Məhkəmə qərarları › İş №1(102)-2032/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2032/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2032/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum, məhkumun müdafiəçiləri X1 və Müdafiəçi3 iştirakları ilə, Sumqayıt Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aynur Rzayeva (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Hafiz Əliyev) 26 dekabr 2023-cü il tarixli 1(124)-159/2023 nömrəli hökmü ilə xx xxxx 2000-ci il tarixdə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Quba şəhəri N.Nərimanov küçəsi ev 27-də qeydiyyatda olan və Quba şəhəri Qəçrəş yolu yaşayış massivində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1-ci maddəsi təqsirli bilinərək, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddə sinə əsasən onun ev dustaqlığında olduğu 5 (beş) ay 24 (iyirmi dörd) gün müddət ona təyin olunan cəzadan çıxılmış və onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay 6 (altı) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 26 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə Təqsirləndirilən şəxs1 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək satmışdır. Belə ki, o, 21 dekabr 2021-ci il tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs1 ona müraciət edərək Elşad adlı tanışına narkotik vasitə mar ixuana təşkil etməsi barədə xahişinə əsasən Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs3 ilə telefonla danışıb bir ədəd kibrit qutusunda marixuananın qiymətinin 60 manat olduğunu öyrənərək Təqsirləndirilən şəxs1 demiş, sonuncu Şahid1 ilə danışıb marixuananı 90 manata təklif edib, Şahid1 da həmin qiymətlə razılaşmasından sonra Təqsirləndirilən şəxs1 narkotik vasitə marixuananı sataraq mənfəət əldə edəcəyini dərk edib onun mənafeyinə uyğun hərəkət etməklə, yəni Xaçmaz şəhərinə aparıb narkotik vasitə təşkil edəcəyi barədə Təqsirləndirilən şəxs1la danışıb razılaşaraq sonuncu və Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdiyi Mercedes markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, “köhnə avtovağzal dairəsi”nin yaxınlığına getmiş, Təqsirləndirilən şəxs1 Şahid1la görüşüb 20 m anatını sonra verəcəyi barədə razılaşaraq sonuncudan 70 manat pul aldıqdan sonra onlar Quba şəhərindən Xaçmaz şəhərinə gedərək "stansiya" adlanan ərazidə Təqsirləndirilən şəxs3 ilə görüşmüş, o Təqsirləndirilən şəxs3 bir ədəd kibrit qutusunda 5,128 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuananı 60 manat müqabilində alıb avtomobilində əyləşən Təqsirləndirilən şəxs2, sonuncunun isə hər üçünün birlikdə istifadə etməsi üçün narkotik vasitənin üzərindən bir qədər götürüb qalan hissəsini Təqsirləndirilən şəxs1 verməsindən sonra yenidən birlikdə Quba rayonuna qayıtmış, həmin gün, saat 20 radələrində Quba rayonu Timiryazev qəsəbəsində yerləşən “480 klub" çay evinin qarşısında Təqsirləndirilən şəxs1 5,128 qram çəkidə narkotik vasitə marixuananı Şahid1 çatdırmış, bununla da o, Təqsirlənd irilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlayaraq daşımış və satmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayev) 06 mart 2024cü il tarixli 1(105)-171/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli, 1(124)-159/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi8 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2024-cü il tarixli 1(105)-171/2024 nömrəli qərarının ləğv edilməsini və cinay ət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi8 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiya məhkəməsinin qərarı məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə əlaqədar qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmişdir. Ona görə də apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, cinayət işi yenidən baxılması üçün apellyasiya baxışına göndərilməlidir. Belə ki, məhkəmələrin gəldiyi nəticə işin hallarına uyğun olmamış, cinayət işində mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamışdır. Məhkum ibtidai istintaqda və məhkəmədə verdiyi ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olmadığını, sad əcə özünün arada onlardan istifadə etdiyini, Təqsirləndirilən şəxs1 Şahid1 narkotik vasitəni 60 manata alıb 90 manata satdığına dair danışığından və razılaşmasından məlumatı olmadığını və narkotik vasitəni Mətləb tərəfindən qazanc götürmək məqsədilə Elşada satılmasına qabaqcadan razılıq niyyətinin olmadığını bildirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində çıxarılmış qərarda məhkəmənin gəldiyi qənaət işdə olan sübutlarla, o cümlədən Məhkum, digər təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə ziddiyyət təşkil edir. Cinayət işində olan təqsirləndirilən şəxslərin ifadələrindən və digər sübutlardan da göründüyü kimi Məhkumla digər Təqsirləndirilən şəxs1 arasında narkotik vasitənin kiməsə satışı ilə bağlı qabaqcadan hər hansı bir razılaşma olmamışdır. Bundan başqa Məhkum Təqsirləndirilən şəxs1 narkotik vasitəni 60 manata alıb Şahid1 90 manata satmağı barədə danışığından da məlumatı olmamışdır. Cinayət işinin materiallarında narkotik vasitənin satışı ilə bağlı Məhkum tərəfindən hər hansı bir mənfəətin əldə etməsi faktı müəyyən olunmur. Belə ki, Məhkum məhkəməyə verdiyi ifadəsində hadisə günü saat 13-14 radələrində evdən çıxıb avtomobilinin sığorta pulunu almaq üçün özünün idarə etdiyi “Mersedes” markalı avtomobillə Xaçmaz şəhərinə yola düşdüyünü, yolda olanda Təqsirləndirilən şəxs2 ona zəng vurub harada olduğunu soruşduğunu və bundan sonra onun Əli və Təqsirləndirilən şəxs1la birlikdə Xaçmaza getdiyini, Mətləbin ona verdiyi 60 manata bir kibrit qutusu qurudulmuş marixuana aldığını, həmin qutunu avtomobildə Əliyə verdiyini və sonuncunun da onu Mətləbə verdiyini qeyd etmişdi r. Bundan başqa Mətləbin Səbuhinin idarə etdiyi maşına 5 manatlıq benzin vurması isə narkotik vasitənin satışından əldə olunan gəlir kimi qiymətləndirilməsi absurddur. Belə ki, məsafə nisbətinə görə Qubadan Xaçmaza və Xaçmazdan Qubaya taksi ilə gedib gəlmək üçün ən azı 20-25 manat pul lazım olur. X4 avtomobilinə 5 manatlıq benzinin vurması halının olması onunla Mətləb arasında narkotik vasitənin satışından əldə edilən gəlirin bölüşdürülməsi və birgə xərclənməsinə dəlalət etmir. Qeyd edilməlidir ki, Məhkum Quba şəhərində "xxxx" MMC-də ekspeditor vəzifəsində çalışmış, aldığı aylıq əmək haqqının məbləği 1000 manat olmuşdur. Bundan başqa o, atasının adında olan “Mersedes” markalı maşını etibarnamə əsasında idarə etmişdir. Yəni onun narkotik vasitənin qazanc əldə etmək məqsədilə kiməsə satmaq n iyyəti olmamış və bu barədə Mətləblə və ya digər şəxslərlə qabaqcadan əlbir olaraq razılığa gəlməmiş və ya gəlir əldə etməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istintaqda verdiyi ifadəsində Mətləbə aldıqları narkotik vasitəni onun Elşada verməməsini, özlərinə problem yaranacağını bildirsə də, Mətləbin ona qulaq asmadığını bildirmişdir. Buradan göründüyü kimi, Təqsirləndirilən şəxs1la Məhkum arasında narkotik vasitənin satışı ilə bağlı qabaqcadan razılaşma olmamışdır. Məhkəmələr Məhkum ifadəsinin müdafiə xarakterli olmasını göstərərək onları düzgün qiymətləndirməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamal ı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Müdafiəçinin kassasiya şikayətinin əsas dəl ili ondan ibarətdir ki, məhkumun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilmişdir. Müdafiəçinin fikrincə Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqəda r hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə törədildiyi halda və ya onları satdıqda yaranır. Göründüyü kimi “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən” və “satış məqsədi” və ya “satma” CM-in 234.4.1-ci maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Kassasiya şikayətində məhkumun əməlində məhz bu əlamətlərin mövcudluğu mübahisələndirilir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlm işlər ki, həmin sübutlarla Məhkum tərəfindən Azərbaycan Respublikası CMin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – Məhkum və digər təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələri, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid5, Şahid4 və Şahid6 ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Məhkəmələr cinayət işi üzrə sübutlara qiymət verərək təqsirləndirilən şəxslə rin ibtidai istintaq zamanı verdiyi ifadələrinin şahid ifadələri və digər sübutlarla üst-üstə düşməsini nəzərə alıb təqsirləndirilən şəxslərin bu ifadələri həqiqətə uyğun hesab etmiş, Məhkum və digər təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələri isə həqiqətə uyğun olmayan təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittihamdan müdafiə etmək və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qəbul etmişlər. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq, hesab edir ki, həmin sübutların məcmusu Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər və yekun qərarına gəlməyə imkan verir. Belə ki, həmin sübutlarla müəyyən edilmişdir ki, Məhkum Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq 5,128 qram çəkidə olan qurudulmuş marixuananı Şahid1 satmaq üçün 60 manata əldə etmişlər və Təqsirləndirilən şəxs1 həmin marixuananı Şahid1 90 manata satmışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi sübutları, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-bioloji ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təq sirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara və işin hallarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs1la birlikdə satış məqsədi ilə əldə etmiş və satmışlar. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstəri lən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin məhkumun əməlinin tövsifi barədə dəlilləri əsassızdır. Belə ki, Məhkum ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün əldə etməsi barədə dəlilləri iş materiallarında sübutlarla tam təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahi sələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası həmçinin işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliy inin tələblərini nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar