Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2039/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum müdafiəçisi X1 iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin 3 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə və müdafiəçi X5 tərəfindən verilimiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin (sədrlik edən hakim X8) 3 fevral 2023-cü il tarixli hökmü ilə xx xxxxxxxx 1969-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 6 uşaq atası, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayon, Yeni Kərki kəndində qeydiyyatd a olub Ordubad rayonu, Darkəndində yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmış, təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunmuş, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” növündə qətimkan tədb iri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bəylərli Səxavət Şahhüseyn oğlu (sədrlik edən və məruzəçi), X15 oğlu və Novruzov Səxavət Hüseyn oğlundan ibarət tərkibdə) 31 mart 2023-cü il tarixli qərarı ilə Şərur Rayon Məhkəməsinin 1(110)-1/2023 nömrəli 3 fevral 2023-cü il tarixli hökmü Məhkum cəza təyin edilməsi müddətinə aid hissədə dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının müddəti 2 (iki) ildən 1 (bir) il müddətinə, azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ildən 2 (iki) il müddətinə endirilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiə çi1 tərəfindən verilimiş apellyasiya şikayəti təmin edilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum etibarnaməsi olmadan “Foton” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 sentyabr 2022-ci il tarixdə saat 05:45-də Naxçıvan-Sədərək avtomobil yolunda Sədərək rayonu istiqamətində idarə edərkən "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1ci hissəsinin tələbini pozmaqla, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməli olduğu halda buna əməl etməyərək, həmin yolun 52-ci km-də Sədərək rayonu istiqamətində yolu soldan sağa iribuynuzlu heyvanı iti qaçışla keçirən 2014-cü il təvəllüdlü, piyada X7 ehtiyatsızlı qdan vurmuş və sonuncuya sol alın təpə sümüklərinin açıq-qəlpəli sınıqları, baş beyin toxumasının əzilib dağılması, burun sol almacıq sümüklərinin açıq yerdəyişən sınıqları, sol alın təpə nahiyyələrinin sol sifət nahiyyəsinin və sol bud nahiyyəsinin əzilmiş, cırılmış yaraları, bədənin müxtəlif nahiyyələrinin kiçik ölçülü qançır və sıyrıqlarından ibarət ağırlıq dərəcələrinə görə yetirilmə anı həyat üçün təhlükəli olan və ölümlə nəticələnən ağır dərəcəli zərər vurmaya aid olan xəsarətlər yetirərək ölümünə səbəb olmuşdur.. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətində göstərilir ki, Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Məhkəməsi Məhkum ağır cəza təyin etmişdir. Belə ki, işə baxan məhkəm ə cəza təyin edərkən Məhkum törətdiyi əməldən səmimi peşmanlığını, əməlini səmimi etiraf etməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətməsini, öhdəsində bir azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ən əsası zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, habelə həmin şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə almamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası da həmin halları tam nəzərə almamış və nəticə etibarı ilə Şərur Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixili hökmünü qismən dəyişdirmişdir. Göstərilən hallar məhkəmə tərəfindən araşdırılaraq qiymətləndirilsəydi, Məhkum bu əməli törətməkdə məqsədinin olmadığını və cinayət baş verdikdə n sonra da onu davranışlarında heç bir ictimai təhlükəlilik olmadığını görərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsində müəyyən edilmiş şərti məhkum etməni tətbiq etmiş olardı. Hesab edir ki, Məhkum barəsində şərti cəza təyin ediİərsə, bu onun cəmiyyətdən təcrid olunmadan islah olunmasına və əməlindən nəticə çıxarmasına kifayət edəcəkdir. Lakin birinci instansiya məhkəməsi yüngülləşdirici halların olmasını hökmdə qeyd etsə də, real olaraq cəza təyini zamanı nəzərə almamışdır. Apellyasiya məhkəməsi həmin hallara qismən hüquqi qiymət vermişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarını dəyişdirib onun barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə hökmlə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçi X5 tərəfindən verilimiş kassasiya şikayətinə əlavədə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarda apellyasiya şikayətini təmin etməməsini qeyri-müəyyən, ziddiyyətli və aidiyyəti olmayan fikirlərlə əsaslandırmışdır. Qərarda göstərilir ki, "Məhkəmə kollegiyası Məhkum "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq ehtiyatsızlıqdan xx.xx.2014-cü ildə doğulmuş X3 - zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran və “hökmün dəyişdirilərək təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəl ləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul olunmasını” istisna edən hal kimi qiymətləndirir ”. Cinayət işinin materialları ilə müəyyən olunur ki, məhkum olunmuş şəxs əvvəllər məhkum olunmamaqla ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətmiş, törətdiyi cinayəti səmimi etiraf etmiş, məhkəmədə (və istintaqda) əməlindən peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, himayəsində 6 uşağı və yaşlı anası vardır (uşaqlarından biri azyaşlıdır) və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, mübahisələndirilən qərarda apellyasiya şikayətinin təmin edilməsindən imtinaya dair əsaslandırma qanunsuz və yalnışdır, yəni Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasının qərar ı dəyişdirilməli, məhkum olunmuş şəxs Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə yeni qərar qəbul olunmalıdır. Kassasiya şikayətinə əlavədə Naxçıvan MR Ali Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli qərarını dəyişdirərək, məhkum edilmiş şəxs Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul olunmasını xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmı ş birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə müdafiə tərəfi əməlin hüquqi tövsifini mübahisələndirməmiş, ona təyin olunmuş cəzanın ağır olmasını, cəzanın şərti tətbiq edilməli olduğunu iddia edərək bu barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nə zərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum unun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmal ı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzaları nın təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsin də işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qəra rının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məq sədəuyğun olması izah edilməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlü kəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddə tə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsin ilk dəfə olaraq cinayət əməli törətdiyini, törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, əməlindən peşman olduğunu, himayəsində bir az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələri ilə nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar kimi və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etm ək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlqdan məhrumetmə cəzasının təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi Məhkum "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq ehtiyatsızlıqdan xx.xx.2014-cü ildə doğulmuş X3 zərərçəkmiş şəxsin ölümünə səbəb olmasını haqlı olaraq onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran və "hökmün dəyişdirilərək təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul olunmasını” istisna edən hal kimi qiymətləndirmişdir. Lakin məhkum edilmiş şəxsi səciyyələndirən halları, yəni əvvəllər məhkum olunmamaqla ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətdiyin i, həmin cinayəti səmimi etiraf etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və yaşayış yeri üzrə müsbət xarakterizə olunduğunu nəzərə almaqla birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əsas və əlavə cəzanı sərtliyinə görə Məhkum şəxsiyyətinə uyğun olmayan cəza kimi dəyərləndirmiş, həmin cəzaları Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində azaltmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən məhz sosial ədalətin bərpasını və təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini düzgün qiymətləndirmiş, cəza təyin edilərkən humanizim, ədalətlilik, cəzanın fərdiliyi və cəzanın törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğunluğu nu nəzərə almışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cinayət işi üzrə Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin bu barədə dəlilləri heç bir hüquqi əsası olmayan dəlillərdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti və müdafiəçi X5 tərəfindən verilimiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanıl
Məhkəmə qərarları › İş №1(102)-2039/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2039/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver