Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2039/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Müdafiəçi – Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Xəlilov Hikmət Əjdər oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 9 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ə.İ.Məmmədov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynov) xx xxx 1981-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, A00olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsin də təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən təqsirli bilindiyi maddə üzrə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və ona təyin edilmiş cəzanın əvvəlinin tutulduğu vaxtdan, yəni 12 may 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, Seyfəliyev Əli Səlim oğlu və Qədim Xalid oğlu Bab ayevdən ibarət tərkibdə) 07 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, hökmdən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, apellyasiya şikayəti təmin edilməmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı A ğır Cinayətlər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgənin külli miqdarda əmlakını quldurluq yolu ilə ələ keçirmə məqsədilə tanışı Şahid1 ilə sövdələşib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 fevral 2018-ci il tarixdə, saat 19:00 radələrində ünvan 1 ünvanının qarşısında əvvəlcədən aralarında olan razılaşmaya əsasən Şahid1 «Tofaş Şahin» markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağına əyləşən Zərərçəkmiş şəxs qarşı basqın etmiş, Şahid1 Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib qolu ilə sonuncunun boğazından basıb sıxaraq baş nahiyəsinə yumruq zərbələri vurub qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, astenonevroti k vəziyyət, blefarospazm, sefalalgiya və sağ gözdə travmatik iridosklit ilə müşayiət olunan başın hər iki təpə və sol gicgah nahiyələrinin qançırı-şişkinliyi, qarının sağ yarısının qançırı, alt dodağın selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirib qoluna qandal vurduqdan sonra arxa oturacağa oturmuş, Məhkum isə avtomobili əvvəl “Xətai polisinə”, sonra isə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsində yerləşən köhnə «Tofaş Servisin» yaxınlığına sürüb, orada Şahid1 Zərərçəkmiş şəxs məxsus, içərisində ümumilikdə 119.007 manat ekvivalentindəki 70.000 ABŞ dolları məbləğində pulu, eləcə də 10 manat dəyərindəki köhnə qeydiyyat dəftərini və 20 manat dəyərindəki çantanı götürüb avtomobildən düşdükdən sonra o, Şahid1la birlikdə hadisə yerindən qaçmaqla uzaqlaşıb zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda, cəmi 119.007 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, onun bu əməllərə heç bir aidiyyəti olmamış və o, qanunsuz olaraq tutulmuş və məsuliyyətə cəlb edimişdir. Belə ki, Məhkum bütün hallarda verilən ifadələrdən, sübutlardan və zərərçəkmiş şəxsin verdiyi ifadədən və tutduğu mövqedən asılı olaraq işin hallarında təsvir edilən hərəkətləri etməmiş, edən şəxsə də heç-bir halda köməklik göstərməmişdir. Belə ki, Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında göstərilir ki, “həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Məhkum hansı hərəkət və ya hərəkətsizliyi bu əməli törətdiyinə dəlalət edir nə birinci instansiya məhkəməsi nə də, apellyasiya məhkəməsi bunu sübuta yetirə bilməmiş və sadəcə mülahizələrə və şəxsi fikirlərinə əsaslanaraq şəxs barəsində ittihamedici akt çıxarmışlar. Hadisənin zərərçəkən şəxsi Məhkum hərəkətlərini ci nayətkar qəsd kimi görmədiyi halda məhkəmə öz mülahizəsi ilə şəxsi ittiham edir və ən acınacaqlısı da odur ki, məhkəmə gəldiyi nəticəni sadəcə mülahizələrə və ehtimallara əsaslandırır. Bir şəxsin həyatından 10 il almaq mötəbər sübutlara, əsaslı ifadələrə, qanuna və məcəllələrə dayanmalı, beynəlxalq konvensiyalar mütləq şəkildə tədbiq edilməlidir. Görünür ki, hər iki məhkəmə qərəzli yanaşma və tərəfli davranmaqla şəxsi azadlıqdan qəsdlə məhrum edir. Həmçinin zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, polisə oğurlanan pulun 70.000 dollar olduğunu demiş, həmin vaxtı onda 3 məbləğ olmuş, yəni 122.000 dollar olan məbləğlər və 42.000 manat olan məbləğ. İfadəsini xəstəxanada vermiş, idarəyə vəkili ilə getmiş, sonradan zərər ödəniləndə 42.000 manat oğurlandığını bilmiş, elə 42. 000 manat da ödənilmişdir. Polis ondan pulu haradan aldığını soruşmuş, o da işdən bağladığı müqavilələri tapıb həmin pulun özünə aid olmasını sübut etmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, ifadə verərkən ona dəymiş ziyanın ödənildiyini demiş, 70.000 dollar söhbəti olduğu üçün torpaqla bağlı razılıq olmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarını ləğv edərək Məhkum barəsində bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında məhkumun müdafiəçisi H.Ə.Xəlilov çıxış edərək, məhkum barəsində olan cəlb qərarında Məhkum təqsirli hərəkətinə dair bir dənə belə olsa da cümlənin olmadığını, ibtidai istintaq zamanı çoxsaylı prosessual pozuntularının baş verdiyini bildirib, kassasiya şikayətində qey d etdiyi halları bir daha vurğulayaraq şikayətinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiy a şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxu d dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhku mun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda əmlak əldə etmək üçün özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li qərarının 23-cü bəndində qeyd edilir ki, CM-nin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 7-ci bəndində isə qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 11-ci bəndinə əsasən CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət a şkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Müdafiəçi kasassiya şikayətində Məhkum törədilmiş cinayətə heç bir əlaqəsinin olmadığını, onu tərəfindən həmin cinayət əməlinin törədilmədiyini qeyd etsə də, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməsi öz təsdiqini tapır. Belə ki, apellyasiya məhkəmə baxışı qismən məhkəmə istintaqı aparmaqla iş üzrə əldə olunmuş sübutları təkrar olaraq tədqiq və təhlil edilərək keçirilmiş, məhkəmə Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğ un olaraq zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs Məhkum Zərərçəkmiş şəxs arasında kifayət qədər etibarlı və yaxın münasibətlər olduğundan sonuncu Zərərçəkmiş şəxs iş qrafiki, iş günü ərzində nə vaxt və hara getməsi, hansı vaxt zərərçəkmiş şəxsin üzərində pul vəsaitinin olması barədə məlumatlı olmuşdur. Məhkum Zərərçəkmiş şəxs üzərində müəyyən vaxtlar külli miqdarda pulun olduğunu bildiyindən sonuncuya məxsus pul vəsaitini cinayət yolu ilə ələ keçirmək qərarına gəlmiş və bu məqsədlə o, tanışı Şahid1la cinayət əlaqəsinə girərək əvvəlcədən hazırlanmış plana əsasən Zərərçəkmiş şəxs qarşı quldurluq cinayətini törətməklə sonuncunun külli miqdarda pul vəsaitini qanunsuz şəkildə ələ keçirmək istiqamətində fəal hərəkətlər etmişlər. Bununla bağlı ilk addım Zərərçəkmiş şəxs ona münasibətdə gələcəkdə quldurluq cinayətini törədəcək şəxsin, yəni Şahid1 daha təhlükəsiz obrazının (polis əməkdaşı) görüntüsünün yaradılması ilə bağlı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs cinayət işi materiallarında olan 17 fevral 2018-ci il tarixli ifadəsindən görünür ki, 2018-ci ilin fevral ayının 7 və ya 8-də günorta saat təxminən 13 radələrində o, dostu Ziya və Məhkum “Nəsimi bazarı”ndan bir qədər aşağıda yerləşən “Büyük Fırat” restoranında günorta yeməy ini yedikdən sonra dostu Ziya “Bank BTB”-nin qarşısında saxladığı və internetə satışa qoyduğu “Nissan Sunny” markalı avtomobilinin yanında bir nəfər təxminən 30-35 yaşlarında, 170-175 boylarında olan, üzü nisbətən saqqallı, idmançıya oxşar orta bədən quruluşlu tanımadığı şəxsin gəzməsini görmüş, həmin şəxsin müştəri olduğunu düşünüb Məhkum həmin şəxsin yanına gedib onunla danışmasını bildirmişlər, çünki Məhkum bir müddət avtomobil alveri ilə məşğul olduğundan bu işlərdən yaxşı başı çıxmışdır. Samir avtomobildən düşüb həmin şəxslə 10-15 dəqiqə onunla söhbət etdikdən sonra onların yanına qayıtmış və Ziyaya polisdə nəsə bir probleminin olduğunu, polisin onu axtardığını bildirmiş, Ziya isə polislik işinin olmadığını, hər ehtimala bununla maraqlanacağını bildirmiş, o özü isə həmin şəxsin sağ tərəfdə şalvarının belindən qandal vurmasını görüb Samirin dediyi sözlərə inanıb onun polis olmasına dair onda inam yaranmışdır. Cinayət hadisəsi günü də, yəni 16 fevral 2018-ci il tarixdə səhər evdən çıxdıqdan sonra yol boyunca işi ilə əlaqədar olaraq telefonda danışanda həmin gün pul götürəcəyini bildirmiş, həmin gün ona qarşı basqın etməklə quldurluq cinayətini törədənin hadisədən təxminən 1 həftə əvvəl Ziyanın maşınına baxan şəxs olduğunu xatırlamışdır. Şahid1 təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 25 iyun 2018-ci il tarixli protokoldan görünür ki, ona verilmiş suallara cavab olaraq özünün avtomobil almağa pulu olmadığını, lakin avtomobil alan şəxslər arasında vasitəçilik edib pul qazandığını bildirmişdir. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin əlavə din dirilməsi haqqında 24 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, bununla bağlı Məhkum sorğu-sual edilərkən həmin vaxt yaxınlaşdığı adamın həqiqətən də Bəxtiyar olduğunu, Bəxtiyarın həmin avtomobilin Zaurun maşını olub-olmadığını soruşub çıxıb getdiyini, həmin vaxt Bəxtiyarın belində qandal görmədiyini, “Mehmanın həmişə polis adı eşidəndə qorxuya düşdüyünü” bildirmişdir. Sadalanan ifadələrdən məlum olur ki, Məhkum günün əksər hissəsini Zərərçəkmiş şəxs yanında olduğundan sonuncunun dostu Ziya Məmmədovun özünə məxsus “Nissan Sunny” markalı avtomobilin satışa qoymasından məlumatlı olmuşdur. Həm Şahid1, həm də Məhkum maşın alveri ilə məşğul olan şəxs olduqlarından onlar bir-birini tanımışlar və Məhkum zərərçəkmiş şəxsin dostunun avtomobilini satması ilə bağlı Şahid1 məlumatlandırmışdır. Hadisədən təxminən 1 həftə əvvəl Şahid1 Zərərçəkmiş şəxs dostu Ziyanın internetə satışa qoyduğu avtomobilin yanında belində qandalla gəzişməsi özüözlüyündə Zərərçəkmiş şəxs gələcəkdə törədiləcək quldurluq cinayətinin iştirakçısı olan Şahid1 polis əməkdaşı olması görüntüsünü yaratmaq məqsədi ilə atılmış addım olmuşdur. Həmçinin məhkum edilmiş şəxs Məhkum yuxarıda qeyd edilən ifadəsindən görünür ki, o, Mehmanın həmişə polis adı eşidəndə qorxuya düşdüyünü bildirmişdir. Məhkum Zərərçəkmiş şəxs sürücüsü işləməklə onun bu zəif tərəfindən məlumatlı olmaqla yanaşı, sonuncunun polis əməkdaşına münasibətdə yaranmış həyəcan və qorxu hissindən müqavimət göstərməsindən ehtiyyatlanacağını dərk etməklə yanaşı, həmçinin özünə münasibətdə gələcəkdə törədiləcək quldurluq cinayəti ilə bağlı hərəkətsizliyini sığortalamaq üçün zəmin yaratmışdır. Bu səbəbdən Məhkum digər məhkum edilmiş şəxs Şahid1la sonuncunun özünü Zərərçəkmiş şəxs məhz polis əməkdaşı qismində tanıtması ilə bağlı qabaqcadan razılığa gəlmişlər. Hadisələrin sonrakı gedişatında isə əldə edilmiş razılığa əsasən Şahid1 yaranmış əlverişli şəraitdən istifadə edərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə basqın etməli və sonuncuya məxsus külli miqdarda pul vəsaitini ələ keçirməli olmuş, Məhkum isə Şahid1 rahat və sərbəst şəkildə qeyd edilən fəal hərəkətləri etməsi üçün şərait yaratmalı olmuşdur. Eyni zamanda, Məhkum içində pul olan çantanı faktiki olaraq ələ keçirdikdən sonra zərərçəkmiş şəxsin (özünün bildirdiyi yaxın münasibətdə olduğu şəxs) yanına qayıdaraq sonuncuya sumkanın hansı qaydada onda olması barədə təfərrüatlı məluma t vermək əvəzinə Məhkum sumkanı götürdükdən sonra zərərçəkmiş şəxslə münasibətini kəsərək hadisə yerindən qaçmış və daha sonra onun barəsində axtarış elan edilmişdir. Məhkum təqsiri olmadığı halda onun zərərçəkmiş şəxslə təmasdan və görüşdən yayınması sonuncun məhz törətmiş olduğu quldurluq cinayətinin planına uyğun hərəkət etməsinə dəlalət edir. Bundan əlavə cinayət işi materiallarında məhkum edilmiş şəxs Məhkum qohumu (dayısı oğlu) Şahid2 şahid qismində dindirildiyi 13 mart 2018- ci il tarixli protokoldan görünür ki, xx.xx.2018-ci il tarixdə axşam vaxtı Samir onun mobil telefonuna tanımadığı nömrədən “whatsapp” proqramı vasitəsilə zəng etmiş və ailəsinə onun yaxşı olması barədə xəbər çatdırmasını xahiş etmişdir. O, Samirdən hadisə barədə maraqlandıqda isə Samir törətdiyi əməli etiraf etm iş, bundan sonra o, Samirə gəlib polisə təslim olmasını bildirdikdə, Samir Bakı şəhərində olmadığını, həminin günün səhərisi gəlib polisə təslim olacağını bildirmişdir. Lakin Samir yenə də gəlməmiş, ondan 10 gün sonra Samir ona **********177 saylı rus nömrəsindən onun mobil nömrəsinə zəng edərək ailəsinə yaxşı olması barədə xəbər verməsini bildirmiş, daha sonra ifadəsinin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Göstərilənlərlə yanaşı iş materiallarından gorunu ki, Məhkum ifadələrində hadisədən sonra yəni xx.xx.2018-ci il tarixdə Tərtər rayonuna, oradan da Bərdə şəhərinə getdiyini bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və maddi sübut qismində tanınmış "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, cinayətin digər iştirakçısı Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi xx.xx.2018-ci il tarixdə Bərdə şəhəri (yəni həmin vaxt Məhkum olduğu yerdə) ərazisində aktiv olmuşdur ki, müəyyən edilmiş bu hal da cinayət işi üzrə toplanmış digər sübutların məcmusu ilə Şahid1 Məhkumla qabaqcadan əlbir bir qrup şəxs halında 16 fevral 2018-ci il tarixdə, saat 19:00 radələrində Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə təsdiq edir. Beləliklə, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq ilə bağlı ittiham məhkəmədə tədqiq olunmuş möt əbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə pr edmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məh kuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafəçisi kassasiya şikayətində kassasiya in stansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələri nin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişd irilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayə tin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (himayəsində 4 (dörd) azyaşlı uşağının olmasını, uşaqların yaşını və onun ailə üzvlərinin həyat şəraitini, zərərçəkmiş şəxsin onunla barışmasını, onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını), cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təy in edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqq ında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Xəlilov Hikmət Əjdər oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2039/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-2039/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver