Məhkəmə qərarları › İş №1(102)-2038/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-2038/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2038/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Osmanov Mansur Ramazan oğlunun iştirakları ilə, Məhkum1 Azərbaycan Respublikas ı CM-nin 12.1,218.2, 12.3, 28, 214.2.1, 12.3, 28, 214.2.3 və 12.1, 279.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Osmanov Mansur Ramazan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-302/2017 saylı, 22 fevral 2017-ci il tarixli hökmünə əsasən (hakimlər Novruz Kərimov (sədrlik edən və məruzəçi) Ramella Allahverdiyeva və Tamila Nəsrullayeva) xx xxxxxx 1984-cü il tarixdə Qusar rayonunda anadan olmuş, Azərbaycan Re spublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda da yaşamış, 25 mart 2016-cı il tarixdən həbsdə olan, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,28,214.2.1, 12.3,28,214.2.3 və 12.1,279.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 12.1,218.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 12.3,28,214.2.1 və 12.3,28,214.2.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 12.1,279.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən t oplamaq yolu ilə qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın çəkilməsinin əvvəli 25 mart 2016-cı il tarixdən hesab edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi Rəfixanov Alik İkraməddin oğlu apellyasiya şikayəti, dövlət ittihamçısı İsmayılov Rahil Əliş oğlu isə apellyasiya protesti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-778/2017 saylı, 23 may 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməmiş, apellyasiya protestinin təmin olunmuş, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2, 12.3,28,214.2.1, 12.3,28,214.2.3 və 12.1,279.1-ci maddələri ilə məhkum olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-302/2017 saylı, 22 fevral 2017-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,218.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq 8 (səkkiz) il müəyyən edilmiş, həmin hökmlə Məhkum1 Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaq yolu ilə cinayətin məcmusu üzrə qəti olaraq təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti də artırılaraq 11 (on bir) il müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2017-ci il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət vermişdir. Həmin vəsatətə baxan Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlunun sədrliyi və məruzəsi ilə, Abdulov Rəşad Məhərrəm oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə) 25 avqust 2022-ci il tarixli qərarı ilə məhkumun Bakı Apellyasiya Məhkəməsinin 23 may 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatəti rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından məhkumun müdafiəçisi Osmanov Mansur Ramazan oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Osmanov Mansur Ramazan oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 23 may 2017-ci il tarixli qərarından Məhkum1 kassasiya şi kayəti verməmişdir. Çünki o qərarı vaxtında almamış və Rusiya Federasiyasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikasının qanunlarını bilməmiş və azərbaycan dilində oxuya bilməmişdir. Bu səbəblərdən Bakı şəhəri 7 saylı CÇM-də 6 ildir cəza çəkən Məhkum1 kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına müraciət etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi M.R.Osmanov çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilm əsindən imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarında məhkəmənin 23 may 2017-ci il tarixli qərarını elə həmin gün Məhkum1 təqdim etdiyinin qeyd edildiyini, bu qərarın isə eyni gün içərisində elan edilib, hazırlanıb, tərcümə olunub və məhkuma təqdim olunmasının fiziki olaraq mümkün olmadığını, həmin qərarın ümumiyyətlə hələ də Məhkum1 tərəfindən əldə edilmədiyini bildirib, kassasiya şikayətini təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə i darəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, buraxılmış müddətin bərpası üçün heç bir üzürlü səbəb olmadığını, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düz günlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbay can Respublikası CPM-nin 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir: 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 18 ay müddətində verilə bilər (həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən). İş materiallarına əsasən müəyyən olunur ki, mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü 23 may 2017-ci il tarixdə çıxarılmış həmin qərardan kassasiya şikayəti vermək üçün prosess ual qanuna əsasən məhkum üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-ci il tarixdə bitmişdir. (həmin zaman qüvvədə olan prosessual qanunvericiliyə görə kassasiya şikayəti vermə müddəti 18 ay müəyyən edilmişdir). İş materiallarından görünür ki, kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa olunmasına dair vəsatət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsinin 17 iyul 2022-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir və 26 iyul 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, Məhkum1 Bakı Apellyasiya Məhkəməsinin 23 may 2017-ci il tarixli qərarının çıxarıldığı vaxtdan kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra kassasiya şikayəti vermək q ərarına gəlmiş və şikayətini qanunla müəyyən edilmiş müddətdə verə bilməməsini apellyasiya məhkəməsinin qərarını vaxtında almaması və Rusiya Federasiyasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikasının qanunlarını bilməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bu şikayətlə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti aşağıdakı hallarda təmin oluna bilər; – 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; - 411.2.2. bu Məcəllənin 409-cu madd əsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. Kassasiya şikayətində məhkumun apellyasiya məhkəməsinin qərarını vaxtında almaması və Rusiya Federasiyasının vətəndaşı olduğu üçün Azərbaycan Respublikasının qanunlarını bilməməsinə görə kassasiya şikayəti vermə müddətini buraxdığı göstərilsə də, bu hallar yuxarıda qeyd edilən normalara əsasən müdafiəçi tərəfindən “həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməsi” ilə əlaqələndirilmiş, lakin şikayətdə göstərilən hallar “digər hal” kimi məhkəmə tərəfindən qəbul edilməsi üçün heç bir sübut iş materiallarına əlavə edilməmiş, habelə iddia olunanları təstiq edəcək heç bir məlumat iş materialla rında aşkar edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Məhkum1 tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermə müddətinin buraxılmasına səbəb olan hallar üzürlü səbəblər kimi qəbul edilə bilməz və kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkumun müdafiəçisi Osmanov Mansur Ramazan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum1 Azərbaycan Res publikası CM-nin 12.1,218.2, 12.3, 28, 214.2.1, 12.3, 28, 214.2.3 və 12.1, 279.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar