Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2036/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və N.T.Əliyev) 30 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1987-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, Samux rayonunun Tatlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cu maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlini n xx.xx.2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalından həbs edilməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının (hakimlər: Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 20 may 2022-ci il tarixli ilkin baxış qərarı ilə apellyasiya şikayətinə baxılmasına xitam verilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2022-ci il tarixli1(100)-87/2022 saylı hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Təqsirləndirlən şəxs Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X13, Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə) 16 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 iyun 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəy işdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə) 17 may 2023-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(100)-317/2022 saylı hökmü apellyasiya protestinə əsasən cəza hissəsində dəyişdirilmiş, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar hökmdən xaric edilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CMin 126.1-ci m addəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) il 6 (altı) ay müddət ona hazırki qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum məhkəmə iclas zalından həbsə alınsın. Məhkum cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 17 may 2023-cü il tarixdən hesablanmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(100)317/2022 saylı hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və 2 saylı İstintaq Təcridxanasına həvalə edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərb aycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verilən ittihama əsasən o, 23 iyun 2021-ci il tarixdə saat 23 radələrində Samux rayonunun Ağasıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs qardaşı X4 arvadı Şahid4 yanında “salam ay cındır” sözünü deməsini bəhanə edib Gəncə şəhəri, Kəpəz rayonu Atabəylər prospektində yerləşən “Çinarlı” adlanan kafenin yaxınlığında əvvəlcədən vədələşib görüşərək sonuncu ilə mübahisə etmiş və mübahisə zamanı cibindən çıxardığı kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağı ilə əsaslı səbəb olmadan kürək nahiyəsinə qəsdən bir dəfə vuraraq dərəcəsinə görə yetirilən andan insan həyat üçün təhlükəli ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olub döş qəfəsinin daxilə keçən, ağ ciyərin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks xəsarətlərini yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, birinci instansiya məhkəməsi Məhkum əməlini tövsif edərkən onun xuliqanlıq niyyəti ilə deyil, aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirməsi nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi də həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qərarda ona uyğun əsaslandırma aparmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, Zərərçəkmiş şəxs Məhkum qardaşı Semur İbrahimova qarşı nalayiq ifadə işlətdiyi üçün şəxsi münasibətlər zəminində mübahisə yaranmış və bu zaman Məhkum Z ərərçəkmiş şəxs irad bildirərkən sonuncu yumruqla onu vurmuş, bundan sonra Məhkum Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Odur ki, təqsirləndirilən şəxsin niyyəti xuliqanlıq niyyəti kimi qiymətləndirilməməlidir. Lakin, işin faktiki hallarından görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan maşınla hərəkətdə olarkən əvvəldən tanıdığı Semur İbrahimovla qarşılaşmış, etik olmayan ifadə ilə onunla salamlaşmış, Şahid1 onunla birlikdə maşında olan ailə üzvlərinin yanında pərt olduğuna görə əvvəlcə o, Zərərçəkmiş şəxs zəng vurmuş, telefonla danışıq baş tutmadığı üçün bir müddət sonra Zərərçəkmiş şəxs Şahid1 zəng edərkən sonuncu ailə üzvlərinin yanında qeyri-etik söz işlədiyinə görə Rəşada öz iradını bildirmiş, Rəşad da öz növbəsində, yanlış hərəkət etidiyi üçün üzr istəmiş və Semura t əklif etmişdir ki, kiçik oğlu ilə birlikdə görüşmək üçün yaxınlıqda olan çayxanaya gəlsinlər. Semur da təkliflə razılaşıb oğlu ilə birlikdə çayxanaya getmiş, bu zaman aralarındakı anlaşılmazlıq həll edildiyi halda, Məhkum onların yanına gələrək yenidən Zərərçəkmiş şəxs sərt formada öz iradını bildirmiş, bu zaman yenidən yaranmış mübahisə zamanı Məhkum özü ilə gətirdiyi bıçaqla Zərərçəkmiş şəxs kürək nahiyəsindən vurmuşdur. İbtidai istintaqın əvvəlindən sonunadək, hətta hazırki iş üzrə əvvəlki məhkəmə istintaqı zamanı da nə təqsirləndirilən şəxs, nə zərərçəkmiş, nə də hadisə yerində olmuş şahidlər ifadələrində Zərərçəkmiş şəxs Məhkum yumruqla vurmasını göstərməmişlər. Əksinə, həmin ifadələrdən görünür ki, Semurla Rəşad arasında barışıq olduqdan sonra Vüsal Rəşadla kobud formada danışdığı üç ün mübahisə yaranmışdır. Həm əvvəlki, həm də hazırki məhkəmə istintaqı zamanı Məhkum Rəşadı qardaşına qarşı işlətdiyi qeyri-etik ifadəyə görə vurduğunu bildirmişdir. Məhkum qeyd edilən cinayəti xuliqanlıq niyyətilə törətməsi işin bütün faktiki halları ilə təsdiq edilir. Belə ki, Məhkum qardaşı olmaqla hadisəyə səbəb olmuş Semur İbrahimov da həm ibtidai, həm məhkəmə istintaqı zamanı ifadələrində göstərmişdir ki, işlətdiyi qeyrietik ifadəyə görə Zərərçəkmiş şəxs irad bildirdikdə sonuncu ondan dəfələrlə üzrxahlıq edərək onunla dostyana görüşmək istəmiş, hətta Şahid1 xahiş etmişdir ki, görüşə oğlunu da gətirsin. Qeyd edilən xüsusat bir daha sübut edir ki, Rəşad işlətdiyi ifadəyə görə peşmançılıq çəkmiş və dalaşmaqla bağlı hər hansı niyyəti olmamışdır. Əksinə, Məhkum isə düzəlmiş münasibətləri yenidən pozaraq mübahisə yaratmış və əvvəlcədən üzərində gətirdiyi bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Məhkum üzərində bıçaqla hadisə yerinə gəlməsi onun niyyətini şəksiz təsdiq edir. Üzrxahlıq etmək üçün öz balaca oğlu ilə görüşə gələn Zərərçəkmiş şəxs Məhkum qarşı hər hansı aktiv hərəkət etməsi absurddur. Qeyd edilən xüsusatlar Semur İbrahimovun verdiyi bütün ifadələrdə, eyni zamanda, zərərçəkmiş Zərərçəkmiş şəxs, habelə hadisəni birbaşa görmüş Şahid2 ifadələrində öz əksini tapmışdır. İfadələrin mötəbərliyinə diqqət edərkən nəzərə almaq lazımdır ki, hazırki iş üzrə ibtidai istintaq zamanı verilmiş ifadələrdən başqa Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış və ləğv edilmiş xx.xx.2022-ci il tarixli hökmlə bağlı da məhkəmə istintaqı aparılmışdır. Məhkə mə qənaətə gələrkən həmin ifadələri də qarşılıqlı müqayisə etməli idi. Bunun əksinə olaraq məhkəmə heç bir tədqiq və müqayisə aparmadan işin faktiki hallarına uyğun gəlməyən mexanizm müəyyən etməyə çalışmışdır. Həmçinin hadisə nəticəsində Məhkum hər hansı xəsarət alması iş materialları ilə təsdiq edilmir. Zərərçəkmiş şəxs ilə Semur İbrahimov arasında yaranmış mübahisə Zərərçəkmiş şəxs həm telefonla, həm də üzbəüz danışıq zamanı üzrxahlıq etməsi ilə yekunlaşdıqdan sonra Məhkum Zərərçəkmiş şəxs üzərində öz üstünlüyünü nümayiş etdirərək əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs bıçaqla vurub sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə cinayətin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər zəminində törədilməsi qənaətinə gələrkən qeyd edilənləri nəzərə almamış və yanlış nəticəyə gəlmişdir. Ka ssasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsiriəndirilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarını ləğv edərək işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddə dən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 -146-cı maddələrinə müvafiq surətdə tədqiq edilibqiymətləndirilmədiyi və əməlin düzgün tövsif edilmədiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıl arı qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə t əsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələ rkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etmir. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələ nməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmanın ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti iə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəs dən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hör mətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış v ə davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. O dur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin əməlinin tövsifi ilə bağlı ilk növbədə qeyd edir ki, işin hallarından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi Məhkum ilə Zərərçəkmiş şəxs arasında mübahisə və dalaşmanın zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanması, həmçinin münaqişənin zərərçəkmiş şəxsin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi müəyyən olunur. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən Məhkum 23 iyun 2021-ci il tarixdə saat 23 radələrində Samux rayonunun Ağasıbəyli kəndində yaşayan Zərər çəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı cibindən çıxardığı kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağı ilə əsaslı səbəb olmadan kürək nahiyyəsinə qəsdən bir dəfə vuraraq dərəcəsinə görə yetirilən andan insan həyat üçün təhlükəli ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olmuşdur. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cinayət işi üzrə hadisənin baş verməsinin təşəbbüskarı zərərçəkmiş şəxs olmuşdur. Belə ki, ibtidai istintaq və məhkəmə zamanı mötəbər sübut hesab olunan ifadələrlə müəyyən olunur ki, hadisə zərərçəkmiş şəxsin Məhkum qardaşına arvadının yanında “cındır” ifadəsini işlətməsindən sonra baş vermişdir. Bu ifadədən sonra Vüsal və ya qardaşı deyil, məhz Zərərçəkmiş şəxs telefonla danışarkən görüşmək istədiyini bildirmişdir. Hadisə zamanı isə Vüsal yalnız Rəşada iradını bildirmiş, ilk olaraq Rəşad Vüsalı vuraraq yıxmış, daha sonra Vüsal ona xəsarət yetirmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, Vüsalla zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, hadisənin təşəbbüsakarı isə bilavasitə zərərçəkmiş şəxs olmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinini mövqeyini əsaslı hesab edərək qeyd edir ki, xuliqanlıq niyyətinin mahiyyəti belə motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqe ydlik nümayiş etdirməsindən ibarətdir, həmin şəxs ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Kassasiya protestində göstərilən dəlilləri nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum barəsində Cinayət Məcəlləsini 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq yekun nəticəyə gəlmişlər. Belə ki, baş vermiş cinayət hadisəsi zamanı Məhkum özünün şəxsiyyətinin üstünlüyünü göstərmək məqsədilə aralarında baş vermiş qarşılıqlı münaqişə zəminində zərərçəkmiş şəxsi vurması, niyyət və davranışının faktiki olaraq bir şəxsin nəzdində bütövlükdə cəmiyyətə hörmətsizlik ifadə etməyə, öz "müstəsna mən”ini başqasına qəbul etdirməyə yönəlməsi kimi halların baş verməsi müəyyən olunmamışdır. əksinə aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış sübutlar, o cümlədən məhkum edilmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, həmçinin hazırki iş üzrə zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, həmçinin iş materiallarında mövcud ol an digər sübutlarla müəyyən edilmişdir ki, 23 iyun 2021-ci il tarixdə baş vermiş cinayət hadisəsinə səbəb məhkum edilmiş şəxsin və zərərçəkmiş şəxsin arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin Məhkum yumruqla vurması olmuş, yəni mübahisənin təşəbbüskarı məhz zərərşəkmiş şəxs olmuşdur. Bu baxımdan, kassasiya məhkəmə kollegiyası hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq bu nəticəyə gəlir ki, Məhkum xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmamış və onun əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma cinayəti kimi qiymətləndirilə bilməz. Belə olan halda, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədiyi qənaətinə gələrək qeyd edir ki, kassasiya protestinin bu barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillər olmaqla əsassızdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə Məhkum xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma barədə ittihamın mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmış və məhkumun Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə olan əməlinin həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini əsaslı hesab etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edild iyini nəzərə alaraq, Məhkum zərərçəkmiş şəxsə məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurmasının birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya protestinin bu barədə olan dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 126.1 -ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən CM-in 126.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübu tların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddə sinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nə ticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstəri lir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məz mununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hə rtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən Məhkum törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin məhkumun əməlinin CM-in 126.2.4cü maddəsinə tövsif edilməsi barədə dəlilləri əsassız olmaqla təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya protestinə əsasən ləğv edilməsi üçün CPM-in 416-cı madd əsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddə si ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2036/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2036/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver