Məhkəmə qərarları › İş №1(102)-2034/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2034/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2034/2025 30.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmu ş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 1(101)-1296/2024 nömrəli (hakimlər: Məmmədzadə Səbinə Adil qızı (sədrliyi ilə), Məmmədov Əli İrfan oğlu və Məcidov Azad Əli Ağa oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1977-ci ildə Gürcüstan SSR, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla xxx nömrəsiz evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, ona CM-in 126.3-cü maddəsinə əsasən 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 133.2.1 və 133.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu 29 avqust 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrliyi və məruzəsi ilə), İbrahimli İbrahim Adil oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət məhkəmə tərkibində) 23 iyul 2024-cü il tarixli 1(103)1595/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum CM-in 133.2.1 və 133.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 2 (iki) ilə endirilməsi, CM-in 66.3-cü maddəsinə əsasən hökmlə CM-in 126.3-cü maddəsi ilə təyin olunmuş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırkı təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, biri özü üçün aşkar surətdə yetkinlik yaşına çatmayan olmaqla iki və daha çox şəxsə Azərbaycan Respublikası CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab vermiş, həmçinin qəsdən sağlamlığa ağır xəsarət vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Məhkum 5 may 1948-ci il təvəllüdlü atası Zərərçəkmiş şəxs1, xx xxxxx 1952-ci il təvəllüdlü anası Zərərçəkmiş şəxs2, uşaqları 3 mart 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3, xx xxx 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 və xx xxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs5 ilə birgə yaşadıqları xxx nömrəsiz ünvanda mütəmadi olaraq spirtli içki qəbul edib xx xxxxx 1952-ci il təvəllüdlü anası Zərərçəkmiş şəxs2 2017-ci ilin əvvəllərindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda, eləcə də 2022-ci ilin yay aylarında, 2023-cü ilin mart ayında, 2023-cü ilin iyun ayının əvvəllərində, həmçinin xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində şəxsi münasibətlər zəminində aralar ında yaranmış mübahisə zamanı əllə-ayaqla döyərək, ona güclü fiziki ağrı və iztirab verməsini dərk edib bunu arzulayaraq, sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirmiş, həmçinin özünün istifadə etdiyi mobil telefonla onun başına vurmuş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs2 sol bazunun yumşaq toxumasının hematoması və sağ ayağın İİİ barmağının arxa səthinin sıyrığı; sağ qulaq sırğalığının səthi əzilmiş yarası, sol saidin orta 1/3-nin arxa-bayır səthinin əzilmiş-cırılmış yarası və alın nahiyəsinin kiçik ölçülü əzilmiş yarasından ibarət olmaqla həm ümumilikdə, həm də ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik ol duqları üçün dərəcələri təyin edilməyən və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid çoxsaylı bədən xəsarətləri yetirərək mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə güclü fiziki ağrı yetirərək və psixi iztiraba məruz qoyaraq əzab vermişdir. Bundan başqa o, birgə yaşadıqları xxx, nömrəsiz ünvanda mütəmadi olaraq spirtli içki qəbul edərək övladları 3 mart 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 və xx xxx 2004cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 2017-ci ilin əvvəllərindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda, eləcə də 2023-cü ilin mart ayında, 16 iyul 2023-cü il tarixdə saat 18 radələrində, 16 avqust 2023-cü il tarixdə saat 23 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə z amanı mütəmadi olaraq əlləayaqla döyərək, onlara güclü fiziki ağrı və iztirab verməsini dərk edib bunu arzulayara, Zərərçəkmiş şəxs3 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirmiş, qaldırıb döşəməyə çırpmış, həmçinin onun başını divara, elektrik sobasının şüşəsinə vurmuş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs3 sağ bazunun, boyunun sağ yan səthinin və döş qəfəsinin sol yuxarı bayır səthinin qançırları, sol dirsək oynağı nahiyəsinin və kürəkarası nahiyənin sıyrıqları, hər iki əlin kəsilmiş yaraları ilə müşayiət olunan, eyni zamanda Zərərçəkmiş şəxs4 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirmiş, qazan qapağı ilə vurmuş, həmçinin onu qaldırıb döşəməyə çırpmış, başını divara vurmuş, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs4 sağ kürəküst ü nahiyəsinin qançırı ilə müşayiət olunan həm ümumilikdə, həm də ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilməyən çoxsaylı bədən xəsarətləri yetirərək iki və daha çox şəxsi mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxslərə güclü fiziki ağrı yetirərək və psixi iztiraba məruz qoyaraq təkrarən əzab vermişdir. Bundan başqa o, birgə yaşadıqları xxx, nömrəsiz ünvanda mütəmadi olaraq spirtli içki qəbul edərək 5 may 1948-ci il təvəllüdlü atası Zərərçəkmiş şəxs1 və xx xxxxxx 2009cu il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs5 təxminən 2017-ci ilin əvvəllərindən 16 avqust 2023-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisələr zamanı mütəmadi olaraq əllə-ayaqla döyərək, onlara güclü fiziki ağrı və iztirab verməsini dərk edib bunu arzulayaraq, onların bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirib xəsarətlər yetirərək oğlu Zərərçəkmiş şəxs5 onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs olaraq iki və daha çox şəxsi mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə zərərçəkmiş şəxslərə güclü fiziki ağrı yetirərək və psixi iztiraba məruz qoyaraq təkrarən əzab vermişdir. Bundan başqa o, 16 avqust 2023-cü il tarixdə saat 23 radələrində birgə yaşadıqları xxx nömrəsiz evdə növbəti dəfə spirtli içki qəbul etdikdən və atası Zərərçəkmiş şəxs1 ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirməsindən sonra aralarında yaranmış münaqişə zamanı yaşadıqları evin pilləkənlərin üzərində dayanan atası Zərərçəkmiş şəxs1 əvvəlcə sillə vurmuş, daha sonra sinə nahiyəsinə qəsdən təpiklə zərbə vuraraq ona travmatik hemopnevmotoraksla və hər iki ağciyərin əzilməsi müşayiət olunan döş sümüyünün sınığı, hər iki tərəfdə qabırğaların çoxsaylı sınıqları kimi canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik və döş qəfəsinin sol yan səthinin qançırı kimi canlı şəxslərdə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malik xəsarətlər yetirmiş, sonuncu aldığı zərbənin təsirindən pilləkənlərin məhəccərinə dəyib sındırmaqla, hündürlükdən yerə yıxılaraq başının daş dö şəməyə dəyməsi nəticəsində ölümünə səbəb olan başın yumşaq örtük toxumasına qansızmalar və ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan baş beyinə, qişalarına və mədəciklərinə qansızma (baş beyin əzilməsi) kimi ümumilikdə həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər və sol dirsək oynağının arxa səthinin sıyrıqları kimi canlı şəxslərdə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malik xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzi PHŞ-nə yerləşdirilsə də, xx.xx.2023-cü il tarixdə müalicə aldığı xəstəxanada baş beynin ağır dərəcədə əzilməsi nəticəsində baş beyinin travmatik ödemi və dislokasiyası səbəbindən ölmüş, həmin hərəkətləri ilə Məhkum qəsdən atası Zərərçəkmiş şəxs1 s ağlamlığına ağır xəsarətlər yetirərək, ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr işə düzgün hüquqi qiymət verməmiş, cəzanın mahiyyət etibarı ilə detallarına varmamış, ilkin ibtidai istintaqın vermiş olduğu saxta rəy və mülahizələr əsasında hökm çıxarılmışdır. Belə ki, məhkəmələr tərəfindən o, CM-in 133.2.1 və 133.2.4-cü maddələri ilə əsassız olaraq təqsirləndirilmiş, həmçinin onun əməli CM-in 126.3-cü maddəsindən həmin Məcəllənin 124-cü maddəsinə tövsif edilməli olduğu halda tövsif edilməmişdir. Odur ki, göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarının ləğv edilərək, CM-in 133.2.1 və 133.2.4-cü maddələri ilə bəraət v erilməsi və əməlinin CM-in 124.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, nümunəvi ata olduğunu, hadisənin sərxoş olduğuna görə baş verdiyini, baş verən hadisələri arzulamadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏ SƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin n ormaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəll ənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyət i yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-o lmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekt i müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cin ayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33 -cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nətic ə) əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş biri özü üçün aşkar surətdə yetkinlik yaşına çatmayan olmaqla iki və daha çox şəxsə CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab vermə, həmçinin qəsdən sağlamlığa ağır xəsarət vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əməllərinin məhkəmələr tərə findən düzgün tövsif edilmədiyi, əməllərin Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsindən həmin Məcəllənin 124.1-ci maddəsinə tövsif edilməli olduğu iddia edilir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarı n qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. CM-in 124-cü maddəsində nəzərdə tutulan cinayət adından göründüyü kimi, subyektiv cəhətdən təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Qeyd etmək istəyirik ki, digər cinayətlərdə olduğu kimi ehtiyatsızlıqdan adam öldür mə cinayətinin də obyektiv əlamətləri subyektiv əlamətləri ilə birgə təzahür edir. Cinayətin subyektiv cəhətinin müəyyən edilməsi şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsinin son mərhələsidir. Cinayətin subyektiv cəhətinin spesifik cəhəti ondan ibarətdir ki, motiv, məqsəd cinayətin törədilməsindən əvvəl formalaşır. Bununla belə, motiv və məqsəd cinayətin əvvəlindən sonunacan onu müşayiət edir. CM-in 26-cı maddəsində ehtiyatsızlıqdan törədilmiş cinayətlərin anlayışı verilir və ehtiyatsızlığın iki növü fərqləndirilir: cinayətkarcasına özünəgüvənmə və cinayətkarcasına etinasızlıq. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hə rəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.2-ci maddəsinə əsasən deyə bilərik ki, cinayətkarcasına özünəgüvənmə zamanı şəxs əməli ilə zərərçəkmişin ölümünün baş verə biləcəyi imkanını qabaqcadan görür, lakin kifayə t qədər əsas olmadan onun qarşısını alacağını güman edir. CM-in 26.3cü maddəsinə əsasən isə deyə bilərik ki, cinayətkarcasına etinasızlıq zamanı şəxs törətdiyi əməli ilə zərərçəkmişin ölümünün baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görmür. Beləliklə, cinayətkarcasına özünəgüvənmə zamanı təqsirkar şəxs əməlinin ictimai təhlükəli nəticələr verməyəcəyini güman edir, cinayətkarcasına etinasızlıq zamanı isə əməli ilə ictimai təhlükəli nəticələrin baş verə bilməsi imkanını belə görmür. Təqsirin qarışıq forması paralel olaraq yalnız tövsifedici əlamətli, yəni məsuliyyəti ağırlaşdıran halı nəzərdə tutan cinayət tərkiblərində mövcud ola bilər. Bu zaman təqsirin qəsd forması əsas tərkibin əlaməti kimi, ehtiyatsızlıq formas ı isə tövsifedici nəticənin əlaməti kimi çıxış edir. Qanunverici tərəfindən bu adətən qəsd obyektləri müxtəlif olan ictimai təhlükəli əməllər üzrə formulə edilir. Təqsirin qarışıq forması ilə törədilən cinayətin klassik nümunəsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətidir. CM-in 126.3-cü maddəsində qəsdən sağlamlığa ağır zərər vurmanın xüsusilə tövsifedici əlaməti – CM-in 126.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması göstərilmişdir. Sağlamlığa ağır zərər vurma zamanı baş verən ölüm təqsirkarın əməlinin sonrakı nəticəsidir. Onun əməlinin ilkin nəticəsi isə məhz CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əlamətlərdən biri üzrə müəyyən edilən sağlamlığa vurulmuş ağır zərərdi r. Baş vermiş ölüm artıq sağlamlığa vurulmuş ağır zərərin nəticəsidir. Ona görə də təqsirkarın əməlini CM-in 126.3-cü maddəsi üzrə tövsif edərkən sağlamlığa vurulmuş ağır 79 zərərlə baş vermiş ölüm arasında səbəbli əlaqə müəyyən edilməlidir. Zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə ölümdən ibarət nəticə arasında uzun zaman fasiləsinin olması özü-özlüyündə təqsirkar şəxsin başqasını həyatdan məhrum etməyə dair qəsdini istisna etmir, o cümlədən sağlamlığa zərər yetirildikdən dərhal sonra ölümün baş verməsi adam öldürməyə qəsdin mövcudluğunu təsdiq etmir. Sağlamlığa ağır zərər vurulması ilə ölümün baş verməsi arasında uzun zaman fasiləsi mövcud olduqda adam öldürməyə görə məsuliyyət istisna edilir. Sağlamlığa vurulmuş ağır zərərin zərərçəkmişin ölümünə səbəb olmasının müəyyən olunması, onun ölümünə münasibətdə təqsirin ehtiyatsızlıq formasının mövcudluğunun müəyyən edilməsinin obyektiv əsası sayılır. Burada təqsirkarın qəsdi ilə yalnız əməlin ilkin nəticəsinin (sağlamlığa ağır zərər vurmanın) əhatə olunduğunu, sonrakı nəticənin (ölümün) isə qəsdlə əhatə olunmadığını müəyyən etmək üçün bir sıra hallara diqqət yetirilməlidir. Nəzərə alınmalı olan həmin hallar sırasına zərər yetirilən bədən nahiyəsinin həyat üçün mühüm olmasını, zərər yetirmənin üsulunu, istifadə edilən alət və ya vasitənin, təqsirkarın əməli törətdikdən əvvəlki davranışını, onun zərərçəkmişlə münasibətini, əməl törədildikdən sonrakı davranışını aid etmək lazımdır. Ölümə səbəb olan sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqla adam öldürmədən o əsasla fərqlənir ki, ölüm ağır zərərlə əlaqədar olan ha llarda məsuliyyət məsələsinin CM-in 124-cü maddəsi ilə həlli üçün həm ölümdən ibarət nəticəyə, həm də sağlamlığa vurulan ağır zərərə psixi münasibət ehtiyatsızlıq formasında olmalıdır. Yəni, zərərçəkmiş şəxsin sağlamlığa ağır zərər vurulmasına və ölümünə təqsirkarın qəsdi yoxdursa, lakin işin hallarına görə baş verən nəticələri görməli olduğu və görə bildiyi halda, onun hərəkətləri ehtiyatsızlıqla adam öldürmə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən, məhkum tərəfindən verilmiş kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin, yox ehtiyatsızlıqdan adam öldürmə cinayətinin törədildiyini təsdiq edən bir çox bir-birini təsdiq edən sübutların cinayət işinin materiallarında olması barədə dəlilləri tamamilə əsassız hesab edir. Cinayət işinin materiallarını, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, ibtidai istintaq hərəkətlərinə dair protokollarını kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası, Məhkum Zərərçəkmiş şəxs1 aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə nəticəsində qəsdən sağlamlığına ağır zərər vuraraq ehtiyatsızlıqdan ölümünə səbəb olması barədə apellyasiya instansiyası məhkəmə k ollegiyasının gəlmiş olduğu nəticə ilə razılaşır. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, atası qışqıraraq qardaşı X-i çağırmış, qardaşı yuxudan oyanıb onun yanına getmiş, atası X-ə “niyə üzümə pis baxdın?” deyib qardaşını vurmuşdur. X X-in qorxduğunu görüb “bura gəl məndən hara qaçırsan?” dedi demiş və həmin vaxt onu təpiklə vurmuşdur. Atası yenə X-i vurmaq istəyən zaman X qaçmış, bundan sonra atası bacısının yanına getmişdir. Atası X-in pişikdən qorxduğunu bildiyi üçün onun üstünə pişik atmış və onu döyməyə başlamış, başını divara vurmuşdur. Bacısının başını divara vurduğuna görə babası atasına irad bildirmiş, atası əsəbləşib babasını sillə ilə vurmuşdur. Daha sonra mətbəxə onun yanına gəlib boğazından tutaraq başını divara vurmuş və pişiyi gətirməyini istəmişdir. Bu vaxt evin dəhlizinə keçdikdə babası evin pilləkəninə çıxmışdır. Həmin vaxt nənəsi evin həyətində olmuş, atası evin pilləkənlərinə tərəf babasının yanına gedərək orada babasına sillə vuraraq “yenə polisə zəng edirsən?" demişdir. Babası bir təhər özünü tarazlayaraq heç kimə zəng etmədiyini demişdir. Bu vaxt babası evin pilləkənində məhəccərə söykənmiş vəziyyətdə dayanmış, atası evin qapısına özünü dayayıb qapıdan dəstəklə qabağa gedərək qarşısında dayanan babasının sinəsindən möhkəm təpiklə vurmuşdur. Babası zərbənin təsirindən məhhəccəri sindiraraq arxası üstə həyətdə daş döşəmənin üzərinə yıxılmışdır. Bu vaxt nənəsi qışqıraraq bayıra qaçmış və qonşuları köməyə çağırmışdır. O, atasının telefonundan zəng edib təcili yardım çağırmışdır. Qonşular köməyə gələr ək babasını qaldırıb pilləkənə otuzdurmuşlar. Atası evə daxil olub bacısı X-ə hər şeyin onun pişikdən qorxmasına görə olduğunu deyib telefonunu götürüb evdən çıxıb getmişdir. İş üzrə dindirilmiş digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 da vermiş olduqları oxşar məzmunlu ifadələr ilə cinayət işi üzrə müəyyən edilmiş faktları bir daha təsdiq edirlər. Cinayət işinin materiallarında olan 30 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə üzləşdirilmiş, həmin istintaq hərəkəti zamanı zərərçəkmiş şəxslər öz ifadələrində qeyd etdikləri xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə demiş, təqsirləndirilən şəxs də zərərçəkmiş şəxslərin ifadələrini təsdiq edərək, valideynlərini və övladlarını çox döydüyünü və incitdiyini etiraf etmiş, bu əməllərini spirtli içkinin təsiri altında törətdiyini bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsində məhkəmə baxışında Məhkum verdiyi ifadə ilə özünü təqsirli bilərək, törətdiyi hadisələri xatırlamadığını, lakin övladlarının və anasının yalan məlumat verməyəcəyini, əgər onlar qeyd olunan məzmunda ifadə verirsə, demək ki, qeyd olunan hadisələri törətdiyini bildirmişdir. Odur ki, cinayət işinin materiallarından da göründüyü kimi, Məhkum növbəti dəfə spirtli içki qəbul etdikdən və atası Zərərçəkmiş şəxs1 ona sərxoş vəziyyətdə övladlarını və ailəsini döyməsi ilə bağlı iradlar bildirməsindən sonra aralarında yaranmış münaqişə zamanı yaşadıqları evin pilləkənlərin üzərində dayanan atası Zərərçəkmiş şəxs1 əvvəlc ə sillə vurmaqla, daha sonra isə sinə nahiyəsinə qəsdən təpiklə zərbə vurmaqla sağlamlığına ağır xəsarətlər yetirməsi, zərbənin təsirindən sonuncunun pilləkənlərin məhəccərinə dəyib sındırmaqla, hündürlükdən yerə yıxılaraq başının daş döşəməyə dəyməsi nəticəsində ölümünə səbəb olması iş üzrə toplanılmış sübutlarla öz təsdiqini tapmış və qeyd olunanlara əsasən birinci instansiya məhkəməsində Məhkum əməllərinin CM-in 126.3, həmçinin 133.2.1 və 133.2.4-cü maddələri ilə düzgün tövsif olunduğuna şübhə doğurmur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində həmçinin onun əməlində CM-in 133.2.1 və 133.2.4-cü maddələri ilə üzrə cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi onun özünün məhkəməyədək istintaq dövründə və məhkəmə istintaqı zamanı verdiyi izahat və ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, şahid qismində dindirilmiş Şahid2 ifadələri, Zərərçəkmiş şəxs2 ərizələri, “Meyitə b axış keçirilməsi haqqında” 29 avqust 2023-cü il tarixli protokol, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 30 avqust 2023-cü il tarixli protokol, “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 31 avqust 2023-cü il tarixli protokol, Suraxanı RPİ-nin 30-cu PŞ-nin 10 oktyabr 2023-cü il tarixli məktubu, 30 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolları, məhkəmə-tibbi ekspertizasının 17 iyul 2023-cü il tarixli 624, 625 və 626 nömrəli, 29 avqust 2023-cü il tarixli 112 nömrəli və 4 sentyabr 2023-cü il tarixli 812 nömrəli rəyləri, əlavə məhkəmə-tibbi ekspertizasının 28 noyabr 2023-cü il tarixli 20/624 nömrəli rəyi, məhkəmə-tibbi bioloji ekspertizasının 3 oktyabr 2023-cü il tarixli 648/2023MTBŞ nömrəli rəyi, həmçinin iş üzrə toplanmış bir çox digər sübutlar ilə öz təsdiqini tapdığı nı müəyyən edir. Məhkum kasassiya şikayətində əzab vermə cinayət ilə heç bir əlaqəsinin olmadığını, onun tərəfindən əzab vermə cinayət əməlinin törədilmədiyini qeyd etsə də, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə Məhkum biri özü üçün aşkar surətdə yetkinlik yaşına çatmayan olmaqla iki və daha çox şəxsə CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə əzab vermə cinayətini törətməsi öz təsdiqini tapır. Kassasiya məhkəmə kollegiyası həmçinin, Məhkum zərərçəkmiş şəxslərə qarşı əzab vermə cinayət əməlini törətmədiyinə dair irəli sürdüyü dəlillərinə apellyasiya instansiya məhkəməsinin tənqidi yanaşması və özünü müdafiə üsulu kimi qiymətləndirməsi barədə gəldiy i nəticə ilə razılaşaraq, hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq Məhkum ibtidai istintaq və məhkəmə istintaqı zamanı bu hissədə verdiyi ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək obyektiv həqiqəti əks etdirməməsi və ona görə də həmin dəlillərin Məhkum özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya insta nsiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəmə kollegiyaları haqlı olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş şəxslərin verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hə min ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özünü müdafiə etmək, cinayət məsuliyyətinin yüngülləşdirilməsi məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Məhkum, ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zaman ı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə lər tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza məsələsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olmaması, ağırlaşdıran (cinayət əməlini təkrarən və qoca şəxslərə və ondan asılı vəziyyətdə olan şəxslərə qarşı törətməsi) halların isə olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbayca n Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 133.2.1 və 133.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar