Məhkəmə qərarları › İş №1(102)-2035/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2035/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2035/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, bəraət almış şəxs X9, onun müdafiəçisi Müdafiəçi3 və mülki iddiaçının nümayəndəsi X2 iştirakları ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-c i maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim: X12) 05 aprel 2023-cü il tarixli hökmü ilə xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ya şayan X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, ona 1 (bir) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il müddətinə dövlət, özəl və yerl i özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzasının saxlanılması, cəza çəkmənin əvvəlinin X9 aylıq qazancından tutulmaların aparıldığı vaxtdan (tarixdən) hesablanması, X9 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh (təqsirləndirilən şəxs) X8 36.340,69 (otuz altı min üç yüz qırx manat altmış doqquz qəpik) manat maddi ziyan tutularaq, mülki iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xeyrinə ödənilməsi, iş üzrə ekspertiza xərci olan 245,0 0 (iki yüz qırx beş) manatın X8 tutularaq, dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22) hesaba keçirilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə) 29 mart 2024-cü il tarixli hökmü ilə məhkum olunmuş şəxs X9 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 1(005)16/2023 nömrəli hökmünün verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilməsi, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə elan olunan ittiham üzrə əməlində cinayət tərkibinin olm amasına görə bəraət verilməsi, X9 barəsində seçilmiş barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, mülki iddiaçı - Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin mülki iddiasının baxılmamış saxlanılması və mülki iddiaçıya iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, X11 pozulmuş hesab etdikləri hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə 08 sentyabr 2021-ci il tarixli, 9/5455 nömrəli ekspert rəyi üzrə 145,00 (yüz qırx beş) manat,12 oktyabr 2022-c i il tarixli, 9/5553 nömrəli rəy üzrə 100 (yüz) manat, təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 9/5733 nömrəli rəyi üzrə 200 (iki yüz) manat və təkrar təkrar komisyon məhkəməmühasibatlıq ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 9/10059 nömrəli ekspert rəyləri 200 (iki yüz) manat məbləğində ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməsi hökm edilmişdir. İşin halları: X11 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcələsinin 213.1ci maddəsi ilə verilmiş ittihama görə o, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədi ilə tanışlıq münasibətində olduğu Təqsirləndirilən şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin də vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3 Şahid3 olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN. **********) (bundan sonra MMC) adından qeyd olunan şəxslərlə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları faktiki olaraq yerinə yetirməklə, MMC-nin əmlakının maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirilmiş və bununla əlaqədar vergi ödeyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16. 1.6, 16.1.7, 17.3, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103.1, 105.1, 130.1, 130.2, 149.1, 149.2, 152.1, 154, 173 və 177-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin adından qeydiyyatda olduğu vergi orqanına təqdim edilmiş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə, xeyli miqdar təşkil edən, 69567,11 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, X17, Təqsirləndirilən şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, müxtəlif malların Azerbaycan Respublikasına idxal edilməsi və satışı, iş və xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olmuş, qeyd olunan fəaliyyətdən 2019-cu il üzrə dövriyyəsi 668.695,07 manat, xərci 557.245,89 manat, əldə etdiyi mənfəəti 111.449,18 manat və ödəməli mənfəət vergisi 22.289.84 manat olduğu halda, həmin il üzrə bəyannamə təqdim etməyərək, 22.289,84 manat mənfəət vergisini; həmçinin, o, 2019-cu ilin avqust ayı üzrə vergi orqanına təqdim etdiyi ƏDV bəyannaməsində ƏDV tutulan dövriyyəni 375.909,11 manat, ƏDV-ni 67.663,64 manat, əvəzləşdirilən ƏDV-ni 1.710,22 manat və ödənilməli ƏDV-ni 65.953,42 manat bəyan edib ödəməli olduğu halda, həmin ay üzrə bəyannamə təqdim etmədən, 18.676,25 manat ƏDV ödəməklə, cəmi 47277,27 manat ƏDV-ni, 22289,84 manat mənfəət vergisini, ümumilikdə isə xeyli miqdar təşkil edən, 69.567,11 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Protest müəllifi qeyd edir ki, vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində 55724 5,89 manat dəyərində mal, iş və xidmətlərin alınmasına baxmayaraq, 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Onun tərəfindən izahat məktubu və uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 55 saylı Qərarı tətbiq edilərək (xərcə əsasən) 22289,84 manat əlavə vergi məbləği hesablanaraq "Vergilərin hesablanması barədə" xx.xx.2020-ci il tarixli **********041600 nömrəli Qərar göndərilmişdir. xx.xx.2022-ci İl tarixdə ödəyici tərəfindən 2019-cu il üçün hesablanmış vergi məbləğinin azalması ilə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir (558073,94 manat məbləğində gəlir, 52 0124,74 manat məbləğində xərclər göstərilməklə). Bəyannamə üzərində yaranmış uygunsuzluqla əlaqədar ödəyiciyə xx.xx.2022-ci il tarixli **********054300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. xx.xx.2022-ci il tarixdə ”MİRAS 105" MMC-yə 2019-cu il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə 14700,0 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə ”Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********705900 nömrəli qərar göndərilmişdir. Eyni zamanda, vergi ödəyicisi tərəfindən 2019-cu il ərzində 557.245,89 manat dəyərində mal, iş və xidmətlərin alınmasına baxmayaraq, 2019-cu il üçün mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi müəyyən ed ilmişdir. Onun tərəfindən izahat məktubu və uyğunsuzluq məktubunda qeyd olunan kənarlaşmalar aradan qaldırılmaqla bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 55 saylı Qərarı tətbiq edilərək (xərcə əsasən) 22.289,84 manat əlavə vergi məbləği hesablanaraq “Vergilərin hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********041600 nömrəli Qərar göndərilmişdir. Məhz şərti rentabellik norması əsasında hesablanmış məbləğ ittiham aktında öz əksini tapmış və həmin hesablama təsdiq edilərək məhkəməyə göndərilmişdir. Ekspertlər isə sonuncu rəyləri tərtib edərkən, ittihamdan kənara çıxaraq mübahisə mövzusu olmayan qərarı nəzərə almışlar ki, bu da qanunsuz əsassızdır. Göründüyü kimi, ittiham aktı təsdiqlən ərək məhkəməyə göndərildikdən sonra vergi ödəyicisi tərəfindən cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün xx.xx.2022-ci il tarixdə 2019-cu il üçün hesablanmış mənfəət vergisi məbləğinin azalması ilə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Kassasiya protestində X9 Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli hökmünün ləğv edilməsi və iş yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi xahiş olunmuşdur. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti kassasiya protestinin d əlilləri ilə eyni əsaslandırılaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli hökmünün ləğv edilərək, cinayət işinin yenidən baxışa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, bəraət almiş şəxs X9 və onun müdafiəçisinin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsinə, dövlət ittihamçının və mülki iddiaçının nümayəndəsinin kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də gö ründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində və kassasiya şikayətində X11 Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsi mübahisələndi rilir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Resp ublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, c inayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qav ranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi X11 Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmən in qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borc deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə uyğun olaraq vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirli olmaması halında, şəxs vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Bu Məcəllənin 39.2-ci maddəsinə əsasən, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntul ara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir; Sözügedən Məcəllənin 49.2-ci maddəsinə görə, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəl b olunması ona izah olunur; Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən, vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Apellyasiya məhkəməsi təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 9/5733 nömrəli və təkrar təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 9/10059 nömrəli ekspert rəylərinə əsasən belə hesab etmişdir ki, X17 tərəfindən ümumilikdə xeyli miqdar təşkil edən, 69.567,11 manat deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş məbləğdən az məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması müəyyən edildiyindən, onun əməlində Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin tərkibi yaranmamışdır və beləliklə də, X17 həmin maddə ilə təqsirli bilinərək, məhkum edilə bilməz. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsinin vəsatəti təmin edilərək, ekspert Toğrul Cəfərli məhkəmə iclas zalına dəvət olunmuş və sonuncu rəydə qeyd etdiklərinə uyğun olaraq izahat vermiş, verilmiş suallara cavab olaraq göstərmişdir ki, tərəfindən bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu dərk edərək, təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2023-cü il tarixli, 9/5733 nömrəli rəyi rəyi tərtib etmişdir. Rəydə göstərilən xüsusatları bir daha təsdiq edir. Ekspert, həmçinin göstərmişdir ki, ekspert rəyinin nəticə hissəsinin üçüncü abzasında şəxsi hesab vərəqəsinə istinad etməyinin səbəbi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi haqqında qərarda ekspert qarşısında qoyulmuş sualın məzmunu ilə bağlıdır, şəxsi hesab vərəqəsi ekspert araşdırmasının aparılması üçün ən mühüm mənbədir. Həmçinin, ekspert araşdırması zamanı cinayət işində öz əksini tapmış digər materiallara da müraciət olunmuşdur. Bundan başqa “Faiz hesablanması məqsədləri üçün” şəxsi hesab vərəqəsində tarixə uyğun olaraq, yəni 02 iyun 2021-ci il tarixə olan vergi borcunun məbləği hesablanmışdır. Rəydə göstərilən xüsusatları bir daha təsdiq edir. Həmçinin, apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqti sadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi yazılı vəsatətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı iş üzrə xx.xx.2023-cü il tarixli təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, vəsatət vermiş orqanın nümayəndəsinin ekspertlər qarşısında qoyulmuş suallar üzrə yenidən ekspertiza araşdırması həyata keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 9/10059 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, birinci, ikinci və üçüncü suallar üzrə: xx.xx.2020-ci il tarixli **********041600 saylı və xx.xx.2022-ci il tarixli, **********705900 saylı “Vergilərin, sosial sığort a və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlarla 2019-cu ilin mənfəət vergisi üzrə hesablama aparılarkən, bir-birindən fərqli gəlir və xərc məbləğləri nəzərə alınmaqla, yekunda eyni nəticəyə gəlinməsi, yəni hər iki Qərarla fərqli gəlir və xərc məbləğləri nəzərə alınaraq, 22289,84 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə əlavə olaraq hesablanması tədqiqi hissədə göstərilən Vergi Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun deyildir. Yəni mənfəət vergisinin düzgün hesablanmadığı müəyyən edilir. Bundan əlavə qeyd edilir ki, təqdim edilmiş iş materiallarından göründüyü kimi, müəssisənin 2019-cu il üzrə aldığı və idxal etdiyi malları həmin ildə təqdim etdiyi mallarından fərqli çeşiddə olmuşdur. Yəni, aldığı malların satışına, satdığı malların isə alışında dair s ənədlər iş materiallarında tam şəkildə öz əksini tapmamışdır. Göstərilən səbəbdən də hazırkı tədqiqatla müəssisənin 2019-cu ilə dair mənfəət vergisi məbləğinin müəyyən edilməsi üzrə hesablama aparmaq mümkün olmadı. Dördüncü sual üzrə: cinayət işi materialında mövcud olan şəxsi hesab vərəqəsində (bax cild 5, iş vərəqə 112) xx.xx.2021-ci il tarixi (cinayət işinin başlandığı tarix) öz əksini tapmamışdır. Lakin qeyd edilir ki, cinayət işi materiallarında “Faiz hesablanması məqsədləri üçün" şəxsi hesab vərəqəsi (bax cild 5, iş vərəqə 92-93) öz əksini tapmışdır. Həmin vərəqədə isə xx.xx.2021-cİ il tarixi göstərilmişdir. Beləliklə, “Faiz hesablanması məqsədləri üçün" şəxsi hesab vərəqəsi göstəriciləri nəzərə alındıqda cinayət işinin başlandığı xx.xx.2021-ci il tarixə “Miras 105" MMC-nin faiz hesa blanan vergi borcunun məbləğinin 22451,45 manat olması müəyyən edilir. Beşinci sual üzrə: ekspertlər qarşısında qoyulan beşinci sualla bağlı bildirlir ki, xx.xx.2021-ci il tarixə “Miras 105" MMCnin şəxsi hesab vərəqəsinə əsasən 11375,78 manat məbləğində artıq ödəməsinin olduğu müəyyən edildi. Altıncı sual üzrə: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, ekspertlər qarşısında qoyulan altıncı sualla bağlı birlirilir ki, məhkəmə hökmünün elan olunduğu xx.xx.2023-cü il tarixə "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən vergilər üzrə borc məbləği 22591,45 manat təşkil etmişdir. Qeyd edilir ki, əvvəlki rəydə xx.xx.2023-cü il tarixə müəyyən olunmuş vergi borcu ilə hazırkı rəylə xx.xx.2023-cü il tarixə müəyyən olunmuş vergi borcu arasında fəqlilik vardır. Belə ki, əvvəlki rəydə xx.xx.2023-cü i l tarixə vergi borcu məbləği 22451,45 manat, hazırkı rəylə isə xx.xx.2023-cü il tarixə vergi borcu məbləği 22591,45 manat müəyyən olunmuşur. Bildirilir ki, əvvəl kirəydə xx.xx.2023-cü il tarixə olan vergi borcu ekspert qarşısında qoyulmuş sual üzrə “Faiz hesablanması məqsədləri üçün” vərəqəyə əsasən, hazırkı tədqiqatla isə xx.xx.2023-cü il tarixə olan vergi borcu ekspertlər qarşısında qoyulmuş sual üzrə şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq X17 tərəfindən ümumilikdə isə xeyli miqdar təşkil edən, 69.567,11 manat deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin qeyd hissəsind ə nəzərdə tutulmuş məbləğdən az məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması müəyyən edildiyindən, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin tərkibinin yaranmaması nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayaraq hesab edir ki, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, ittihamı təsdiq edən sübutların kifayət qədər natamam olduğunu, istintaq orqanının natamamlığının təqsirləndirilən şəxsin hesabına aradan qaldırılmasının yolverilməz olduğunu nəzərə alaraq kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında X9 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsinin cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olması qənaətinə gəlir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 42.1.2, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət pros esində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə to planmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, "İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz say ılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində "accusatio desiderat crimen” ("ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə "in dubio pro reo” ("şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırmasıhüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə "İnsan hüquqlarının və X7 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İns an hüquqlarının və X7 haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir ("Dorson Niderlanda qarşı”, "Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, "Lüdi İsveçrəyə qarşı”, "Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələr ini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinmə sinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və ci nayət-prosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2024-cü il tarixli hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndir ərək X9 təqsirləndirilmələrinə dair cinayət işi üzrə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə elan olunan ittiham üzrə əməlində cinayət tərkibinin olmaması üçün bəraət verilməsi qənaətinə gəlmişdir. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2024-cü il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara u yğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 29 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar