Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2037/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən Gültəkin Əsədova) 22 sentyabr 2022-ci il tarixli, 1(005)-388/2022 nömrəli hökmü ilə, xx xxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yerləşən İnzibati Binada qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, Sarı Aşıq küçəsi ev 9-da yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 263-1.2 maddəsi ilə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 264-cü maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə vurulmuş maddi zərərə görə təqsirləndirilən şəxs Məhkum 49.187,05 manat maddi və 4.000 manat mənəvi, cəmi 53.187,05 (əlli üç min yüz səksən yeddi manat beş qəpik) manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi və mülki iddianın qalan hissədə təmin edilməməsi də hökm e dilmişdir. İşin halları: Hökmə əsasən Məhkum xx.xx.2021-ci il tarixdə saat 01:52-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 8-ci hissəsinin tələbinə riayət etməməklə alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cruze” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti istiqamətindən Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olarkən həmin Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozmuş, yəni svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəs i qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar kimi tələblərinə riayət etməyib, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 140 ünvanında yerləşən “İstanbul NS” adı ilə fəaliyyət göstərən klinikanın qarşısına düşən qeyd olunan prospektlərin kəsişməsindəki svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq hərəkət istiqamətinin solundan yolayrıcına svetoforun yaşıl işığında daxil olaraq Ziya Bünyadov prospekti ilə Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs müştərək kraniofasial travma, baş beynin əzilməsi, sağ alın-gicgah-təpə nahiyə sinin lövhəvari subdural hematoması, bazal toxumalara qansızma əngin Lefor-İİ tipli sınığı, orbita ətrafı toxumaların qansızması ilə müşayiət olunan ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuş, bundan sonra o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini yəni, yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini tərpətməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərməli, təcili yardım maşını çağırmalı, zərərçəkəni xəstəxanaya aparıb yenidən hadisə yerinə qayıtmalı, hadisə barəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli olduğunu bildiyi halda buna riayət etməməklə pozaraq, yol nəqliyyat hadisəsi törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən qaçmış, bundan başqa hadisə nəticəsində “Toyota Prius (Hibrid)” minik markalı **-CY-*** dövlət qeydiyyat nişanlı əzilərək zədələnməsindən mülkiyyətçisi Zərərçəkmiş şəxs 12.410 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da, Qırxlarov Eİşən Mövsüm oğlu həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 263-1.2 və 264-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 14 fevral 2023-cü il tarixli 1(103)-123/2023 nömrəli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum əməli CM-in 263-1.2-ci maddəsindən Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli, 1(103)-123/2023 nömrəli qərarının ləğv edilməsini və onun barəsində CM-in 263.1-1-ci maddəsi üzrə cəzasının 2 (iki) il 6 (altı) ay müddətinə müəyyən edilməsi, CM-in 264-cü maddə si üzrə haqqında bəraət verilməsini, həmçinin zərərçəkmiş şəxs tərəfindən məhkuma qarşı irəli sürülən maddi və mənəvi ziyanın ödənilməsinə dair mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(103)-124/2023 saylı qərarı qeyri-obyektiv qərar qəbul etmiş, apelyasiya şikayəti qismən təmin olunsa da, əsas hissə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, o, anasının səhhəti ilə əlaqədar evə getdiyini, bu halın isə ibtidai istintaq orqanı tərəfindən düzgün olmayaraq hadisə yerindən qaçmaq kimi qiymətləndirildiyini qeyd etmişdir. Mülki iddianın təmin olunması isə qanunvericiliyin tələblərinə tamamilə zidd olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkə məsi “İstanbul NS” klinikası və “Ege Hospital”dan əldə edilən arayışlar hökmdə göstərilməmiş və qanunvericiliyin tələblərinə uyğun münasibət bildirilməmişdir. Məhkum həmçinin mülki iddia üzrə zərərçəkmiş şəxsin sağlamlığına dəymiş zərərin ödənilməsi üçün təyin edilən məbləğin törədilən hadisə nəticəsində dəymiş zərərə mütənasib olmadığını qeyd etmişdir. O, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi məqsədilə hadisə yerinə yaxın olan xəstəxanaya aparmış, ağır xəstə vəziyyətində olan anasına baş çəkdikdən sonra isə yenidən xəstəxanaya qayıtmışdır. Məhkum ibtidai istintaq orqanının ona qarşı qərəzli mövqe tutduğunu qeyd etmiş, həmin orqanın zərərçəkmiş şəxsə “özünü təqdim etmədiyini” bəhanə gətirərək, qanunsuz, əsassız və ədalətsiz yerə onu CM-in 264-cü maddəsi ilə ittiham etmişlər. Mə hkəmə kollegiyası cinayət işini nəzərdən keçirib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasını 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hall arı araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili hazırkı cinayət işi üzrə Məhkum CM-in 264-cü maddəsi ilə təqsirsiz olduğuna baxmayaraq məhkəmələr tərəfindən onun barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsa sən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 263-cü və ya 263-1ci maddələrində nəzərdə tutulmuş nəticələri n baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçmasına görə yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – məhkumun üzünün və şahidlərin ifadələri, məhkəmə-tibbi və yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, istintaq hərəkətlərin protokolları və digər sənədlərlə Məhkum avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurması tam təsdiq olunmuşdur. Həmçinin həmin sübutlarla müəyyən edilmişdir ki, Məhkum hadisədən dərhal sonra hadisə yerini tərk etmişdir. Məhkum onun tərəfindən hadisə yerindən anasının ağır vəziyyətdə olması ilə əlaqədar getməsi barədə dəlili cinayət işinin materialları ilə təsdiq olunmur və onun Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə əsas vermir. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetiri lmiş və barəsində CM-in 264-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr yuxarıda qeyd edilən sübutlara əsasən düzgün nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində təqsiri təsdiq olunmuşdur. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəmə si sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkum kassasiya şikayətinin digər dəlili – məhkəmələrin Zərərçəkmiş şəxs tərəfindən Məhkum qarşı verilmiş mülki iddianın qismən təmin edilərək 49.187,05 manat maddi və 4.000 manat mənəvi, cəmi 53.187,05 (əlli üç min yüz səksən yeddi ma nat beş qəpik) manat məbləğində pul ondan tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməsi barədə qərarın qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.3.1.-ci maddəsindən görünür ki, zərər çəkmiş şəxsin müalicəsi və ona qulluq göstərilməsi ilə bağlı xərclər cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş maddi ziyan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs “Müştərək kranionfasial travma, baş beyinin əzilməsi, sağ alın-gicgah-təpə nahiyəsinin lövhəvari subdural hematoması, bazal toxumalara qansızıma, əngin Lefor-İİ tipli sınığı, orbita ətrafı toxumların qansızması” bədən xəsarətləri yetirilmişdir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs nə ibtidai istintaq, nə məhkəmə istintaqı zamanı beyin daxili qanaxması ilə əlaqədar ifadə verməsi mümkün olmamışdır. Onun müayinə və davamlı müalicəsi üçün “İstanbul NS” klinikasına 175 manat, “EGE Hospitala” 36.602,05 manat ödənilmişdir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəylə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus “Toyota Prius (Hybrid)” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə 12.410 manat tələb olunur. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianı vurulmuş maddi zərərə görə 49.187,05 manat məbləğində təmin etmişdir. Azərbaycan Respublikası CPM-in 181.2.4-cü maddəsində mənəvi ziyanın ödənilməsi üçün zərərçəkmiş şəxsin cinayət işi üzrə mülki iddianın verilməsi hüququ nəzərdə tutulur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, “şəxsə mənəvi zərərin vurulması mənəv i sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudla şdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarında göstərilmişdir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il 3 noyabr tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Cinayət işinin materiallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şə xs sağlamlığına ağır xəsarət yetirilmişdir. Zərərçəkmiş şəxs bədən xəsarətlərinin yetirilməsi ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən (təqsirləndirilən şəxsdən) pul tutulması tələbi əsaslı olmuşdur. Məhkəmələr mənəvi ziyanın məbləğini müəyyən edərkən mülki cavabdehin əmlak vəziyyətini nəzərə almışlar. Bu baxımdan məhkəmə kollegiyası mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsinin əsaslı hesab edir. Ona görə də məhkəmə kollegiyası Məhkum qarşı verilmiş mülki iddianı qismən təmin edərək mənəvi zərər kimi 4000 manat məbləğində pul təqsirləndirilən şəxs Məhkum tutularaq zərərçəkmiş “Zərərçəkmiş şəxs ödənilm əsi ilə bağlı gəldiyi nəticə işin hallarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarında məhkəmələrə verilmiş tövsiyələrə uyğun gəlir və bu səbəbdən qanuni və əsaslı hesab edilməlidir. Beləliklə məhkəmələr zərərçəkmiş şəxsin mülki iddiasını cinayət işində olan sübutlar əsasında həll etmiş, həmin sübutlar məhkəmə iclasında tədqiq edilmiş və onlara Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət vermişdir. Həmin sübutların mümkünlüyünə şübhə doğuran heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mülki iddia ilə bağlı gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hes ab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2037/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2037/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver