Məhkəmə qərarları › İş №1(102)-2039/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2039/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2039/2025 17.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ün van 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)-195/2025 nömrəli 8 may 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin (sədrlik edən Z.Hünmətov) 1(062)-142/2025 nömrəli 19 dekabr 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 177.2.2, 177.2.3, 177.2.4-ci maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni 17 iyul 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin (sədrlik edən S.B.Hüseynov, hakimlər F.N.Mahmudov və S.Ə.Əzizov) 1(104)-195/2025 nömrəli 8 may 2025-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum CM-in 186.2.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) ilə, CM-nin 177.2.2, 177.2.3 və 177.2.4 -ci maddələri ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) ilə endirilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 15 iyul 2024-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə həyətyanı daş hasarın üzərindən keçib əvvəlcə həyətə, oradan isə ev sahibinin və digər ailə üzvlərinin evdə olmamasından istifadə edib evin plastik pənc ərəsini itələyib açmaqla mətbəxə və digər otaqlara qanunsuz daxil olaraq mətbəx mebelinin üzərindən 1 ədəd 100 (bir yüz) manat dəyərində olan “Apple” markalı qulaqcığı, 1 ədəd 300 (üç yüz) manat dəyərində olan “Newgen medicals SW-450” markalı qol saatını, 1 ədəd 35 (otuz beş) manat dəyərində olan “Powerbank” markalı elektrik cihazını və 55 (əlli beş) manat məbləğində kağız və qəpik pulları oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 490 (dörd yüz doxsan) manat məbləğində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 17 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki dəmir darvazanın altından sürünər ək əvvəlcə həyətə, oradan isə ev sahibinin və digər ailə üzvlərinin evdə olmamasından istifadə edib evin plastik qapısını itələyib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, fərdi yaşayış evinin yataq otağında olan divanın üstünə yığılmış yorğan-döşək yükünün içərisindən sellofan torbaya qoyulmuş 40600 (qırx min altı yüz) manat məbləğində nağd pul vəsaitini və həmin otaqda olan 2021-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş 1 ədəd 70 (yetmiş) manat dəyərində “Samsung”A50” markalı mobil telefonu oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 40670 (qırx min altı yüz yetmiş) manat məbləğində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, 17 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evin dən 40600 (qırx min altı yüz) manat məbləğində nağd pul vəsaitini və 2021-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş 1 ədəd 70 (yetmiş) manat dəyərində “Samsung”A50” markalı mobil telefonu oğurladıqdan sonra törətdiyi cinayətin izini itirmək məqsədi ilə fərdi yaşayış evinin oğurluq etdiyi yataq otağını yandırmaqla qəsdən məhv etmək qərarına gələrək, bu niyyətlə evin sayca birinci yataq otağının daxilində, divanın yerləşdiyi sahəyə, kənardan düşmüş od mənbəyini, yəni yanılı vəziyyətdə olan siqareti yataq otağında olan yun materialdan hazırlanmış yorğan-döşək dəstinin üzərinə ataraq evi tərk etmiş, baş vermiş yanğın nəticəsində otaqda olan 1 ədəd 300 (üç yüz) manat dəyərində divan, 1 ədəd 60 (altmış) manat dəyərində iki qapılı paltar şkaf, 1 ədəd 100 (bir yüz) manat dəyərində iki nəfə rlik çarpayı, 1 ədəd 50 (əlli) manat dəyərində güzgü, 2 ədəd hər biri 100 (bir yüz) manat dəyərində olmaqla cəmi 200 (iki yüz) manat dəyərində olan döşəklər, 2 ədəd hər biri 15 (on beş) manat dəyərində olmaqla cəmi 30 (otuz) manat dəyərində olan yastıqlar, 3 ədəd hər biri 50 (əlli) manat dəyərində olmaqla cəmi 150 (yüz əlli) manat dəyərində olan yorğanlar, 2 ədəd hər biri 50 manat dəyərində olmaqla cəmi 100 (bir yüz) manat dəyərində olan odeyallar, 3 ədəd hər biri 40 (qırx) manat dəyərində olmaqla cəmi 120 (bir yüz iyirmi) manat dəyərində olan xalçalar, 1 ədəd 100 (bir yüz) manat dəyərində olan pərdə, 1 ədəd 18 (on səkkiz) manat dəyərində olan pərdə, 1 ədəd 48 (qırx səkkiz) manat dəyərində olan döşək üzlüyü, 5 ədəd hər biri 15 (on beş) manat dəyərində olmaqla cəmi 75 (yetmiş beş) manat d əyərində can dəsmalları, 6 ədəd hər biri 6 (altı) manat dəyərində olmaqla cəmi 36 (otuz altı) manat dəyərində olan dəsmallar, 10 dəst hər biri 15 (on beş) manat olmaqla cəmi 150 (bir yüz əlli) manat dəyərində olan yataq üzləri, 1 dəst 80 (səksən) manat dəyərində olan pambıq parçadan hazırlanmış naxışlı yorğan döşək üzü, 1 ədəd 50 (əlli) manat dəyərində olan yataq örtüyü, 25 ədəd hər biri 45 manat dəyərində olmaqla cəmi 1125 (bir min yüz iyirmi beş) manat dəyərində olan koftalar, 15 ədəd hər biri 35 (otuz beş) manat dəyərində olmaqla cəmi 525 (beş yüz iyirmi beş) manat dəyərində olan qadın şalvarları, 3 ədəd hər biri 45 (qırx beş) manat dəyərində olmaqla cəmi 135 (bir yüz otuz beş) manat dəyərində olan kişi köynəkləri, 4 ədəd hər biri 35 (otuz beş) manat dəyərində olmaqla cəmi 140 (bir yüz qırx) manat dəyərində olan kişi köynəkləri, 5 ədəd hər biri 45 (qırx beş) manat dəyərində olmaqla cəmi 225 (iki yüz iyirmi beş) manat dəyərində olan cins materiallı kişi şalvarlar, 20 ədəd hər biri 35 (otuz beş) manat dəyərində olmaqla cəmi 700 (yeddi yüz) manat dəyərində olan yay donları, 15 ədəd hər biri 25 (iyirmi beş) manat dəyərində olmaqla cəmi 375 (üç yüz yetmiş beş) manat dəyərində olan yubkalar, 10 ədəd hər biri 55 manat dəyərində olmaqla cəmi 550 (beş yüz əlli) manat dəyərində olan qadın nazik gödəkçələri, 10 ədəd hər biri 45 (qırx beş) manat dəyərində olmaqla cəmi 450 (dörd yüz əlli) manat dəyərində olan atlas şifon parçalardan hazırlanmış koftalar, 1 ədəd 340 (üç yüz qırx) manat dəyərində olan kişi dublyonkası, 1 ədəd 600 (altı yüz) manat dəyərində olan “Lama layka” şubası, 1 ə dəd 100 (bir yüz) manat dəyərində olan qadın jileti, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində olan qadın gödəkçəsi, 1 ədəd 120 (bir yüz iyirmi) manat dəyərində olan qısa qol qadın jileti, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində olan dəst paltar, 1 ədəd 100 (bir yüz) manat dəyərində olan “Fakir” markalı tozsoran, 1 ədəd 100 (bir yüz) manat dəyərində olan çilçıraq-lüstür, 6 ədəd hər biri 10 (on) manat dəyərində olmaqla cəmi 60 (altmış) manat dəyərində olan stullar, 1 ədəd 10 (on) manat dəyərində olan divar saatı, 1 ədəd 550 (beş yüz əlli) manat dəyərində olan kondisioner, 1 ədəd 350 (üç yüz əlli) manat dəyərində olan “Husenso” markalı televizor, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində olan “LG” markalı televizor, 1 ədəd 20 (iyirmi) manat dəyərində olan gülqabı, 1 ədəd 30 (otuz) manat d əyərində olan güldan, 9 ədəd hər biri 1 (bir) manat dəyərində olmaqla cəmi 9 (doqquz) manat dəyərində olan güllər, 2 ədəd hər biri 150 (bir yüz əlli) manat dəyərində olmaqla cəmi 300 (üç yüz) manat dəyərində olan pərdələr, 1 ədəd 56 (əlli altı) manat dəyərində olan tül pərdə, 2 ədəd 98 (doxsan səkkiz) manat dəyərində olan kaptella pərdələr, 2 ədəd hər biri 200 (iki yüz) manat dəyərində olmaqla cəmi 400 (dörd yüz) manat dəyərində olan kaptella pərdələr, 2 ədəd hər biri 10 (on) manat dəyərində olmaqla cəmi 20 (iyirmi) manat dəyərində olan kaptella pərdənin kənarına tikilmiş muncuqlar, 2 ədəd hər biri 30 (otuz) manat dəyərində olmaqla cəmi 60 (altmış) manat dəyərində olan ağ atlas parçadan hazırlanmış günlüklər, 2 ədəd hər biri 150 (bir yüz əlli) manat dəyərində olmaqla cəmi 300 (üç yüz) mana t dəyərində olan sintetik materialdan hazırlanmış xalçalar, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində olan 13 şamdanlı çıl-çıraq, 1 ədəd 110 (bir yüz on) manat dəyərində olan ütü, 1 ədəd 1300 (bir min üç yüz) manat dəyərində olan “HP” markalı nootbuk kompyuter, 1 ədəd 550 (beş yüz əlli) manat dəyərində olan “Samsung” markalı nootbuk kompyuter, 1 ədəd 58 (əlli səkkiz) manat dəyərində olan saç ütüləyən fen, 1 ədəd 80 (səksən) manat dəyərində olan saç qurudan fen, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində olan 8 nəfərlik stol, 8 ədəd hər biri 80 (səksən) manat dəyərində olmaqla cəmi 640 (altı yüz qırx) manat dəyərində olan stullar, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində olan divan, 1 ədəd 1200 (bir min iki yüz) manat dəyərində olan künc divanı, 1 ədəd 100 (bir yüz) manat dəyərində olan q az sobası ilə birlikdə cəmi 15453 (on beş min dörd yüz əlli üç) manat dəyərində əşyaların tamamilə yanaraq məhv olmasına və fərdi yaşayış evinə tikinti üzrə cəmi 10877 (on min səkkiz yüz yetmiş yeddi) manat məbləğində ziyan vurulmasına səbəb olaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla cəmi 26330 (iyirmi altı min üç yüz otuz) manat dəyərində əmlakını yandırmaqla qəsdən məhv etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Şikayət müəllifi hesab edir ki, cinayət işi ədalətli araşdırılmamış, məhkələr tərəfindən cəza təyin edərkən iş üzrə yüngülləşdirici və ağırlaşdırıcı hallar düzgün nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayəti vermiş məhkum ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 177.2.2. eyni əməllər təkrar törədildikdə; Azərbaycan Respublikası CM-in 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; Azərbaycan Respublikası CM-in 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsində “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildildikdə” əməlinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 186.2.2-ci maddəsinə görə “eyni əməllər yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməs i şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi ma ddəsinin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstər ilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun t arixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə sə bəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyas ı qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təh lükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etmə lidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmas ına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Apellyasiya instansiyası məhkəməsi məhkuma cəza təyin edərkən 2 azyaşlı uşağı olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını, əməlini etiraf etməsini, zərər çəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməsini və onun apellyasiya baxışı zamanı davranışını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmiş, CM-in 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, kassasiya şikayətində məhkumun cəzasının yüngülləşdirilməsi üçün göstərilən hallar artıq məhkəmələr tərəfindən cəza təyin edilərkən nəzərə alınmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədi nə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 8 may 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürü lmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)195/2025 nömrəli 8 may 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar