Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2034/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, bəraət almış şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi4 və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi və vəkili Müdafiəçi3 və zərərçəkmiş Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 may tarixli, 1(107)57/2024 nömrəli qərarından zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 2023-cü il 29 avqust tarixli, 1(051)-14/2023 nömrəli hökmü ilə, xx xxx 1991 -ci ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, himayəsində 2 nəfər azyaşlı uşağı olan, orta-ixtisas təhsilli, sığorta mələhətçisi işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs Q.Məmmədovun cəza çəkmə müddətinin başlanğıcının Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə saat 23:00-dan 07:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmə k, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, hökmün icrasının Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Q.Məmmədov barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə mülki iddianın və qarşılıqlı iddianın baxılmamış saxlanılması, mülki iddiaçılara həmin iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, iş üzrə 100 (bir yüz) manat məbləğdə ekspertiza xərcinin Q.Məmmədovdan tutularaq dövlət büdcəsinə keçirilməsi, iş üzrə ibtidai istintaq zamanı maddi sübut kimi tanınmış "Mercedes-Benz 190” markalı, **- NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Məhkum qaytarılmasının nəzərə alınması hökm edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2023-cü il 29 avqust tarixli, 1(051)-14/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürovdan ibarət tərkibdə) 2024-cü il 3 may tarixli, 1(107)-57/2024 nömrəli hökmü ilə məhkumun müdafiəçisinin apellyasiya şikayəti təmin edilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş apellyas iya şikayəti təmin edilməmiş, Məhkum CM-in 263.1 -1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 29 avqust 2023-cü il tarixli 1(051)-14/2023 nömrəli hökmü ləğv edilmiş, CPM-in 42.1.2-ci maddəsinə əsasən Məhkum əməlində cinayət tərkibi olmadığına görə ittiham olunduğu CM-in 263.1-1-ci maddəsi ilə ona bəraət verilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum xx.xx.2021-ci il tarixdə saat 20:41-da B1B dərəcəli sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi «Mercedes-Benz 190» markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Nizami küçələrinin kəsişməsində yerləşən Qələbə Meydanı dairəsində asfalt yolla Nizami küçəsi istiqamətində hərəkət etdirərkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyib, hərəkət üçün təhlükə yarandığını görərək nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbirlər görməyərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarə etdiyi avtomobilin qabaq hissəsi ilə şəhərin N.Nərimanov və Nizami küçələrinin kəsişməsində yerləşən "Qələbə Meydanı” dairəsi istiqamətindən Nizami küçəsində yerləşən səki istiqamətində yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün açıq yerdəyişən sınığı, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişməyən, sol 10-11-12-ci qabırğaların yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan ağır, Zərərçəkmiş şəxs2 alın sümüyünün qapalı xətti sınığı və sağ göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi, sifətin sıyrıqları xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliy yat hadisəsi törətmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ VƏ MÜDAFİƏ TƏRƏFLƏRİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi bəraət hökmünü çıxararkən öz mövqeyini belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikası Konsititusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 4 mart 2013-cü il qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda şərh olunan qərarında qeyd olunmuşdur ki, həmin qərarda bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi konstitusion prinsip həmçinin hər hansı bir cinayət hüquqi xarakterli tədbirin bir iş üzrə təkrarən tətbiq olunmasını istisna edir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin fikri tamamilə qanuni və ədalətli hüquqi yanaşma olmaqla, şəxsin törətmiş olduğu bir cinayət əməlinə görə iki dəfə məsuliyyətə cəlb edilməsinin və məhkum edilməsinin qarşısının alınması kimi ümumi hüquqi dəyərlərə söykənir. Ancaq qeyd edilməlidir ki, qərarda nəzərdə tutulan mövqe hazırda baxılan cinayət işi üzrə müəyyən edilmiş faktlar və onların qiymətləndirilməsi baxımından məhkəmə kollegiyasının əsas götürə biləcəyi hüquqi yanaşma deyildir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının şəxs barəsində bəraət hökmü çıxararkən q eyd olunan Plenum qərarına istinad etməsi məhkəmənin faktları düzgün qiymətləndirməməsinə və nəticədə cinayət işi üzrə müəyyən olunmuş xüsusatlara münasibətdə tətbiq etdiyi hüquqi yanaşmanın yanlış olmasına gətirib çıxarmışdır. Hansı ki, həmin qərarda qeyd olunmuşdur ki, hüququn hamılıqla qəbul edilmiş eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq, əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliy ə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir Qərardan da göründüyü kimi burada söhbət əvvəllər cinayət törətmiş və məsuliyyətə cəlb edilmiş şəxsin həmin əmələ görə təkrar məsuliyyətə cəlb edilməklə cəzalandırıla bilinməməsini özündə ehtiva edir. Aşkar görünür ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarının təsviri-əsaslandırıcı, həm də buna uyğun izah verilən nəticə hissəsini baxdığı hazırki işin hallarına münasibətdə düzgün qiymətləndirməmişdir. Məhkəmə istintaqı zamanı, həmçinin zərər çəkmiş şəxsin ərizəsindən də müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Məhkum hadisə baş verdikdən sonra yüngül cəza almaq üçün zərər çəkmiş şəxslərlə razılaşmış, onlara maddi kömək edəcəyinə söz vermiş, ancaq bu vədinə əməl etməmiş, ona görə də zərər çəkmiş şəxsin şikayəti əsasında aparılan araşdırma zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş və cinayət işi başlanılaraq istintaqının aparılması üçün aidiyyəti üzrə göndərilmişdir. Yuxarıda sadalanan faktlardan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının müvafiq hökmü ilə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinə görə cəzadan kənarda qalması sosial ədalətin bərpasına xələl gətirməklə və cəzasızlıq mühitinin yaradılmasına zəmin hazırlamaqla, təqsirləndirilən şəxs (şəxslər) tərəfindən törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran halların nəzərə alınmamasına, onlara düzgün hüquqi qiymət verilməməsinə səbəb olmaqla, nəticədə isə məhkəmələrin icraatında olan, eyni qəbildən olan cinayət işləri üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, ədalətli cəza siyasətinin həyata keçirilməsi istiqamətində düzgün mövqe nümayiş etdirilməsinə, yekunda ədalət məhkəməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna təsir edir. Dövlət ittihamçısı göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 may tarixli, 1(107)-57/2024 nömrəli hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi3 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hadisə yerinin kamera görüntülərinə baxdıqda Məhkum hadisədən sonra başını tut araq hadisə yerindən uzaqlaşması müəyyən olunmuş və onun yenidən kamera altında olmaması müəyyən edilmişdir. Məhkum sürücü olmağa hazır şəxs deyildir. Özü də etiraf etmişdir ki. "o karıxmış, tormoz əvəzinə qazı basmışdır”. Daha sonra onun virtual görünüşündə gözlərində problemin olması aydın görünür. Demək ona sürücülük hüququnu verən sənədlər araşdırılmalıdır. Məhkum Yaman oğlu əməlindən peşiman deyil, dəymiş ziyanla bağlı razılığa gəlməyə can atmamışdır. Onlar zərərçəkmiş kimi şikayətçi olsalar da, ağır cəza istəməklərinə baxmayaraq məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza tətbiq etməklə, cinayət qanunvericiliyinin tələblərini pozmuş, verilən cəzanın məqsədlərini təmin edə bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki. zərərçəkmiş şəxslərdən biri Zərərçəkmiş şəxs2 cin ayət hadisəsi baş verən zaman 5 yaşında olmuş (anası Nərmin hadisə yerində olmasaydı Damlanı kənara çəkməsəydi Damla avtomobilin təkəri altında qala bilərdi) gözündən ağır xəsarət almış, 9 yaşadək əlilliyi müəyyən edilmişdir. Məhkəmə azyaşlı qız Zərərçəkmiş şəxs2 ilə bağlı mülki iddianı baxılmamış saxlayanda «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın və «Uşaq hüquqları haqqında» Azərbavcan Respublikası qanununun müddəalarını nəzərə almamışdır Məhkəməyə mülki iddianın təmin olunması üçün bütün lazimi sənədlər təqdim edilmişdir. Müdafiə tərəfinin şübhəli yanaşdığı sənədlər məhkəmə iclasında təqdim edilmişdir. Bütün bunlara baxmayaraq Mingəçevir Şəhər Məhkəməsi tamamilə əsassız olaraq, zərərçəkmiş şəxslərin hüquqlarını pozaraq mülki iddianı baxılmamış saxlamışdır. Cinayət işinin mater iallarından görünür ki, zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs2 Məhkum təqsirli əməli nəticəsində ağır xəsarət almışlar. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki. Şəki Apellyasiya Məhkəməsinin 3 may 2024-cü il tarixli hökmü maddi və prosessual hüquq normalarının kobud sürətdə pozulması ilə qəbul edilmiş, qanunsuz və ədalətsizdir, Məhkum Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi İlə inzibati məsuliyyətə cəlb edilməsi və 40 manat inzibati cəriməni ödəməsi onu cinayət məsuliyyətindən azad edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi arasında cinayət və inzibati qanunvericiliklərinin müddəalarının sistemləşdirilmiş uyğunluğu baxımından bağlılığı yoxdur. Fazil Hacıyev bildirmişdir ki, Məhkum Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və 40 manat inzibati cəriməni ödəməsi Məhkum Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edə bilməz. Belə ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi arasında cinayət və inzibati qanunvericiliklərin müddəalarının sistemləşdirilmiş uyğunluğu baxımından bağlılığı yoxdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 2 ilə yaxındır ki, Məhkum təqsirli əməli nəticəsində ağır xəsarət almış zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməsi istiqamətində tədbirlər görmək əvəzinə təqsirləndirilən şəxsi cinayət törətdiyi halda cinayət məsuliyyətindən a zad etmişdir. Yuxarıda göstərilənlərə əsasən zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi3 kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 may tarixli, 1(107)-57/2024 nömrəli qərarının ləğv edilməsini, mülki iddianın təmin edilməsini və dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Rəşad Məmmədli çıxış edərək kassasiya protestinin təmin olunmasını və Məhkum CM-in 263.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 may tarixli qərarının ləğv edilməsini və zərərçəkmiş şəxslərin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin əsaslı hesab edilərək təmin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxslərin n ümayəndəsi və vəkili Müdafiəçi3 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin olunmasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 3 may 2024-cü il tarixli hökmünün ləğv edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin və kassasiya protestinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Bəraət almış şəxs və onun müdafiəçisi Müdafiəçi4 məhkəmə iclasında çıxış edərək bəraət almış şəxs tərəfindən zərərçəkmiş tərəfə bütün maddi ziyanın ödənildiyini, bu səbəbdən zərərçəkmiş tərəf notariat orqanında imzaları ilə təsdiq edilmiş ərizə verdiklərini və Məhkum heç bir vaxt şikayətçi olmayacaqlarını, barışdıqlarını bildirdiklərini, məhz bu ərizələr əsasında cinayət işinin başlanmasının rəd d edildiyini, hadisənin üzərindən bir ilə yaxın müddət keçdikdən sonra zərərçəkmişlərin yenidən əlavə pul tələb etdiklərini, həmin pul da olmadığı üçün zərərçəkmiş tərəfə verilmədiyindən, onlar prokurora şikayət etmiş və prokurorun qanunsuz qərarı ilə cinayət işi başlanmışdır. Odur ki, kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayə tinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci v ə apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Həm dövlət ittihamçısının kassasiya protestində, həm də zərərçəkmiş tərəfin kassasiya şikayətində Məhkum CM-in 263.1-1-ci maddəsi ilə bəraət verilməsi mübahisələndirilərək apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciət lərlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan m əhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunması barədə dövlət ittihamçısının və zərərçəkmiş tərəfin, kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmaması barədə müdafiə tərəfinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, həm kassasiya protestində, həm də kass asiya şikayətində müvafiq normalara istinad edilməklə apellyasiya instansiyası məhkəməsinin hökmünün qanunsuz və əsassız olması mübahisələndirilərək həmin hökmün ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətlərində qaldırılan məsələlərlə bağlı araşdırma apararaq, hazırkı cinayət işinin faktiki halları baxımından hesab edir ki, dəlillərə iki istiqamətdə münasibət bildirilməsi zəruridir.
1. TƏKRAR MƏHKUMETMƏ İLƏ BAĞLİ MƏHKƏMƏ KOLLEGİYASİNİN MÖVQEYİ: Apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində bəraət hökmü çıxararkən öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “Məhkum barəsində 13 sentyabr 2021-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, İnzibati tənbeh vermə haqqında MN № ******* nömrəli, xx.xx.2021-ci il tarix li qərarla Məhkum Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat cərimə olunmuş, nəzərdə tutulmuş cərimə ödənilmiş, Mingəçevir şəhər prokurorluğunun 03 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərarla “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar ləğv edilmiş, ibtidai istintaq aparılmaqla ona ittiham verilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-183/2024 saylı qərarı ilə Məhkum barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi haqqında Ming əçevir ŞPŞ-nin DYPB-nin xx.xx.2021-ci il tarixli qərarı Mingəçevir şəhər prokuroru Qabil Səfərov tərəfindən verilmiş protestə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsin əməlinin Cinayət Məcəlləsinin 263.1-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə tövsifi zamanı göstərilən cinayət əməlinin obyektiv tərəfinin və inzibati xətanın eyni əlamətləri iki dəfə nəzərə alınır. Bu səbəbdən göstərilən şəxsin eyni zamanda həm İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsilə nəzərdə tutulmuş inzibati məsuliyyətə, həm də Cinayət Məcəlləsinin 263.1-ci maddəsilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsi non bis in idem prinsipi baxımından yolverilməzdir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, Məhkum törətdiyi əmələ görə İXM-in 327.1ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir, onun yenidən Cinayət Məcəlləsinin 263.1-1ci maddəsilə təqsirli bilinərək cəzaya məruz qalması qeyd edilmiş normaların pozuntusunu yaratmış olar...” Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarətdir ki, Məhkum inzibati məsuliyyətə cəlb edildiyi və təyin edilmiş cəriməni ödədiyi üçün onun yenidən cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması onun eyni əmələ görə iki dəfə, başqa sözlə təkrar cəzalandırılmasına səbəb olmuşdur. Hazırki cinayət işinin hallarından görünür ki, Məhkum əvvəl İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək tənbeh edilmiş, sonra isə CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmışdır. Burada araşdırılması zəruri olan məsələ hər iki müxtəlif məsuliyyətə cəlb edilməyə səbəb olan əməlin eyni əməl olub-olmaması məsələsidir. CM-in 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. CPM-in 34-cü maddəsinə əsasən: 34.1. Heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz. 34.2. Bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmədə müvafiq olaraq dövlət ittihamçısının və ya xüsusi ittihamçının şəxsə qarşı cinayət təqibindən könüllü imtina etməsi eyni əməlin təkrarən həmin şəxsə istina d edilməsini istisna edir (yeni açılmış hallardan başqa). 34.3. Hər hansı əməlin törədilməsinə görə şəxsin barəsində qanuni qüvvəyə minmiş məhkəmənin hökmü varsa, həmin şəxsin haqqında eyni əmələ görə cinayət təqibinin təzələnməsi, ittihamın daha ağır ittihamla əvəz edilməsi və ona daha ağır cəza təyin edilməsi yolverilməzdir. Avropa İnsan Hüquqları Konvensiyasının 7 saylı Protokolun 4-cü maddəsi “İki dəfə mühakimə edilməmək və ya cəzalandırılmamaq hüququ” adlanır. Həmin maddəyə əsasən:
1. Heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar mühakimə edilə və ya cəzalandırıla bilməz.
2. Bundan əvvəlki bəndin müddəları, əgər y eni və ya təzədən ortaya çıxmış hallar barəsində məlumatlar varsa və ya əgər əvvəlki araşdırma zamanı işin nəticəsinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, müvafiq dövlətin qanunlarına və cinayətprosessual normalarına uyğun olaraq, işə təkrar baxılmasına mane olmur.
3. Konvensiyanın 15-ci maddəsinə əsaslanaraq bu maddənin müddəlarından kənara çıxmağa yol verilmir. İki dəfə mühakimə edilməməklə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin Presedent hüququ baxımından məhkəmənin hazırkı məsələ ilə bağlı təcrübəsi formalaşmışdır. İlk öncə məhkəmə onu qeyd etmişdir ki, hər hansı hüquq pozuntusunun Konvensiyanın məqsədləri baxımından cinayət sferasına aid edilməsi üçün onun milli qanunvericilikdə intizam xətası və yaxud cinayət əməli kimi təsnifləşdirilməsi rol oynamır. Bu məsələnin hə llinə təsir göstərən əsas əlamətlər (meyarlar) hüquq pozuntusunun xarakteri, habelə ona görə nəzərdə tutulan sanksiyanın növü və ağırlığıdır. Engelin işində məhkəmə mövqeyini belə ifadə etdi: «qanunun aliliyini qəbul edən cəmiyyətdə, təbiətinə, müddətinə və icra formasına görə əhəmiyyətli zərərin vurulmasına gətirməyənlər istisna olmaqla, cəzalandırma tədbiri kimi tətbiq edilən azadlıqdan məhrumetmə «cinayət» sahəsinə aid edilir», yəni ümumi yanaşmaya görə, Konvensiyanın 5-ci maddəsi baxımından azadlıqdan məhrumetmə sayıla biləcək tədbirlə (o cümlədən ciddi intizam həbsi ilə) cəzalandırılan hüquq pozuntuları, hətta milli qanunvericilikdə intizam xətası kimi təsnifləşdirilsə də, «cinayət sferasına» aid edilir. Avropa Məhkəməsinin belə nəticəyə gəlməsini şərtləndirən amillər rolunda yuxarıda gətirilən meyarlar çıxış etmişdi. Məhkəmə o qənaətə gəldi ki, Engelin məruz qaldığı ciddi həbs azadlıqdan məhrumetmə sayılsa da belə, onun cəmi 2 gün sürməsi ərizəçinin intizam qaydasında cəzalandırılmasını «cinayət qaydasında məsuliyyətə cəlb olunma» ilə eyniləşdirməyə əsas vermir («cənab Engelə qarşı tətbiq edilmiş azadlıqdan məhrumetmə «cinayət» qanunvericiliyinə aid edilməsi üçün çox qısamüddətli idi»). Baxılan işdə Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu söyləmək üçün isə intizam cəzasının tətbiqi ilə bağlı aparılmış prosedurun Konvensiyanın məqsədləri baxımından «cinayət sferasına» aid edilməsi başlıca şərt idi. Odur ki, Avropa Məhkəməsi həmin halla bağlı Konvensiyanın 6-cı maddəsinin pozulmaması haqqında qərar qəbul etdi. İlk baxışdan elə təsəvvür yarana bilər ki, şərh edilən işin araşdırdığımız ikiqat cəzalandırmanı qadağan edən hüquqla heç bir əlaqəsi yoxdur. Əslində belə deyil. Ona görə ki, Konvensiyanın 6-cı maddəsi ilə bağlı məsələdə olduğu kimi 7-ci protokolun 4-cü maddəsinin tətbiqi üçün də intizam cəzasının təyin edilməsi prosedurunun həmin maddənin məqsədləri baxımından «cinayət sferasına» aid edilməsi, yəni cinayət təqibi kimi qiymətləndirilməsi zəruri şərtdir. (Engel Hollandiyaya qarşı iş). Odur ki, Enqelin iddiası üzrə qəbul edilmiş qərardan çıxış etməklə demək olar ki, 2 gün müddənə intizam həbsi ilə cəzalandırılmış şəxsin həmin cəzaya səbəb olmuş eyni hərəkətə görə sonradan cinayət məsuliyyətinə cəlb olunması Konvensiyanın 7-ci protokolunun 4-cü maddəsinin pozulduğunu iddia etmək üçün əsas vermir. Çünki, 2 günlük intizam həbsi qısamüddətli olduğundan şəxs üçün ciddi məhrumiyyətlər yaratmır və bu üzdən onun tətbiqi ilə bağlı proseduru cinayət sferasına aid etmək olmaz. Konvensiyanın 7-ci protokolunun 4-cü maddəsində təsbit edilən hüquq isə qeyd etdiyimiz kimi şəxsi cinayət qaydasında (cinayət proseduru çərçivəsində) təkrarən məhkum olunmaqdan və cəzalandırılmaqdan qoruyur, yəni həmin hüququ şəxsə şamil etmək üçün hər iki halın, o cümlədən intizam qaydasında birinci cəzalandırılmanın Konvensiyanın məqsədləri baxımından cinayət təqibi, cinayət məsuliyyətinə cəlb oldunma kimi qiymətləndirilməsi tələb olunur. Başqa bir işdə Avropa Məhkəməsi hətta 5 günlük ciddi intizam həbsini şəxs üçün əhəmiyyətli məhrumiyyətlər törədən kifayət qədər davamlı müddət saymamışdı (11 dekabr 1976-cı ildə b axılmış Eqqsin İsveçrəyə qarşı işi). Bu işlərdən belə nəticə çıxarmaq olar ki, hər halda 5 günə qədər intizam qaydasında şəxsin həbsə məruz qalmasını Konvensiyanın 7-ci protokolunun 4-cü maddəsinin mənası nöqteyi-nəzərindən cinayət təqibi adlandırmaq olmaz. Məhkəmənin müəyyən edilmiş presedent təcrübəsi ictimaiyyət tərəfindən “Engel meyarları” kimi tanınan üç ədəd meyarı nəzərdə tutur (“Engel və digərləri Hollandiyaya qarşı”, 8 iyun 1976, § 85, Seriya A No. 22), həmin meyarlar “cinayətin əməlinin törədilməsində təqsir”in mövcud olmasının müəyyən edilməsi zamanı nəzərə alınmalıdır. Birinci meyar – milli qanunvericilik çərçivəsində cinayətin hüquqi təsnifatıdır. İkinci meyar – cinayətin təbiəti, üçüncüsü isə müvafiq şəxsə aid edilən cəzanın ağırlıq dərəcəsidir. İkinci və üçüncü meyar növbə li şəkildə fəaliyyət göstərir, onlar eyni zamanda mövcud olmaya da bilər. Lakin hər bir meyarın ayrılıqda təhlili cinayətin törədilməsində təqsirin mövcud olması barəsində dəqiq nəticənin əldə olunması imkanın vermədikdə, bu fakt müştərək yanaşmanı istisna etmir. Ərizəçinin eyni qayda pozuntularına görə təqib edilməsi məsələləri məhkəmə üçün təhlil obyektinə çevrilmişdir. Tətbiq edilən testə bir müddət bundan öncə “Sergey Zolotuxin” işi üzrə qərarda aydınlıq gətirilmişdir (§ 78-84). Məhkəmə qərara aldı ki, milli hüquq çərçivəsində qanun pozuntularının hüquqi təsnifatını nəzərə almaq zəruri deyil, müqayisə üçün mərkəz nöqtəsi qismində işin əsasını təşkil edən faktiki halları qəbul etmək lazımdır. (“Sergey Zolotuxin” işi, § 53, gələcək istinadlarla). Avropa Məhkəməsi qeyd etdi ki, Konvensiya ya dair 7 saylı Protokolun 4-cü maddəsinin məzmunu əslində “eyni hüquqpozmanı” deyil, ərizəçinin əvvəl qəti olaraq məhkum olunduğu və yaxud bəraət aldığı hüquq pozuntusuna görə “təkrarən” məhkum edilməni və cəzalandırılmanı ehtiva edir. Beləliklə, baxmayaraq ki, bir əməldən iki hüquq pozuntusunun törədiyi hal Konvensiyanın sözügedən maddəsini pozmur, Avropa Məhkəməsi araşdırmasını ərizəçinin bir əməllə əlaqədar nominal olaraq müxtəlif hüquq pozuntularına görə məhkum edilib-edilməməsinin və yaxud cəzalandırılıbcəzandırılmamasının müəyyən edilməsi ilə məhdudlaşdırmamalıdır. Avropa Məhkəməsi qeyd etdi ki, elə hallar mümkündür ki, bir əməl ilk baxışdan bir neçə hüquq pozuntusunu törədən əməl kimi görünür, lakin daha dərindən işin öyrənilməsi onu göstərir ki, əslində cəza yalnız bir hüquq pozun tusuna görə təyin edilməlidir, çünki həmin hüquq pozuntusu digər hüquq pozuntusunu yaradan hüquqa zidd hərəkətləri bütövlüklə əhatə edir. Əyani misal olaraq elə əməl göstərilə bilər ki, onun meydana gətirdiyi iki hüquq pozuntusu tamamilə eyni əlamətlərə malik olmaqla yanaşı, onlardan biri digər hüquq pozuntusunda olmayan daha bir əlaməti nəzərdə tutmuş olsun. Hüquq pozuntularının qismən üst-üstə düşdüyü digər hallar da mümkündür. Beləliklə, şəxs bir əməldən törəyən müxtəlif hüquq pozuntularına görə ard-arda (birinə görə qəti qərar çıxarıldıqdan sonra) cəzalandırılırsa, Avropa Məhkəməsi o məsələni araşdırmalıdır ki, bu hüquq pozuntuları əhəmiyyətli ortaq elementlərə malikdrirlər, ya yox. Hazırki cinayət işinin materiallarından görünür ki, Məhkum İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat miqdarında cərimə edilmiş və cəriməni ödəmişdir. İXM-in 327.1ci maddəsinin dispozisiyası aşağıdakı kimidir: 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Cinayət işinin materiallında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024 -cü il tarixli 3(051)-183/2024 nömrəli qərarından görünür ki, Məhkum İXM-in 327.1-ci maddəsi ilə - əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. (Bax: cild 05, i.v.174-177). CM-in 263-cü maddəsinin dispozisiyası aşağıdakı kimidir: 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda; -iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək mü ddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddə ilə Məhkum qarşı irəli sürülmüş ittihama əsasən: Məhkum xx.xx.2021-ci il tarixdə saat 20:41 dəqiqədə B1B dərəcəli sürücülük vəsiqəsi ilə, ayıq vəziyyətdə idarə etdiyi «Mercedes-Benz 190» markalı, ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri N.Nərimanov prospekti ilə Nizami küçələrinin kəsişməsində yerləşən Qələbə Meydanı dairəsində asfalt yolla Nizami küçəsi istiqamətində hərəkət etdirərkən “Yol hərəkə ti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməli, sürücü üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda buna əməl etməyib hərəkət üçün təhlükə yarandığını görərək nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbirlər görməyərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq idarə etdiyi avto mobilin qabaq hissəsi ilə şəhərin N.Nərimanov və Nizami küçələrinin kəsişməsində yerləşən “Qələbə Meydanı” dairəsi istiqamətindən Nizami küçəsində yerləşən səki istiqamətində yolu soldan sağa keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ bud sümüyünün açıq yerdəyişən sınığı, sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol körpücük sümüyünün yerdəyişməyən, sol 10-11-12-ci qabırğaların yerdəyişmiş sınığı, ağ ciyərin əzilməsi xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan ağır, Zərərçəkmiş şəxs2 alın sümüyünün qapalı xətti sınığı və sağ göz orbiti sümüyünün qapalı sınığı, baş beyin toxumasının alın payının əziyi, sifətin sıyrıqları xəsarətlərinin yaranmasına səbəb olan həyat üçün təhlükəli olan Ağır zərər vurmay a aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati məsuliyyətə cəlb etməyə səbəb olan əməllə cinayət məsuliyyətinə cəlb etməyə səbəb olan əməlləri müqayisə etdikdə aydın olur ki, inzibati ittihamla cinayət ittihamı bir-birindən tamamilə fərqlənir. Düzdür inzibati məsuliyyətə səbəb olan əməldə, cinayət məsuliyyətinə səbəb olan əməl də Məhkum tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermişdir. Lakin inzibati məsuliyyət çərçivəsində 2 nəfər şəxsə ağır xəsarət yetirilməsi əhatə olunmamışdır. Hər iki məsuliyyətin yaranmasına əsas olan səbəb eyni olsa da nəticə tamamilə fərqlidir. Məhkəmə kollegiyası hesab edir ki, təkrar məhkum etmə və ya etməmə prinsipi tətbiq edilərkən təkrarlığa səbəb olan ən azı iki əməlin bir-biri ilə müqayisə edilməsi, En gel prinsiplərində olduğu kimi işin hallarında çıxış edərək meyarların müəyyən edilməsi zəruridir. Birinci meyar – milli qanunvericilik çərçivəsində cinayətin hüquqi təsnifatıdır ki, yuxarıda məsuliyyətə səbəb olan hər iki əməlin hüquqi təsnifatı ətraflı təsvir edilmişdir. İkinci meyar – cinayətin təbiətidir. Həm inzibati xəta, həm də cinayətə səbəb olan əməllərin təbiətini müqayisə etdikdə müəyyən edilir ki, hər iki əməl təbiəti baxımından yol hərəkəri qaydalarının pozulması ilə bağlıdır və əgər şəxs birinci olaraq cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılarsa, bu zaman inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılmayacaqdı. Bu səbəbdən əməllərin təbiəti baxımından həm inzibati xətaya səbəb olan əməli, həm də cinayət məsuliyyətinə səbəb olan əməli ilk baxışdan eyni əməl iki qəb ul etmək mümkündür. Lakin qiymətləndirməni bu tərzdə aparmaq üçün mütləq şəkildə üçüncü meyarın da nəzərə alınması zəruridir. Üçüncü meyar müvafiq şəxsə aid edilən cəzanın ağırlıq dərəcəsidir. İkinci və üçüncü meyar növbəli şəkildə fəaliyyət göstərir. Lakin hər bir meyarın ayrılıqda təhlili cinayətin törədilməsində təqsirin mövcud olması barəsində dəqiq nəticənin əldə olunması imkanın vermədikdə, bu fakt müştərək yanaşmanı istisna etmir. Hazırki işin halları baxımından üçüncü meyar konteksində araşdırma apardıqda müəyyən edilir ki, inzibati xətaya görə təyin edilən 40 manat miqdarında cəza olduqca cuzidir və bəraət almış şəxs barəsində böyük məhrumiyyətlərə səbəb olmamışdır. Presedent hüququnda məhkəmə böyük məbləğlərdə cərimə cəzasını da təkrar məhkumetmə kimi qiymətləndirmişdir. Lakin ha zırki işin halları baxımından 40 manat cərimə tənbehini üçüncü meyar baxımından cüzi kimi qiymətləndirməməyə səbəb olan hər hansı bir hal və Presedent hüququ baxımından istinad edilməli olan bir fakt mövcud deyil. Həmçinin qeyd edilməsi zəruridir ki, Məhkum təqsirli bilinib tənbeh edildiyi İXM-in müvafiq maddəsində 40 manat midarında cərimə sanksiyada nəzərdə tutulmuş ən ağır tənbehdir və Məhkum inzibati həbsə alınması və ya böyük miqdarda cərimə edilməsi təhlükəsi ilə üzləşməmiş və 40 manat miqdarında cərimə edilməklə böyük məhrumiyyətlərə məruz qalmamışdır. Hazırki işin halları ilə üst-üstə düşən AİHM-in xx.xx.2020-ci il tarixli “Bajcic Xorvatiyaya qarşı” məhkəmə işinə də müraciət edilməsi faydalı olardı. Həmin işdə ərizəşi Bajcic yolda müəyyən edilmiş sürət həddini aşdı və nəticədə piya danı vurub öldürdü və hadisə yerini tərk etdi, yoxlama nəticəsində müəyyən edildi ki, o, avromobili nasaz şəkildə idarə etmişdir. Bajcic inzibati məsuliyyətə cəlb edildi və polis onu sürət həddini aşdığına görə 95 avro, nasaz avtomobili idarə edtiyinə görə 55 avro, hadisə yerini tərk etdiyinə görə 400 avro məbləğində cərimə etdi, altı aylıq müddətə sürücülük hüququ məhdudlaşdırıldı və sürücülük vəsiqəsinə beş bal əlavə edildi. Sonra isə məhkəmə tərəfindən Bajcic bir il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Ərizəçi AİHM-ə şikayət etdi ki, o, eyni cinayətə görə iki dəfə mühakimə olunub və cəzalandırılıb. Məhkəmə müəyyən etdi ki, ərizəçi üç kiçik cinayətə görə məhkum olunub və həmin üç cinayətdən yalnız sürət həddinin aşılması insan ölümü ilə nəticələnən cinayətin tö rədilməsinə səbəb olub. Bu səbəbdən məhkəmə belə nəticəyə gəldi ki, bununla bağlı non bis in idem prinsipinin idem elementi mövcuddur. Bajcic işində ərizəçi iddia etdi ki, onun əvvəllər kiçik cinayətə görə məhkumluğu onun daha ağır cinayətə görə təqibinə mane olur. Bununla bağlı Məhkəmə qeyd etdi ki, əgər şəxsin etdiyi bütün əməllərə görə təqsirli bilinməsinə icazə verilməsəydi, kiçik cinayətlər üzrə icraatda məhkum edilmişdirsə, ərizəçi bütün faktları və təqsirinin ümumi səviyyəsini nəzərə alaraq, bütün davranışına görə cəzalandırılmayacaqdı. Məhkəmə daha sonra qeyd etdi ki, ərizəçi sürət həddini aşdığına görə 95 avro məbləğində cərimələndiyi halda, insan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinə görə isə ərizəçi məhkəmə tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəza məhkəməsi daha əvvəl təyin edilmiş cərimə cəzasına açıq şəkildə istinad etməsə də, ərizəçini bir il altı ay müddətinə azadlıqdan məhkum edib, halbuki həmin vaxt Cinayət Məcəlləsi belə bir cinayətə görə beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Məhkəmənin fikrincə, birlikdə götürüldükdə, təyin edilmiş cəzalar müvafiq cinayətlərin ciddiliyi ilə bağlı ciddi şəkildə zəruri olandan artıq deyildi. Buna görə də demək olmaz ki, ərizəçi həddindən artıq yükü daşımağa məcbur edilib. Əksinə, yalnız bir dəfə sürət həddini aşmağa görə cəza ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməyə görə cəza ilə tamamlandıqdan sonra indiki işdə ərizəçi davranışına görə təsirli, mütənasib və çəkindirici cəza aldı. İstənilən halda, cinayət məhkəməsinin xırda cinayətlər üzrə icraat zamanı tə tbiq edilmiş sanksiyaya istinad etməməsi faktı özü-özlüyündə prosesin mahiyyətçə bir-biri ilə əlaqəli olmadığı qənaətinə gəlmək üçün kifayət etməyə bilər. Qeyd edilənlərə əsasən Məhkəmə belə bir yekun nəticəyə gəldi ki, Məhkəmənin fikrincə cəzanın məqsədləri, eyni davranışın müxtəlif aspektlərinə toxunulduğu halda, bütövlükdə nəzərdən keçirilməli və bu işdə məhkəmənin tələb etdiyi kimi, mahiyyətcə və vaxt baxımından kifayət qədər əlaqəli olan iki qabaqcadan görülə bilən bir-birini tamamlayan icraat toplusu vasitəsilə həyata keçirilməlidir. Bu proseslərdə iki məhkəmə arasında adekvat qarşılıqlı əlaqə mövcud idi və birlikdə götürülmüş cəzalar ərizəçinin üzərinə həddindən artıq yük qoymadı, lakin cinayətin ciddiliyi ilə bağlı ciddi şəkildə zəruri olanlarla məhdudlaşdı. Yuxarıda deyilənlərin işığında, Məhkəmə dövlətin cəza təyin etmək hüququndan sui-istifadə etmədiyini (jus puniendi) hesab edir və belə nəticəyə gələ bilməz ki, icraat və cəzaların təkrarlanması nəticəsində ərizəçi hər hansı qeyri-mütənasib zərərə məruz qalıb. Əksinə, bu məhkəmə prosesləri və cəzalar ardıcıl və mütənasib bütövlük təşkil edirdi. Nəticədə Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi pozulmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki işin halları baxımından Məhkum inzibati məsuliyyətə cəlb edildikdən və cəzalandıqdan sonra yenidən cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmaqla Engel prinsiplərinin üçüncü meyarı baxımından ciddi məhrumiyyətlərə məruz qalmadığından təkrar məhkum etmə halı baş verməmişdir və apellyasiya instansiyası məhkəməsi qeyd edilən qiymətləndirməni aparmadan təkrar məhkumetmə ilə bağlı nəticəyə gəlməklə yanlışlığa yol vermişdir. 2.Məhkum TƏRƏFİNDƏN ZƏRƏRÇƏKMİŞ TƏRƏFƏ MADDİ ZİYANİN ÖDƏNİLMƏSİ VƏ BARİŞİQ ƏLDƏ EDİLMƏSİ Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarxdə notariat qaydasında təsdiq edilmiş ərizə ilə Mingəçevin şəhər Polis şöbəsinə müraciət edərək göstərmişdir: “...Hal-hazırda Məhkum ilə barışmışam. O, avtoqəza nəticəsində mənə vurduğu maddi və mənəvi ziyanı tam şəkildə ödədiyi üçün Məhkum heç bir şikayət və tələbim yoxdur. Gələcəkdə də bu faktla bağlı heç bir iddiam və şikayətim olmayacaqdır. Xahiş edirəm nəzərə alasınız.” (Bax: cild 1, i.v. 53). Cinayət işinin materiallarından görünür ki, azyaşlı zərərçəkmiş şəxsin anası Şahid1 xx.xx.2021-ci il tarxdə notariat qaydasında təsdiq edilmiş ə rizə ilə Mingəçevin şəhər Polis şöbəsinə müraciət edərək göstərmişdir: “...Avtoqəza zamanı mənim azyaşlı qızım Zərərçəkmiş şəxs2 Xəqani qızı da yüngül xəsarət almışdır. Hal-hazırda mən Məhkum ilə barışmışam. Məhkum heç bir şikayət və tələbim yoxdur. Gələcəkdə də bu faktla bağlı heç bir şikayət və tələbim olmayacaqdır. Xahiş edirəm nəzərə alasınız.” (Bax: cild 1, i.v.55). Bu barışıq ərizələri əsasında müstəntiqin 13 sentyabr 2021-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə Məhkum barəsində CM-in 263.1-1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərar Mngəçevir şəhər prokuroru tərəfindən 20 sentyabr 2021-ci il tarixli “Razıyam” dərkənarı ilə təsdiq edilmişdir. (Bax: cild 1, i.v. 63-65). Qərarın qəbul edilməsindən 9 aya yaxın bir müddət keçdi kdən sonra Mingəçevir şəhər prokurorunun 03 iyun 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsi üçün yeganə əsas kimi azyaşlı Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməməsi göstərilmişdir. (Bax: cild 1, i.v.01-03). Halbuki, cinayət işinin 1-ci cildinin 85 və 86-ci vərəqələrinə əlavə edilmiş ərizələrdən görünür ki, Qanuni nümayəndə və Şahid1 xx.xx.2021-ci il tarixli natoriat qaydasında təsdiq edilmiş ərizələrində qızları Zərərçəkmiş şəxs2 dəymiş ziyanın Məhkum tərəfindən ödənildiyini etiraf etmişlər. Eyni zamanda, cinayət işinin materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindən, hesab-fakturalardan görünür k i, müəyyən pul məbləğləri xəstələr üçün ödənilmişdir. (Bax: cild 1, i.v.87-101). Göründüyü kimi, zərərçəkmiş şəxslər notariat qaydasında təsdiq edilmiş ərizələrlə istintaq orqanına müraciət edərək onlara vurulmuş ziyanın ödənilməsi əsası ilə Məhkumla barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, gələcəkdə də olmayacağını bildirərək bu barışığın nəzərə alınmasını xahiş etmiş, məhz bu əsasla da müstəntiqin qərarı ilə cinayət işinin bağlanması rədd edilmişdir. Bundan sonra, 9 aya yaxın müddətdə zərərçəkmiş şəxslərin heç bir şikayəti olmamış, yalnız azyaşlı Zərərçəkmiş şəxs2 müalicəsi üçün yeni xərclər tələb edildikdə və Məhkum da bu xərcləri qarşılamadığı üçün zərərçəkmiş şəxslər yenidən şikayət etmişlər. Ümumiyyətlə, belə hallara istintaq-məhkəmə təcrübəsində tez-tez rast gəlindiyindən məhkəmə kollegiyası hesab edir ki, bu sahədə vahid istintaq-məhkəmə təcrübəsinin formalaşdırılmasına nail olmaq üçün aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, əgər hər hansı bir cinayət əməli törətmiş şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə edilirsə və bu barışıq səlahiyyətli dövlət orqanı qarşısında bəyan edilirsə, səlahiyyətli orqana notariat orqanı tərəfindən təsdiq edilmiş və zərərçəkmiş şəxsin idarəsi ifadə edilmiş ərizə təqdim edilirsə və yalnız bundan sonra istintaq və məhkəmə orqanları tərəfindən öz səlahiyyəti çərçivəsində CPM-in tələblərinə uyğun müvafiq qərar qəbul edilirsə, artıq zərərçəkmiş şəxsin əvvəlki iradə ifadəsindən imtina edilməsi nəticəsində qanunamüvafiq qaydada qəbul edilmiş qərarların ləğv edilməsi hallarına yol verilməmlıidir. Əks y anaşma qanunamüvafiq qaydada qəbul edilmiş qərarlara güvən və etibarı azaltmaqla yanaşı tərəflər arasında olan mübahisələrin sonsuz qayada uzanmasına səbəb olur. Cinayət əməli nəticəsində sağlamlığa vurulmuş zərərlə bağlı barışıqdan sonra reabilitasiya ilə bağlı yeni xərclərin meydana gəlməsi istisna edilmir, lakin bu zaman barışıq əsasında qəbul edilmiş qanuni qərar ləğv edilməməli, yeni xərclərin mülki mühakimə üsulu qaydasında tələb edilməsinin mümkünlüyü mübahisə edən tərəfə izah edilməlidir. Bu mövqenin davamı olaraq məhkəmə kollegiyası hazırkı işin halları ilə oxşar olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi möv qeyinə müraciət edilməsini zəruri hesab edir. Həmin qərardan görünür ki, Azərbaycan Respublikasının Prokurorluğu sorğu ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək B.Cabarovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 68-ci maddəsinin İ və İİ hissələri, 71-ci maddəsinin İ və İİ hissələri, 127-ci maddəsinin İİ hissəsinə, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.4, 12.1, 12.2, 54, 122.8-ci maddələrinin müddəalarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Sorğuda göstəri lir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində B.Cabarovun ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı S.Cabarovanın sağlamlığına qəsdən az ağır zərər vurmasına görə Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmışdır. Məhkəmə baxışı zamanı S.Cabarova ərizə ilə müraciət edərək B.Cabarov ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərarı ilə B.Cabarov cinayət məsuliyyətindən azad edilmiş və cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi həmin qərarı qəbul edərkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və digər halları nəzərə almışdır. Bundan sonra S.Cabarova həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. S.Cabarova apellyasiya şikayətində bildirmişdir ki, 8 aylıq hamilə olduğu zaman təqsirləndirilən şəxs tərəfindən təkrar döyülməsi nəticəsində övladı vaxtından əvvəl travma ilə doğulmuş, həmçinin təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyi, ona olunmuş hədə-qorxu nəticəsində məhkəməyə şikayətinin və tələbinin olmamasına dair ərizə verdiyi halda məhkəmə bu halları nəzərə almayaraq Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən B.Cabarovu cinayət məsu liyyətindən azad etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyasının 6 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya protesti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək təqsirləndirilən şəxs barəsindəki cinayət işinin icraatına xitam verilməsi və onun məsuliyyətdən azad edilməsinin əsası kimi Cinayət Məcəlləsinin 73-cü maddəsinin əvəzinə həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilmişdir. Prokurorluq sorğusunda B.Cabarovun Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ali M əhkəmənin Cinayət Kollegiyasının qərarının Konstitusiyanın, Cinayət və Cinayət-Prosessual Məcəllələrinin müvafiq maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Müasir cinayət ədalət mühakiməsi sisteminin fərqləndirici xüsusiyyəti cinayət məsuliyyətindən azad etmənin həm məhkəməyədək mərhələdə, həm d ə məhkəmə icraatı mərhələsində mümkün olması, bununla da cinayət təqibinə xitam verilməsilə əlaqədar cinayət işlərinin sayının azalma prosesidir. Həmin institutun həyata keçirilməsinin fərqli ölkələrdə müxtəlif prosedurlarının olmasına baxmayaraq hüquqi mahiyyəti hər yerdə eyni qalır – prosessual qanunvericilikdə nəzərdə tutulmuş hallarda cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi. Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən azad etməni o zaman əsaslandırılmış və ədalətli hesab etmək olar ki, cinayət törətdikdən sonra təqsirləndirilən şəxsin cinayət cəzası təyin edilmədən azad edilməsi şəxsin hüquq və azadlıqlarının, bütün hüquq qaydalarının cinayətkar qəsddən müdafiəsinə maneə olmur və bununla yanaşı təqsirkar şəxsin islah olunmasına, yeni cinayətlərin törədilməsinin q arşısının alınmasına yardımçı, cinayət qanunvericiliyinin vəzifələrinə isə müvafiq olur və cəzanı tətbiq etmədən də onun məqsədlərinə nail olmağa imkan verir. Konstitusiya Məhkəməsi həmin qərarda daha sonra göstərmişdir ki, tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Cinayət prosesini həyata keçirən orqan Cinayət Məcəlləsinin 73-cü maddəsinin tətbiqi ilə bağlı yekun nəticəyə gələrkən zərərçəkmiş şəxsin təqsi rləndirilən şəxslə barışmasına dair iradəsinin təzyiq və yaxud hədə-qorxu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Odur ki, barışığın cinayət-hüquqi əhəmiyyətini, şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının müdafiəsinin təmin edilməsinin və əldə edilmiş barışıqdan hər-hansı sui-istifadə halının qarşısının alınmasının zəruriliyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan verilmiş şikayətdə həmin qərarın mübahisələndirilməsinə səbəb olmuş dəlillər ətraflı göstərilərək hüquqi cəhətdən əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə görə də səlahiyyətli orqan zərərçəkmiş şəxsin barışıqla bağlı mövqeyinin təzyiq və yaxud hədəqor xu ilə deyil, məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir şəhər prokurorunun 03 iyun 2022-ci il tarixili “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi, cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarı Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə edilmiş hüquqi mövqeyinə (zərərçəkmiş şəxsin əvvəl vermiş olduğu barışıqdan imtina etməsi cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan verilmiş şikayətdə həmin qərarın mübahisələndirilməsinə səbəb olmuş dəlillər ətraflı göstərilərək hüquqi cəhətdən əsaslandırılmalıdır) uyğun gəlmir. CPM-də prokurorun həmin qərarının məhkəmə nəzarəti qaydasında və ya işə mahiyyəti üzrə baxılarkən mübahisələndirilməsi və ləğv edilməsi proseduru nəzərdə tutulmasa da, məhkəmə kollegiyası hesab edir ki, pozulmuş hüquqların bərpa edilməsinə nail olmaq məqsədi ilə Q.Məmmədovla zərərçəkmiş şəxslər arasında əldə olunmuş barışığın hüquqi nəticələrinin ləğv edilməsi üçün hər hansı hüquqi və faktiki əsas olmadığından hazırkı cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən ibtidai istintaq zamanı zərərçəkmiş tərəfin barışıqla bağlı mövqeyinin təzyiq və yaxud hədə-qorxu ilə əldə edilib-edilməməsi məsələsi ətraflı araşdırmalı, bu hallar olmadığı halda və bu iradənin məhz sərbəst və şüurlu şəkildə ifadə edildiyinə əmin olduqdan sonra CM-in 263-cü maddənin Qeyd hissəsinin 2-ci bəndinin tətbiq edilməsi qanunçuluq və ədalət prinsiplərinin tələblərinə uyğun olardı. Bu zaman nəzərə almaq lazımdır ki, tərəf lər arasında barışıq əldə edildikdən sonra zərərçəkmiş şəxsin məhz hadisə zamanı almış olduğu xəsarətlə bağlı yeni müalicə xərclərinin yaranması mümkündür, lakin bu problemin həlli barışıq əsasında qəbul edilmiş qanuni və əsaslı qərarın yalnız bu əsasla ləğvi yolu ilə deyil, mülki mühakimə üsulu qaydasında birinci instansiya məhkəməsində iddia qaldırmaq yolu ilə həll olunmalıdır. Eyni zamanda, qeyd edilməsi zəruridir ki, əgər zərərçəkmiş şəxs barışıqla bağlı iradəsini sərbəst şəkildə bildirirsə, bu barədə notariat qaydasında təsdiq edilmiş ərizəsini istintaq orqanına təqdim edirsə və ya bu iradəni məhkəmə qarşısında şifahi şəkildə bəyan edirsə və müvafiq yoxlamadan sonra istintaq orqanı və ya məhkəmə zərərçəkmiş şəxsin barışıq barədə bəyanını əsas götürməklə qanunamüvafiq qaydada müvafiq q ərar qəbul edirsə, zərərçəkmiş şəxsin sonradan həmin qərardan şikayət etməsi, notariat qaydasında vermiş olduğu ərizəni notariat orqanında ləğv etdirməsi barışıqla bağlı qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilməməlidir. CPM-in 419.12-ci maddəsinə əsasən bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir s übutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş tərəfin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli hökmü kassasasiya müraciətlərinə münasibətdə ləğv edilməli, cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçək miş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin Mingəçevir Şəhər Məhkəməsinin 2023-cü il 29 avqust tarixli, 1(051)-14/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 may tarixli, 1(107)-57/2024 nömrəli bəraət hökmü zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilsin.