xaricindən gəlməsi və ya gəldiyi təqdirdə onun nə vaxt və hansı şəraitdə keçirilməsi müəyyən edilməmişdir. Eləcə də, verilmiş vədin məhz Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsi ilə bağlı olması da müəyyən edilməmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin nin 32.5, 206.3.2-ci, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə CM-nin nin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirinin iş materialları ilə sübut edilməməsinə dair gəldiyi nəticə ilə razılaşır və qeyd olunan hallar baxımından Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş əsas cəzanın bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış etməsini və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmasını qeyd edir.
33. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə gəldiyi nəticə ətra flı hökmdə əks etdirildiyindən kassasiya məhkəməsi əlavə izah verməyə lüzum görmür.
34. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
35. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.
36. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının və məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 16 may 2023-cü il tarixli, 1(103)-138/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə bəraət almasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2023-cü il tarixli, 1(103)-138/2023 nömrəli hökmü apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı5 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya p