Məhkəmə qərarları › İş №1(102)-2038/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2038/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2038/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 188.4.2, 247 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(105)-27/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xi dmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutmuş, tamah niyyəti ilə sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi həmin qaydaları pozması ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib döv lətin və cəmiyyətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

3. Belə ki, o, tamah niyyəti ilə Quba rayonunun Qudyal çay hövzəsində yerləşən «Qudyalçay» qum-çınqıl yatağında qarışıq süxur emal etmək üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X17 Departamentində (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 Baş İdarəsi) 09 oktyabr 2018-ci il tarixdə ********** nömrəli VÖEN-lə övladı X4 adını dövlət qeydiyyatına aldırmaqla sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin faktiki rəhbəri - fərdi sahibkar kimi, «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, maliyyə-təsərrüfat fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq və sair təşkilatisərəncamverici, inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olaraq, habelə «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3 və 78 -ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, qanunvericiliyin bu kimi hallarının pozulması zamanı isə digər məsuliyyətlə yanaşı Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda cinayət məsuliyyəti daşımaqla ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, Quba rayonu ərazisində Qudyal çayın vadisində yerləşən «Qudyalçay» qum-çınqıl yatağında 0,77 hektar torpaq sahəsini içərisində qarışıq süxur emal etmək üçün nəzərdə tutulmuş avandanlıq və qurğular olan müəssisə ilə birlikdə 2013-cü ilin sentyabr ayında qeyri-rəsmi qaydada, 10 aprel 2014cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında isə rəsmi qaydada övladı Yasər Zərbəliyevin adına satın alıb, faktiki rəhbərlik etdiyi müəssisəyə həmin tarixdən 10 oktyabr 2018-ci il tarixədək torpaq sahəsinin ayrılmasına dair müvafiq sərəncam və yerin təkindən qarışıq süxur hasilatı ilə bağlı müvafiq «Dağ-mədən ayırması» aktı almadan 2013-cü ilin oktyabr ayından 10 mart 2022 -ci il tarixədək dövlət mülkiyyətinə məxsus torpaq sahəsini tamah niyyəti ilə hər hansı mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutub həmin torpaq sahəsində, habelə 10 oktyabr 2018-ci il tarixdən etibarən isə Quba rayonu Qudyal çay hövzəsində yerləşən «Qudyalçay» qum-çınqıl yatağında qum-çınqıl hasilatının aparılması məqsədilə Quba rayon İcra hakimiyyəti başçısının 11 may 2017-ci il tarixli 73 saylı Sərəncamı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən övladı Yasər Zərbəliyevin adına verilmiş 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli «Dağmədən Aayırması» aktı əsasında istifadəsinə ayrılmış x302969.50 - y4587124.60, x303510.98 - y4587148.11, x303689.41 - y4587076.78, x303989.36 - y4587050.62, x304001.37 - y4586853.25, x303692.62 - y4586888. 65, x303495.68 - y4586994.36, x303247.99 - y4587061.32, x302987.76 - y4586983.71 koordinatlarda yerləşən 15 hektar torpaq sahəsində qarışıq süxur xammalının istismarı işlərini həyata keçirməklə gəlir əldə etmək məqsədilə, «Yerin təki haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş yer təkinin, atmosferin, torpağın, meşələrin, suların, binaların və qurğuların yerin təkindən istifadə ilə əlaqədar işlərin zərərli təsirindən qorunmasını reqlamentləşdirən standartlara (normativlərə, qaydalara), eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi, yerin təkindən istifadə prosesin də geoloji, markşeyder və digər sənədlərin aparılması, həmin sənədlərin, kern və nümunələrin qorunması, yerin təkindən istifadə zamanı torpaq sahələrinin rekultivasiyasının təmin edilməsi, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi və digər tələblərə, həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazənin bu Qanunda və «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında «Dağmədən ayırması» statusunun müəyyən edilməsi şəklində verilməsi tələbinə, o cümlədən, həmin Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərə, yəni, yer təkinin istifadəyə verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydasına riayət olunması və yerin təkindən özbaşına istifadəyə yol verilməməsi, faydalı qazıntı yataqlarının işlənilməsi zamanı yerin təkindən çıxarılan və yerin təkində saxlanılan faydalı qazıntıların və yanakı komponentlərin uçotu, ətraf mühitin qorunması, torpaqların rekultivasiyası, dağ qazmalarının konservasiyası qaydalarına əməl edilməsi, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş «Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydaları»nın 22-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmış layihə sənədləri olmadan faydalı qazıntıların çıxarılmasının qadağan edilməsi ilə bağlı tələblərə tamah niyyəti ilə qəsdən əməl etməyib, qanunla müəyyən edilmiş əsaslarla ayrılmış torpaq sahəsindən istifadə etməli olduğu halda, öz qulluq mövqeyindən yararlanaraq müvafiq icazə olmadan yataq ərazisindən kənarda sahibkarlıq fəaliyyətini həyata keçirib, x304433 - y4587321, x304557 - y4587195, x304476 - y4587214, x304416 - y4587197, x304374 - y4587143, x304307 - y4587124, x304217 - y4587071, x304165 - y4587000, x304069 - y4586928, x303995 - y4586923, x303989 - y4587051, x303689 - y4587077, x303511 - y4587148, x303294 - y4587141, x303314 - y4587174, x303461 - y4587185, x303601 - y4587189, x303732 - y4584145, x303837 - y4587132, x304038 - y4587148, x304196 - y45 87203, x304216 - y4587268 koordinatlarda yerləşən dövlət mülkiyyətinə məxsus ümumilikdə 4,68 hektar torpaq sahəsini tamah niyyəti ilə hər hansı mülkiyyət, istifadə, icarə hüququ olmadan özbaşına tutub həmin torpaq sahəsində, 2013-cü ilin oktyabr ayından 10 mart 2022-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda çayın sol sahilində 3-4 metr, sağ sahilində 4-5 metr, orta istismar dərinliyi 4 metr ölçüdə qazıntı və istismar işləri aparmaqla, sənaye və digər obyektlərin istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs olmaqla ümumilikdə 187.200 m3 həcmində qum-çınqıl xammalından ibarət qarışıq süxuru götürərək emal edib dövlətə və təbiətə vahid niyyətlə cəmi 583.128 manat (beş yüz səksən üç min yüz iyirmi səkkiz) manat məbləğində ziyan vurmuş, h əmin əməlləri ilə vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2ci bəndinə, 13-cü maddəsinin 1.2, 2.2-ci bəndlərinə və 35, 41-ci maddələrinə əsasən, ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirlərin müəyyən edilmiş qaydada həyata keçirilməsi, ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə olunması, ətraf mühiti qorumağın vəzifəsi olması, təbii resurslardan istifadə zamanı ekoloji tələbləri yerinə yetirmək və istismar prosesləri aparılarkən ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələbləri n tam həcmdə yerinə yetirilməsi şərtlərinə əməl etməyərək qanunsuz fəaliyyətini yuxarıda qeyd edilən dövrdə davam etdirməsi istismar işlərinin aparıldığı Quba rayonunda Qudyal çayın «Qudyalçay» yatağından keçən dərəsinin genişlənməsinə, çayın məcrasındakı torpaq sahəsinin kəskin erroziyaya məruz qalmasına, çay yatağında yarğanlar əmələ gəlməsinə, yeraltı suların axın istiqamətinin dəyişməsinə, qurunt sularının yer səthinə çıxması nəticəsində torpağın münbit qatının deqradasiyaya uğraması ilə təbiətin bu yöndə mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlamətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılm ası istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə öz qulluq mövqeyindən istifadə etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, yəni «Dağmədən ayırması» aktında göstərilmiş və icazə verilən yataqayırma hüdudundan kənarda yerləşən dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutmuşdur.

4. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X14 (sədrlik edən), X16 və X5 ibarət məhkəmə tərkibində) 31 avqust 2023-cü il tarixli, 1(124)-304/2023 nömrəli hökmü ilə Məhkum CM-in 188.4.2, 247 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum CM-in 188.4.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 247-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə Məhkum qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəlinin 21 iyun 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə verilmiş mülki iddianın təmin edilməklə Məhkum 583.128 (beş yüz səksən üç min yüz iyirmi səkkiz) manat məbləğində pul tutulmaqla Azərbaycan Respublikası Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına köçürülməsi hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

5. Məhkəmənin hökmündən Məhkum və müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət məhkəmə tərkibində) 20 fevral 2024-cü il tarixli, 1(105)-27/2024 nömrəli qərarı ilə Məhkum CM-in 188.4.2-ci, 247-ci və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-304/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli hökmünün də yişdirilmədən saxlanılması, apellyasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır.

7. Qərardan Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara, ekspertiza rəylərinə, məhkumun barəsində olan yüngülləşdirici hallara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi müdafiə tərəfinin heç bir vəsatətini təmin etmədən, ümumiyyətlə araşdırma aparmadan hökmü heç bir əsas olmadan qüvvədə saxlamışdır. Belə ki, nə sözügedən yoxlamalar zamanı, nə də Məhkum qarşı irəli sürülən ittihamda öz əksini tapan dövrlərdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən müxtəlif monitorinqlər zamanı sözügedən ərazinin təqsirləndirilən şəxs tərəfindən özbaşına zəbt edilməsi faktı ilə bağlı heç bir hal aşkar olunmamış, bu barədə hər hansı bir akt tərtib olunmamış və araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilməmişdir. Bu halı həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaqların dövlət idarəetməsinin və istifadəsinə nəzarət sektorunun əməkdaşı öz ifadəsi ilə də təsdiq etmişdir. Bundan əlavə, Məhkum sözügedən torpaq sahəsini, çay ərazisini hasara almamış, yəni torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkməmiş, başqa şəxslərin həmin ərazidən istifadə etməsini əngəll əməmiş və başqa üsulla həmin ərazini zəbt etməmişdir. Bu halı ittiham tərəfinin şahidləri verdikləri ifadələr ilə tam sübut etdi. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən olunan hal ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxs Məhkum faktiki olaraq fəaliyyət göstərdiyi ərazi onun şəxsi mülkiyyətində olan torpaq sahəsinin daxilində qum, çınqıl istehsalı ilə məşğul olmuş və bu müddət ərzində həmin ərazinin monitorinqini həyata keçirən, habelə şəxsin fəaliyyətini yoxlayan müxtəlif dövlət orqanları şəxsin təqdim etdiyi həmin sənədlər əsasında onun özügedən ərazidə qanuni şəkildə olduğu nəticəsinə gələrək heç bir rəsmi tədbir görməmiş, yuxarıda da qeyd edildiyi kimi, heç bir irad bildirməmiş, hər hansı bir akt tərtib etməmiş, dolayısı ilə də həmin qurumlar tərəfindən şəxsin həmin ərazidən çı xarılması üçün hər hansı bir tədbir görülməmişdir. Belə olan halda, yuxarıda göstərilənlərə əsasən təqsirləndirilən şəxs Məhkum yalnız birbaşa qəsdlə törədilməsi mümkün olan cinayəti törətməsi qənaətinə gəlmək, yəni onun tərəfindən əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edərək, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görərək və bunları arzu edərək dövlət mülkiyyətində olan sözügedən torpaq sahəsini özbaşına zəbt edilməsi qənaətinə gəlmək qeyrimümkündür.

9. Qeyd olunanlara əsasən, Məhkum əməlində CM-in 188.4.2, 247 və 308.2-ci maddələrinin tərkibi olmadığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 20 fevral 2024cü il tarixli, 1(105)-27/2024 nömrəli qərarını ləğv edərək işə yenidən baxılması və müraciətin dəlillərində qeyd edilən xüsusatlar üzrə araşdı rma aparılması üçün yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

11. Qərardan kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

14. Kassasiya instansiyası məhkəməsinin kassa siya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: CPM-in) 419-cu maddəsi müəyyən edir.

15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

16. Qanunun bu tələbindən göründüyü kimi, kas sasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

18. Məhkum müdafiəçisi Müdafiəçi3 kass asiya şikayətində məhkumun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

19. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(105)-27/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarında n görünür ki, məhkəmələr Məhkum tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutmuş, tamah niyyəti ilə sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxs kimi həmin qaydaları pozması ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla və zifə səlahiyyətlərindən sui-istifadə etməsi haqqında qənaətlərini onunla izah etmişlər ki, təqsirləndirilən şəxs Məhkum xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə rəhbərlik etdiyi karxana tərəfindən uzun müddət ərzində vahid niyyətlə, yəni 2013-cü ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək çay yatağından qanunsuz qum-çınqıl hasilatının aparılması istismar işlərinin aparıldığı Quba rayonunda Qudyal çayının «Qudyalçay» yatağından keçən dərəsinin genişlənməsinə, çayın məcrasındakı torpaq sahəsinin kəskin erroziyaya məruz qalmasına, çay yatağında yarğanların əmələ gəlməsinə, yeraltı suların axın istiqamətinin dəyişməsinə, qurunt sularının yer səthinə çıxması nə ticəsində torpağın münbit qatının deqradasiyaya uğraması ilə təbiətin bu yöndə mənfi təsirə məruz qalmasına, ətraf mühit üçün təhlükə yaranmasına yəni, ərazinin ekoloji tarazlığının pozulması ilə bağlı bərpası mümkün olmayan və insanların konstitusiya ilə təsbit olunmuş sağlam ətraf mühitdə yaşamaq hüquqlarının qorunması və dövlətin ekoloji tarazlığın saxlanılması istiqamətində siyasətinə, yəni dövlətin və cəmiyyətin mənafeyinə ağır nəticələrə səbəb olan zərər vurmuşdur.

21. Məhkəmələr mövqeyini əsaslandırarkən ibtidai araşdırma zamanı, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, həmçinin qismən məhkəmə istintaqı aparılmaqla keçirilmiş apellyasiya baxışı zamanı əldə edilmiş sübutlara istinad etmişlər.

22. Lakin cinayət işi materiallarında olan sübutların əlaqəli təhlili məh kəmələr tərəfindən məhkumun əməlinin “öz qulluq mövqeyindən istifadə etməklə və vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək” hissəsinin hüquqi tövsifinə münasibətdə düzgün olmayan nəticəyə gəlmələrinə dəlalət edir.

23. Belə ki, cinayət işi materiallarına əsasən «Sumqayıt Tikinti Quraşdırma-2 ATSC-nin sədri X11 həmin tarixdə Quba rayon İcra hakimiyyətinin başçısına müraciət edərək Quba rayon İcra hakimiyyəti ilə bağlanmış 12 oktyabr 2004-cü il tarixli müqavilə əsasında ATSC-nin istifadəsinə verilmiş 03 hektar sahənin istifadə edilməməsi səbəbindən avadanlıqların Məhkum təhvil verildiyini, qeyd edilən sahənin Məhkum istifadəsinə verilməsinə və ATSC ilə bağlanan müqavilənin davamının sonuncu ilə bağlanmasına etiraz etmədiyini bildirmi şdir.

24. Cinayət işinin materiallarında olan 10 aprel 2014-cü il tarixli ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Quba rayonunun Hacıqayıb kəndində yerləşən Şahid3 məxsus 0,77 hektar torpaq sahəsi həmin tarixdə X4 mülkiyyətinə verilmişdir.

25. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX № ******* nömrəli çıxarışından görünür ki, 01 iyul 2014-cü il tarixdə Quba rayonunun Hacıqayıb kəndində yerləşən ehtiyat fondu torpaqları kateqoriyasına aid 0,77 hektar torpaq sahəsi **********14 reyestr nömrəsi ilə X4 adına qeydiyyata alınmışdır.

26. Cinayət işinin materiallarında olan Quba rayon İcra hakimiyyəti başçısının 11 may 2017-ci il tarixli 73 nömrəli sərə ncamı və torpaq sahəsinin icarəyə verilməsi haqqında həmin tarixli müqavilədən görünür ki, qeyd edilən tarixdə Quba rayonunun Zərdabi inzibati ərazi dairəsinin ərazisində yerləşən Qudyalçay çayının yatağından 15 hektar ərazi X4 istifadəsinə verilmişdir.

27. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin Məhkum tərəfindən MMC-yə ayrılmış ərazilərdə qanunsuz olaraq fəaliyyət göstərilməsi barədə 17 may 2017-ci il tarixli müraciəti əsasında Quba rayon polis şöbəsində toplanmış materialın surətindən görünür ki, aparılan araşdırma zamanı izahatı alınmış Məhkum həmin dövrdə çay yatağında ona rəsmi qaydada ayrılmış hər hansı torpaq sahəsi olmadığı halda, rəhbərlik etdiyi karxanaya 27 hektar torpaq sahəsinin ayrılmasını bildirmişdir.

28. Cinayət işinin materiallarında olan Azərbaycan Respublika sı Vergilər Nazirliyi tərəfindən verilmiş «fiziki şəxsin vergi uçotu haqqında» şəhadətnamədən görünür ki, 09 oktyabr 2018-ci il tarixdə X2 Nazirliyi yanında Bakı şəhəri X17 Departamentində (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 Baş İdarəsi) ********** nömrəli VÖEN-lə qeydiyyata alınmışdır.

29. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli «Dağ-mədən ayırması» aktından görünür ki, «Qudyalçay» qum-çınqıl yatağında yer təki sahəsindən açıq (yeraltı) üsulla qum-çınqıl hasilatı məqsədi ilə fiziki şəxs Yasər Zərbəliyevə verilən dağ-mədən ayırması Quba rayonunun inzibati ərazisində yerləşmiş, topoqrafik planın surəti, həmçinin ma rkşeyder planı üzərində 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 künc nöqtələri ilə nömrələnmiş, dağmədən ayırması sahəsinin proyeksiyası yer səthinin planında 15 hektarda yerləşmiş, dağmədən ayırmasının müddəti 05 il olmuş, 10 oktyabr 2018-ci il tarixdə qeydiyyata alınmış, markşeyder planına uyğun olaraq qeyd olunan künc nöqtələrinin koordinatlarında ərazi ayrılmışdır.

30. Cinayət işinin materiallarında olan X21 X1 28 oktyabr 2020-ci il tarixli baxış aktından görünür ki, baxış zamanı mərz nişanları mövcud olmamış, təyin olunmuş ərazidə və ərazinin kənarında fəaliyyət göstərilmiş, ərazinin kənarında materiallarda qeyd olunmuş koordinatlarda yerləşən 13,2 hektar sahədə aparılan orta istismarın dərinliyi 3,7 metr olmaqla ümumi hasil edilmiş həcm 488.400 kub.m təşkil etmişdir.

31. Cinayət işinin materia llarında olan X21 X1 23 iyun 2021-ci il tarixli baxış aktından görünür ki, baxış zamanı mərz nişanları mövcud olmamış, ayrılmış ərazinin kənarında 370.743 m3 həcmdə qum-çınqıl hasilatı aparılması, çay yatağında təbii proseslər nəticəsində 70-100 sm ölçüdə bərpa prosesinin getməsi müşahidə olunmuşdur.

32. Cinayət işinin materiallarında olan X21 X1 10 mart 2021-ci il tarixli baxış aktından görünür ki, baxış zamanı karxananın istehsalat sahəsində bir ədəd suxur üyüdən avadanlıq, bir ədəd ekskavator, iki ədəd yükləyici kon və iki ədəd «Ural» modelli yük avtomobili aşkar edilmiş, sonuncu baxışdan sonra ayrılmış sahənin daxilində 1-ci sahədə 495 m2 sahədə orta istismar dərinliyi 2.0 metr olmaqla ümumilikdə 990 m3 həcmində, ayrılmış sahənin xaricində 1-ci sahədə 1.793 m2 sahədə orta istismar dəri nliyi 1.5 metr olmaqla 2.689 m3 həcmində, 2-ci sahədə 1.568 m2 sahədə orta istismar dərinliyi 1.5 metr olmaqla 2.352 m3 həcmində qanunsuz olaraq qum-çınqıl hasilatının aparıldığı aşkar edilmiş, ümumilikdə 376.774 m3 həcmində qum-çınqıl xammal materialının hasil edildiyi müəyyən edilmişdir.

33. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X21 X1 İdarə Heyətinin 27 may 2021-ci il tarixli 73 nömrəli qərarından görünür ki, 10 oktyabr 2018-ci il tarixli 01093 nömrəli «Dağ-mədən ayırması» aktı ilə X8 verilmiş yerin təkindən istifadə hüququ «Yerin təki haqqında» Qanunun 21-ci maddəsi ilə müəyyən edilmiş yer təkinin səmərəli istifadəsinə və mühafizəsinə aid əsas tələblərin, yer təkindən istifadə qaydasının və icazə şərtlərinin pozulmasına gö rə imzalandığı gündən ləğv edilmişdir.

34. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Yerin təki sahəsində baş verən hüquq pozuntuları» haqqında 25 yanvar 2021-ci il tarixli 4/194-02-19 nömrəli məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki X21 X1 əməkdaşları tərəfindən 2020-ci ilin sentyabr ayından etibarən Quba və Xaçmaz rayonları ərazisində mövcud olan faydalı qazıntı yataqlarında fəaliyyət göstərən karxanalarda monitorinqlər keçirilmiş, həmin monitorinqlərin nəticələrinə əsasən «Dağ-mədən ayırması» aktı icazə sənədi olmadan və ya müddətin bitməsinə baxmayaraq fəaliyyət göstərən, eləcə də istismar sahəsindən kənarda hasilat işləri aparan sahibkarlıq subyektləri aşkar edilmişdir.

35. Cinayət işin in materiallarında olan X21 X1 08 iyul 2022-ci il tarixli 19/807 nömrəli məktubuna əlavə edilmiş «Karxana fəaliyyətinin çayların hidrogeoekoloji şəraitinə mənfi təsiri haqqında» arayışından görünür ki, fiziki şəxs Yasər Zərbəliyevin adına rəsmiləşdirilmiş qum-çınqıl karxanasının Qudyalçayın məcrasında «Qudyalçay» qumçınqıl yatağında fəaliyyəti nəticəsində çay məcrasına, onun dərinliyinin normadan çox artmasına gətirib çıxarmaqla bərabər çayın dib hissəsini tamamilə aşındırdığından yeraltı sular çaydan deyil, əksinə çayların yeraltı sulardan qidalanmasına gətirib çıxarmış, bunlar da öz növbəsində təbiətə ağır nəticələrə səbəb olan ziyan vurmuş, «Yerin təki haqqında» qanunun 46-cı maddəsinə əsasən yerin təki və ətraf mühitin mühafizəsi üzrə standartlar pozulmuş, faydalı qazıntı yatağının ist ismar üçün yararsız hala düşməsinə səbəb olmuşdur. Həmçinin, təbiət obyektlərinin vəziyyətinin müşahidə olunan dövrdə aradan qaldırılması mümkün olmayan və ya bunun üçün xeyli miqdarda maliyyə və maddi xərclərin tələb olunduğu dərəcədə pisləşmiş, mövcud vəziyyətə görə subyektiv səbəblərdən yaranan içməli və digər təyinatlı suların tez bir zamanda bərpası mümkün olmamışdır.

36. Sadalanan, eyni zamanda cinayət işi materiallarında olan digər sübutlarla Məhkum qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutması, tamah niyyəti ilə sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabde h şəxs kimi həmin qaydaları pozmasının ağır nəticələrə səbəb olması öz təsdiqini tapsa da, onun həmin əməlləri məhz tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə, həmçinin vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi öz təsdiqini tapmamışdır.

37. Təqdim edilmiş cinayət işi materiallarına əsasən Məhkum Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X17 Departamentində (hazırki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 Baş İdarəsi) 0 9 oktyabr 2018-ci il tarixdə ********** nömrəli VÖEN-lə övladı X4 adını dövlət qeydiyyatına aldırmaqla sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin faktiki rəhbəri - fərdi sahibkar kimi, «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən işçiləri işə qəbul etmək və işdən azad etmək, işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, maliyyə-təsərrüfat fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək, pul vəsaiti nin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq və sair təşkilatisərəncamverici, inzibati-təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs olaraq, habelə «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3 və 78-ci maddələrinə əsasən sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ərazilərdə ekoloji tarazlığın təmin edilməsi, təbii ehtiyatların səmərəli istifadə olunması, təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılmasının tətbiq edilməsi, ətraf mühitə zərər vurulmasının qarşısının alınması, qanunvericiliyin bu kimi hallarının pozulması zamanı isə digər məsuliyyətlə yanaşı Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda cinayət məsuliyyəti daş ımaqla ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına, yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişməsinə yol verilməməsinə, ətraf mühitin qorunmasına cavabdeh şəxs olsa da, onun Quba rayonunun Qudyal çay hövzəsində yerləşən «Qudyalçay» qum-çınqıl yatağında qarışıq süxur emal etməsi nəticəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutması, tamah niyyəti ilə sənayedə və digər obyektdə aparılan istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün həmin qaydaları pozmasının ağır nəticələrə səbəb olması onun həmin vəzifə öhdəliklərindən irəli gəlməmişdir.

38. Belə ki, CM-in 188.4-cü maddəsinin tərkibinin yaranması üçün həmin şəxs cinayətin predmeti olan torpaq sahəsi üzərində vəzifəsindən irəli gələn sahibliyə, icarəyə, istifadəyə vermə üzrə hər hansı bir səlahiyyətlərə malik olur və bu səlahiyyətlərindən istifadə edərək torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, özbaşına tikinti və ya quraşdırma işlərini aparma kimi hərəkətlərə yol verir. Yaxud, belə konkret səlahiyyətlərinə malik olmasa da, öz qulluq mövqeyindən irəli gələn təsir imkanlarından və nüfuzundan istifadə edərək torpaq sahəsinə dair qanunsuz hərəkətlərini törətməsinə yönələn maneələri aradan qaldırmaq, buna şəraiti təmin etmək və sairə bu xarakterli səlahiyyət imkanlarından istifadə edərək, CM-in 188-ci maddə sində qeyd olunan hərəkətləri etməkdə kriminal əməli təzahür olunur.

39. Cinayət işinin materiallarına və işin faktiki hallarına əsasən, Məhkum cinayətin predmeti olan torpaq sahəsi üzərində qeyd olunan səlahiyyət və imkanlara malik olmamış, sadəcə torpaqların qonşu olmasından istifadə edərək, qanunsuz hərəkətlərə yol vermişdir.

40. Cinayət işi materiallarından göründüyü kimi, məhkəmələr Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2, 247 və 308.2-ci maddələri ilə təqsirli bilsə də, onun CM-in 188.4.2 və 308.2-ci maddələri ilə təqsirli bilinməsi hissəsində həmin ittihamın əsasını təşkil edən sübutları əsaslandırmamış, məhkumun əməlində olan cinayət tərkibinin onun vəzifə səlahiyyətləri ilə qarşılıqlı əlaqəsini tədqiq etmədən, yalnız vəzifəli şəxs olması mövqeyindən çıxış edərə k məhkumun əməlinin hüquqi tövsifində yanlış nəticəyə gəlmişlər.

41. Belə ki, kollegiya cinayət işi materiallarında olan, həmçinin yuxarıda sadalanan sübutların bir-birilə əlaqəli təhlilinə münasibətdə qeyd edir ki, Məhkum əməlində CM-in 188.1-ci maddəsinin tərkib əlaməti, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutma olmuşdur.

42. Kollegiya eyni zamanda qeyd edir ki, məhkuma məhkəmələr tərəfindən əməlində CM-in 188.4.2-ci maddəsinin tərkib əlamətləri olması əsası ilə, eyni zamanda vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qə sdən zidd olaraq istifadə edib dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ittihamı irəli sürülsə də, öz təsdiqini tapmır.

43. İlk öncə, qeyd olunanlara əsasən, onun qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutma cinayət əməlini qulluq mövqeyindən istifadə etməklə törətməsi öz təsdiqini tapmır. Yəni vəzifəsindən sui-istifadə etmə halları torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma ilə əlaqədar ola bilməz.

44. Digər tərəfdən, onun faktiki fərdi sahibkar kimi vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə ə laqədar əməli AR CM-in 247-ci maddəsi ilə tam əhatə olunur.

45. Belə ki, CM-in 247-ci maddəsinə əsasən, sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması həmin maddənin tərkibini yaradır.

46. Maddənin dispozisiyasında qeyd edilən “cavabdeh şəxslər” kateqoriyasına, həmçinin vəzifəli şəxslər də aid edilir. Bu səbəbdən, CM-in 247-ci maddəsi həmin Məcəllənin 308.2-ci maddəsinə münasibətdə xüsusi norma xarakteri daşıyır.

47. Bununla da, məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə Məhkum göstərilən əməllərinin, həm də vəzifədən sui-istifadə etmə, yəni CM-in 308.2-ci maddəsində nəzərdə tut ulmuş cinayət kimi də qiymətləndirilməsi ilə razılaşmır və belə qənaətə gəlir ki, həm ibtidai araşdırma orqanı, həm də birinci və apellyasiya instansiyası məhkəmələri bu haqda nəticəyə gələrkən maddi hüquq normalasının tətbiqində səhvə yol vermişlər.

48. Belə ki, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

49. Hazırki ittiham üzrə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan torpaq sahələrini qarışıq süxur götürərək emal edib qazanc əldə etmək məqsədilə özbaşına tutma cinayəti törətmiş Məhkum əməli Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsi ndən həmin Məcəllənin 188.1-ci maddəsinə tövsif edilməli olduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-in 308.2-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur.

50. Məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və "ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır.

51. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə ist inad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

52. Məhkəmə kollegiyası Məhkum əməlinin CM-in 308.2-ci maddəsi ilə də tövsif edilməsi ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən onun törətdiyi cinayət əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir

53. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

54. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.

55. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.

56. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi).

57. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığın a dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.

58. Məhkəmə kollegiyası həmçinin, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilən məhkumun təqsirli bilindiyi CM-in 247-ci maddəsi ilə də ona bəraət verilməsinə dair dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.

59. Belə ki, məhkumun təqsirli bilinərə məhkum olunduğu CM-in 247-ci maddəsinə münasibətdə məhkumun müdafiəçisi tərəfindən verilmiş apell yasiya şikayəti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq işdə olan sübutları tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 247-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 247-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.

60. Təsvir olunanlardan, görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2 və 308.2-ci maddələri ilə tövsif etməklə və ona həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər.

61. Odur ki, Məhkum əməli Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsindən 188.1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Məhkum elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi xaric edilməli və məhkumun üzərində hazırkı qərarla CM-in 188.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(124)-304/2023 nömrəli hökmü CM-in 247ci maddəsi ilə təyin edilmiş həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəet mə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.2 və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadıqdan məhrum etmə cəzası saxlanılmalıdır.

62. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlli, bununla yanaşı məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(105)-27/2024 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.

63. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(105)-27/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.2-ci maddəsindən həmin Məcəllənin 188.1-ci maddəsinə tövsif edilsin, ona CM-in 188.1-ci maddəsi ilə isə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum üzərində hazırkı qərarla CM-in 188.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli, 1(124)-304/2023 nömrəli hökmü CM-in 247-ci maddəsi ilə təyin edilmiş həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirilmək yolu ilə qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum elan edilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi xaric edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(105)-27/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar