Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2035/2025 23.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Əsgərov Elxan Yusif oğlunun iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 3 may 2023 -cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 225.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2025-ci il tarixli hökmü ilə isə Məhkum CMin 225.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi E.Y.Əsgərov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Mingəçevir Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Kərimova Məhburə Kərim qızı) Məhkum, 9 iyun 1978-ci il tarixdə Yevlax rayonunun Hacıselli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, hi mayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, "xxxx" QSCnin Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı vəzifəsində işləmiş, Yevlax rayonunun Hacıselli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-in 225.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: Mingəçevir Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli hökmü ilə Məhkum CM-in 225.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsə də, sonuncu Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2025-ci il tarixli hökmü ilə ona qarşı irəli sürülmüş ittihama uyğun olaraq həmin maddə ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 19 fevral 2018-c i il tarixdən "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQN 012001) 1.2 bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2ci və 4-cü bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməmiş, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X9 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımı səviyyədə keçirməmiş, xətdə qaz sızma larının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olmasını dəqiq yoxlamamış və mövcud qüsurları aşkar etməmişdir. Bu səbəbdən də, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X9 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı keçən hissəsində korroziya nəticəsində yaranmış dəlikdən sızan təbii qaz X9a məxsus fərdi yaşayış evinə dolmuş və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığı 28 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində X9un evin işıqlarını yandırarkən yaranmış qığılcımın təsirindən alışaraq partlayış baş vermişdir. Nəticədə həmin vaxt evdə olan X19 yanıq xəsarətləri almış və ümumi bədən səthinin 70%-ni təşkil edən İİ-İİİ dərəcəli termiki yanıq xəsarətləri nəticəsində inkişaf etmiş orqanizminin ümumi intoksikasiyasından 04 yanvar 2022-ci il tarixdə müalicə aldığı xəstəxanada ölmüş, partlayışın baş verdiyi ev və yaxınlıqda yerləşən digər evlər partlayışın təsirinə məruz qaldığı üçün X9a əmtəə üzrə 19925 manat, tikinti üzrə 43064 manat, cəmi 62989 manat, Zərərçəkmiş şəxs2 əmtəə üzrə 8490 manat, tikinti üzrə 33600 manat, cəmi 42090 manat, X1 əmtəə üzrə 800 manat, tikinti üzrə 7190 manat, cəmi 7990 manat, Zərərçəkmiş şəxs8 əmtəə üzrə 2645 manat, tikinti üzrə 10570 manat, cəmi 13215 manat, Zərərçəkmiş şəxs9 Məmmədəli oğluna əmtəə üzrə 300 manat, tikinti üzrə 2700 manat, cəmi 3000 manat, Zərərçəkmiş şəxs10 əmtəə üzrə 550 manat, tikinti üzrə 30 manat, cəmi 580 manat, Zərərçəkmiş şəxs4 tikinti üzrə 6100 manat, Zərərçəkmiş şəxs21 tikinti üzrə 2400 manat, X3 tikinti üzrə 2800 manat, Zərərçəkmiş şəxs7 tikinti üzrə 254 manat, Zərərçəkmiş şəxs11 tikinti üzrə 280 manat, Zərərçəkmiş şəxs17 tikinti üzrə 120 manat, Zərərçəkmiş şəxs13 tikinti üzrə 3342 manat, X2 tikinti üzrə 1444 manat, Zərərçəkmiş şəxs12 tikinti üzrə 2980 manat, Zərərçəkmiş şəxs18 tikinti üzrə 4130 manat, Zərərçəkmiş şəxs15 tikinti üzrə 6379 manat, Zərərçəkmiş şəxs19 tikinti üzrə 2310 manat, Zərərçəkmiş şəxs14 tikinti üzrə 1540 manat, Zərərçəkmiş şəxs6 tikinti üzrə 1785 manat, Zərərçəkmiş şəxs20 tikinti üzrə 120 manat və Zərərçəkmiş şəxs22 tikinti üzrə 2961 manat, ümumilikdə 22 nəfər zərərçəkmiş şəxsə 168809 manat maddi ziyan dəymiş, bununla da, Məhkum üz ərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X6 ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli hökmündən dövlət itihamçısı Niftullayev Tamerlan Alim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 26 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 oktyabr 2023-cü il tar ixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 8 may 2024-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 3 may 2023-cü il tarixli hökmündən dövlət itihamçısı T.A.Niftullayev tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə təkrarən baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İsayev Elman Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Həsənov Tural Həsən oğlu və Kərimov Əyyub Vaqif oğlundan ibarət tərkibdə) 21 may 2025-ci il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilərək birinci instansiya məhkəməsinin hökmü ləğv edilmiş, Məhkum CMin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər, maddi və texniki-təhlükəsizlik sahəsində vəzifə tutmaq hüququndan məhrum edilməklə və əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2025-ci il tarixli hökmündən Məhkum müdafiəçisi E.Y.Əsgərov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və h üquqlarını müdafiə etdiyi şəxsə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi haqqında qərarın qəbul edilməsini, bu mümkün olmazsa - işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrində nəzərdə tutulmuş tələblərə, “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarına”, "xxxx" QSC ilə “Azəriqaz” İstehsalat Birliyi arasında bağlanmış müqaviləyə, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2025-ci il tarixli hökmü ilə isə onun təqsirli bilindiyi ittihama, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, əsasən də məhkəmə e kspertizalarının rəylərinə, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi E.Y.Əsgərov həmin şikayətini onunla əsaslandırmışdır ki, istər ibtidai araşdırma orqanı, istərsə də sonuncu dəfə işə baxmış apellyasiya instansiyası məhkəməsi Məhkum ona elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməmiş, bunu təsdiq edən mötəbər sübutlar əldə olunmamış, məhkəmələr isə işdə olan ekspertiza rəylərinə, Məhkum, şahidlərin və zərər çəkmiş şəxslərin, habelə zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələrinə düzgün qiymət verməmiş, nəticə də hüquqlarını müdafiə etdiyi şəxs qanunsuz və əsassız olaraq məhkum edilmişdir. Halbuki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla təkzibedilməz şəkildə müəyyən edilmişdir ki, Məhkum 1 oktyabr 2021-ci il tarixdə ona həvalə edilmiş marşrut xətti üzrə yoxlama apararkən Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçədə yerləşən X9 məxsus fərdi yaşayış evinin qarşısından keçən qaz borularında qaz sızmasının olmasını müəyyən etməmiş, sonuncunun evinin həyatyanı sahəsinə daxil olaraq orada olan kommunikasiyaları yoxlamaq səlahiyyətində isə olmamışdır. Məhkum hətta belə yoxlamanı aparsa idi belə, hər hansı nəticənin, yəni qaz sızmasının aşkar edilməsi mümkünsüz olmuşdur ona görə ki, yaşayış evinin məhəlləsində kommunikasiyalar olmamış, 76 mm-lik boru darvazanın alt hissəsindən torpağa basdırılaraq keçirilmiş və sonra boru yerüstü qaldırılaraq mətbəxtə çəkilmiş, Məhkum də bu xətti lazımi qaydada yoxlayaraq heç bir qaz sızmasını aşkar etməmişdir. Mərhum X9nın həyat yoldaşı, iş üzrə zərər çəkmiş şəxsin hüquqi var isi kimi tanınmış Zərərçəkmiş şəxs1 da ərizəsində göstərmişdir ki, Məhkum 1 oktyabr 2021-ci il tarixdə əraziyə texniki baxış keçirərkən onun arvadı sonuncudan həyət darvazasının altından keçən borunun “Azəriqaz” İB-nin vəsaiti hesabına yerin üstündən çəkilməsi üçün sızmanın olmasını qeyd etməsini xahiş etmiş, Məhkum həmin ərazini diqqətlə yoxlamış, lakin cihaz sızmanı göstərmədiyindən X9nın xahişini yerinə yetirə bilməmişdir. İş materiallarından göründüyü kimi, bu hallara uyğun ifadələri həmçinin Məhkum də vermişdir. Nəticə etibarı ilə Məhkum 1 oktyabr 2021-ci il tarixdə qanuna uyğun etdiyi hərəkətləri ilə 28 dekabr 2021-ci il tarixdə baş vermiş hadisə arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir ki, bu əlamət də CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin zəruri əlamətlə rindən biridir. Əksinə, iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, 17 və 21 dekabr 2021-ci il tarixlərdə “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən göstərilən ərazidə təmir-bərpa işləri apardıqdan sonra X9un yaşadığı evə çəkilən qaz xəttində qaz sızması olmuş, lakin həmin əməkdaşlar və onlara rəhbərlik edən şəxs bunu vaxtında aşkar etməyərək aradan qaldırmamış, yəni üzərlərinə qoyulmuş vəzifələrin icrası zamanı səhlənkarlığa yol vermiş, bunun da nəticəsində evdə işıqlar yandırılarkən partlayış baş vermiş, lakin naməlum səbəblərdən göstərilən şəxslər deyil, yalnız Məhkum cinayət məsuliyyətinə cəlb edilmişdir. Müdafiəçi E.Y.Əsgərovun qənaətinə görə, bütün bu hallar apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsi və Məhkum bəraət verilməsi, yaxud da işin yeni apellyasiya baxışı na təyin olunması üçün əsaslar yaradır. Qeyd olunanlara əsasən, kassasiya şikayətinin müəllifi onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları 23 dekabr 2025-ci il tarixdə kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və ittiham aktının məhkəməyə çağırılan şəxslərin siyahısında göstərilmiş çoxsaylı zərər çəkmiş şəxslər naməlum səbələrdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şik ayətinə Məhkum, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum müdafiəçisi E.Y.Əsgərovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin müraciətin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona qarşı CMin 225.2-ci mad dəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, apellyasiya instansiyası məhkəməsi araşdırılmış sübutlara qanunda nəzərdə tutulmuş qaydada düzgün qiymət verməmiş və o, təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Bununla da, müraciət müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum müdafiəçisi E.Y.Əsgərovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiy ası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəmə sində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunver iciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mə tndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə və onun törədən şəxs haqqında maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədinin olması bəyan edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, təqsirlilikləri sübuta yetirildiyi halda isə onların haqqında ittiham hökmləri çıxarılmaqla barələrində bu və ya digər cinayət-hüquqi xarakterli təd birin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınnı alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası təsbit edilmiş Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinin tələblərindən görünür ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 7 1-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət proses inin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mü hiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məs uliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinay ət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi və CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçü n təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olm ayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmas ına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühaki mə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prose sinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin p ozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun tə qsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli o lmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməs i yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib- törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur k i, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutla r ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mö təbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusi ya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” A zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında d əfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən q anunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsi n, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq məhkəməyə təqdim olunan bütün sübutları tam, hərtərəfli və obyektiv tədqiq edərək, tədqiq və təhlil edilmiş sübutları isə CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə 21 may 2025-ci il tarixli hökmü n təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməlini törətməsi barədə mötəbər nəticəyə gəlmiş, bu nəticəyə gələrkən isə ibtidai araşdırma zamanı toplanmış və həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsaslanmışdır. Həmin sübutların hər birisi kassasiya qaydasında mübahisələndirilən hökmdə ətraflı təsvir edilsə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün onların bir hissəsinə hazırkı qərarda da müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmiş işin faktiki halı ondan ibarətdir ki, Mingəçevir şəhəri, GünəşliBağlar yaşayış massivinin 12-ci Ba ğ küçəsi ilə yerüstü çəkilmiş, diametri 76 mm-lik polad qaz xəttinin X9 məxsus fərdi yaşayış evinin darvazasının qarşısında yerin altından keçən hissəsinin korroziyaya uğraması nəticəsində yaranmış dəlikdən sızan təbii qaz X9ya məxsus fərdi yaşayış evinə dolmuş, göstərilən xəttdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin yoxlanılması vəzifəsi "xxxx" QSC-nin Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı Məhkum üzərinə qoyulmuş, lakin sonuncu 1 oktyabr 2021-ci il tarixdə həmin xəttdə tam, hərtərəfli və keyfiyyətli yoxlama aparmadığından xəttdə yaranmış nasazlığı vaxtında aşkar etməmiş, nəticədə boruda olan qaz korroziyaya uğramış hissəsədən sızaraq X9un yaşadığı evə dolmuş və 28 dekabr 2021-ci il tarixdə sonuncu evdəki işıqları yandırarkən patlayış baş vermişdir. Bu partlayış nətic əsində isə X9 aldığı xəsarətlərdən vəfat etmiş, onun qonşuluğunda yaşayan bir çox şəxslərin əmlaklarına isə müxtəlif məbləğlərdə maddi ziyan dəymişdir. İş materiallarından göründüyü kimi, Məhkum həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, 19 fevral 2018-ci il tarixdən "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı vəzifəsində və onun bu vəzifə üzrə səlahiyyətləri sifarişçi ilə razılaşdırılmış və ikitərəfli təsdiq olunmuş ünvanlı qrafikə uyğun olaraq maşurut sxemi üzrə yerüstü qaz kəmərlərinə naryad tapşırıq sənədi əsasında texniki baxış keçirilməsindən, qaz sızmalarının yerini və dərəcəsinin müəyyən edilməsindən, VOL səviyyəli sızmalar barəsində dərhal dispetç er xidmətinə məlumat verilməsindən, xarici qaz kəmərlərinə baxış zamanı aşkar edilmiş qaz sızmasının ünvanını müəyyən etdikdən sonra yerinin boya, digər vasitələrlə işarə edilməsindən və s. ibarətdir. 1 oktyabr 2021-ci il tarixdə o, müəyyən edilmiş marşrut üzrə və ona verilmiş xəritə əsasında ona təhkim olunmuş qazanalizator cihazı ilə Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçə boyu yerüstü qaz kəmərində qaz sızmanın mövcudluğunu yoxlamışdır. Həmin küçənin xəritəsində göstərilən mərkəzləşdirilmiş kommunikasiyaları da cihazla yoxlamış və cihaz qaz sızmanı aşkar etmədiyindən bu haqda işin sonunda raport yazmışdır. İstintaq zamanı müstəntiqin sualına cavab olaraq o, göstərmişdir ki, Mingəçevir şəhər, GünəşliBağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X9 məxsus fərdi yaşayı ş evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxışı keçirərkən o, qaz sızmanı aşkar etməmiş və onun vəzifəsinə aid olmadığından evin daxili kommunikasiyalarını yoxlamamışdır. Müstəntiq onun bu sözlərinin mahiyyətini dəyişərək ifadəsində yazmışdır ki, “diametri 76 mm olan polad qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımi səviyyədə keçirməmiş, yəni xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (telefon, su kəməri, kanalizasiya, istilik təchizatı və s.) quyularında, binaların zirzəmilərində qazın olmasını dəqiq yoxlamamışam.” O, ifadəsində yazılmış bu cümlənin mahiyyətini həmin vaxt dərk etməmiş, sonra ona məlum olmuşdur ki, həmin cümlə ittihamın sübutu kimi çıxış etmişdir. Halbu ki, Vəzifə Təlimatına əsasən onun üzərinə ittihamda göstərilən vəzifələrdən tam fərqli vəzifə qoyulmuşdur: marşrut sxemi və xəritələrində göstərilmiş qaz kəmərlərindən hər tərəfə 15 metr məsafədə yerləşən qaz və texnoloji quyuların (mərkəzləşdirilmiş kanalizasiya, telefon, elektrik, yağış suları quyularını) yoxlamaq. Bu siyahı qətidir və siyahının dairəsini genişlədirməyə xətt baxıcısına icazə verilmir. Yoxlama sərhədləri “Azəriqaz” Birliyi və "xxxx" Cəmiyyəti arasında bağlanmış müqavilə ilə müəyyən edilmişdir. Həmin müqavilənin ayrılmaz hissəsi olan razılaşma protokolunun 2-ci bəndinə əsasən xətt baxıcısına mərkəzləşdirilmiş, yəni küçədə olan texnoloji quyularda qaz sızmanın yoxlanılması ilə bağlı vəzifə öhdəliyi qoyulmuşdur. Xüsusi mülkiyyətdə olan həyatyanı sahələrə və orada olan kommun ikasiyalara baxışın keçirilməsi xətt baxıcısının səlahiyyəti daxilində olmamışdır. İstintaq zamanı o, bunu izah etmiş, lakin müstəntiq onun izahını qanunsuz olaraq ona qarşı istifadə etmişdir. Məhkum həmçinin qeyd etmişdir ki, 1 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada təsdiq edilmiş siyahı və xəritə əsasında yerüstü qaz kəmərini yoxlamazdan əvvəl o, marşurutu və xəritəni nəzərdə keçirmiş, hər dəfə yoxlamadan əvvəl bunu etmək Vəzifə Təlimatında göstərilən “dövrü texniki baxışı keyfiyyətlə həyata keçirmək” vəzifəsindən irəli gəlmişdir. Həmin sənədləri öyrənərkən ona məlum olmuşdur ki, 2021-ci ilin aprel ayında "xxxx" Cəmiyyətinin digər xətt baxıcısı tərəfindən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X9 məxsus fərdi yaşayış evinin darvazasının qarşıs ından yerüstü qaz kəmərinin yerin altından keçən hissəsində qaz sızması aşkar edilmiş və “Azəriqaz” İBnin əməkdaşları tərəfindən sızma aradan qaldırılmışdır. Həmin borunun qəzalı olduğunu bilib, borunu ona təhkim olunmuş cihazla dəqiq yoxlamış, bu zaman mərhum X9 onun yanına gələrək qaz sızmasının olmasına dair qeydiyyat aparmağına xahişini nəzərə alaraq o, həmin ərazini daha diqqətlə cihazla yoxlamışdır. Bununla belə X9 qeyd olunan məzmunda xahişlə ona müraciət etmişdir ki, yaşadığı evin həyətinə yerin altı ilə keçən qaz borusunu “Azəriqaz” İB-nin vəsaiti hesabına yerüstü qaz kəməri ilə əvəz edə bilsin. Bu xahişi nəzərə alaraq o, həmin ərazini daha diqqətlə yoxlamış, lakin cihaz qazın sızmasını göstərmədiyindən X9a həm bu haqda, həm də jurnalında qazın sızması barədə qeydin aparılmasının mümkünsüzlüyü barədə bildirmişdir. Beləliklə o, həmişəki kimi, 1 oktyabr 2021-ci il tarixdə də öz vəzifəsini lazımınca icra etmiş, qaz xəttini tam, hərtərfli və keyfiyyətlə yoxlamış və 28 dekabr 2021-ci il tarixdə X9un evində partlayış onun hərəkətləri nəticəsində baş verməmişdir. İbtidai araşdırma zamanı verdiyi ifadələrində isə Məhkum özünü ona CM-in 225.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 1 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhəri, Günəşli bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X9 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yerin altından keçən 76 mm olan polad qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımı səviyyədə keçirməmiş, xətdə qaz sızmalarının və həmin xətdən hər iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya quyularında, binaların zirzəmilərində qazın olmasını dəqiq yoxlamamış və mövcud qüsurları aşkar etməmişdir. İş üzrə toplanmış və araşdırılmış digər sübutların, əsasən də iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəylərinin təhlili göstərir ki, Məhkum məhz ibtidai araşdırma zamanı verdiyi ifadələr bu sübutlarla tam uzlaşır. Məhkəmə-trasoloji ekspertizasının 25 fevral 2022-ci il tarixli 3/105 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən bir ədəd borunun üzərində olan zədələr korroziya nəticəsində əmələ gələn dəliklərdir. İş materiallarında olan 20 may 2022-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, mütəxəssis tərəfindən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X9a mə xsus fərdi yaşayış evinin giriş darvazasının qarşısından yerin altından aparılmış, üzərində korroziya nəticəsində dəliklər əmələ gəlmiş, hadisə yerinə keçirilmiş baxış zamanı kəsilərək götürülmüş hissəsi tədqiq olunmuş, tədqiq olunan qaz borusunun korroziyadan deşilməsinin partlayış hadisəsindən 3-4 ay əvvəl baş verdiyi müəyyən olunmuşdur. Məhkəmə yanğın-texniki ekspertizasının 01 iyun 2022-ci il tarixli 10/1748 saylı rəyindən görünür ki, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X9ya məxsus fərdi yaşayış evində partlayışın mənbəyi, evin daxilində olmuşdur. Partlayışa səbəb, fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz borusu üzərində olan dəliklərdən sızan təbii qazın fərdi yaşayış evinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hansısa alışdırıcı mənbənin təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQ№ 012001) 1.2 bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri pozulmuşdur. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən X9ya məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxış keyfiyyətlə və lazımi səviyyədə keçirilmədiyinə, yəni xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su k əməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olması dəqiq yoxlanılmadığına və mövcud qüsurlar aşkar edilmədiyinə görə, «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQN01-2001) 1.2 bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30 bəndinin və "xxxx" QSC nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri həmin qaz xəttinə sonuncu dəfə 1 oktyabr 2021-ci il tarixdə texniki baxış keçirmiş "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxicisi Məhkum tərəfindən pozulmuşdur. Məhkəmə yanğın-texniki ekspertizasının 22 iyun 2022-ci il tarixli 10/3728 nömrəli əlavə məhkəmə yanğın-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 28 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivin in 12-ci Bağ küçəsində yerləşən, X9a məxsus fərdi yaşayış evində baş vermiş partlayışla əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№012001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və 07 yanvar 2020-ci il tarixdə "xxxx" QSC-nin direktoru Nurşən Əliyev tərəfindən təsdiq edilmiş “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələbləri pozulmuşdur. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxış keyfiyyətlə və lazımi səviyyədə keçirilmədiyinə, yəni xətdə qaz sızmalarının və həmin xətdən hər iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olması dəqiq yoxlanmadığına və mövcud qüsurlar aşkar edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri həmin qaz xəttinə sonuncu dəfə 01 oktyabr 2021-ci il tarixdə texniki baxış keçirmiş "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı Məhkum tərəfindən pozulmuşdur. Cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında təyin edilərək keçirilmiş kompleks məhkəmə yanğın-texniki eksperti zasının 9 mart 2023-cü il tarixli 10/121 saylı rəyindən görünür ki: - “Qazdan istifadə Qaydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin 2.3.5-1 bəndində tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırılmaq və onu işlək vəziyyətdə saxlamaq istehlakçının vəzifələrinə aid edilmişdir. Lakin istehlakçı X19 ilə paylayıcı Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi H.Şirinov arasında bağlanmış 12 mart 2018-ci il tarixli, 251 nömrəli müqavilədə qaz xəttinin üzərində qoruyucu qurğunun (detektorun) təchiz olması barədə hər hansı şərt yoxdur; - Mənzillərdə quraşdırılması nəzərdə tutulan qaz dedektorları öz funksional quruluşlarına uyğun olaraq, otaqlara qaz sızması halı baş verən zam an səs siqnalının verilməsini və ya giriş klapanına siqnal ötürməklə həmin klapanın bağlanmasını təmin edir; - Qaz xəttinin yeraltı və yaxud yerüstü olması xəttin texniki istismar sənədləri (pasportu) ilə müəyyən edilir. Cinayət işi materiallarında olan aktlardan göründüyü kimi, Mingəçevir şəhəri, Günəşli bağ massivində 76 mm olan polad qaz xətləri dayaqlar üzərində çəkilmiş və keçid yerlərində layihəyə uyğun olaraq yeraltı aparılmışdır; - Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçədə X9 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından çəkilmiş 76 mm-lik polad qaz xəttinin hansı texnologiya əsasında aparılması, izolyasiya işlərinin hansı üsulla aparılması, izolyasiya qatının qalınlığı və bu işlərə aid digər məlumatların təqdim olunması barədə ekspert vəsatəti təmin edimədiyinə g örə bu sual üzrə tədqiqat aparılmadı; - 9 aprel 2021-ci il tarixdə (texniki baxış keçirilən ərəfədə) 76 mm-lik borunun üzərində mövcud olan qüsurların və onların xarakteri barədə məlumatların təqdim olunması barədə ekspert vəsatəti təmin edilmədiyinə görə bu sual üzrə tədqiqat aparılmadı; - 21 dekabr 2021-ci il tarixdə qaz kəmərində qaz sızmasının qarşısının alınması işləri ilə əlaqədar hansı tapşırıqların verilməsi (təmir və ya növbədən kənar baxış işlərinin) barədə məlumatlar təqdim olunmadığına görə qərarın bu sualları üzrə tədqiqat aparılmadı. - Qaz xətlərinə texniki baxış zamanı yoxlama üsulu şəraitə uyğun olaraq seçilir. “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nda və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tələbləri qaydaları”nda şurfların açılması barədə hər hansı m ütləq tələb yoxdur. Lakin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tələbləri qaydaları”nın 7.30 və 7.31 bəndlərinin tələblərinə görə, qaz xəttindən hər iki tərəfə 15 metr məsafədə yerləşən kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyuları, binaların zirzəmiləri yoxlanılmalı idi; - “Qaz təsərrüfatında texniki istismar qaydaları”nın 3.13 və 3.15 bəndlərində yerüstü və yeraltı qaz kəmərlərinin yoxlama (baxış) üsulu göstərilmişdir. Həmin bəndlərin tələbləri rəyin tədqiqat hissəsində göstərilmişdir; - Baş vermiş hadisə ilə əlaqədar olaraq, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№O1-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bənd inin, və “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2, 4 bəndlərinin tələbləri pozulmuşdur; - 21 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə yerləşən fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm-lik qaz borusuna texniki baxış mövcud qaydalara uyğun keçirilmədiyinə görə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№O1-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin, və “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2 və 4 bəndlərinin tələbləri "xxxx" QSC Mingəçevir Regional Mərkəzinin xətt baxıcısı Məhkum tərəfindən pozulmuşdur; - La kin Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə yerləşən və X9a məxsus fərdi yaşayış evinin davazasının qarşısındakı yeraltı qaz xəttində qazsızmasının hansı tarixdə yaranması və baxış keçirilən ərəfədə həmin qəza halının (qaz sızmasının) mövcud olub-olmaması barədə cinayət işi materiallarında hər hansı məlumat yoxdur. Buna görə də Məhkum tərəfindən 1 oktyabr 2021-ci il tarixdə keçirilmiş texniki baxış zamanı yol verilən pozuntularla Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçədə yerləşən fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi arasında səbəbli əlaqənin olub-olmamasına məhkəmə tərəfindən qiymət verilə bilər. Əvvəla məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, müdafiəçi E.Y.Əsgərov kassasiya şikayətində təsvir edilən ekspertiza rəylərini mübahisələndirsə də həmin rəylərin ekspertlər tərəfindən hər hansı təzyiq və ya təsir altında verilməsi iş materialları ilə müəyyən edilmir, digər tərəfdən isə bu rəylər iş materiallarında, ekspertizalarının təyin edilməsi haqqında qərarlarda əksini tapmış məlumatlara istinad edilməklə kifayət qədər elmi əsaslandırılmış və buna görə ekspertlərin gəldikləri nəticələr heç bir şübhə doğurmur. Göstərilən ekspertiza rəyləri ilə müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan əsas hal isə ondan ibarətdir ki, Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə yerləşən və X9a məxsus olan fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm-lik qaz borusunun hissəsinin 28 dekabr 2021-ci il tarixdə məlum hadisə baş verməmişdən 3-4 ay əvvəl korroziyaya uğraması nəticəsində həmin hissədə dəliklər əmələ gəlmiş, bu dəliklərdə isə qaz sızması başlamış, qaz qeyd olunan evə daxil olmuş, bu səbəbdən X9 evdə işıqları yandırarkən partlayış və yanğın baş vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal ona dəlalət edir ki, hadisədən iki aydan artıq əvvəl Məhkum yuxarıda göstərilən qaz xəttində, habelə yaxınlıqda yerləşən kommunikasiya xəttlərində tam, hərtərəfli və keyfiyyətli yoxlamanı apardığı təqdirdə bu nasazlığın aşkar edilərək həmin vaxt aradan qaldırılması mümkün olmuş, lakin sonuncu normativ sənədlərin tələblərini, o cümlədən yanğın təhlükəsizliyi qaydalarını pozaraq belə yoxlamanı lazımi səviyyədə, hərtərəfli və keyfiyyətli aparmadığından nasazlığı aşkar etməmiş, bunun da nəticəsində insan ölümünə və digər ağır nəticələrə səbəb olmuş təhlil edilən hadisə baş vermişdir. Bu təhlil məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, Məhkum əməli ilə baş vermiş nəticələr arasında səbəbli əlaqə mövcuddur və bu haqda, yəni sonuncunun CM-in 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi və bu maddə ilə təqsirli bilinərək cəzalandırılması işə apellyasiya qaydasında təkrarən baxmış apellyasiya instansyası məhkəməsinin mövqeyi də qanuni və əsaslı, kassasiya şikayətinin dəlilləri isə qəbuledilməz hesab olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, Məhkum məhkəmə iclaslarında verdiyi ifadələrində onun müstəntiq tərəfindən aldadılmasını və ifadələrinin dindirmə protokollarında yanlış yazılmasını göstərsə də, cinayət işinin materialları ilə istər bu hal, istərsə də Məhkum ibtidai araşdırma zamanı fiziki və ya psixi təsirlər altında ifadə lər verməsi, cinayət təqibi aparılarkən onun CPM-in 90 və 91-ci maddələrində nəzərdə tutulmuş müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilmir və yuxarıda qeyd olunduğu kimi, adı çəkilən məhkum olunmuş şəxsin təqsirliliyi işdə olan sübutlarla tam təsdiq edilir. Bundan başqa, sonuncu dəfə işə baxan apellyasiya instansiyası məhkəməsi bu zaman natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qə rəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqlar tam şəkildə təmin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə təkrarən mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən təqsirli bilindiyi cinayət əməllərinin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmiş, yəni CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verməmiş və onun törətdiyi əməlin C M-in 225.2-ci maddəsi ilə tövsif etməklə maddi hüquq normasının tətbiqində də səhvə yol verməmiş, həmçinin onun barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən (bu məsələ kassasiya şikayətində mübahisələndirilmir) CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və iş üzrə müəyyən olunmuş cəzanı yüngülləşdirən halları, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və ona bütün bunlara uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası şərh olunanlardan çıxış edərək müdafiəçi E.Y.Əsgərovun 21 may 2025-ci il tarixli hökmdən verdiyi kassasiya şikayətinin təmin edilməsi, bu şikayətə əsasən həmin h ökmün ləğv edilərək Məhkum barəsindəki cinayət işinin icraatına xitam verilməsi, yaxud da işin yeni apellyasiya baxışına təyin olunması üçün əsaslar görmür, lakin hazırkı mərhələdə Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilərək onun təyin olunmuş cəzadan azad edilməsini, bu əsasla da Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının göstərilən hökmünün dəyişdirilməsini mümkün bilir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum olunduğu CM-in 225.2-ci maddəsinə əsasən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqd an zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır və həmin maddədə nəzərdə tutulmuş cinayət ehtiyatsızlıqdan törədilmiş az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, CM-in 15.3-cü maddəsinə görə, Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2025-ci il tarixli hökmündən göründüyü kimi, Məhkum CM-in 225.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və ye rli özünüidarəetmə orqanlarında, habelə kommersiya təşkilatlarında rəhbər, maddi və texniki-təhlükəsizlik sahəsində vəzifə tutmaq hüququndan məhrum edilməklə və əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə, yəni 5 (beş) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, onun cəza çəkməsinin əvvəlinin isə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. CM-in 81.1 və 81.2-ci maddələrinin tələblərinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad e dilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.2-ci bəndində isə bu Qərarın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 (beş) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin (məhkumların) cəzadan azad edilmələri nəzərdə tutulmuşdur. Təhlil edilən amnistiya aktının 5-ci hissəsində göstərilmişdir ki, məhkəmələr: 5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2. bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiyanın tətbiq edildiyi günədək apellyasiya qaydasında mübahisələndirilməyən qanuni qüvvəyə minməmiş hökmlər üzrə: 5.2.1. bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı və 7-ci hissə lərində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2.2. bu Qərarın 2-ci hissəsində nəzərdə tutulan şəxsləri təyin edilmiş cəzadan azad edirlər (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.2.3. bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslərin cəzalarını azaldırlar (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.3. icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edirlər. Həmçinin 19 dekabr 2025-ci il tarixli Qərarın 27-ci hissəsində nəzərdə tutulmuşdur ki, kassasiya şikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların ş ikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası hazırkı qərarda təsvir edilənlərdən çıxış edib cinayət qanunvericiliyinin və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tələblərinə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi haqda müdafiəçi E.Y.Əsgərovun, həmin şikayətin təmin edilməməsi, lakin Məhkum barəsində göstərilən amnistiya aktının 2.2-ci bəndinin tətbiq edilərək onun cəzadan azad edilməsi haqqında qərarın olunması barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 225.2-ci maddəsi ilə təqsi rli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2025-ci il tarixli hökmündə dəyişiklik edilərək o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən ona CM-in 225.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından azad edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi E.Y.Əsgərovun kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bi linərək məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 may 2025-ci il tarixli hökmü dəyişdirilsin və o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2035/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2035/2025
23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver