Məhkəmə qərarları › İş №1(102)-2036/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2036/2025

22.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2036/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumların müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum ed ilmələrinə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 aprel tarixli qərarından məhkumların müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (X3) 24 oktyabr 2024-cü il tarixli, 1(001)321/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1958-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Aşağı Dilağardı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Rusla n Allahverdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrasının Məhkum2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilmiş, Məhkum2 azadlığın məhdudlaşdırılması cəzasının əvvəlini cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, cəzanın icra olunduğu müddət ərzində Məhkum2 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsini işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, cəzanın icra olunduğu müddət ərzində Məhkum2 üzərinə yaşayış yerini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmuş, cəzanın icra olunduğu müddət ərzində Məhkum2 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulmuşdur; xx xxx 1980-ci ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Füzuli rayonu, Aşağı Dilağardı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrasının Məhkum1 yaş ayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə ediləsi, Məhkum1 azadlığın məhdudlaşdırılması cəzasının əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icra olunduğu müddət ərzində Məhkum1 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsini işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması, cəzanın icra olunduğu müddət ərzində Məhkum1 üzərinə yaşayış yerini gecə saat 23:00- dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsinin qoyulması, cəzanın icra olunduğu müddət ərzində Məhkum1 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsinin qoyulması hökm edilmişdir. Həmin hökmdən Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasi ya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən), X11 və X2 ibarət tərkibdə) 2025-ci il 17 aprel tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum2 qızı Məhkum1 ilə birlikdə bir qrup şəxs halında 23 iyul 2023-cü il tarixdə, saat 22:02-də ictimai yerdə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, fərdi yaşayış evinin qarşısında küçədə Zərərçəkmiş şəxs bir qədər əvvəl ailə üzvü Şahid6 məxsus avtomobilə daş atmasını bəhanə edib, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə birgə yaşayış qayda larına riayət etməyərək, ucadan nalayiq sözlər deyərək, orada toplaşan vətəndaşların gözü qarşısında Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vuraraq sonuncuya döş qəfəsinin sağ və sol yarısının sıyrıqları, sol bazu və boyun nahiyəsinin sıyrıqları ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmayan, habelə başını dəmir boruya vuraraq sağ gicgah nahiyəsinin cərrahi tikilmiş əzilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanliq etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum1 müdafiəçisi ka ssasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işi materialları və məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla tam müəyyən olunmuşdur ki, Məhkum1 qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham əsassızdır və cinayət işinin materialları ilə təsdiq olunmur. Bundan başqa, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Məhkum2, Məhkum1, X5 və digər şahidlərin ifadələrindən müəyyən olur ki, Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslərin oğlu Şahid6 arasında qeyri rəsmi ərarvad münasibəti olmuş, o, bilərəkdən qanunsuz hərəkətlərə yol vermişdir. İş materiallarından məlum olur ki, X6 avtomobilində aidiyyatı cızıqla bağlı Şahid6la söhbət etmiş, Şahid6 onun məsələyə aidiyyatı olmadığını bildirmişdir. İstintaq bu hal ı qiymətləndirməmişdir. Şahid5 özü şikayətçi olmadığı halda Zərərçəkmiş şəxs onun qisasını almaq niyyətinə düşmüş və Şahid6 avtomobilinin şüşəsini sındıraraq ona ziyan vurmuşdur. Sübutların təhlilindən o qənaətə gəlinir ki, Zərərçəkmiş şəxs hadisə günü belə qanunsuz hərəkətə vadar edən olmuşdur. Zərərçəkmiş şəxs Şahid6 və onun qardaşı Təqsirləndirilən şəxs qarşı mütəmadi qanunsuz hərəkətlərə yol verməsi, ictimai münasibətləri və birgə yaşayış qaydalarını mütəmadi pozması, etdiyi əməllərin müqabilində cəzasız qalması sonda baş verən hadisənin törədilməsinə gətirib çıxarıb ki, istintaq orqanı hadisəyə hüquqi qiymət verəndə bu halı dəyərləndirməmişdir. Cinayət işi materialları ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid6 avtomobillərini daşla vuraraq əzməsi, mad di ziyan vurması ilə əlaqədar əvvəllərdə dəfələrlə şikayət olunmuş, əməlin cinayət xarakterli olmaması müəyyən olunmuş, Zərərçəkmiş şəxs barəsində İXM-nin 232-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. Hadisə zamanı Məhkum1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqaşkar hörmətsizlik ifadə edən, ifadə ediləsi mümkün olmayan ifadələr işlətməsinə dair hər hansı sübut növü yoxdur. Məhkəmə baş vermiş hadisəyə hüquqi qiymət verərkən də yanlış nəticəyə gəlmişdir., Zərərçəkmiş şəxs Məhkum2 yaxın qohumları ilə uzun müddətdir ki davam edən münaqişələri vardır. Bu barədə müxtəlif vaxtlarda hüquq mühafizə orqanlarına məlumat verilsədə heç bir ciddi tədbir göülməmişdir. Baş vermiş hadisənin şəxsi münasibətlər zəminində mövcudluğu, zərərçəkmişin qanunsuz əməlləri nəticəsində törədildiyi müəyyən olunsa da istintaq əməli CM-nin 221.2.1-ci maddəsi-xuliqanlıq cinayətinə tövsif etmişdir. Halbuki, cinayət işi materialları ilə müəyyən olunur ki, cinayət işi fakt üzrə CM-in 128-ci maddəsi ilə başlanılmışdır. Müdafiəçi bildirmişdir ki, iş materiallarından müəyyən olunduğu kimi baş vermiş hadisə xuliqanlıq cinayətinin tərkibini təşkil etmir. Xuliqanlıq cinayəti motivsiz cinayətdir, cəmiyyətə açıq hörmətsizlik etməklə törədilir. Konkret iş üzrə müəyyən olunur ki, cinayətin baş verməsinin səbəbi Zərərçəkmiş şəxs Şahid6 məxsus minik avtomobilini heç bir səbəb olmadan daşla vuraraq qabaq şüşəsini sındırdıqdan sonra baş vermiş münaqişədir. Göründüyü kimi, xuliqanlıq əməli Zərərçəkmiş şəxs tərəfindən törədildiyi halda ittiham qarşı tərəfə irəli sürülmüşd ür. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 aprel tarixli qərarının dəyişdirilməsini və Məhkum1 barəsində onun əməlini Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə töfsiv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum2 müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, baş vermiş cinayət hadisəsi xuliqanlıq cinayətinin tərkib əlamətlərini yaratmır. Hadisə zamanı tək zərərçəkmiş Zərərçəkmiş şəxs deyil, həm də təqsirləndirilən Məhkum2 da bədən xəsarəti almışdır və onun aldığı xəsarət işdəki sübut növləri ilə uyğunluq təşkil edir. Sübutların qiymətləndirilməsi haqqmda 27.01 2024-cü il tarixli qərardan görünür ki, Məhkum2 xəsarət alması faktı ilə baglı Azərbaycan Respubl ikası CM-nin 128-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır, (cild 1,səh 280-281, hökm səh 8/17 7-ci bənd) Göründüyü kimi, Şahid6 məxsus avtomobilin şüşəsini heç bir səbəb olmadan sındıran, Məhkum2 qarşı ifadə ediləsi mümkün olmayan söyüşlər söyərək onun saçlarını dartıb qopardaraq xəsarət yetirən Zərərçəkmiş şəxs olduğu halda onun barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi ayrılmış, hadisədə heç bir cinayət xarakterli əmələ yol verməyən, əksinə Məhkum1 və Zərərçəkmiş şəxs arasında baş verən münaqişəni yatırmaq üçün hərəkət edən Məhkum2 СМ-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsi 66 yaşlı Nərminə Həsənovanın barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Bu sadəcə tək əsa ssız və qanunsuz, həm də absurd məhkəmə hökmüdür. Bundan başqa, Zərərçəkmiş şəxs şəxsiyyətini müəyyən edən halların səciyyələndirilməsi üçün materiallar toplanılmalı olduğu halda toplanılmamışdır. Zərərçəkmiş şəxs hətta polis əməkdaşlarını nalayiq formada söyərək təhqir etmiş, bu barədə toplanmış inzibati xəta materialı Binəqədi Rayon Məhkəməsinə təqdim edilsə də onun qadınlığı nəzərə alınaraq cəzalandırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarından məlum olur ki, məhkəmə apellyasiya şikayətini düzgün qiymətləndirməmişdir. Bakı Apellyasiya Məhkəməsi hətta Binəqədi Rayon Məhkəməsinin Məhkum2 təyin etdiyi cəzanın onun şəxsiyyətinə uyğun olub-olmamasını ədalət, humanizm prinsipinə uyğunluğunu düzgün qiymətləndirməmişdir. Müdafiəçi bildirmişdir ki, Məhkum2 əvvəllər cinayət törətməmiş, mü naqişə yaratmamış, mübahisə belə etməmişdir. Hadisənin Məhkum2 ailə üzvlərinə qarşı müntəzəm olaraq münaqişə törədən “zərərçəkmiş” Zərərçəkmiş şəxs törətdiyi cinayət xarakterli əməllərinin qarşısının alınmasına cəhd edilən zaman baş verməsi və bu müstəvidə 66 yaşlı Məhkum2 azadlığın məhdudlaşdırılması cəzası təyin olunması ədalətin sınırlarını aşmaqla aşkar ədalətsizlik anlamına gəlir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünü Məhkum2 barəsində dəyişdirilməsini və cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi1 kassasiya şikayətlərinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdi rilməsini, Məhkum2 barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini və Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə töfsiv etməklə ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını və Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmələrinə və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏL ƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumların müdafiəçisi kassasiya şikayətlərində Məhkum1 əməlinin tövsif edilməsini, Məhkum2 bəraət verilməli ol duğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəməl əri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında araşdırılmış və qiymətləndirilmiş və məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etməd ən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməlinin tövsifi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərarında müdafiə tərəfinin bütün dəlillərinə müfəssəl və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkumlar Məhkum2 və Məhkum1 onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ict imai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti və onların cəzasını yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanı, onların cinayət əməlinə münasib və adekvat cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumların təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin, eləcə də, onlar barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.4.2025-ci il tarixli qərarı, kassasiya şikayətlərinə münasibətdə, məhkumlar Məhkum2 və Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumların müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 24 oktyabr tarixli, 1(001)321/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum2 və Məhkum1 barələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 17 aprel tarixli qərarı, məhkumlarin müdafiəçisinin kassasiya şikayətlərinə münasibətdə, məhkumlar Məhkum2 və Məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar