Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2033/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızı katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və müdafiəçilər - İsrafilov Vasif İmaməddin oğlunun və Əliyev Nəriman İlqar oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli 1(103)-248/2023 nömrəli qərarından Məhkum müdafiəçisi İsrafilov Vasif İmamədd in oğlu tərəfindən və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Əliyev Nəriman İlqar oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-cü il tarixli, 1(101)-285/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim Z.Q.Ağayev (sədrlik edən), hakimlər A.Ə.Məcidov və S.S.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəz asını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 mart 2020-ci il tarixdən hesablanmışdır. xx xxxxxx 1987-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, x qeydiyyatda olan, halhazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 21 mart 2020-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Əliyev Nəriman İlqar oğlu, Məhkum və onun müdafiəçisi İsrafilov Vasif İmaməddin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim F.İ.Əyyubov, hakimlər E.Ə.Mehdiyev və E.E.Rəhimovdan ibarət tərkibdə) 29 avqust 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2022-cü il tarixli, 1(101)-285/2022 nömrəli hökmü dəyişdirilmiş, "narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi” epizodu üzrə Məhkum və Təqsirləndirilən şəxs təqsirlərinin sübuta yetirilməməsi əsası ilə barələrində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş və həmin hissə ittihamdan xaric edilmiş, Məhkum və Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti hər birinə münasibətdə 01 il azaldılaraq Məhkum və Təqsirləndirilən şəxs hər birinin cəzası 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Məhkum və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan ikinci epizod xaric edildiyindən, həmin hissədə cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldığından cinayət təqibi məsələsini n həll edilməsi üçün cinayət işi materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: İ.S.Qılıcov (sədrlik edən), V.C.Cəfərov və İ.Ə.Rəcəbovdan ibarət tərkibdə) 13 oktyabr 2020ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi İsrafilov Vasif İmaməddin oğlu və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Əliyev Nəriman İlqar oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, mütəşəkkil dəstə tərkibində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qəsdən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qazanc əldə etmək üçün tanışları Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib, külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlib, tamah niyyətilə dəstə üzvləri tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qaraz əncir kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yanında gizlədiləcəyi barədə məlumat alıb dəstə üzvləri aralarındakı rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitələri əldə edib daşıyaraq satışını həyata keçirmək üçün 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində mütəşəkkil dəstənin üzvü Təqsirləndirilən şəxs idarə etdiyi, ona məxsus qara metal rəngli, "x” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs ilə birlikdə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisinə gəlib ƏlətAstara avtomobil yolunun həmin kəndin ərazisindən keçən hissəsində, istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yanında Təqsirləndirilən şəxs avtomobili saxladıqdan sonra, o, əyləşdiyi qabaq sərnişin oturacağından, avtomobildən enərək həmin lövhəyə yaxınlaşıb orada gizlədilmiş üzəri yapışqan lentlə bağlı olan 3 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qram, 1015 qram və 1200 qram, ümumi təmiz çəkisi 3225 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz, çəkisi 2000 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini taparaq qanunsuz olaraq əldə etdikdən sonra avtomobilə doğru hərəkət edib özü ilə həmin bükümlərdə olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni daşıyarkən Cəlilabad rayon polis şöbəsinin əm əliyyat məlumatı əsasında 21 mart 2020-ci il tarixli qərarı ilə təşkil olunmuş əməliyyat tədbirində iştirak edən həmin şöbənin post patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid6 tərəfindən olduğu yerdə durması ilə bağlı "Makar” tipli, x nömrəli xidməti silah tətbiq edilməklə 1 ədəd havaya atəş açılaraq xəbərdarlıq edilərkən ifşa olunduğunu dərk edib dərhal avtomobilə tərəf sürətlə hərəkət edərkən qanunsuz əldə etdikləri narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bağlamada olan və ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroini yerə düşürmüş, lakin götürmədən hərəkətini davam etdirib özü ilə daşıdığı narkotik vasitə 1200 qra m heroini və 2000 qram metamfetamini 2 ədəd bağlama ilə birlikdə "x” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərkən polis əməkdaşı Şahid6 tərəfindən açılmış atəş nəticəsində o, "sağ ayağın güllə yarası" xəsarəti almış, dəstə üzvü Təqsirləndirilən şəxs isə bundan dərhal sonra avtomobili irəliyə Astara rayonu istiqamətində hərəkət etdirməyə başlayarkən polis əməkdaşı Şahid6 açmış olduğu növbəti atəşi nəticəsində Təqsirləndirilən şəxs "döş qəfəsinin güllə yarası” xəsarəti alsa da, hərəkətini davam etdirib avtomobili sürətlə idarə etmiş, bir qədər irəliyə hərəkət etdikdən sonra isə, qarşıdan əks istiqamətdə, yəni Bakı şəhəri istiqamətində döndərərək hərəkətlərini davam etdirmiş, almış olduğu xəsarətdən avtomobili idarə etməkdə çətinlik çəkdiyi üçün yolda sükanı dəyişib dəstə üzvü Təqsirləndirilən şəxs əks oturacağa keçmiş, yolun qalan hissəsini isə o, idarə etmiş, lakin keçirilən əməliyyat təbdbiri nəticəsində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, müvəqqəti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsin dən aşkar edilərək götürülmüş, daha sonra onun iştirakı ilə narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində ”131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı- ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, mütəşəkkil dəstə tərkibində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq küll i miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini qəsdən əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, qazanc əldə etmək üçün tanışları Azərbaycan Respublikasının vətəndaşı Məhkum və şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə mütəşəkkil dəstədə sabit cinayətkar qrup halında birləşib, külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi ilə qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə bağlı razılığa gəlib, tamah niyyəti ilə dəstə üzvləri tərəfindən Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yanında gizlədiləcəyi barədə məlumat alıb dəstə üzvləri aralarındakı rol bölgüsünə uyğun olaraq həmin narkotik vasitə ləri əldə edib daşıyaraq satışını həyata keçirmək üçün 21 mart 2020-ci il tarixdə saat 01:30 radələrində idarə etdiyi, dəstə üzvü Məhkum məxsus qara metal rəngli, "x” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncu ilə birlikdə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisinə gəlib Ələt Astara avtomobil yolunun həmin kəndin ərazisindən keçən hissəsində istiqamətlərinə uyğun olaraq yolun sağ kənarında quraşdırılmış üzərində 131 yazısı olan dəmir lövhənin yanında avtomobili saxladıqdan sonra qabaq sərnişin oturacağında əyləşmiş mütəşəkkil dəstənin digər üzvü Məhkum avtomobildən enərək həmin lövhəyə yaxınlaşıb orada gizlədilmiş üzəri yapışqan lentlə bağlı olan 3 ədəd şəffaf polietilen bağlamada, ayrıayrılıqda təmiz çəkisi 1010 qram, 1015 qram və 1200 qram, ümumi təmiz çəkisi 3225 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini taparaq qanunsuz olaraq əldə etdikdən sonra avtomobilə doğru hərəkət edib özü ilə həmin bükümlərdə olan külli miqdarda narkotik vasitə və psixotrop maddəni tərəf daşıyarkən Cəlilabad rayon polis şöbəsinin əməliyyat məlumatı əsasında 21 mart 2020-ci il tarixli qərarı ilə təşkil olunmuş əməliyyat tədbirində iştirak edən həmin şöbənin post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Şahid6 tərəfindən olduğu yerdə durması ilə bağlı “Makar” tipli x Nö-li xidməti silah tətbiq edilməklə 1 ədəd havaya atəş açılaraq xəbərdarlıq edilərkən ifşa olunduğunu dərk edib dərhal avtomobilə tərəf sürətlə hərəkət edərkən qanunsuz əldə etdikləri narkotik vasitə və psixotrop maddələrdən 2 ədəd şəffaf polietilen bağlamada olan və ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroini yerə düşürmüş, lakin götürmədən hərəkətini davam etdirib özü ilə daşıdığı narkotik vasitə 1200 qram heroini və 2000 qram metamfetamini 2 ədəd bağlama ilə birlikdə "x” minik markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərkən polis əməkdaşı tərəfindən açılmış atəş nəticəsində Məhkum "sağ ayağın güllə yarası" xəsarəti almış, o, isə bundan dərhal sonra avtomobil i irəliyə Astara rayonu istiqamətində hərəkət etdirməyə başlayarkən polis əməkdaşı Şahid6 açmış olduğu növbəti atəşi nəticəsində o, “döş qəfəsinin güllə yarası” xəsarəti alsa da, hərəkətini davam etdirib avtomobili sürətlə idarə etmiş, bir qədər irəliyə hərəkət etdikdən sonra isə, qarşıdan əks istiqamətdə, yəni Bakı şəhəri istiqamətində döndərərək hərəkətlərini davam etdirmiş, almış olduğu xəsarətdən avtomobili idarə etməkdə çətinlik çəkdiyi üçün yolda Məhkumla sükanı dəyişib özü əks oturacağa keçmiş, yolun qalan hissəsini isə mütəşəkkil dəstənin digər üzvü Məhkum idarə etmiş, lakin keçirilən əməliyyat təbdbiri nəticəsində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yerləşən müvəqq əti polis postunda saxlanıldıqdan sonra həmin avtomobilə baxış keçirilərkən üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və üzəri yapışqan lentlə bağlı olan 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin avtomobilin sağ arxa oturacağının ayaqaltı hissəsindən aşkar edilərək götürülmüş, daha sonra mütəşəkkil dəstənin digər üzvü Məhkum iştirakı ilə narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində "131” yazısı olan dəmir lövhənin yaxınlığı ndan üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrıayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsinin qərarına əsasən "narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olu naraq götürülmüşdür” epizodu üzrə Məhkum və Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməməsi əsası ilə barələrində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilmiş və həmin hissə ittihamdan xaric edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçilər V.İ.İsrafilov və N.İ.Əliyev ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərini onunla əsaslandırmışdılar ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayətprosessual qanunun tələbləri pozulmuş, Təqsirləndirilən şəxs və Məhkum irəli sürülmüş ittiham (avtomobildə aşkar edilərək götürülmüş 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvəyimtil rəngli narkotik vasitə olan heroin və 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırla nmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin epizodu üzrə) sübuta yetirilmədiyi, cinayət tərkibinin əlamətlərini təsdiq edən sübutlar mövcud olmadığı vəziyyətdə hüquqlarını müdafiə etdikləri şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmələrinə dair əsassız, qanunsuz və ədalətsiz ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi onların təqsirli bilinmələrinə dair nəticə ilə razılaşmaqla eyni pozuntulara yol vermişdir. Müdafiəçilər iddia edilər ki, şahidlərin ifadələri qeyri dəqiq və ziddiyyətli olmuş, işdə olan sənədlər saxtalaşdırılmış, Təqsirləndirilən şəxs və Məhkum narkotik vasitələrin satışı ilə bağlı olan sms yazışmalar mövcud olmamış, hüquqlarını müdafiə etdikləri şəxslərə polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsir göstərilmiş, ümumiyyətlə işin həqiqi halları düzgün araşdırılmamışdır. Faktiki olaraq müdafiəçilər V.İ.İsrafilov və N.İ.Əliyev kassasiya şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini və Təqsirləndirilən şəxs və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini xahiş etmişdilər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin k ollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçilər V.İ.İsrafilov və N.İ.Əliyev kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Təqsirləndirilən şəxs və Məhkum cinayət təqibini istisna edən halların olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiklərini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.3-cü, 416.1.6, 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmiş lər. Odur ki, kollegiya müdafiəçilərin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunm uş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialla rdan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırma q mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini i sə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Təqsirləndirilən şəxs və Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumların hökmdə (avtomobildə aşkar edilərək götürülmüş 1 ədəd şəffaf polietilen bağlamada təmiz çəkisi 1200 qram olan kustar üsulla hazırlanmış qəhvə yimtil rəngli narkotik vasitə olan heroin və 1 ədəd şəffaf polietilen bağlamada ağ rəngli kristal hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış təmiz çəkisi 2000 qram olan psixotrop maddə olan metamfetamin epizodu üzrə) təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların Təqsirləndirilən şəxs və Məhkum onlara elan olunmuş ittiham üzrə ("narkotik vasitənin götürüldüyü Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu Qarazəncir kəndi ərazisindən keçən hissəsində, yolun sağ kənarında quraşdırılmış, üzərində “131” yazısı olan dəmir lövhənin yaxınlığından üzəri yapışqan lentlə bağlı olan 2 ədəd şəffaf polietilen bağlamada, ayrı-ayrılıqda təmiz çəkisi 1010 qram və 1015 qram, ümumi təmiz çəkisi 2025 qram olan kustar üsu lla hazırlanmış qəhvəyimtil rəngli külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür” epizodu istisna olmaqla) təqsirli olmalarına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, məhkumlar Təqsirləndirilən şəxs və Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkumların ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdikləri etirafedeci ifadələri, şahid ifadələri (Şahid6, Şahid2, Şahid5, Şahid4, X7, Şahid3, Şahid7 ifadələri, Şahid 8, Şahid9, Şahid10 və X5 ibtidai istintaq zamanı verdikləri ifadələri), 21 mart 2020-ci il tarixli "baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolları (Qaradağ rayonu ərazisində), telefon danışıqlarına baxış keçirilməsi haqqında protokollar ilə ("telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi istifadəsində olmuş ***-***-**-** saylı, Məhkum şəxsi istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələri ilə müxtəlif şəxslərə məxsus mobil telefon nömrələri arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı sms yazışmalarının olmuşdur), 18 may 2020-ci il tarixli "fotoşəkillərlə tanınma keçirilməsi barədə” protokolları (protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid6 ona təqdim olunan f otoşəkillərin arasından Məhkum və Təqsirləndirilən şəxs Mehman oğlunun fotoşəkillərini tanımışdır), ekspertiza rəyləri, sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə tam təsdiq edilir. Adı çəkilən və digər sübutlar məhkəmə aktlarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəli llər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Kassasiya şikayətlərində Təqsirləndirilən şəxs və Məhkum polis əməkdaşları tərəfindən təzyiqlər olduğunu, onların ifadələrin saxtalaşdırıldığı iddia olunsa da, bu hal hər hansı sübutla təsdiq edilməmişdir. Əksinə cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadələr verməsi, onların dindirilməsi zamanı CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilməmiş və həmin ifadələr yu xarıda sadalanan digər sübutlarla tam təsdiq edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərinin Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmələrinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən, məhkəmə birinci instansiya məhkəməsindən fərqli olaraq cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən (bir epizodunun onlara qarşı irəlin sürülmüş ittihamdan xaric edilmiş), məhkum edilmiş şəxslərin şəxsiyyətindən, o cümlədən on ların ayrı ayrılıqda cəzalarını yüngülləşdirən halları nəzərə alıb, ağırlaşdıran halın müəyyən olunmamasından, cəzanın təqsirkarların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum və Təqsirləndirilən şəxs təqsirli bilindikləri Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə hər birinə təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzasını 9 ilədək endirməklə, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Təsvir edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təq sirli bilinmələri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumların cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçilər İsrafilov Vasif İmaməddin oğlunun və Əliyev Nəriman İlqar oğlunun kassasiya şikayətlərinin təmin edilməsinə dair müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs və Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli 1(103)248/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçilər İsrafilov Vasif İmaməddin oğlunun və Əliyev Nəriman İlqar oğlunun ayrı ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 avqust 2023-cü il tarixli 1(103)248/2023 nömrəl i qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2033/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2033/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver