Məhkəmə qərarları › İş №1(102)-2034/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2034/2023

06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2034/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1990-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 23 4.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyun 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), B.M.Məmmədov (məruzəçi) və N.N.Mirzəyev) X11 - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddəti nin başlanğıcının 14 oktyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), İ.H.Şükürov və X.H.Səmədov) apellyasiya şikayətləri təmin edilmiş, X9 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022ci il tarixli hökmü ləğv edilərək, X9 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs X11 məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5002,09 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib 4950 qramını bir ədəd sellofan torbada qablaşdırıb Ağdaş rayonu, Qəribli kəndində yerləşən, mərhum babası X5 qalmış yaşayış evinin həyətindəki tövləyə daşıyaraq orada, qalan 48,96 qramını ayrı-ayrılıqda 8,31 qram, 8,08 qram, 7,49 qram, 8,41 qram, 8,34 qram və 8,33 qram olmaqla 06 ədəd kibrit qutusunda qablaşdırıb tanışı X21 istifadəsində olan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının yan hissəsində saxlamış, qalan 3,13 qramını bir ədəd kibrit qutusunda qablaşdırıb istintaqa məlum olmayan vaxtda və şəraitdə tanışı X12ə hədiy yə kimi vermiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X1114 oktyabr 2021-ci il tarixdə saat 03:00-da Ağdaş rayonu, Qəribli kəndində tanışı X29 ilə birlikdə saxlanılaraq öz iştirakı və icazəsi ilə babası X11 Mirzəliyevdən qalmış evin həyətyanı sahəsinə baxış keçirilən zaman külli miqdarda 4950 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana bir ədəd sellofan torbada olmaqla tövlənin içərisindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən X29 14 oktyabr 2021-ci il tarixdə Regional Şöbənin inzibati binasına gətirildi kdən sonra həmin gün saat 07:30-da üzərinə şəxs axtarış keçirilən zaman onun tanışı X11 X11ovdan satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etdiyi 3,13 qram çəkidə qurudulmuş marixuana əynindəki cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2021-ci il tarixdə saat 19:30-dan etibarən X9 iştirakı ilə tanışı X21 istifadəsində olan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman X11 X11ova məxsus 48,96 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana 8,31 qram, 8,08 qram, 7,49 qram, 8,41 qram, 8,34 qram və 8,33 qram olmaqla avtomobilin qabaq sərnişin oturacağının yan hissəsi ndən 06 ədəd ədəd kibrit qutusunda aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X11 bəraət verərkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyild ir. Dövlət ittihamçısəının fikrincə, ibtidai araşdırma orqanı tərəfindən N.X11ovun barəsində olan cinayət işinin istintaqı zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla toplanmış sübutlarla onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və məhkəmə əsassız olaraq həmin sübutları mötəbər hesab etməyərək N.X11ovun təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhk əməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyal arı məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, X9 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməy ə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirs izə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq N.X11ova bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd e dir ki, apelyasiya instansiyası məhkəməsinin qərarında iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Belə ki, X11 məhkəmə istintaqı zamanı göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində tanışı X12 adlı şəxslə sonuncunun idarə etdiyi avtomaşınla Ağdaş rayonu Qəribli kəndində babasına məxsus evə getmiş, həmin vaxt avtomaşında oturub mobil telefonla danışan zaman mülki geyimli şəxslər ona yaxınl aşaraq polis əməkdaşları olduqlarını bildirdikdən sonra onu öz avtomaşınlarına tərəf aparıb orada avtomaşından balaca bükümdə narkotik vasitə gətirərək həmin bükümün ona məxsus olmasını bildirmişlər. Polis əməkdaşlarına həmin narkotik vasitənin ona məxsus olmadığını bildirdikdən sonra polislər babasına məxsus evin qapısını sındıraraq onu evə salmış, orada ona təzyiq göstərməyə başlamışlar. Ondan yanında əlavə adamların olubolmadığını soruşduqda sonunculara yanında heç kimin olmadığını bildirmişdir. Sonra polis əməkdaşları onu çölə çıxararaq həyətə onun razılığı ilə daxil olmaları barədə ərizəyə imza atmasını istəmiş, buna etiraz etdiyinə görə yenidən onu həyətə apararaq ona təzyiq göstərmişlər. Ona həddən artıq təzyiq göstərdikdən sonra polis əməkdaşları qara sellofanda narkotik vasitə gət irərək boynuna almasını tələb etmiş, X32n də onunla əlbir olduğunu bildirmişlər. Məcbur qaldığına görə polis əməkdaşlarının ona dedikləri ilə razılaşmış, evə baxış keçirilərkən torbanın içərisində adyala bükülmüş vəziyyətdə olan 4 kq 800 qram marixuana aşkar edilmişdir. Sonra avtomaşına baxış keçirilmədən onu Gəncə şəhərinə aparmışlar. Orada ona digər kağızlara imza edəcəyi təqdirdə X12i buraxacaqlarını bildirmiş, sonra X12nın avtomaşınında 6 qutu narkotik vasitə aşkar olunduğunu bildirmişlər. Onun narkotik vasitələrə heç bir aidiyyəti olmamış, həmin narkotik vasitələri polis əməkdaşları onun evinə qoymuşlar. İbtidai araşdırma zamanı X11 icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin avqust ayında Ağdaş rayonu ərazisində “Şirvan” kanalı deyilən ərazinin yaxınlığınd a “Soyuqbulaq” adlanan köhnə istirahət mərkəzinin yaxınlığından içərisində parça adyala bükülmüş formada narkotik vasitə qurudulmuş marixananın olduğu bir ədəd qara rəngli sellofan torba taparaq Ağdaş rayonu, Qəribli kəndində yerləşən mərhum babasından qalmış və heç kəsin yaşamadığı evə aparmış, həmin evin həyətyanı sahəsində sol tərəfdə heyvanların saxlanması üçün nəzərdə tutulan tövlədə axırın içərisinə qoyaraq həmin yerdə saxlamışdır. Təxminən 7 oktyabr 2021-ci il tarixdə Ağdaş rayonu ərazisində tanışı X29 ilə görüşdüyü zaman tapdığı narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürdüyü 1 ədəd kibrit qutusunda qurudulmuş marixuananı istifadə etməsi məqsədi ilə sonuncuya vermişdir. 14 oktyabr 2021-ci il tarixdə gecə vaxtı yol pulu olmadığı üçün tanışı X12dən idarə etdiyi avtomobil ilə Ağdaş rayonu, Qəribli kəndindəmərhum babasına məxsus evə gedərək nəzarət edib sonra qayıtmalarını xahiş etmiş, sonuncunun idarə etdiyi Vaz 2106 markalı **-BM-*** qeydiyyat nişanlı avtomobil ilə həmin evə getmişlər. Evin qarşısına çatdıqda X12 həyət darvazasının yanında idarə etdiyi avtomobildə gözləmiş, o isə evin həyət darvazası bağlı olduğu üçün hasardan atlanaraq həyətə daxil olmuşdur. Həyətə göz gəzdirdikdən sonra sol tərəfdə yerləşən tövləyə daxil olub, tövlədə sellofan torbanın içərisində saxladığı narkotik vasitə qurudulmuş marixuanadan 6 ədəd kibrit qutusunda götürərək əynində olan gödəkçənin altına gizlədərək həyətdən çıxmışdır. X12in idarə etdiyi avtomobilə əyləşdiyi zaman gödəkçəsinin altında gizlətdiyi içərisində qurudulmuş marixuana olan kibrit qutularını əyləşdiyi otura cağın sağ tərəfində gizlədib saxlamış, lakin X12in bundan məlumatı olmamışdır. 14 oktyabr 2021-ci il tarixdə saat 03:00 radələrində evin qarşısında olduqları zaman bir neçə nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını, onun qanunsuz olaraq Ağdaş rayonu, Qəribli kəndində yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və ərizə verərək qeyd edilən ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Videoçəkilişlə evin həyətyanı sahəsində olan tövləyə baxış keçiril zaman evin həyətinin sol tərəfində yerləşən tövlədə saxladığı 01 ədəd sellofan torbada külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı təqdi m etmişdir. Polis əməkdaşları həmin sellofan tobada olan kütləni onların iştirakı ilə qablaşdıraraq götürmüş, sonra onun və X12in iştirakı ilə sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobilin sərnişin oturacağının sağ tərəfindən 6 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. 6 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı yaşadığı ünvanda saxladığı narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürərək avtomobilə qoyduğunu, avtomobilə qoyduğu 6 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularından X12in məlumatının olmadığını, onun bu işlə ümumiyyətlə aidiyyətinin olmadığını qeyd etmişdir. Bundan sonra avtomobildən aşkar olunmuş 6 ədəd kibrit qutusunda olan narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq götü rülmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş X29 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdə, saat 22:00 radələrində N.X11ov ona bildirmişdir ki, babanın həyətinə mal salıblar. Ora getmək lazımdır. Onlar da həmin həyətə çatmışlar. Həyətə çatanda N.X11ov bildirmişdir ki, evin haçarı yadından çıxmışdır. Bu vaxtı mülki formada vətəndaşlar yaxınlaşaraq X11dan kim olmasını soruşmuşlar. X11 özünü təqdim edəndən sonra onlar bildirdmişlər ki, onlar polis əməkdaşlarıdır. Evə baxış keçirməlidirlər. Evin açarını tələb etmişlər. X11 həyətin açarının olmadığını bildirəndən sonra polis əməkdaşları həyətin qapısını sındıraraq içəri daxil olmuşlar. Bir az keçəndən sonra onlar çölə çıxaraq X11ı döyə-döyə içəri aparmışlar. Sonra onların hər ikisini Gəncə şəhərinə apararaq onun avtomaşınına baxış keçirilən zaman avtomaşından 6 qutu narkotik vasitə olan marixuana aşkar edilmişdir. Onun həmin narkotik vasitədən xəbəri olmamış, X11 onun avtomaşınına əyləşən zaman əlində heç bir torba olmamışdır. X11 ona narkotik vasitə verməmiş, onun üzərindən çıxan narkotik vasitəni polis əməkdaşları ona verərək əgər buraxılmasını istəyirsə həmin narkotik vasitəni X11dan almasını deməsini bildirmişlər. Buna görə də polislərin ona verdiyi və üzərindən aşkar olunan 3 qram narkotik vasitə olan marixuananı X11dan aldığını bildirmişdir. Bundan sonra isə onu Bakı şəhərində həbsdən azad etmişlər. X29 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, X11 X11ovla təxminən 2020-ci ilin oktyabr ayında Balakən rayonunda inşaat işləri ilə məşğul olan zaman tanış olmuş, hadisədən təxminən bir h əftə əvvəl X11la Ağdaş şəhərində görüşən zaman sonuncunun ona pay verdiyi marixuananı kibrit qutusunda üzərində saxlayıb gəzdirmişdir. 14 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində onlar Ağdaş rayonunda N.X11ovun yaşadığı evin qarşısında olarkən bir neçə nəfər mülki geyimli şəxs ona və X11a yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək X11ın qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və yaşadığı evinə baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. X11buna heç bir etiraz etməmiş, bununla bağlı ərizə təqdim etdikdən sonra X11 X11ovun yaşadığı evə keçirilən baxış zamanı həyətin sol tərəfində ev heyvanlarının saxlanıldığı tövlədə heyvanların yemlənməsi üçün istifadə olunan “axur” adlandırılan yerdə sellofan torbanın içində yun ədyala bükülmüş halda na rkotik vasitə olan marixuanaya bənzər maddələr aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkildikdən sonra aşkar olunduğu sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Daha sonra onların ikisi də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Gəncə şəhərində yerləşən Qərb Bölgəsində Polis Şöbəsinə getmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunu masanın üzərinə qoymaqla təqdim etmiş və içərisindəki kütlənin narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş, sonra ona məxsus avtomobilə keçirilən baxış zamanı X11 avtomobilin ön tərəfində sərnişin oturacağının qarşısında olan ayaqaltının altında 6 ədəd k ibrit qutusunda narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Baxış zamanı avtomobildən aşkar olunan marixuanadan məlumatsız olduğunu bildirmiş və X11 da bunu təsdiq etmişdir. Aşkar olunan kibrit qutuları qablaşdırılaraq götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında ona narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan şəxs barəsində məlumat daxil olmuşdur. Tərəfindən həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş, bu barədə rəhbərliyə məruzə olunmuşdur. Müvafiq əməliyyat qrupu yaradılmış və qrupun rəhbəri özü olmuşdur və Ağdaş rayonu ərazisində əməliyyat tədbirləri keçirilmişdir. Həmin vaxt təxminən gecə 12 radələrini keçmişdir. Səhərə yaxın təxminən 3-5 radələrində onlar X18 X12nı avt omobildə oturarkən saxlamışlar. Onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. X13 X11ı qərarla tanış edərək hüquq və vəzifələrini izah etmişdir. Ondan sonra evində narkotik vasitənin olması barədə məlumatın olduğunu bildirmişdir. X11 narkotik vasitənin olmasını etiraf etmişdir və evinə baxış keçirilməsinə etiraz etməmişdir. Sonra evinə baxış keçirilmişdir. Həyətə girəndə sol tərəfdə tövlə olmuş, tövlədə mal-qaranın ot yeməsi üçün xüsusi taxtadan hazırlanmış xüsusi yerin üstündə olan otun altından qara torba aşkar edilmişdir. Torbanın içərisindən parçaya bükülmüş çəkisi 4 kq artıq olan qurudulmuş marixuana olan narkotik vasitə aşkar edilmişdir. Bu baxış zamanı o, X34 Fikrətoğlu, Şahid4 və Şahid3 da iştirak edirmiş. X32 və X19 İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin inzibati binasına aparmışlar. Orada onların üzərinə baxış keçirtmişlər. Eyni zamanda avtomobilə də baxış keçirtmişlər. Avtomobilə baxış keçirilən zaman avtomobildə 6 ədəd kibrit qutusunda narkotik vasitə olan kibrit qutusu aşkar edilmişdir. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2021-ci il tarixdə xx.xx.1990-cı ildə Ağdaş rayonu, Qəribli kəndində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 951 ünvanında qeydiyyat olmaqla, Ağdaş rayonu, Qəribli kəndində yaşayan X9 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, daşıyaraq yaşadığı ünvanda saxlaması barədə daxil olmuş məlumat əsasında baş əməliyyat müvəkkili Şahid2, sürücü polis nəfəri Şahid3 və op erator polis nəfəri Şahid4 ibarət yaradılmış əməliyyat qrupu ilə birlikdə saat 03:00-da X27 rayonu, Qəribli kəndində yaşadığı evin yaxınlığında tanışı X29 ilə birlikdə saxlanılmış, sonuncunun etirazı olmamasına dair ərizə alındıqdan sonra yaşadığı ünvana baxış keçirilən zaman X11evin həyətinin sol hissəsində yerləşən heyvanların saxlanması üçün nəzərdə tutulan tövləyə daxil olaraq orada saxladığı 01 ədəd sellofan torbanı göstərib içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin torba açıldıqda içərisində adyala bükülü formada yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlə çəkilərək, polietilen kisəyə yerləşdirib, möhürlənib qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı X11aşkar olunmu ş həmin kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, onu kəndin ərazisindən tapdığını, həmçinin X12in idarə etdiyi avtomobildədə ona məxsus narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra X11və X12 sonuncunun idarə etdiyi avtomobili də götürərək birlikdə DİN-in BNMİ-nin QBRŞ-nin inzibati binasına getmiş, orada hər ikisi şübhəli şəxs qismində tutlduqdan sonra müdafiəçilərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman X11 üzərindən qanunla qadağan edilən hər hansı bir əşya və ya vasitə aşkar olunmamış, X12in üzərində şəxsi axtarış aparılan zaman sonuncu üzərində olan 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananın olmasını bildirərək həmin kibrit qutusunu şalvarının sol yan cibindən çıxararaq masanın üzərinə qoymuşdur. X12in təqdim etdiyi 01 ədəd kibrit qutus una baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması aşkar edilmiş, həmin kibrit qutusu çəkilib zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı X12 üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı tutulduğu vaxtdan təxminən 1 həftə əvvəl tanışı X11 X11ovdan aldığını, lakin bunun müqabilində sonuncuya ödəniş etmədiyini bildirmişdir. Bundan X32n və X11 iştirakları ilə “VAZ 2106” markalı **BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman X11avtomobilin qabaq sərnişin oturacağının sağ tərəfində ona məxsus 6 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olmasını bildirərək həmin kütlələri təqdim etmişdir. X11 6 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana nı yaşadığı ünvanda saxladığı narkotik vasitə qurudulmuş marixuananın üzərindən götürərək avtomobilə qoyduğunu, avtomobilə qoyduğu 6 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutularından X12in məlumatının olmadığını bildirmişdir. Bundan sonra avtomobildən aşkar olunmuş 6 ədəd kibrit qutusunda olan narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Müabrizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin təhqiqatçısı X17 göstərmişdir ki, X11 adlı şəxs barəsində oktyabr ayında əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Şəxsin yaşadığı Ağdaş rayonu Qəribli kəndinə getmişlər. Həmin vaxtı şəxsi yaşadığı evin qarşısında X12 adlı şəxslə saxlamışlar. Onlar “VAZ 2106” markalı avtomobildə olmuşlar. Onlara tərəfindən qərar elan edilmişdir. Bundan sonra ona getmələrinin məqsədi elan edilmişdir. X11a evində baxış keçirilməsinin zəruri olduğunu bildirmişlər. Sonuncu evinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə də yazmışdır. Bundan sonra evinə baxış keçirilən zaman şəxs özü etiraf etmişdir ki, onun həyətində yerləşən tövlədə narkotik vasitə gizlədir. Tərəflərindən həmin yerə baxış keçirilmişdir. Şəxs özü həmin yeri göstərərək narkotik vasitəni onlara təqdim etmişdir. Qara torbada parçaya bükülmüş narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Çəkisi 4 kq-dan çox imiş. Həmin narkotik vasitə qablaşdırılmişdir. Bundan sonra həmin şəxsləri və nəqliyyat vasitəsini Gəncə şəhərinə gətirərək şəxsl ərin üzərində şəxsi axtarış keçirilmişdir. Gəncə şəhərinə təxminən 1 saata çatmışdır. Hər ikisinin üzərində şəxsi axtarış keçirtmişlər. Şəxsi axtarış zamanı X11ın üzərində heç bir şey aşkar edilməmişdir. X12nın üzərində isə bir ədəd kibrit qutusu qrudulmuş marixuana aşkar edilmişdir. Həmin kütləni X12 bildirmişdir ki, X11dan almışdır. Ancaq pul ilə almamışdır. Pay şəklində vermişdir. Bundan sonra X12nın avtomobilinə baxış keçirilmişdir. Vaxtı yadında deyil. Avtomobilin sağ oturacağının yanından içərisində narkotik vasitə olan marixuana olan 6 ədəd kibrit qutusu aşkar edilmişdir. X11ın deməsinə görə narkotik vasitə ona məxsusdur. Özü üçün saxlamışdır. Həmin narkotik vasitələr də qablaşdırılmış və götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Na zirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin sürücüsü vəzifəsində işləyən Şahid3 göstərmişdir ki, əməliyyat məlumatı daxil olmuş, onun əsasında Ağdaş rayonu Qəribli kəndinə gedərək şəxsi saxlamışlar. Özlərini təqdim etmiş. Evində narkotik vasitə olub-olmamasını araşdırmışlar. Həyətində tövlədə narkotik vasitə aşkar edilmişdir. Evin qapısını özü açarla açmışdır. Nəqliyyat vasitəsinə və üzərlərinə baxış idarədə olmuşdur. Həmin hərəkətlər zamanı orada iştirak etmişdir. Həmin şəxslərə heç bir təyziq və təsir olmamışdır. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən X22 ifadəsində göstərmişdir ki, X11 barəsində əməliyyat məlumatı daxil olub. Rəhbər liyə bu barədə məruzə olunub. Əməliyyat qrupu yaradılıb. O, da həmin qrupun üzvü olmuşdur. Kənd ərazisində küçədə saxlanılıb. Baxış zamanı həyətində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Sonra şəxslər gətirilib Gəncə şəhərində üzərlərinə baxış keçirilib. N.X11ovun üzərində heç nə aşkar edilməyib. Sonra digər şəxsin maşınında narkotik vasitə aşkar edilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin operator polis nəfəri Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixə keçən gecə qardaşı oğlu X1 1ın evinin qarşısında adamların yığışmasını eşidib oraya gedərkən qapının bağlı olmasını və içəridən səs gəldiyini eşitmiş, qapını döysə də içəridən ona oradan getməsini, hadisə barədə sonradan xəbər tutacağını bildirmişlər. Hadisə barədə ərinə zəng vurub məlumat verdikdən sonra oradan uzaqlaşmışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş X7 eyni məzmunlu ifadə verərək X4 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, oğlu X11 tutulduqdan sonra müstəntiq onu yanına çağıraraq oğlunun narkotik vasitə satıb evlərini təmir etdiyini bildirmiş, bunun yalan olduğunu və evi ona edilən yardımlarla təmir etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji eksperti zasının 14 oktyabr 2021-ci il tarixli 16/1091 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X9 əyləşdiyi VAZ 2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobildən...” yazı və imzalar olan kağız paketdəki 06 ədəd kibrit qutusunda, ayrıayrılıqda təmiz çəkiləri 8,31 qram, 8,08 qram, 7,49 qram, 8,41 qram, 8,34 qram, 8,33 qram, ümumi təmiz çəkisi 48,96 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədiqata təqdim olunmuş üzərində “X9 əyləşdiyi VAZ 2106 markalı, **-BM-*** dövlət nömrə nişanlı avtomobildən....” yazı və imzalar olan 01 ədəd kağız paketdəki, 06 ədəd kibrit qutusunda olan marixuanalar ilə üzərində “X9 yaşadığı evin həyətindəki tövlədən aşkar olunmuş....” yazı və imzalar olan 01 ədəd sintetik kisədə olan marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 14 oktyabr 2021-ci il tarixli 16/1089 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X9 yaşadığı evin həyətindəki tövlədən aşkar olunmuş...” yazı və imzalar olan 01 ədəd sintetik kisədəki, 01 ədəd, polietilen paket və parçadan ibarət bağlamada, təmiz çəkisi 4950 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin materiallarına əlavə edilmiş narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4809 nömrəli rəyindən görünür ki, X1 qəbulu n əticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD-diskdən görünür ki, X9 yaşadığı Ağdaş rayonu Qəribli kəndindəki evin həyətindəki tövlədə ümumi çəkisi 4 kq 850 qram olan narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 01 iyul 2022-ci il tarixli qərardan görünür ki, X9 polis əməkdaşları tərəfindən psixi və fiziki zorakılığa məruz qalması barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəz ərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunu r. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr o lmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə t oplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 1 iyul 2022-ci il tarixli qərarından görünür ki, X9 törətmədiyi cinayət əməlini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən psixi və f iziki təzyiqlərə məruz qalmasına dair göstərdiyi xüsusat üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin rədd qərarı üzrə istinad edilən 4 may 2023-cü il tarixli 213 saylı məhkəmə-tibb ekspertiza rəyində isə X9 bədən səthi üzərində gözlə görünən xəsarət və onun izlərinin aşkar edilməməsi qeyd edilmişdir. Yuxarıda qeyd edilən qərardan verilən şikayət məhkəmə nəzarəti qaydasında Səbail Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarı ilə ləğv edilmiş və yenidən araşdırılması üçün AR Baş prokurorluğunun Daxili İşlər Orqanlarının istintaq, təhqiqat və qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Daha sonra cinayət işinin başlanmasının rədd edilməsi haqqında 9 fevral 2023- cü il tarixli qərar ilə X9 törətmədiyi cinayət əməlini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qalmasına dair göstərdiyi xüsusat üzrə aparılan araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyinə görə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, həmin rədd qərarı üzrə istinad edilən 18 yanvar 2023-cü il tarixli T14/2023 saylı təkrar məhkəmə-tibb-ekspertiza rəyində isə X3 əlin V daraq sümüyünün qabarıqlığı, sol əlin və sol dizin çapıqları aşkar olunmuşdur. Qeyd edilən xəsarətlərdən sol əlin və sol dizin çapıqları çox güman ki, yüksək hərarətli əşyanın, sol əlin V daraq sümüyünün qabarıqlığı isə küt əşyanın təsirindən yarana bilərdi, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin olunmur. Qeyd edil ən xəsarətlərlə bağlı təqdim edilmiş tibbi sənədlərdə hər hansı bir məlumat olmadığından onların yaranma müddəti haqqında fikir söyləmək mümkün olmadı. Xəsarətlər əlçatan nahiyədə yerləşdiyindən onlar istər şəxsin özü, istərsə də kənar şəxs tərəfindən yetirilə bilərdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 oktyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokola əlavə edilmiş video görüntünün olduğu CDdiskdən X3 əlinin üst sətində qırmızı gözlə görünən yeni ləkənin olması faktı öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş DİN BNM-nin QBRŞ-nin əməkdaşları X11 qarşı heç bir fiziki işgəncə və ya psixoloji təsir etməməsini bildirmişlər. Məhkəmə təcrübəsində təsadüf edilən, Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşma yan vəziyyət olaraq ilk növbədə qeyd edilməli olan hal odur ki, bəzən məhkəmələr müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəməyədək icraatda işgəncəyə, pis rəftara məruz qalmasına, etirafedici izahat və ifadələrin, maddi sübutların, digər sübutların bu kimi qanunsuz metodlardan istifadə olunmaqla əldə olunmasına dair iddiaları ümumiyyətlə araşdırmır, hökmlərdə bu cür iddialara münasibət bildirmir və yaxud da heç bir əsaslandırma gətirmədən, motivlərini əks etdirmədən belə iddiaları “özünümüdafiə xarakterli”, yəni əsassız dəlillər kimi (hazırkı işdə olduğu kimi) qiymətləndirirlər. Avropa Məhkəməsinin də hüquqi mövqeyi bundan ibarətdir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbi t edilən hüququnu pozur, yəni artıq özüözlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır k i, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin t əqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təhlil olunan işdən bəlli olur ki, təqsirləndirilən şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə məhkəməyədək icraatı aparan orqan tərəfindən qiymət verilsə də, apelyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən alınmış təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı toplanmış materiallar əlavə edilmiş 18 yanvar 2023-cü il tarixli T14/2023 saylı təkrar məhkəmə-tibb ekspertiza rəyində X3 əlin V daraq sümüyünün qabarıqlığı, sol əlin və sol dizin çapıqları aşkar olunmuşdur. Qeyd edilən xəsarətlərdən sol əlin və sol dizin çapıqları çox güman ki, yüksək hərarətli əşyanın, sol əlin V daraq sümüyünün qabarıqlığı isə küt əşyanın təsirindən yarana bilinməsi barədə xüsusat, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlarla bağlı üst-üstə düşür. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyu l 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Həmin Qərarın 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Bu Qərarın 28-ci bəndində qeyd edilir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda i fadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır. Həmçinin qeyd olunur ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olund uqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqan ına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından müəyyən edilmişdir ki, X11baxış keçirilmiş evin qarş ısında 14 oktyabr 2021-ci il tarixdə gecə saat 3:00-da saxlanılmış, (cild 1 iş.v 27-də olan tutma protokolu), lakin həmin ünvana baxış 3:25-də başlanmışdır. (cild 1 iş.v 11-12-də olan baxış protokolu). Eyni zamanda narkotik vasitənin aşkar olunduğu ünvana baxış keçirilməsini özündə əks etdirən CD diskə baxış zamanı təhqiqatçı Rafiq Əhmədov baxışın 13 oktyabr 2021-ci il tarixdə keçirildiyini qeyd edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edərək qeyd edir ki, DİN BNM-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid1 DİN BNM-nin QBRŞ rəisinə ünvanladığı 14 oktyabr 2021-ci il tarixli raportuna əsasən, həmin şöbəyə daxil olmuş məlumata görə, Ağdaş rayonu Qəribli kəndində yaşayan X11 adlı şəxsin yaşadığı evdə külli miqdarda vasitə marixuana saxlaması və satması barədə əməliyyat mə lumatı daxil olmuş, onunla əlaqədar olaraq DİN BNM-nin QBRŞ-nin əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupunun yaradılması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. Həmin raport əsasında 14 oktyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 207.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin ed ilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. 14 oktyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarının qərara aldım hissəsinin 3,4-cü bəndlərində isə qeyd edilmişdir ki: - Operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda X11 tərəfindən yaşadığı ünvanda saxladığı və satdığı narkotik vasitəni n qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimallarını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilsin. - X9 olduğu yer müəyyən edilsin, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılsın, zərurət olduğu təqdirdə yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış, həmçini n üzərinə, eləcə də yaşadığı ünvanda olan digər şəxslərin üzərinə şəxsi axtarış keçirilsin. Göründüyü kimi, təhqiqat orqanı qeyd edilən qərarda göstərir ki, zərurət olduğu təqdirdə yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə, eləcə də yaşadığı ünvanda olan digər şəxslərin üzərinə şəxsi axtarış keçirilməsinii qeyd etsə də, iş materiallarından görünür ki, X11və X12 14 oktyabr 2021-ci il tarixdə saat 03:00 saxlanılsalar da, (qeyd: müvafiq olaraq iş.v 27 və iş.v 49-da olan tutma prokollarında həm X11 X11ovun və həmçinin də X12in yaşadıqları ünvanda saxlanılaraq, yaşadıqları ünvana baxış keçirildiyi qeyd edilmişdir) saxlanıldıqları və evə baxış keçirtdikləri yerdə və həmin vaxt yox, X11barəsində şəxsi axtarış saat 06:30-dan-06:40-dək, X12in barəsində şəxsi axtarış və götürmə saat 07:30-dan-07:42-dək Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin Gəncə şəhərində yerləşən inzibati binasında aparılmış və X12in üzərindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. X21 istifadəsində olan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış isə bundan bir qədər də gec-saat 19:30-dan 19:45-dək keçirilmiş və 06 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin " Layicov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Qeyd edilən qərarı da, hazırki ci nayət işinə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, təhqiqat orqanı tərəfindən, heç bir zərurət olmadan X12in barəsində şəxsi axtarış və götürmə saxlanıldığı vaxtdan dörd saat yarımdan, istifadəsində olan avtomobilinə isə baxışı on altı saat yarımdan sonra keçirilmişdir ki, onun saxlanılması ilə axtarış arasında olan qeyd edilən uzun sürən vaxt boşluğu sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaradır. Belə ki, bu müddət ərzində həm X12 və həm də onun istifadəsində olan avtomobili tamamilə polis əməkdaşlarının tam nəzarətində olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, X21 istifadəsində olan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə haqqında protokol tərtibi 20:15-də Gəncə şəhərind ə başlamış və 20:35-də bitmişdir. Daha sonra 14 oktyabr 2021-ci il tarixdə X29 və X9 izahatları alınmışdır (həmin izahatların alınması vaxtı dəqiq müəyyən edilməsə də, izahatların məzmunundan “VAZ 2106” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və götürmə haqqında isintaq hərəkətindən sonra alınması müəyyən edilir cild 1, iş.v. 77-78). X29 və X9 izahatları alındıqdan sonra onlar barəsində material ilə DİN BMCM-yə müvafiq prosessual qərar qəbul edilməsi üçün Gəncə şəhərindən Bakı şəhərinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında təhqiqatçı Rafiq Əhmədova ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, avtomobilə keçirilmiş baxışın 20:35-də bitməsini, ondan sonra hər iki şəxsin izahatlarının alınması və materialın DİN BMCM-yə göndərilməs i üçün tam hazır olmasını saat 23:00-a çatdırmaq mümkün olar. Lakin iş materiallarına əlavə edilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional şöbəsinin rəisi X13 14 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, 14 oktyabr 2021-ci il tarixdə X29 və X11 barəsində toplanmış material aidiyyatı üzrə baxılıb prosessual qərar qəbul edilməsi üçün şəxsiyyətləri ilə birlikdə DİN BMCM-nə göndərilmiş, həmin məktubun üzərinə əlavə edilmiş dərkənardan görünür ki, həmin tarixdə X14 müvafiq tədbirin görülməsi, o da öz növbəsində elə həmin tarixdəX15 CPM-nin 207-ci maddəsinə əsasən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 sentyabr 2021-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında da xüsusilə vurğulamışdır ki, hüquqtətbiqedici tərəfindən mübahisə doğurmayan qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər. Cinayət mühakimə icraatında cinayət prosesini həyata keçirən orqanların hər bir prosessual hərəkətləri qanunvericilikdə dəqiq və birmənalı tənzimlənmişdir. Hüquqi müəyyənlik prinsipi onu da tələb edir ki, bu orqanlar cinayət-prosessual qanunvericiliyindən kənar hərəkətlərə yol verməməli, cinayət təqibi zamanı qanunvericilikdə müəyyən olunmuş cinayət prosesi mərhələlərinin xüsusiyyətlərinə, ardıcıllıqlarına, təyinat ına, prosessual həddlərinə və s. dəqiq riayət etməlidirlər. Cinayət prosesinin hər bir mərhələsinin qarşısında duran vəzifələrin düzgün yerinə yetirilməsi nəticə etibarı ilə cinayət mühakimə icraatının vəzifələrinin həyata keçirilməsinə xidmət etməklə, hər kəsin hüquqlarının müdafiəsinə təminat vermiş olur. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X11 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X9 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, N.X11ovun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tər tib edilməsi əsasında N.X11ovun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq N.X11ovun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, N.X11ovun həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqd arda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzif əli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq X2 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılm alıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X11 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 iyun 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar