Məhkəmə qərarları › İş №1(102)-2033/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2033/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2033/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçiləri, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Cəfərov Səlahəddin İsmayıl oğlunun və 7 saylı Bakı Asan Xidmət Mərkəzinin vəkili X7 iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaş ı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum – Azərbaycan Respublikası CM-in 29, 120.2.2, 221.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 29, 120.2.2-ci ma ddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 13 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: V.Ə.Mursaqulov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayəti qismən təmin edilm iş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmişdir. Həmin hökmlə Məhkum CM-in 66.3-cü maddəsinə əsasən, qəti olaraq təyin edilmiş 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası azaldılaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 13 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsində yerləşən “Məhəllə” adlı kafeyə gələrək orada xidmətçi işləyən bibisi qızı Zərərçəkmiş şəxs həmin kafedə görüb sonuncuya yaxınlaşaraq belə bir yerdə işləməyin düzgün olmadığını bildirməklə işdən çıxmasını tələb etdikdə Zərərçəkmiş şəxs ona kafedə işləməsinin səbəbini savadının olmaması və buna görə də başqa yerdə özünə iş tapa bilməməsi ilə izah etdikdə o, heç bir əsaslı səbəb olmadan, sonuncunun bu sözlərindən hiddətlənməklə özünü nüfuz sahibi kimi göstərərək özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə ictimai yer olan kafenin fəaliyyətini pozaraq orada müştərilərin narahatçılığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməklə naməlum mənbədən əldə edərək şalvarının bel kəmərinə keçirib üz ərində gəzdirdiyi, soyuq silah olan qara rəngli, qatlanan bıçağı silah qismində istifadə edib tətbiq edərək, həmin bıçaqla qarşısında dayanan Zərərçəkmiş şəxs bədəninin həyat üçün əhəmiyyətli orqanlarının yerləşdiyi döş qəfəsi və qarın nahiyələrinə güclü zərbələr vuraraq sonuncuya sol tərəfli hemotoraks ilə müşayiət olunan perikard və ürəyin sol mədəciyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, daxili qanaxma ilə müşayiət olunan diafraqmanın sol yarısı, dalağın kənar hissəsi və mədənin böyük əyriliyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yan səthinin sol plevra və qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, qarnın sol yan səthinin daxilə nüfuz etməyən 2 ədəd deşilmiş-kəs ilmiş yarası, sol bazunun aşağı 1/3-nin arxa səthinin 2 ədəd və sol saidin yuxarı 1/3-nin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik xəsarətlər yetirmiş, lakin Zərərçəkmiş şəxs sol qolunu qarşıya verərək aktiv müqavimət göstərməklə bıçaq zərbələrinin davam etməsinin qarşısını alıb ondan yayındığından, kafedə olan digər şəxslər ona mane olduğundan və Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən o, öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəldilmiş əməlini başa çatdıra bilməyərək sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayət inin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2022-ci il tarixli qərarının dəyişdirilməsi və ona cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla ən yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olmamış, yalnız qorxutmaq məqsədi ilə bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur və barışmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçilər S.Cəfərovun və F.Mehdiyevin və Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlin in çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid e dilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması bildirilir və ona təyin edilmiş cəzanın ağır olması mübahisə olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə görə “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsin ə görə “Qəsdən: 120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbi q olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqdaiki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsinə əsasən “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla— üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə kollegiyası hesab edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub olmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib edilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öy rənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plunumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, “baxılan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxslərin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışları hərtərəfli araşdırılmalıdır.” "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarının 6-cı bəndində deyilir: “Qəsdə n adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti il ə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Məhkəmə kollegiyası qeyd edir ki, “Xuliqanlıq” cinayətinin anlayışı CM-nin 221.1-ci maddəsində verilmiş və maddədə nəzərdə tutulan hərəkətlərin edilməsi həmin cinayətin tərkibini yaradır. Xuliqanlıq motivi isə şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə psixi münasibətinin göstəricisidir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsi cinayətinin motivinin xuliqanlıq olması və onun əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olması iş materialları ilə təsdiq olunmur. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında verilən şərhlərə, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zərur i hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli h ərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” məsuliyyət müəyyən edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal f əaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor t ətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olun maması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1N-li qərarının 2-ci bəndində göstərilən tövsiyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə g örə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri və işin hallarında təsvir olunan nəticəyə görə mübahisənin gedişində təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoymaqla, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirib, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozaraq Zərərç əkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə ictimai yer olan kafenin fəaliyyətini pozaraq orada müştərilərin narahatçılığına səbəb olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etməklə Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş, bununla da CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri həmin nəticə əsassızdır. Belə ki: -İşin mübahisəsiz halı ondan ibarətdir ki, Məhkum Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu qəsdən adam öldürməyə cəhddə ifadə olunan cinayəti şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə törətmişdir. Təqsirləndir ilən şəxs qismində dindirilən Məhkum özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bibisi qızı Zərərçəkmiş şəxsnin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən “Məhəllə” adlı kafedə çalışdığını eşitmişdir. O, Zərərçəkmiş şəxsnin kafedə işləməsini eşitdikdən sonra Zərərçəkmiş şəxs barəsində onda pis fikirlər yaranmış, belə ki, Zərərçəkmiş şəxsnin çalışdığı kafeyə müxtəlif yad kişilərin gəlməsi, Zərərçəkmiş şəxsnin orada onların qarşısına çay qoyması, hadisədən bir neçə gün əvvəl Zərərçəkmiş şəxsni əlində araq şüşəsi ilə kafeyə daxil olarkən görməsi kimi hallar ona pis təsir bağışlamışdır. Hadisədən əvvəl Zərərçəkmiş şəxsyə bununla əlaqədar bir neçə dəfə xəbərdarlıq etməyə çalışsa da, əvvəllər Zərərçəkmiş şəxsyə bu barədə fikrini bildirməmişdir. 13 avqust 2021-ci il tarixdə, axşam saat 18 radələrində “Məhəllə” kafesinin qarşısından keçdiyindən Zərərçəkmiş şəxs ilə söhbət etmək qərarına gəlmiş, taksidən düşərək “Məhəllə” kafesinə daxil olmuş, kafeyə daxil olduqdan sonra içəridə 2 nəfər tanımadığı orta yaşlı müştərinin stolda əyləşdiyini, Zərərçəkmiş şəxsnin isə pivə süzən aparatın arxasında dayanmış vəziyyətdə olduğunu görmüşdür. O, Zərərçəkmiş şəxsdən nə üçün kafedə işlədiyini, özünə normal iş tapmadığını, məsələn, mağazalarda satıcı işləmədiyini soruşmuş, Zərərçəkmiş şəxs isə cavabında ona sakit tərzdə savadının olmadığını, mağazalarda işləmək üçün cavan qızların tələb olunduğunu, onu mağazaya işə götürmədiklərini, bu səbəbdən də kafedə işlədiyini bildirmişdir. Zərərçəkmiş şəxsnin bu sözlərindən sonra əsəbləşmiş və Zərərçəkmiş şəx snin onun sözünə əməl etmək əvəzinə onunla söz güləşdirdiyini düşünərək əvvəlcədən şalvarının bel kəmərində saxladığı bir ədəd qara rəngli qatlanan tipli bıçağı çıxararaq Zərərçəkmiş şəxsyə vurmağa başlamışdır. O, bir neçə bıçaq zərbəsini Zərərçəkmiş şəxsyə vurduqdan sonra sonuncu zərbələri vurmaq üçün bıçağı yuxarıya qaldırdıqda Zərərçəkmiş şəxs sol qolunu bıçağın qarşısına verərək onun Zərərçəkmiş şəxsnin yaxasından tutduğu əlini koftasından aralayaraq onu itələmişdir. Bu zaman bir neçə dəfə Zərərçəkmiş şəxsyə vurmaq istədiyi bıçaq zərbələri Zərərçəkmiş şəxsnin sol qoluna dəymişdir. Bu vaxt ətrafda olan şəxslər ona “Nə edirsən? Bu nə hərəkətdi edirsən?” deyə bildirmişlər. Sonra həmin şəxslər kafedən çıxmışlar. Zərərçəkmiş şəxsyə vurduğu bıçaq zərbələrindən sonra Zərərçəkmiş şəxs stulda ə yləşmişdir. O isə geriyə dönərək kafenin qapısını örtmüş və kafedən çıxmışdır. Zərərçəkmiş şəxsni vuraraq kafedən çıxdıqdan sonra yeznəsi Zaur Baxşıyevə zəng edərək Nizami RPİ-nin 23-cü PBnə təslim olmağa getdiyini bildirmiş, nə üçün getdiyini demədən telefon danışığı kəsilmiş və danışıq başa çatmışdır. O, təsadüfi əyləşdiyi, sürücüsünü tanımadığı taksi ilə Nizami RPİ-nin 23-cü PB-nə getmiş, oraya getdikdən sonra bölməyə daxil olaraq cinayət əməli törətdiyini könüllü surətdə etiraf etmiş və Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bıçağı Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısına təhvil vermişdir. Baş vermiş hadisə zamanı spirtli içkinin və ya narkotik vasitənin təsiri altında olmamış, 13 avqust 2021-ci il tarixdə “Məhəllə” kafesinə gedərkən Zərərçəkmiş şəxsni bıçaqla vurmaq fikri olmamış, nə Zərərçəkmiş şəxs ilə söhbət etməyində, nə də sonuncunu bıçaqla vurmağında hər hansı bir şəxsin rolu olmamışdır. Zərərçəkmiş şəxsnin kafedə işləməsini bəyənmədiyindən əvvəlcə söhbət etmək üçün kafeyə gəlmiş, Zərərçəkmiş şəxsni bıçaqla vurmaq fikri olmamış, Zərərçəkmiş şəxsnin ona “savadım yoxdur, özümə başqa iş tapa bilmirəm, mağazalarda işləmək üçün cavan qızlar tələb olunur” deyə bildirməsi onu əsəbləşdirdiyindən şalvarının bel kəmərində olan qatlanan tipli bıçağı çıxararaq Zərərçəkmiş şəxsni bıçaqla vurmağa başlamış, məqsədi sonuncunu cəzalandırmaq olmuşdur. Zərərçəkmiş şəxsnı öldürmək məqsədi olmasa da, hadisə vaxtı əsəbi olduğundan sonuncuya 7 bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi bıçağı uzun müddət bundan əvvəl xatırlamadığı vaxtda xatırlamadığı yerdən əldə e tmiş, bıçağı gecə saatlarında evə gəldiyindən üzərində saxlamış, lakin kafeyə gəldikdə Zərərçəkmiş şəxsni bıçaqla vurmaq fikri olmamışdır. Hazırda ailə üzvlərinin başsız qalmasına görə peşmandır, Zərərçəkmiş şəxs ilə barışmış, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Zərərçəkmiş şəxs X8 ifadəsində göstərmişdir ki, Məhkum dayısı oğludur. 13 avqust 2021-ci il tarixdə saat 18 radələrində işlədiyi kafenin içərisində olarkən dayısı oğlu Məhkumkafeyə daxil olmuş, Məhkumı görüb xoş gəldin deyərək onunla görüşmüşdür. Həmin vaxt Məhkum ondan niyə mağazalarda satıcı işləmədiyini, nəyə görə kafedə işlədiyini soruşmuş, o isə Məhkuma savadının olmadığını, mağazalarda satıcı işləmək üçün cavan qızların tələb olunduğunu, hazırki işi yaşadığı ünvana yaxın olduğundan arasıra gedib qızı X10 baş çəkib gəldiyini və işinin rahat olduğunu bildirmişdir. Həmin vaxt kafenin içərisində masada 2 nəfər yaşlı tanımadığı müştərilər əyləşmişdir. O, bu sözləri Məhkuma bildirdikdən sonra Məhkum sol əli ilə onun yaxasından tutub, sağ əlində tutduğu qara rəngli açılıb-qatlanan bıçaqla sol tərəf nahiyəsinə, yəni qarın boşluğuna və sinə nahiyəsinə bir neçə dəfə bıçaq zərbəsi vurmuşdur. Məhkum bıçaqla ona bir neçə dəfə zərbə endirdikdən sonra huşu özündə olsa da, Məhkumın artıq onu öldürmək niyyətində olduğunu başa düşmüş, həmin vaxt orada olan şəxslər də Məhkuma “nə edirsən, bu nə hərəkətdi edirsən?” deyə bildirmişlər. Məhkum bir neçə dəfə bıçaqla zərbə endirməsinə baxmayaraq, sonuncu dəfə qışqıraraq bıçağı yuxarıya doğru qaldırmış, o, Məhkumın bunu bıçağın təsirinin daha çox olması üçün va r qüvvəsi ilə sonuncu zərbəni endirmək üçün etdiyini başa düşmüşdür. Həmin vaxt bıçağı sinəsinə doğru endirdikdə bütün gücünü toplayaraq bıçağın qarşısını kəsmək üçün sol qolunun dirsək hissəsini bıçağın qarşısına vermiş və sağ əli ilə onun yaxasından tutduğu sol əlini koftasından aralamışdır. Daha sonra sağ əli ilə onu sinəsindən itələməyi bacarmışdır. Həmin vaxt sol qolunun dirsək hissəsinin aşağı və yuxarı nahiyyələrindən xəsarət almışdır. Belə ki, sonuncu zərbələrdən müdafiə olunmağı bacarsa da, Məhkum sonuncu zərbəni sinəsinə doğru endirdikdə qolunu qarşıya verdiyinə görə bıçaq zərbələri onun qolunu doğramışdır. Məhkum sonuncu zərbəni endirmək üçün bir neçə dəfə cəhd etsə də, o, qolunu qarşıya verdiyi üçün bıçağı ona vura bilməmişdir. Həmin vaxt o, artıq stullardan birinin üzərinə o turmuş halda halsız vəziyyətdə qalmış, huşu üzərində olsa da, gözlərini yummuşdur. Bundan sonra baş verənləri gözləri yarı yumulu vəziyyətdə görmüşdür. Həmin vaxt Məhkum kafedən iki nəfər müştərinin çıxdığını, onun al-qan içərisində olduğunu, artıq nə kafenin içərisində, nə də qarşısında kimsənin olmadığını, onun xeyli qan itirdiyini, gözlərini yumduğunu görüb geriyə dönərək kafedən çıxmışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərmişdir ki, hadisə zamanı Məhkum onun sol tərəfdən sinəsindən və qarın hissəsindən bir neçə yerdən bıçaqla vuraraq xəsarətlər yetirmiş, bundan başqa Məhkumdan müdafiə olunmağa çalışdıqda Məhkum əlində olan bıçaqla onu qolundan da yaralamışdır. Məhkum Hadıyevin onu nə məqsədlə vurmasını bilməmiş, lakin Məhkumın onu öldürmək istədiyini bilmişdir. Həmin vaxt o, qolunu bıçağın qarşısına verməyəcəyi halda, o, zərbələrin təsirindən yerindəcə ölməli idi. Məhkum kafeyə daxil olarkən Məhkumın əlində heç nə görməmiş, Məhkumla söhbət etdikdən sonra qəflətən sonuncunun əlində qara rəngli, qatlanan bıçağın olduğunu görmüşdür. Həmin bıçağı necə çıxardığını görməmişdir. O, başqa-başqa kişilərlə münasibət saxlamamış, Məhkumın kafedə işləməsinə görə onu öldürmək istəməsi üçün heç bir səbəb olmamışdır. Eyni zamanda, Məhkum ona əvvəllər hər hansısa formada xəbərdarlıq etməmişdir. Hazırda Məhkum bağışlamış, sonuncu ilə barışmış, Məhkuma qarşı heç bir şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, «Hadisə yerinə baxış keçirilməsi haqqında» 13 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, N.Abdullay ev küçəsində yerləşən “Məhəllə” adlı kafedir. Kafenin ağ rəngli, şəffaf şüşədən və plastmas materialdan ibarət qapısı, qapının yuxarısında ağ rəngli yığılıb-açılan jalüzü, jalüzdən yuxarıda “Kafe Məhəllə Kafe” sözləri yazılmış reklam lövhəsi vardır. Kafenin qapısından içəri daxil olduqda içəridə 4 ədəd stol və hər stolun ətrafında 4 ədəd stulun, stolların üzərində domino, külqabı və qənqabıların olması, kafenin içərisində əşyaların ümumən dağınıq vəziyyətdə olması müəyyən edilmişdir. Döşəmə kafel örtükdən ibarət olmaqla kafenin eni 5 metr, uzunluğu isə 6 metr 40 sm-dir. Girişdə sağdan sola doğru 2 ədəd stol və 8 ədəd stul, pivə süzülməsi üçün istifadə olunan üzərində “NZS” yazısı olan 1 ədəd pivə süzən aparat, arxasında 1 ədəd soyuducu və divardan asılmış şkaf, sola doğru 2 ədəd stol və 8 ədəd stul vardır. Pivə süzən aparatla sol tərəfdə olan stolun arasında kafel döşəmə üzərində olan 90 sm-lik məsafədə və pivə süzən aparatla sağ tərəfdə olan stolun arasında 45 sm-lik məsafədə pivə süzən aparatın qarşısında və sol tərəfdə olan stolların üzərində maye halında qanabənzər nümunələrin olması müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən tampona hopdurulma üsulu ilə 3 ədəd zərfin içərisində qan nümunələri qablaşdırılaraq götürülmüş, hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya və ya predmet aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 10-14). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibb ekspertizasının 22 sentyabr 2021-ci il tarixli, 837 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemotoraks ilə müşayiət olunan perikard və ürəyin sol məd əciyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin sol plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmişkəsilmiş yarası, daxili qanaxma ilə müşayiət olunan diafraqmanın sol yarısı, dalağın kənar hissəsi və mədənin böyük əyriliyinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yan səthinin sol plevra və qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qarnın sol yan səthinin daxilə nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yarası, sol bazunun aşağı 1/3-nin arxa səthinin 2 ədəd və sol saidin yuxarı 1/3-nin arxa səthinin 1 ədəd deşilmişkəsilmiş yarası( ümumilikdə 2 ədəd daxilə nüfuz edən, 2 ədəd daxilə nüfuz etməyən və 3 ədəd sol yuxarı ətrafda olan yara) olmuş, qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstə rilən tarixdə, yəni xx.xx.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə döş qəfəsinin sol yarısının ön və yan səthinin daxilə nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yarası həm ayrı-ayrılıqda, həm də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər deşilmiş-kəsilmiş yaralar həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir (iş vərəqə: cild İ, səh. 158-161). Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxs Məhkum tərəfindən xuliqanlıq cinayətinin Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edən heç bir sübut, o cümlədən şahid ifadələri, ekspertiza rəyləri və s. yoxdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, X5 Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində qəsdən öldürməyə cəhd etmiş, onun həmin cinayəti xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edən sübutlar işdə yoxdur. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətində Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması barədə göstərdiyi dəlillər əsassızdır. Belə ki: -"Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrə tövsiyə edir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsəl ən həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsi təqsirləndirilən şəxsin birbaşa qəsdi ilə əhatə olunmuş, lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən - zərərçəkmiş şəxsin fəal müdaxiləsinin və dərhal tibb müəssisəsinə çatdırılması və ona vaxtında tibbi yardım göstərilməsi səbəbindən baş verməmişdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin h allarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə əsassız olaraq ittiham elan edilmiş və o həmin maddə ilə məhkum olunmuş, həmçinin X1 Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsində ifadə olunan cinayət əməli şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədildiyi halda, əsassız olaraq xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilərək ona Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsi ilə ittiham verilmiş və həmin maddə ilə məhkum olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2022-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, Məhkum Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsində ifadə olunan cinayət əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.2-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin qərarı ləğv edə və ya dəyişdirə bilər. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası qeyd ol unanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2022-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilməsi və cəzalandırılmasına dair hissədə ləğv edilsin və həmin maddə ilə əməlində cinayət tərkibi olmadığına görə X2 barəsində cinayət təqibinə xitam verilsin. X2 əməli Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddəsindən həmin Məcəllənin 29, 120.1-ci maddəsinə tövsif edilsin və həmin maddə ilə ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2022-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, qismən toplanılmaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar